Mövzu 6.
QADIN SOSİAL SİYASƏTİN OBYEKTİ KİMİ
1. Qadın sosial təhlükəsizliyin obyekti kimi
2. İnkişaf etmiş ölkələrdə mövcud olan sosial siyasətin qender aspektləri
1. Qadın sosial təhlükəsizliyin obyekti kimi
Sosial təhlükəsizlik anlayışı daha ümumi kateqoriyaya malik olan milli
təhlükəsizlik sahəsinin bir hissəsidir. Sosial təhlükəsizlik, şəxslər və sosial qrupların
mühüm maraqları, hüquq və azadlıqların pozulması təhlükəsindən müdafiə olunması
deməkdir. Ümumilikdə isə sosial təhlükəsizlik obyekti dedikdə, şəxsiyyət və onun
cəmiyyətin həyat və sosial fəaliyyəti sahəsində mövcud olan həyatı əhəmiyyətli hüquq
və azadlıqlara malik olması başa düşülür: yaşamağa, çalışmağa və əlverişli şəkildə
iştirak etməyə olan hüququ və s. Sosial təhlükəsizliyin obyekt və subyektləri,
cəmiyyətdə mövcud olan inkişaf etmə şərtlərinin dəyişilməsi üzrə dəyişikliyə məruz
qalırlar. Lakin bu zaman konkret sosial-iqtisadi şəraitdə daha məhdud olan və sosial
müdafiəyə ehtiyacı olan sosial təhlükəsizlik sahəsinin nüfuzlu obyektlərinidə nəzərdən
keçirmək lazımdır. Bazar münasibətlərinə keçid şəraitində sosial təhlükəsizliyin ən
nüfuzlu obyektlərinin icrasına qadın, uşaq, əlil və s.-ləri daxil etmək mümkündür.
Məlum olduğu kimi, qadınlar özünəməxsus psixoloji və demoqrafik xüsusiyyətləri,
çoxsaylı funksiyaları və müəyyən sosial statusu ilə fərqlənən iri sosial qrupu təşkil
edirlər. Qadınların həyatı cəhətdən əhəmiyyət kəsb edən sosial maraqlarına
aşağıdakılar daxildir: qadınların hüquq bərabərliyinin və onların iqtisadi ehtiyatlar əldə
etməsinin təmin olunması; ana və uşaqların mühafizə olunması isə qəbul olunma
zamanı meydana çıxan peşəkar seqreqasiya və ayrıseçkiliyin bütün formalarının
qarşısının alınması; qadınlara qarşı tətbiq edilən zorakılığın aradan qaldırılması; qadın
və kişilərin isə ailə vəzifələrinin tarazlaşdırılmış şəkildə bölüşdürülməsi.
Qadınların sosial təhlükəizliyinin səviyyəsi əksər hallarda onların status
mənsubiyətindən asılı olur. Sosial təhlükəsizlik və sosial siyasət biri-birindən qarşılıqlı
şəkildə asılı olur. Sosial siyasət – cəmiyyətin sosial təhlükəsizliyinin dövlətin strateji
məqsədi kimi təmin olunmasını həyata keçirən bir vasitədir. Dövlətin sosial siyasəti nə
qədər həqiqi olarsa, sosial təhlükəsizlilinin səviyyəsi də bir o qədər yüksək olar.
Sosial siyasət cəmiyyət və şəxsiyyət, eləcə də cəmiyyət və qadın sosiumu
arasında mövcud olan münasibətləri tənzimləyir. Bu tənzimlənmənin əsası, şəxslərin
sosial hüquqlarının realizə olunmasını təmin edən sosial təminat sistemindən təşkil
olunmuşdur. Bu o deməkdir ki, dövlət əhalinin müxtəlif qruplarına qarşı özünün
paternalist siyasətini həyata keçirir. İnkişaf etmiş ölkələrin heç biri dövlətinin paternalist
siyasəti olmadan fəaliyyət göstərə bilməz. Lakin bütün bunlara baxmayaraq, qeyd
etmək lazımdır ki, keçid dövründə olan ölkələrdə hələ indiyə qədər tam şəkildə olan
sosial siyasət işlənib hazırlanmamışdır. Bununla əlaqədar olaraq həm şəxsi, həm də
ailə təhlükəsizliyi ilə bağlı olan təhdidlərin sayı artmaqda davam edir.
Sosial təhlükəsizlik tədbirləri – həyat tərzinin keyfiyyətində baş verən dəyişikliklər
ilə əlaqədar olan təzahürün, proseslərin və şəxslərin mühüm əhəmiyyətə malik olan
hüquq və azadlıqların məhdudlaşdırılmasıdır. Qadınların təhlükəsizliyinə aid olan əsas
təhdidlər hansılardır?
