157
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№2
Sosial-siyasi elmlər seriyası
2011
PEDAQOGİKA
UOT 37.013.8
MÜƏLLİM HAZIRLIĞINDA İXTİSASARTIRMA
P.MƏDƏDOV, F.ƏLİYEV
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
M.Polad@mail.ru
Məqalədə postixtisas təhsilinin zəruriliyi əsaslandırılır, terminoloji aparatı müəyyənlə-
şdirilir.
Məqalədə ixtisasartırmanın faza dövriyyəsinin obyektiv qanunauyğunluqlarını tədqiq
edir, belə bir qənaətə gəlirlər ki, faza disskretliyi təmin edilmədən pedaqoji kadrların professi-
onal hazırlığında sinkretizmliyə nail olmaq mümkün deyildir.
Ümumtəhsil məktəbinin, ali məktəbin, ixtisasartırma müəssisəsinin birgə ixtisasartırma
fəaliyyətlərinin məzmununun modelləşdirilməsi məqalənin əsasını təşkil edir.
Açar sözlər: müəllim hazırlığı, metamodullar, pedaqoji fəaliyyət, ixtisasartırma,
diferensiallaşdırma
Müəllim hazırlığı özündə pedaqoji fəaliyyətə hazırlaşdırmanı və hazır-
laşmanı ehtiva edir. Zaman xəttində “hazırlaşdırma” fenomeni “hazırlaşma”
fenomenindən öndə dayanır. Pedaqoji-prosessual dialektika spiralında isə
fenomenlərin yerdəyişməsi baş verir: “hazırlaşma” “hazırlaşdırmanı” nəinki
qabaqlayır, əslində onu mümkün edir. Məhz bu obyektiv qanunauyğunluqdan
çıxış etməyinizin məqsəd tezası ondan ibarətdir ki, kadrhazırlamanın istənilən
məzmun-forma modelində-metamodullar, modullar və mikromodullar siste-
mində pedaqoji kadrların özünütəhsilləndirmə motivasiyasının prioritetliyini
təmin etmədən professionallaşdırma səviyyəsində pedaqoji kadrhazırlamanın
mümkün olmadığını həlledici faktor kimi ixtisasartırma subyektlərinin nəzə-
rinə əvvəlcədən çatdıraq. Kadrhazırlama prosesi, o cümlədən ixtisasartırma
tədrisi hazırlanan kadrların peşə və ixtisas biliklərinə, bacarıqlarına və vər-
dişlərinə yiyələnmələrinin çox ciddi özünümotivasiyası təşkil olunsa, bu
sahədə dövlət səviyyəsində iqtisadi məsarifə, intellektual enerji itkisinə yol
verilməz, hazırlanan və yenidən hazırlanan kadrların ictimai inkişafda, istis-
nasız olaraq bütün sosial institutların tərəqqisində lokomotiv missiyası təmin
edilər.
Pedaqoji fəaliyyət ən yüksək peşəkarlıq səviyyəsində icra olunmalı,
158
aktual və perspektiv planda səmərəli həyata keçirilməli fəaliyyətdir. Bu icra,
bu səmərəlilik elmi və rəsmi normativlər, sosial tələbatlar, gözləmələr, sifa-
rişlər tamlığında və bütövlüyündə olmalıdır. Pedaqoji fəaliyyətin heç bir tərkib
hissəsi – məqsədi, subyekti, obyekti (əslində subyekt-subyekt münasibətlər
sistemi), şəraiti, mühiti, vasitələri, özü, nəticəsi müəllimi heç bir qapalı, yaxud
açıq mövzunun tədrisində didaktikanın niyə? nəyi? nə cür? sualları qarşısında
aciz qoymamalıdır. Müəllim hazırlığı pedaqoji professional tələblər səviyyə-
sində mükəmməl olsa, əlbəttə, bu acizlik müəllim iqtidarlığına heç vaxt üstün
gələ bilməz.
