ÀÇßÐÁÀÉÚÀÍÛÍ
ÒÀÐÈÕÈ ÀÁÈÄßËßÐÈ
Âß ÒÎÏÎÍÈÌËßÐÈ
Biblioqrafiya
BAKI – 2016
Azərbaycanın tarixi abidələri və toponimləri
2
КБК Я19:Т4(2А)-42+Я19:НО(247А)л60+Я19:Ш163.11-314+Я19:Т229
УОТ
016:[904(479.24)+725.94(479.24)+811.512.162ʼ373.21+930.271(479.24)]
Tərtibçi:
Gülbəniz Səfərəliyeva,
Əməkdar mədəniyyət işçisi
İxtisas redaktoru və
buraxılışa məsul:
Kərim Tahirov,
Əməkdar mədəniyyət işçisi,
professor
Redaktor:
Leyla Axundova,
tarix elmləri üzrə fəlsəfə doktoru
Azərbaycanın tarixi abidələri və toponimləri: biblioqrafiya
/tərt. ed. G.Səfərəliyeva; ixt. red. və burax. məsul K.Tahirov; red.
L.Axundova.- Bakı, 2016.-
648 s.
M.F.Axundzadə adına Milli Kitabxananın hazırladığı “Azərbaycanın
tarixi abidələri və toponimləri” adlı biblioqrafik göstəricidə mövzuya uy-
ğun olaraq ədəbiyyat – Arxeoloji abidələr, Memarlıq abidələri və topo-
nimlər, Dağlıq Qarabağ: işğal altıda olan ərazilərin abidələri və toponim-
ləri, Qərbi Azərbaycanın tarixi abidələri və toponimləri,
Epiqrafik abidə-
lər, Avtoreferatlar və dissertasiyalar bölmələri altında verilmişdir.
Kitab mütəxəssislər və tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
ISBN 978 9952 504 53 8
© M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, 2016
Biblioqrafiya
3
Tərtibçidən
Azərbaycan qədim tarixi-mədəniyyət abidələri ilə zəngin olan bir öl-
kədir. Əgər kitablar tarixin yazılı yaddaşıdırsa, abidələr tariximizin daş
yaddaşıdır.
Tarixi-mədəniyyət abidələri dedikdə, biz nələri yada salırıq? Alimlər
elmi araşdırmalar apararkən onları iki aspektdə öyrənirlər: yeraltı və yer-
üstü tarixi abidələr. Yeraltı qədim abidələr dedikdə - mağaralar, kurqanlar,
qəbirlər və s., yerüstü abidələr dedikdə isə - məişət tikililəri, qalalar, məs-
cidlər, günbəzlər, körpülər və s. keçmişin yadigarları yada düşür.
Əgər yeraltı abidələrin tarixi eramızdan əvvəlki yüzilliklərə gedib çı-
xırsa, yerüstü abidələrin qızıl dövrü orta əsrlərə təsadüf edir.
Azərbaycan
mədəniyyəti, ədəbiyyatı, musiqisi, həmçinin, xalçaçılıq və dekorativ tətbi-
qi sənətin digər növləri orta əsrlərdə inkişaf edərək böyük dünyəvi əhə-
miyyət kəsb etmişdir. Bu uğurları eyni zamanda Azərbaycanın qədim və
əsasən orta əsr memarlarının yaratdıqları əvəzolunmaz, dünya memarlı-
ğında və şəhərsalmada özünəməxsus yer tutan abidələrimizə də aid etmək
olar. Naxçıvandakı Möminə Xatun (1186), Qarabağlar (1162),
Culfa ya-
xınlığındakı Gülüstan (XIII əsr), Bərdə türbələri (1322), Abşeronun mü-
dafiə tikililəri, Bakıdakı Qız qalası, Bayıl qəsri, Şirvanşahlar sarayı (XV
əsr), Alban dövrünə aid ləkid Kilsədağ məbədləri, Şamaxı rayonunun Mir-
zə kəndindəki “Diri baba” abidəsi (1405), Araz çayı üzərindəki Xudafərin
körpüləri (XII əsr), Qazax rayonundakı Sınıq körpü (XII əsr), Şəki xan
sarayı (XVIII əsr), Şuşa şəhərinin abidələri (XVIII əsr) və daha yüzlərlə
adını çəkmədiyimiz tarix və mədəniyyət abidələri xalqımızın milli şöhrətidir.
