Avropa Parlamentinin parlamentlərarası əməkdaşlığı
1.
Avropa Parlamenti Aİ-yə üzv ölkələrin və Aİ-dən kənar ölkələrin milli parlamentləri
ilə, o cümlədən beynəlxalq təşkilatların parlament assambleyaları ilə əməkdaşlıq edir.
Milli parlamentlərlə, üçüncü ölkələrlə və birlikdən kənar qurumlar və təşkilatlarla
əlaqədə məsuliyyət daşıyan orqan - Avropa Parlamentinin Nizamnaməsinin 25 mad. 3
bəndinə əsasən – Sədrlər Konfransıdır ki, həmin konfransa Avropa Parlamentinin
Rəhbəri və siyasi qrupların sədrləri daxildir. Bundan əlavə, Avropa Parlamentinin
Rəhbərliyi milli parlamentlərlə əlaqələr məsələlərində məsuliyyət daşıyan sədr
müavinlərini təyin edir (AP Nizamnaməsi 23 mad.13 bənd).
2.
AP Nizamnaməsinin bəndlərinə əsasən (Başlıq V: Ölkə parlamentləri ilə əlaqələr –
mad. 130-132), parlament öz fəaliyyəti barədə üzv ölkələrin milli parlamentlərini
daimi olaraq məlumatlandırır. Avropa Parlamentinin Aİ-yə üzv ölkələr ilə əsas
əməkdaşlıq forumları parlament rəhbərinin də iştirak etdiyi Avropa İttifaqı
Parlamentləri Sədrlərinin Konfransından,
eləcə də və Birlik və Avropa Məsələləri
üzrə İxtisaslaşdırılmış Parlament Orqanlarının Konfransından – COSAC
(burada
Avropa Parlamenti parlamentin sədr müavini başda olmaqla altı deputatdan ibarət
nümayəndə heyəti tərəfindən təmsil olunur) ibarətdir. Milli parlamentlərlə dialoq
həmçinin birgə parlament toplantıları çərçivəsində, komissiya səviyyəsində isə birgə
komissiya toplantıları və müxtəlif sahəyə aid birgə komissiya toplantıları çərçivəsində
həyata keçirilir
.
3.
Avropa İttifaqına üzv olmayan dövlətlərlə əlaqələrin davam etdirilməsi və informasiya
mübadiləsi Avropa Parlamentinin nümayəndə heyətinin səlahiyyətinə daxildir (AP
Nizamnaməsi, mad. 198-200). AP nümayəndə heyətinin vəzifəsinə parlamentlərlə
əlaqələrin möhkəmləndirilməsi ilə bərabər üçüncü ölkələrdə Avropa İttifaqının
fundamentini təşkil edən dəyərlərin (azadlıq, demokratiya, insan hüquqlarının
qorunması və hüquqi dövlət prinsipləri) təbliğ olunması daxildir. Nümayəndə
heyətinin gördüyü işlər Nümayəndə Heyəti Sədrlərinin Konfransı tərəfindən
koordinasiya edilir (AP Nizamnaməsi, mad. 28). Məqsədi müəyyən ölkə ilə və ya bir
qrup ölkələr ilə əməkdaşlıqdan ibarət olan Avropa və Avropadan kənar nümayəndə
heyətləri ilə yanaşı, Avropa Parlamentinin nümayəndə heyətləri NATO Parlament
Assambleyasının, Aralıq Dənizi Hövzəsi Parlament Assambleyasının
, AKP-Aİ
(Afrika, Karib hövzəsi və Sakit Okean ölkələri) Birgə Parlament Assambleyasının,
Avro-Latın Amerikası Parlament Assambleyasının (EuroLat - The Euro-Latin
American Parliamentary Assembly) və Şərq Tərəfdaşlığı Ölkələrinin Parlament
Assambleyasının (Euronest)
işlərində iştirak edirlər. AP nümayəndə heyətinin üzvləri
həmçinin Arktika Regionu Parlament Üzvləri Konfransının, Baltik Dəniz Parlament
Konfransının və Şimal Ölçüsü Parlament Forumunun tərkib hissəsini təşkil edirlər.
Avropa Parlamenti Transatlantik Qanunvericilik Dialoqu (Transatlantic Legislator
Dialogue - TLD) çərçivəsində Amerika Birləşmiş Ştatları Konqresi ilə, Panafrika
Parlamenti ilə və Avropa Şurası ilə (AP Nizamnaməsi, mad. 199) əməkdaşlıq edir.
Eyni zamanda Parlamentlərarası Birliyin (IPU) üzvüdür.
Bax: Ensiklopeidya lügəti
4.
Avropa Parlamenti Aİ ilə birlikdə olan ölkələrin parlamentləri ilə və üzvlük barədə
danışıqlar başlanılan ölkələrin parlamentləri ilə birgə parlament komissiyaları çağıra
bilər (AP Nizamnaməsi, mad. 200). Sözü gedən komissiyalar birliyə dair prioritet
məsələlər barədə informasiya mübadiləsinə xidmət edirlər. Onlar təmsil olunan
parlamentlərə ünvanlanmış tapşırıqlar hazırlaya bilərlər.
5.
AP üzvləri tərəfdaşlıq və əməkdaşlıq barədə müqavilələrə əsasən təyin olunmuş
parlamentlərarası əməkdaşlıq komissiyalarının tərkibinə daxildirlər:
a)
Aİ-Rusiya,
b)
Aİ-Ukrayna,
c)
Aİ-Moldova,
d)
Aİ-Ermənistan, Aİ-Azərbaycan, Aİ-Gürcüstan (bu ölkələrlə münasibətlərdə AP-
nin bir nümayəndə heyəti məsuliyyət daşıyır),
e)
Aİ-Qazaxstan, Aİ-Qırğızıstan və Aİ-Özbəkistan (bu ölkələrlə münasibətlərdə
AP-nin bir nümayəndə heyəti məsuliyyət daşıyır; həmin nümayəndə heyəti
həmçinin Monqolustan, Tacikistan və Türkmənistanla əməkdaşlıq edir, hələlik
bu ölkələrlə tərəfdaşlıq və əməkdaşlıq barədə müqavilə imzalanmayıb).
Sözü gedən komissiyalar müzakirə forumu olaraq, tərəfdaşlıq barədə müqavilələrin
həyata keçirilməsinin nəzarəti və həmin müqavilələrdə müəyyən olunmuş məqsədlərin
reallaşması məsələsinin müzakirəsi ilə məşğul olur.
Avropa Parlamenti – Üzv ölkələrin parlamentləri ilə əlaqələr
http://www.europarl.europa.eu/parliament/expert/staticDisplay.do?language=EN&id=
58
Avropa Parlamenti – Nümayəndə Heyətləri
http://www.europarl.europa.eu/parliament/expert/staticDisplay.do?language=EN&id=
59
Avropa Parlamentinin Fəaliyyəti – Nümayəndə Heyətləri
http://www.europarl.europa.eu/activities/delegations/home.do?language=EN
European Parliament - Relations with national parliaments
http://www.europarl.europa.eu/webnp/cms/lang/pl/pid/1
Avropa Parlamentinin Nizamnaməsi, noyabr 2010
http://www.europarl.europa.eu/sides/getDoc.do?pubRef=-//EP//TEXT+RULES-
EP+20101110+TOC+DOC+XML+V0//EN
Son yeniləmə: 08.03.2011