İlk növbədə bura qadınların sosial statusunu azaldan sosial ayrıseçkilik daxildir.
Qadınların sosial cəhətdən olan ayrıseçkiliyini ikivahidli olan plan üzrə nəzərdən
keçirmək daha məqsədəuyğundur. Bir tərəfdən bu – müxtəlif şəkildə olan sosial-
peşəkar, yaş və statuslu vəzifə qruplarından ibarət olan demoqrafik birliyi əhatə edən
kütləvi sosial təzahür, digər tərəfdən isə obyektin vəziyyətini məntiqə uyğun olaraq
dəyişdirən sosial prosesdir. Bu proses bir sıra ailələrin təsiri nəticəsində qadın
sosiumunun müxtəlif şəkildə olan sosial təsisat və birliklər ilə qarşılıqlı sürətdə fəaliyyət
göstərməsini təyin edir.
Qadınların hüquq bərabərliyinin pozulmasına təsir göstərən subyektlərə
aşağıdakı şəxlər daxildirlər: konkret şəkildə olan demoqrafik xüsusiyyətlərə, sosial
vəzifələrə və qender fərdiliyinə malik olan kişilər (təhlil ailə – müsbət münasibətləri
səviyyəsində həyata keçirildikdə); cinslərin münasibətlərini tənzimləyən və yaxud də işçi
qüvvəsinin məşğulluğunun müxtəlif sahələri üzrə bölüşdürülməsi məsələlərinə dair olan
hakim mövqeyi qender prinsiplərinin inkişaf etməsinə şərait yaradan və ya bu prinsipləri
pozan dövlət strukturları.
Qadınların hüquq bərabərliyini sosial cəhətdən pozan subyektlərin təsiri həm
bilavasitə olaraq fərdi davranış aktlarında, həm də hakim orqanlar tərəfindən qəbul
edilən qərarlar vasitəsi ilə öz əksini tapır.
Qadınların hüquq bərabərliyinin sosial cəhətdən pozulmasının əsasını onların
kişilər ilə sosial cəhətdən qeyri-bərabər olması təşkil edir. Bu qeyri-bərabərliyi insanların
ehtiyat, hakimiyyət və nüfuz kimi sosial rifahları qeyri-bərabər şəkildə əldə etməsi
şərtləri ilə əlaqədardır.
Qadınların hüquq bərabərliyinin sosial cəhətdən pozulması şərtlərinin ləğv
edilməsinin əsas məqsədi cinslərin eyni hüquqa malik olması, onların cəmiyyətdə
qender simmetriyasını əldə etməsi, qadınların şəxsi təhlükəsizliyinə qarşı yaranan əsas
təhdidlərin aradan qaldırılması və eləcə də qadınlar tərəfindən zəhmətkeş qadın, ana və
ictimai xadim funksiyalarının yerinə yetirilməsindən təşkil olunmuşdur.
Sosial təhdidlərin yaranması, cəmiyyətdə cinayətkarlıq hallarının mövcud olması
və cəmiyyətin kriminallaşdırılması ilə əlaqədardır; ailədə zorakılıq (fiziki, psixoloji,
seksual).
Qadınların sosial təhlükəsizliyinə qarşı yönələn ciddi təhdid, tibbi xidmət və
sağlamlığın mühafizə edilməsi şərtlərinin pozulmasından ibarətdir. Sağlamlığın
mühafizə olunması sisteminin ən əsas problemi tibbi xidmətlərin ödənişli olmasına
əsaslanır. Dövlət konkret olaraq ailə üzvlərinin sağlamlığının ödənişli şəkildə
qorunmasını ailənin öz öhdəsinə buraxdığı üçün o bununla qadın və uşaqların
təhlükəsizliyin təmin edilməsinə qarşı yönələn təhdidləri də gücləndirir.