Azərbaycan xalqının tarixinin öyrənilməsində tarix və mədəniyyət
abidələrinin əhəmiyyəti çox böyükdür. Azərbaycanın zəngin maddi mədə-
niyyət abidələri hələ keçən əsrin ikinci yarısından
görkəmli rus, xarici öl-
kə alim və səyyahlarının diqqətini cəlb etmişdir. Lakin ölkəmizin tarixi
abidələrinin qorunması, tədqiqi və təbliği sahəsində əsaslı elmi tədqiqat iş-
lərinin aparılmasında Azərbaycan alim və tədqiqatçılarının əməyi danıl-
mazdır. İndiyədək yüzlərlə abidə öyrənilmiş və qeydə alınmışdır. Bu təd-
qiqatların nəticəsi olaraq yüzlərlə kitab, monoqrafiya və elmi məqalələr
yazılmışdır.
Arada bu sahədə durğunluq yaransa da müstəqillik illərində bu məsə-
lə ulu öndər Heydər Əliyevin həmişə diqqət mərkəzində olmuşdur. Onun
Azərbaycanın tarixi abidələri və toponimləri
4
davamçısı, respublikamızın prezidenti İlham Əliyev
tərəfindən tarixi mə-
dəniyyətimizin öyrənilməsinə döğru yönəldilmiş 2008-ci il 05 fevral və
2012-ci il 26 aprel tarixli Sərəncamları tarixi abidələrimizim öyrənilməsi-
ni sürətləndirmiş,yeni-yeni tədqiqatların aparılmasına səbəb olmuşdur.
“Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və
mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair
2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan arxeologi-
yasının və mədəniyyət abidələrinin inkişafında yeni mərhələ açmışdır.
M.F.Axundzadə adına Milli Kitabxananın hazırladığı “Azərbaycanın
tarixi abidələri və toponimləri” adlı biblioqrafik göstəricinin tərtib edilmə-
sində əsas məqsəd bu günə kimi nəşr edilən ədəbiyyatı bir yerə toplamaq-
dır. Təbii ki, material həddən artıq çoxdur. Biz imkan daxilində onları
əhatə etməyə çalışmışıq və oxucuların axtarışını asanlaşdırmaq məqsədilə
toplanmış ədəbiyyat iki kitabda: Azərbaycan və rus dillərində nəşr etmişik.
Tədqiq edilən mövzuya uyğun olaraq ədəbiyyat bir neçə başlıq altın-
da toplanmışdır:
Arxeoloji abidələr; Memarlıq abidələri və toponimlər;
Dağlıq Qarabağ: işğal altıda olan ərazilərin abidələri və toponimləri; Qər-
bi Azərbaycanın tarixi abidələri və toponimləri; Epiqrafik abidələr; Avto-
referatlar və dissertasiyalar.
Biblioqrafik vəsaitdə bölmələr daxilində ədəbiyyat xronologiya üzrə,
konkret illər daxilində isə əlifba sırası ilə düzülmüşdür. Əvvəlcə kitablar,
ümumi xarakterli dövri mətbuat materialları, ayrı-ayrı ərazilər üzrə dövri
mətbuat materialları isə yarımbaşlıqlar altında verilmişdir.
Bəhs edilən
mövzuların çoxluğu və oxucuların ədəbiyyat axtarışında işini asanlaşdır-
maq məqsədilə, mühüm əhəmiyyətli arxeoloji və tarixi abidələr ayrıca
rubrika altında toplanmışdır. “Dağlıq Qarabağ: işğal altıda olan ərazilərin
abidələri və toponimləri” və “Qərbi Azərbaycanın tarixi abidələri və topo-
nimləri” başlıqları altında ədəbiyyatın ayrıca verilməsi o ərazilərimizdə
qalan maddi mədəniyyət nümunələrimizi daha qabarıq işıqlandırmaq məq-
sədi daşıyır.
Biblioqrafik vəsaitdən istifadəni asanlaşdırmaq məqsədi ilə sonda
köməkçi göstəricilər verilmişdir.
Göstərici haqqında rəy və təkliflərini bildirən mütəxəssislərə və oxu-
culara əvvəlcədən minnətdarlığımızı bildirərək, təklif və iradlarını
M.F.Axundzadə adına Milli Kitabxanaya göndərmələrini xahiş edirik.
Ünvan: AZ-1000, Bakı şəh., Xaqani küç. 57;
E-mail: URL: www.anl.az