İxtisasartırma təhsili müəllimin əlavə pedaqoji təhsilinin aparıcı istiqa-
məti, növü, sahəsi, aspekti, metodologiyası, metodu, təşkili forması, vasitəsi
və əsas nəticəsidir. Bir sosial institut və institusional proses kimi təhsilin yaxın
və uzaq inkişaf perspektivlərində ixtisasartırmanın bu sistem elementləri öz
nomenklatur tamlığında və bütövlüyündə qalacaqdır.
İxtisasartırma təhsili ixtisasartırma prosesinin nəticəsidir. Proses dina-
mik olduğundan ixtisasartırma təhsilinin qeyd etdiyimiz sistem elementləri
zaman axarında adbaad invariant (dəyişməz) qalsa da, onların hər biri dövrü
olaraq, yəni ixtisasartırma prosesinin nəticələrinə sosial tələbatların, tələblərin
təkamül, yaxud inqilabi dönəmlərində yeni məzmun kəsb edir. Bu faktor da
obyektiv qanunauyğunluqdur, öyrədənlər və öyrənənlər tərəfindən nəzərdən
qaçırılmamalı, daim tədqiq olunmalı, onun doğurduğu ziddiyyətlər münaqişə
səviyyəsinə çatmamış öz optimal həllini tapmalıdır.
Bu qanunauyğunluq həm də və ilk növbədə təhsili idarəetmənin ali
hökumət orqanları tərəfindən müntəzəm olaraq tədqiq olunmalı, onu şərtləndi-
rən konkret qanunlar aşkarlanmalı, məhz həmin qanunların tələb etdiyi peda-
qoji metodologiya və texnologiya innovasiyaları paketi layihələşdirilməli,
realizə üçün ixtisasartırma və ümumi təhsil müəssisələrinə göndərilməli, kütlə-
vi informasiya vasitələrilə regional inzibati bölgənin pedaqoji ictimaiyyətinə
çatdırılmalıdır.
İxtisasartırma gerçəkliyindəki hər iki qanunauyğunluğun və onları do-
ğuran qanunların elmi dərki, nəzəri-praktik fəaliyyətə adekvat tətbiqi milli
müstəqilliyimizin ilk dövründə dövlət idarəçiliyini Azərbaycanı işğala, xaosa
məruz qoymuş sələflərindən – sovet manqurtlarından ələ keçirmiş AXC-nin
intellektual qüvvəsi xaricində idi. Dünya miqyaslı siyasətçi Heydər Əliyevin
təbirincə desək, o vaxt tələm-tələsik, heç bir dünyəvi elmi-hüquqi dəyərliliyi
olmayan, təhsil “qanununun” hazırlanması və tətbiqi xalqımıza qarşı düşmən-
çilikdən savayı bir şey deyildi. Bəli, həmin dövrdə bütövlükdə sosial həyatı-
mızın, eləcə də onun intellektual energetika generatoru olan təhsilimizin, o
cümlədən kadrhazırlama və ixtisasartırma fəaliyyətimizin dialektika müvazi-
nəti pozuldu.
Ümummilli lider Heydər Əliyevin dövlətimizin idarəçiliyi sükanı arxası-
na xalqımızın arzusuyla Qayıdışından sonra, onun qlobal miqyaslı siyasəti,
ağıllı rəhbərliyi, gərgin əməyi sayəsində sosial institutlarımızın müvazinətli
159
inkişaf dialektikası özünə qaytarıldı. Milli müstəqillik tariximizdə Dirçəliş
epoxası başlandı. İnkişafımızın fəlsəfi istiqaməti, xronologiyası, məzmun stra-
tegiyası və taktikası müəyyənləşdirildi. Müasir dünya etalonları çərçivəsində
yenidənqurma fəaliyyətimizə, o cümlədən təhsil islahatına start verildi.