Məlum olduğu kimi, şəxsiyyətin sosial statusu təhsilin səviyyəsi ilə sıx şəkildə
əlaqədardır. Son onillər ərzində təhsil sisteminin təhlil olunması zamanı qender üzrə
olan aspektlərə xüsusi diqqət ayrılmışdır. İnsan hüquqları üzrə beynəlxalq sənədlərə
müvafiq olaraq qadınların təhsil sahəsində olan hüququ aşağıdakı kimi müəyyən
edilmişdir; ümumi şəkildə əlverişli olan ödənişsiz ümumi təhsili əldə etmək hüququ;
ümumi şəkildə əlverişli olan ali təhsilə yiyələnmək hüququ; peşə və ya ixtisasın
seçilməsi zamanı eyni şəraitin yaradılması; kişi və qadın rolunun stereotipli
konsepsiyasının təhsilin müxtəlf növ və səviyyəsi üzrə aradan qaldırılması; təqaüd və
təhsilə olan digər müavinət alınması üçün eyni imkanların yaradılması və s. Ümumilikdə
Azərbaycanın təhsil sahəsində iştirak edən qadınların hüquqları ilə əlaqədar olan şərait
bir sıra problemlərin mövcud olması ilə xarakterizə olunur. Qeyd etmək lazıdır ki, təhsil
kişilərə nisbətən qadınların maddi səviyyəsinin yüksəldilməsində mühüm əhəmiyyətə
malik deyildir. Bizim cəmiyyətdə yaşayan qadınlar arzu etdikləri təhsilə yiyələnmək üçün
daha az imkana malikdirlər. Məktəb və məktəbdən sonrakı təhsil sistemi qender üzrə
olan stereotiplərin qarşısının alınmasına şərait yaratmır. Təhsil sistemində qadınlara
qarşı qapalı şəkildə olan seksizm fəaliyyət göstərir (məsələn, qadınların hakim
mövqelərdə olan əhəmiyyəti).
Həmçinin bu sahədə mövcud olan yeni tendensiyaları də nəzərdən keçirmək
mümkündür. Məsələn, bu gün ümumi şəkildə əlverişli olan təhsil hüququ təhlükə
altındadır. Bundan başqa, əldə edilməsinin kommersiyalaşdırılması da tətbiq edilir. Bu
isə kişilər ilə müqayisədə, qadınların hüququnun pozulmasına şərait yaradır. Dünya
təcrübəsindən məlum olduğu kimi, valideynlərin demək olar ki, əksər hissəsi daha çox
oğlanlar təhsil alması üçün müəyyən məbləğdə pul ödəyirlər.
Təhsildə mövcud olan qender üzrə fərqlər, əksər hallarda, xüsusi ilə də qadınlar
tərəfindən real problem və qadın hüququnun təhdid olunması kimi qəbul edilmir.
Son illər ərzində ölkələrin əksəriyyətində pensiya təminatı üzrə olan qender
meyarlarına qarşı maraq oyanmışdır. Bu, yuxarı yaş qrupunda mövcud olan
yoxsüllüğünün feministləşməsi problemi ilə əlaqədardır. Məsələn, 1996-cı ildə ABŞ-da
yaşayan qadınlar yoxsul təbəqənin 71%-ni təşkil edirdilər. Digər ölkələrdə buna oxşar
mənzərə müşahidə olunurdu. Məsələ burasındadı ki, pensiya sistemi indiyə kimi, ailə
başçısı olan ər və evdar qadın olan arvadın ənənəvi modelinə uyğun olan prinsiplərə
əsaslanır. Lakin bu gün qadınların əksəriyyəti ödənişli fəhlə kimi çalışırlar. Ev vəzifəsinin
iş ilə uyğunlaşdırılması, onların əmək bazarında olan peşəkar məşğulluğuna müəyyən
təsir göstərir. Aşağı ödənişli olan müvəqqəti yerlərində yüksək səviyyədə olan
təmərküzləşmə və eləcə də uşaqlara və qocalara xidmətin göstərilməsi ilə əlaqədar olan
vasitələr qadınlar üçün daha xarakterikdir. Qadın məşğulluğunun bu xüsusiyyətlərə
malik olması nəticəsində qadınların pensiya ilə kifayət qədər təmin edilməsinə və
pensiya ödənişlərinin aşağı səviyyədə olmasına şərait yaradır.
Bununla əlaqədar olaraq, qadınların pensiya təminatı üzrə olan problemlərini
pensiya sisteminin dəyişdirilməsi vasitəsilə həll etmək vacibdir. Pensiya sisteminin
qadınların məşğulluq xüsusiyyətlərinə uyğunlaşdırılması, kişi və qadınlırın qender üzrə
olan vəzifələrinin islahatlaşdırılası olmadan mümkündür deyil. Qender neytrallığının əldə
olunması məqsədi ilə pensiya sisteminin islahatlaşdırılması üzrə həyata keçirilən
tədbirləri növbəti istiqamətlərə ayırmaq mümkündür. Bu istiqamətlərin birinin çərçivəsi
daxilində qadınların iqtisadi inkişafa ödənişsiz ev əməyi şəklində əmanət qoyması ilə
pensiya sisteminin islahatlaşdırılması zəruriyyəti meydana çıxır. Digər istiqamətin
çərçivəsi daxilində isə müasir pensiya sisteminin ayrı-ayrılıqda olan çatışmayan
cəhətlərinin təhlili həyata keçirilir.
