Mədəniyyətlərarası Dialoqa dair
Ağ Kitab
“Ləyaqətlə Bərabərhüquqlu Birgə Yaşama”
Avropa Şurasının Xarici İşlər Nazirlərinin 118-ci Sessiyasında qəbul edilmişdir
(Strasburq, 7 May 2008-ci il)
Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitaba ön söz
Hörmətli Baş Katib
Teri Devis
Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab gərgin əməyin, qətiyyətin və ən əsası
dialoqun nəticəsidir. Bu üzv dövlətlər, vətəndaş cəmiyyəti təşkilatları, dini və
miqrant icmalar, yerli hakimiyyətlər və bir çox digərləri ilə aparılmış geniş və
uzun müzakirələrdən sonra hazırlanmışdır.
Mədəniyyətlərarası dialoq bizim dövr üçün bir zərurətdir. Müxtəlifliyin və
təhlükələrin artdığı dünyada biz sosial bağlılığı möhkəmlətmək və münaqişələrin
qarşısını almaq üçün etnik, dini, dil və milli sərhədlər ətrafında danışıqlara ehtiyac
duyuruq.
Ağ Kitabın əsas məqsədi demokratiya, insan hüquqları və hüquqi qanunlar kimi
dünyəvi dəyərlərə aydın şəkildə istinad edilmədən mədəniyyətlərarası dialoqun
mümkün olmamasını bildirməkdir.
Ağ Kitab çox yaxşı qəbul edildi, lakin onun nəticələri və təklifləri bütün müvafiq
dialoqlarda yerinə yetirilməli və yoxlanmalıdır. Mədəniyyətlərarası dialoq
“inkişafda olan iş”in - bu yoldakı yeni addım, yeni sosial və mədəni modelə doğru
sürətlə dəyişən Avropaya və eyni zamanda sürətlə dəyişən dünya üçün
yaradılmışdır.
Azərbaycan Respublikası
Mədəniyyət və Turizm naziri
cənab Əbülfəs Qarayev
Mədəniyyətlərarası dialoq müxtəlif xalqlar və dövlətlər arasında mövcud olan
problemlər, münaqişələrin həll edilməsi, xoşbəxt gələcəyin qurulması, qarşılıqlı
anlaşmanın və hörmətin təşviq olunması, həmçinin mədəni müxtəlifliyin
qorunmasına şərait yaratmaqla yanaşı, müasir beynəlxalq münasibətlərdə sülhün və
təhlükəsizliyin təmin olunmasına təkan verir.
Biz bu istiqamətdə Avropa Şurasının fəaliyyətini, onun üzv dövlətlərlə
əməkdaşlığını yüksək
qiymətləndirir və Mədəniyyətlərarası Dialoqa dair Ağ
Kitabın hazırlanmasına və təşviqinə görə təşkilata, bunun ərsəyə gəlməsində
zəhməti olan bütün insanlara dərin minnətdarlığımızı bildiririk.
Qeyd etmək istərdik ki, məhz Ağ kitabda göstərilən məqsəd və vəzifələrdən
ilhamlanaraq şərqlə, qərbin, şimalla cənubun kəsişməsində yerləşən Azərbaycan
Respublikası Avropa Şurası ilə birgə ilk dəfə 2008-ci il 2-3 dekabr tarixində Bakı
şəhərində Avropa və ona qonşu regionaları təmsil edən dövlətlərin iştirakı ilə
“Mədəniyyətlərarası dialoq Avropa və onun qonşu regionlarında davamlı inkişafın
və sülhün əsasıdır” mövzusunda Mədəniyyət nazirlərinin konfransı keçirmişdir.
Konfransda qəbul edilən “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair Bakı
Bəyannaməsi” Ağ kitabda qaldırılan bütün məsələləri dəstəkləyərək onun
çərçivəsində müxtəlif sivilizasiya və mədəniyyətlər arasında dialoq və
əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi”nin əsasını
qoymuşdur.
Əminliklə deyə bilərəm ki, Ağ kitabın Azərbaycan dilinə tərcümə edilməsi
ölkəmizin vətəndaşlarının ondan yararlanmasına imkan yaratmaqla yanaşı,
xalqımızın tolerant mədəniyyətini daha da inkişaf etməsinə və onun
zənginləşməsinə kömək edəcəkdir.