Həm 1999-2006-cı illərə hesablanmış ənənəvi, həm də 2006-2013-cü
illər üçün nəzərdə tutulmuş təhsil islahatları proqramlarında pedaqoji
kadrhazırlama dövlət əhəmiyyətli vəzifə kimi qarşıya qoyulmuşdur. Ayrı cür
ola da bilməz. Axı hər şeyi kadrlar həll edirlər.
Pedaqoji kadrlar ordusunun sağ cinahında müəllimlər dayanır. Deməli,
onların hazırlığı ən mükəmməl olmalıdır. Məhz bu zərurət təhsil islahatları
proqramlarında xüsusilə qabardılır.
Qeyd etdik ki, pedaqoji kadrhazırlamada ixtisasartırma fenomeninin
müstəsna rolu var. Məhz müntəzəm olaraq optimal variantda təşkil olunan ixti-
sasartırma təhsili kadrhazırlamanı fasiləsiz təhsil magistralına çıxarır,
fasiləsizliyin sosial imkanlarla və ixtisas biliklərinin obyektiv dinamikasıyla
şərtlənən diskret fazalarını təşkil edir. Müntəzəm ixtisasartırmanın hasil etdiyi
diskret (fasiləli) təhsilləndirmə olmadan yalnız ixtisas təhsili və özünütəhsil
vasitəsilə fasiləsiz pedaqoji təhsili təmin etmək mümkün deyil.
Onu da qeyd etdik ki, müəllimin, ümumiyyətlə, peşə hazırlığına özünü-
təhriklənməsi də yüksək səviyyədə olmalıdır. Bunsuz ixtisasartırma prosesi də
hansı modellərlə təşkil olunursa olunsun, arzulanan nəticəni verməyəcəkdir.
Bu isə o deməkdir ki, ənənəvi ixtisasartırmanın nəzəri-praktik mexanizmləri
elə bir innovativ sistem elementləri ilə əvəzlənməlidir ki, ixtisasartırma
təhsilinə müəllimin özünütəhriklənməsi motivləşdirilsin.
Respublikamızda keçirilməkdə olan təhsil islahatları prosesində qeyd
olunan faktları təmin edə biləcək sənədlər toplusu, metodoloji və texnoloji
müddəalar sistemi hazırlanmışdır. Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr
tarixli 163 saylı qərarı ilə “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin
hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi
qaydası” təsdiq edilmişdir. Təhsil Nazirliyi ixtisasartırmanın kurikulum çərçi-
vəsində üç modul üzrə təşkili barədə kollegial və rəsmi qaydada konseptual
normativlər hazırlamışdır. Həmin metodoloji müddəalara tam cavab verən
Əsasnamə də hazırdır.
Göstərilən sənədlər “Təhsil haqqında Qanun və onun tətbiq edilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il sentyabr tarixli 156
saylı Fərmanına uyğundur, müəllimi ixtisasartırma təhsilinə beynəlxalq
sənədlər səviyyəsində təhrikləndirir.
Belə bir optimal normativ-hüquqi və sosial-psixoloji mühitdə ixtisas-
artırmanın konkret təşkilati-prosessual problemləri, praktik texnologiyaları da
vaxtında müəyyənləşdirilməli, onların həlli və tətbiqi istiqamətində yaradıcı iş
aparılmalıdır. Bu məzmunda fəaliyyət ümumtəhsil və ixtisasartırma müəssisə-
lərinin vəzifə funksiyalarının ana xəttini təşkil etməlidir.
Hər iki müəssisə ilk növbədə ona nail olmalıdır ki, müəllim pedaqoji
160
fəaliyyətin fəal mövqedə dayanan subyekti olsun, öz işini bir vətəndaş kimi
dərk edə və qiymətləndirə bilsin. Başa düşsün ki, müntəzəm ixtisasartırma
təhsili almadan özünün fasiləsiz yaradıcı inkişafını, inteqrativ fəaliyyət
tamlığını və bütövlüyünü təmin edə bilməz.