Birinci istiqamətin inkişaf etməsi, 70-ci illərdə yaranan və BMT-nin mütəxəssisləri
tərəfindən fəal şəkildə işlənib hazırlanan qadınların iqtisadi inkişaf sahəsində iştirakı
haqqında olan konsepsiya ilə əlaqədar olmuşdur. Bu konsepsiyanın tərəfdarları
"gözəgörünməz" qadın əməyini nəzərə alınması və qiymətləndirilməsi mülahizəsini irəli
sürürlər. Qadınlar ev təsərrüfatı ilə məşğul olaraq, ictimai cəhətdən sərfəli olan işi yerinə
yetirirlər. Məhz buna görə də onlar özlərinin bu rifaha olan qoyuluşlarının cəmiyyət
tərəfindən tanınması və o cümlədən də bu rifahın bir hissəsinin pensiya səviyyəsi üzrə
əldə olunmuş hüququna malikdirlər. Kişilərin əmək bazarında uğurlu şəkildə ödənilən
fəaliyyəti – «müştərək istehsalatın» nəticəsidir. Qeyd etmək lazımdır ki, əgər qadınlar
evdə uşaqlara qulluq etməsəydilər və yaxud da ev təsərrüfatı ilə məşğul olmasaydılar
kişilərin əmək fəaliyyəti ilə məşğul olması qeyri-mümkün ola bilərdi:
Qadınların iqtisadi inkişaf sahəsində tuttuqları yeri BMT-nin çoxsaylı sənədlərində
müdafiə olunur və onun rəsmi konsepsiyasını təşkil edir. Lakin konsepsiyanın inkişaf
etməsindən, onun konkret praktiki tədbirlərdə həyata keçirilməsinə qədər olan yolu çox
uzundur. Məhz bu səbəbdən də ödənilən məşğulluq sahəsindən kənarda olan əmək
məsrəflərinin əksər hissəsi hələ indiyə qədər qəbul olunmamış və qiymətləndirilməmiş
hesab edilir. BMT-nin tədqiqatlarına əsasən, bu qiymətləndirilmələrin miqyası iri ola
bilər. Əgər qadınların ödənişsiz olan fəaliyyəti bazar əməliyyatları kimi nəzərdən
keçirilirsə və qiymətləndirilseydi, onun ödənilməsi üçün 22 trln. amerikan dolları kimi iri
məbləğ lazım olardı.
Qadınların inkişafa olan qoyuluşlarının qiymətləndirilməsi yalnız sosial ədalətlik
haqqında olan məsələlərə əsaslanır. İnsanın sosial statusu onun pul qazanmaq
qabiliyyəti ilə müəyyən edildiyi üçün iş vaxtını kifayət qədər əmək bazarına ayırma
imkanına malik olmayan qadınlar, kişilər ilə müqayisədə sosial ierarxiyanın daha aşağı
pilləsində yerləşməli olurlar.
Bununla əlaqədar olaraq, «evdar qadının pensiyası» adlı pensiya təminatının
daha yeni növünü həyata keçirmək ideyası irəli sürürlər. Lakin bu ideya hətta feminist
hərəkatının tərəfdarları tərəfindən belə yüksək qiymətləndirilmir. Onlar əsas sübut kimi,
ev təsərrüfatında çalışan şəxslərə pensiyanın verilməsinin qadınların əmək bazarında
olan işlərdən imtina etməsinə şərait yaratdığını bəyan edirlər. Bu problemin işlənib
hazırlanması, pensiyaların hesablanması zamanı ev əməyinin hansı növünün nəzərə
alınmasının zəruri olduğuna dair məsələlərin həll olunmasını təsdiq etimşdir. Pensiya
sisteminə görə kim haq ödəməlidir? Bu növ məsələlərin həll edilməsi zamanı müəyyən
konsensusu əldə etməyin qeyri-mümkün olması ev təsərrüfatında çalışan şəxslər üçün
zəruri olan pensiya təminatının həyata keçirilməsini ləngidən yeganə vasitə deyildir.
İctimai inkişafın müasir mərhələsində mövcud olan əsas maneələr – bu ideyanın həyata
keçirilməsi ilə əlaqədər olan iri maliyyə itkiləri və mədəniyyəti patriarxal dəyərlər ilə
zəngin olan cəmiyyətin hazırlıqsız olmasından təşkil olunmuşdur. Bütün bunlara
baxmayaraq, bu üsulun tərəfdarları gələcəkdə həyata keçirilməsi mümkün olan bu
ideyaların rəyat qabiliyyətinə inanırlar.
Pensiya təminatı sisteminin qender üzrə olan problemlərinin tədqiq olunmasının
ikinci istiqamətlərinə gəldikdə isə, onun çərçivəsində kişi və qadınların qeyri bərabər
olan imkanlarını pensiya təminatı ilə möhkəmləndirən müxtəlif ölkələrdə pensiya
sisteminin qurulması xüsusiyyətləri tədqiq edilir.
Ölkələrin əksəriyyəti üçün işlənmiş saat və minimal əmək haqqının miqdarı
mühüm əhəmiyyət kəsb edir. Belə qaydaların tətbiq edilməsi, pensiya təminatı
sistemindən, qeyri tam şəkildə olan iş gününə malik olan və yaxud da müvəqqəti şəkildə
məşğul olan işçilərin kifayət qədər olan sayının ixtisar olunmasına şərait yaradır. Aşağı
ödənişli qeyri-proporsional olan yüksək təmərküzləşmə və eləcə də iqtisadi qeyri-fəallıq
üçün daha xarakterik olduğundan, məhdudiyyətlər ilk növbədə qadınlrın ümumi
vəziyyətinə mənfi təsir göstərir. Məsələn, mütəxəssislərin göstəricilərinə əsasən, 1894-
cü ildə ABŞ ölkələrdə qadınlar tam iş günündə çalışayan insanlrın 80%-ni təşkil edir,
iqtisadi cəhətdən qeyri fəal olan əhalinin tərkibi isə demək olar ki, əmək qabiliyyətinə
malik olan qadınların yarı hissəsindən təşkil olunmuşdu.
Hətta yüksək əmək haqqı və tam şəkildə olan məşğuluq belə hər zaman
qadınların pesiya sistemindən əlverişli şəkildə istifadə etməsnə şərait yaratmır. Burada
söhbət sığorta haqqının ödənilməsi üçün zəruri olan minimal dövrün təyin edilməsindən
gedir. Məsələn, Avstriya və İspaniyada sığorta haqqlarının ödənilməsinin minimal dövrü
15 il, Böyük Britaniyada – 10 il, İtaliyada isə 16 ili əhatə edir. Göründüyü kimi, minimal
sığorta dövrü nə qədər uzun olarsa, qadınların pensiya almaq hüququnu əldə etməsi də
bir o qədər çətin ola bilər. Çünki onların əmək fəaliyyəti əksər hallarda uşaqların anadan
olması və tərbiyə edilməsi zamanı dayandırılır.
Qadınların pensiya almaq imkanına mənfi təsir göstərən pensiya sisteminin təşkil
edilməsinin digər xüssiyyəti – pensiyaların hesablanma qaydasından ibarətdir.
Pensiyaların hesablanması zamanı əmək hayatının son dövründən istifadə olunur. Bu
variant qadınlar üçün daha zəruridir. Tədqiqatlardan göründüyü kimi, maliyyə
münasibətlərində son iş dövrü deyil, məhz elə ilk iş dövrü qadınlar üçün uğurlu hesab
olunur. Bundan başqa, onlardan əksəriyyəti ev təsərrüfatı ilə əlaqədar olan işlərə daha
çox vax ayırırlar. Orta əmək haqqına əsaslanmış pensiyaların səviyyəsinin
hesablanması da ideal deyildir, belə ki, bu zaman qadınlar tam şəkildə məşğul olmayan
və aşağı ödənişli işlərin sırasına daxil edilirlər. Məhz bu səbəbdən də tədqiqatçıların
əksəriyyəti bəzi ölkələrdə fəaliyyət göstərən «qazancların ən yaxşı ili» adlı üsuldan
istifadə edilməsini təklif etmişdirlər. Pensiyaların bu üsula əsasən hesablanması da
mümkündür.
2. İnkişaf etmiş ölkələrdə mövcud olan sosial siyasətin qender aspektləri
Feminist cərəyanın tədqiqatçıları sosial dövlətin siyasətinin də mövcud olan
qender bərabərliyinin müxtəlif aspektlərini təhlil edirlər. Bu zaman cinslərin
bərabərliyinin təmin edilməsində meydana çıxan dövətlərarası fərqlər sosial dövlətin
müxtəlif olan modelinin konteksti çərçivəsində nəzərdən keçirilir.
Daha geniş şəkildə yayılmış nöqteyi nəzərlərə əsasən, sosial dövlət öz
vətəndaşlarına rifahın müəyyən səviyyəsini zəmanət verən ictimai quruluşun bu növünü
ifadə edir. Burada söhbət vətəndaşların minimal həyat səviyyəsinin məşğulluğun yüksək
səviyyəisinin əldə olunması hesabına təmin olunmasından gedir. Dövlətin müdaxiləsi
hakimiyyət və vətəndaşlar arasında mövcud olan müqavilə münasibətlərini həyata
keçirən mexanizm kimi nəzərdən keçirilir. Sosial dövlət fenomeninin təhlil olunması
əsasən bazar və ya dövlət dilemmasında cəmlənir. Ailənin sosial təminatda olan rolu,
evdarlığın sosial tələbatları və qadınların əmək bazarında olan vəziyyəti kimi məsələlər
isə bir qayda olaraq nəzərə alınırlar. Hal-hazıda dövlətin rifahının dövlət–bazar–ailə
üçlüyündə toplanması üsulu daha geniş vüsət almışdır.