Hər iki müəssisənin ixtisasartırma dövrünü əhatə edən vahid kontekstə
gətirilmiş ixtisasartırma planı hazırlanmalıdır: ixtisasını artıran da, ixtisası
artıran da kurs vaxtını, müddətini, proqramlarını, tədris prosesində yerinə
yetiriləcək nəzəri-praktik tapşırıqlar blokunu qabaqcadan bilməlidir.
Ümumtəhsil müəssisəsi ixtisasartırma təhsilinin sifarişçisidir. İxtisasar-
tırma müəssisəsi isə özünün proqramları vasitəsilə sifarişləri yerinə yetirən
subyektdir. Sifarişlər də, ixtisasartırma da fərdiləşdirilməlidir. Fərdiləşdirmə o
dərəcədə dəqiq olmalıdır ki, ixtisasartırma kurslarının optimal diferensial-
laşdırılması mümkün olsun.
Məktəb rəhbərləri tərəfindən daima aparılan məktəbdaxili tədqiqatlar
ixtisasartırma müəssisələrinin professor-müəllim heyəti tərəfindən müntəzəm
olaraq tamamlanmalıdır. Məktəbin ixtisasartırma müəssisəsinə sifarişi bu iki
tədqiqatın nəticəsi əsasında hazırlanmalıdır.
Üç müəssisənin (ümumtəhsil, ixtisasartırma, ali pedaqoji təhsil) hər bir
ümumtəhsil məktəbində birgə fəaliyyət qurumu, məsələn, elmi-metodik koor-
dinasiya şurası yaradılmalı, fasiləsiz pedaqoji təhsilin, birgə səmərəli fəaliyyə-
tin bütün problemlərinin tədqiqatı və həlli məhz həmin qurum tərəfindən
tənzimlənməlidir.
İxtisasartırma təhsilinə və onun keyfiyyətinə sifarişlər birtərəfli, yəni
təkcə məktəb rəhbərləri və müəllimlər tərəfindən verilməməlidir. Sifarişvermə
səlahiyyətinə həm də ixtisasartırma subyekti malik olmalıdır, onun qabaqlayıcı
sifarişləri elmi yeniliklər, yeni pedaqoji nəzəriyyələr və texnologiyalar,
psixoloji qanunauyğunluqlar, pedaqoji prosesi daha səmərəli idarəetmə mexa-
nizmləri barədə informasiya mənbəyi olmalıdır. Məktəb rəhbərləri və müəl-
limlər korpusu məhz bu mənbəyə istiqamətlənərək öz fəaliyyətini qlobal
miqyaslı təhsil innovasiyaları sisteminə inteqrasiya imkanlarını əldə etmiş
olarlar.
İxtisasartırma prosesində ənənəvi birtərəfli mənimsətmə metodlarının
qarşılıqlı mənimsətmə-mənimsəmə metodlarına transformasiyası təmin
edilməlidir: kurs məşğələlərinin az səmərəli mühazirə formaları çox səmərəli
mühazirə-dialoq, seminar-praktikum, ekskursiya, pedaqoji emalatxana, təcrübə
mübadiləsi, reflekiv praktikum, master-klass, dəyirmi masa, konfrans, peda-
qoji qiraət və s. formaları ilə əvəzlənməlidir.
Müəllim ixtisasının artırılmasında pedaqoji-psixoloji fənlər, elmi-tədqi-
qatlar, layihə-tədqiqat, kompüter təlimi işlərinin xüsusi çəkisinin artırılması
nəzərdən qaçırılmamalıdır.