Müasr Avropada «bərabərlik mədəniyyətinin» inkişaf etməsi, kişi və qadınlar
arasında hüquq bərabərliyini təmin edilməsi məsələsini ilk plana çəkən beynəlxalq
təşkilatların siyasəti ilə tamamlanmışdır. Bərabərlik mədəniyyətini, dövlət və cəmiyyət
tərəfindən həyata keçirilən və eləcə də cinslər arasında mövcud olan iqtisadi, sosial və
siyasi ehtiyatların bərabər şəkildə bölüşdürülməsinə yönələn tədbirlərin məcmusu kimi
müəyyən etmək mümkündür. BMT, Avropa Şurası, MOT və Avropa parlamenti,
konvensiya, qətnamə, tövsiyyə və direktivləri qəbul etməklə, bu istiqamətdə müəyyən
islahatların həyata keçirilməsnə şərait yaradırlar.
BMT-nin sənədlərində qeyd olunduğu kimi, qadınların sosial siyasətdə
«benefisiar» kimi və bu siyasətin iştirakçıları kimi olan rolunu da fərqləndirmək
mümkündür. Hökümətin bu qadınların bərabər əmək haqqının verilməsi və sosial
güzəşlərin (işsizliyə görə müraciət, pensiya təminatı, məktəbə qədər müəssisələrin
xidmətlərinin ödənilməsi və s.) təqdim olunması kiim tədbirlərin həyata keçirilməsinə
şərait yaradır. Burada söhbət sosial siyasətin «müştərilik» meyarından gedir. Bu
problemin digər tərəfi «partnyorluq siyasəti adlanan» və qadınların hakimiyyət
strukturlarında iştirak etməsini genişləndirən istiqamətdir.
Son on illər ərzində Avropada bərabərlik haqqında olan qanunvericilik sahəsinin
nümunəsi kimi qender bərabərliyinə dair çoxsaylı proqramlara malik olan İsveç
nəzərdən keçirilir. Bundan başqa, Avropa İttifaqına daxil olan dövlətləri, qender
bərabərliyi siyasətinin həyata keçirilməsi nöqteyi-nəzərindən «liderlər» və
«autsayderlər» qrupuna ayırmaq mümkündür. Sosial siyasətin bu aspektlərini uşaqlara
xidmətin göstərilməsinə görə analıq və valideynlik məzuniyyətinin çox və davamlı
olması, məzuniyyət dövrü ərzində müavinətin miqdarının çox olması, uşaqların məktəbə
qədər olan tərbiyəsinə dair ictimai proqramların əlverişli olması, pensiya sisteminin
uyğunlaşma qabiliyyətinə malik olması kimi də nəzərdən keçirmək mümkündür. Bu
siyasətdə əsas lider dövlətləri Skandinaviya ölkələri, orta vəziyyətdə olan dövlətlər
Almaniya, Niderland və Avstriya, «autsayder» ölkələri isə Yunanistan, İtaliya və İspaniya
dövlətləridir. Skandinaviya ölkələrində bərabərlik və sosial demokratiya prinsiplərinə
olan meylliliyin tarixi kökləri vardır. Bu ölkələrdə yaşayan parlamentar qadınların sayı,
qadın əhalisinin rifahına müsbət təsir göstərən dövlət siyasəti və sosial texnologiya üçün
zəruri olan «kritik kütlənin» sayından çox olmuşdur. Mühüm əhəmiyyətə malik olan
dövlət sektoru iş verən təşkilat kimi iştirak etməklə, uşaqlara xidmətin göstəriləmsini
təmin edərək, təhsil, tibbi yardım və sosial təminatı əlverişli edir.
Sosial siyasətin «müştəri» və «partnyorlüq» aspektləri üzrə olan məluatlar ölkələr
arasında mövcud olan mühüm fərqləri əks etdirir. Qadınlar sosial siyasətin benefisiarları
kimi nəzərdən keçirən konsensus daha inandırıcı görünür. «Müştəri» və «partnyor»
göstəriciləri arasında olan təzad Fransa və Belçika üçün daha çox xarakterikdir. Bu
ölkələrin hər ikisi «müştəri» siyasəti sahəsində lider olsalar da, partnyor siyasətində
outsayder kimi iştirak edirlər. Portuqaliya, Yunanistan və Britaniya partnyorluq siyasətini
həyata keçirməklə «müştəri» aspektinə də müraciət edir. Norvec və Niderland
göstəricilərinin müqayisə edilməsi qadınlara sosial siyasətin partnyorları kimi münasibət
göstərilməsini təsdiq edir.