Diferensiallaşdırma ixtisasartırmanın aparıcı prinsipi olmalıdır. Bu
zaman kimə nəyi və nə qədər öyrətmək sualı cavablandırılmalıdır: hər bir
ixtisasartırma kursunun eyni informativ-texnoloji ehtiyac və tələbatları olan
161
müdavim kontingenti ilə komplektləşdirilməsi təmin edilməlidir. Diferen-
siallaşdırılma təkcə bilik səviyyəsini yox, həm də mümkün qədər pedaqoji
fəaliyyətin zaman amplitudasını əhatə etməlidir. Onda eyni idraki səviyyəyə
və motivasiyaya malik müdavimlər eyni auditoriyada əyləşdirilər.
İxtisasartırma təhsili təkmilləşdirmə təhsili ilə tamamlanmalıdır: ixtisas-
artıran öz tədris fəaliyyətini ixtisasartırma institutunda (akademiyasında) baş-
lamalı, təlim fəaliyyətini ümumtəhsil məktəbində pedaqoji prosesdə bitirməli-
dir. Bunsuz mənimsənilmiş biliklər bacarıqlara və vərdişlərə transformasiya
oluna bilməz. Bu isə, ümumiyyətlə, təhsilin kurikulum fəlsəfəsinə ziddir.
İxtisasartırma təkcə müəllimi yox, həm də onun elmi-metodik fəaliyyət
akvatoriyasını bütövlükdə əhatə etməlidir. Bu, o deməkdir ki, məhz ixtisasar-
tırma müəssisəsi məktəbdaxili və regiondaxili elmi-metodik resursların
(qurumların) elmi tənzimçisidir. Əks təqdirdə bu resursların fəaliyyətini utili-
tar-praktik səviyyədən elmi-nəzəri səviyyəyə qaldırmaq, müəllim professional-
lığını formalaşdırmaq mümkün deyil.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu
professor Asəf Zamanovun rəhbərliyi sayəsində qeyd olunan və olunmayan
ixtisasartırma problemlərinin kompleks həlli istiqamətində məqsədyönlü
sistemli iş aparır. Belə bir fəaliyyətin nəticəsidir ki, institutun ixtisasartırma
arsenalında təhsil innovasiyalarının xüsusi çəkisi getdikcə artır, müəllimlərin
bu təhsilə təhriklənmələri güclənir.
ƏDƏBİYYAT
1.
Azərbaycan Respublikasının Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum) haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 sentyabr 2006-cı il tarixli 233 saylı
qərarı.
2.
“Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış
şəxslərə müvafiq sənədin verilməsi Qaydası” haqqında Azərbaycan Nazirlər Kabinetinin
2010-cu il 6 sentyabr tarixli 163 saylı qərarı.
3.
Сластенин В.А., Исаев И.Ф., Шилянов Е.Н. Общая педагогика. В 2-х ч. II ч., М.:
Гуманит. изд. центр ВЛАДОС, 2003, 256 с.
ПОВЫШЕНИЕ КВАЛИФИКАЦИИ В УЧИТЕЛЬСКОЙ ПОДГОТОВКЕ
П.МАДАДОВ, Ф.АЛИЕВ
РЕЗЮМЕ
В статье научно обосновывается необходимость постквалификационного
образования. Авторы исследуют закономерности фазовой периодизации повышения
квалификации, приходят к мысли, что без этой дискретности невозможно добиться
синкретизма в профессиональной подготовке педагогических кадров. Моделируется
содержание совместной деятельности школы и учреждения повышения квалификации.
Ключевые слова: учительская подготовка, метамодулы, педагогическая деятель-
ность, квалификация образования, дифференциализация
162
QUALIFICATION OF TEACHERS’ TRAINING
P.MADADOV, F.ALIYEV
SUMMARY
The article grounds the urgency of post-qualification education. The authors research
the conformity of phase periodization of qualification and come into the conclusion that lack
of this discretion precludes syncretism in the professional training of pedagogical specialists.
The content of ioint work of secondary schools and in-service institutions is modeled.
Key words: teachers’ training, metamodules, pedagogical activity, qualification,
differrentation
Dostları ilə paylaş: |