Liderlər qrupuna daxil olan Niderland və «autsayderlər» qrupuna daxil olan
İrlandiyada «bərabərlik mədəniyyətinin» formalaşması xüsusiyyətlərini nəzərdən
keçirək. Bu iki ölkənin nümunələri bərabərlik mədəniyyətinin formalaşması üsullarında
oxşar və fərqli cəhətləri əks etdirir. 70-i illərin sonuna qədər hər iki ölkədə qadının yalnız
evdə və ərindən asılı olması haqqında vahid mövqe hakim idi. Əmək fəaliyyətinin
demək olar ki, bütün növləri kobud şəkildə «kişilərə yaraşan» və «qadınlara yaraşan»
xüsusiyyətlərə ayrılmışdı. Cəmiyyət isə əməyin qender üzrə bölüşdürülməsinə şərait
yaradırdı. 70-90-cı illərdə hər iki ölkədə qadınların sosial siyasətin benefisiarları olması
haqqında mühafizəkar nöqteyi nəzərlər yenidən nəzərdən keçirildi.
80-ci illərdən etibarən Niderlandın ictimai təfəkkürü və hökumət siyasətində
mühüm dəyişikliklər baş verdi. Vergi verən şəxslərin himayəsində olan ailə üzvlərinin
sayının artmasından narahat olan hökumət əməyin əhali tərəfindən təsdiq edilməsi
ideyasını səbirli şəkildə qəbul etməyə məcbur oldu. 1990-cı ildə dövlətin maliyyə dəstəyi
ilə təmin olunan uşaqlar üçün məktəbə qədər müəssisələrin inkişaf etdirilməsi haqqında
qanun qəbul edildi. Məhz buna görə də uşaqların tərbiyə olunması və işin biri-birinə
uyğunlaşdırılması holland qadınları üçün tipik olan bir vəziyyətdir. İrlandiyada isə
kişilərin qadınlardan asılı olması konsepsiyası öz qüvvəsini qoruyub saxlamaqda davam
edir. Bu şərait işsizliyin yüksək səviyyəsi ilə birlikdə hökumətə və onun sosial
partnyorlarının qadınların muzdlu işdə iştirak etməsi haqqında olan tədbirlərin həyata
keçirilməsinin qəbul olunmaması arzusunu izah edir. Vergi qoyuluşuna dair islahatların
həyata keçirilməsi və uşaqların məktəbə qədər olan müəssisələrinin inkişaf etdirilməsi
ideyası da hökumət dairələri tərəfindən dəstəklənmir. İrlandiya cəmiyyəti ərdə olan
qadınların işləməsinə qarşı açıq düşməncilik münasibəti bəsləməsə də, o qadınların
məşğulluğunun məktəbə qədər yaş həddində olan uşaqların tərbiyə edilməsi və onların
anaları ilə olan qarşılıqlı münasibətlərinə mənfi təsir göstərəcəyinə görə narahatçılıq
keçirir.
Avropa İttifaqının bütün ölkələrində yaşayan və ali savadı olan qadınların iqtisadi
cəhətdən olan fəallığı, ali təhsili olmayan qadınlara nisbətən yüksəkdir. Həm İrlandiya,
həm də Niderland yüksək peşəkar ixtisasa malik olan qadınların məşğulluq səviyyəsinin
orta ixtisaslı qadınlara nisbətən yüksək olduğu ölkələrdir. Uşaqların anadan olması
qadınların iqtisadi fəallığına eyni təsir göstərsə də, bu effekt daha çox İrlandiyada özünü
biruzə verir. AVB ölkələri arasında İrlandiya uşağı olan və 20-39 yaş həddində olan
qadınların məşğulluğuna görə ən sonuncu yerlərdən birini tutur (41%). Bu
tendensiyaları Niderlandda da müşahidə etmək mümkündür. Lakin Niderland ailələrində
İrlandiyaya nisbətən az uşaq olduğu üçün dövlət ərdə olan və işləyən qadınlara yardım
edərək, onları tam iş vaxtı olmayan iş yerlərində yerləşdirir. Beləliklə, Niderlandda ailəni
dolandıran iki şəxs iştirak etdiyi ailə modelinin genişləndirilməsinə yönələn tendensiyalar
nəzərdən keçirirlir. Niderland sosial müavinətlərin həm keyfiyyət, həm də kəmiyyət
göstəricisinə görə İrlandiyadan üstündür. Əgər nümunə kimi qadınların sağlamlıq
göstəricilərini nəzərdən keçirsək, görərik ki, Niderland qadınların həyat davamiyyətinə
görə ABŞ-nın digər ölkələri arasında dördüncü yeri, İrlandiya isə onuncu yeri tutur. Bu
şərtləri nəzərə alsaq İrlandiyanı qadınlara münasibətdə daha ədalətli siyasəti həyata
keçirən dövlət adlandırmaq olar.
Qadınların sosial hüququnun təmin olunması planında yüksək reytinqə malik olan
ölkələrin sırasına Norvec də daxildir. Ölkənin parlamenti tərəfindən qəbul olunmuş «90-
cı illər dövrü ərzində mövcud olan bərabərlik siyasəti haqqında» qanunda kişi və
qadınların bərabər hüquqa malik olmasına istiqamətlənmiş əsas tədbirlər öz əksini
tapmışdır. Bu qanunda əsas diqqət iki məqama cəmləşmişdir: birinci məqamda
uşaqlara olan xidmətlərin yaxşılaşdırılması, ikinci məqamda isə qadınların ədalətli
şəkildə olan əmək haqqını alması üzrə olan iqtisadi asılılığı öz ifadəsini tapmışdır.
Qanun növbəti ideoloji müddəalara əsaslanır: kişi və qadınlar biri birindən əhəmmiyyətli
şəkildə fərqlənirlər. Bu cəmiyyət üçün müsbət hal hesab edilsə də, bu fərqlər qender
üzrə olan qeyri-bərabərliyin mövcud olmasına şərait yarada bilər, bərabərlik siyasəti
eyni şəkildə həm qadın, həm də ki, kişilərin marağını nəzərə almalıdır.
3 yaşından 10 yaşına qədər olan uşaqların həyat şərtlərinin yaxşılaşdırılmasına
yönələn hökumət proqramı növbəti tədbirləri nəzərdən keçirir:
- məktəbə qədər olan tərbiyə mərkəzlərinin sayının çoxaldılması;
- 6
yaşından etibarən ibtidai təhsilin həyata keçirilməsi;
- dövlətin təhsil müəsisələrində uzadılmış gün qruplarının sayının artırılması.
Bundan başqa 3 yaşına qədər olan uşaqların ailə tərbiyəsinin təşviq edilməsi
üzrə də bəzi tədbirlər həyata keçirilir. Bu məqsədlə evdə qalan valideynlərə hökumət
tərəfindən maliyyə dəstəyi təqdim olunmalıdır. Bu zaman növbəti üsullar mühüm hesab
edilir:
- 1 yaşından 3 yaşına qədər uşaqlara xidmətin göstərilməsinə görə təyin olunan
məzuniyyətlərin müddətini artıran əmək qanunvericiliyində dəyişikliklərin həyata
keçirilməsi;
- uşaqlara xidmət göstərilməsi üzrə olan məzuniyyətin istifadə edilməsinin daha sadə
olan sxeminin tətbiq edilməsi: məzuniyyətlərin ödənilməsi dövrü ərzində valideyn öz
vəzifəsinin peşəkar məşğulluğu ilə birlikdə yerinə yetirilməsini biri-birinə
«uyğunlaşdıra» bilər. Məzuniyyət dövrü ərzində ödənilən müavinətin ölçüsü ananın
əmək haqqının 80%-ini təşkil etməlidir;
- ataya
uşağa qulluq etmək üçün zəruri olan «mütləq» dörd həftəlik məzuniyyətin
təqdim olunması. Bu dörd həftə ödəniliş məzuniyyətin ümumi müddətinə daxil edilir;
- ailə üzvlərinə xidmətlərin göstərilməsi, qadınlara pensiya ilə təmin olunmaq
hüququnu təqdim edir.
6 yaşından 10 yaşına qədər olan uşaqlara aid olan tədbirlər qrupu qadınların
əmək bazarında olan vəziyyətini yaxşılaşdırır. Bununla da qadınlar öz peşəkarlıq
şanslarını kişilər ilə müqayisədə yüksəldir və ya onların peşəkarlıq səviyyəsinə bərabər
edirlər. 3 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulan tədbirlər kompleksi ailə
qulluğunun inkişaf etdirilməsinə yönəldilmişdir.
Cinslərin bərabərlik prinsiplərini işləyib hazırlayan zamanı növbəti əsas
müddəalardan əsaslanır; qadınların fərd kimi nəzərdən keçirilməsi, qadınların ailə
üzvləri kimi qəbul edilməsi və hər iki aspektin nəzərə alınması. Qadınlar haqqında olan
ikili təsəvvürlər bir sıra hallarda bərabərlik siyasəti ilə təzahür olunur. Tədbirlərin bəziləri
qadınların iqtisadi statusunun yüksəldilməsinə, bəziləri isə qadınların vəziyyətinin ana
kimi yaxşılaşdırılasına yönəldilişdir.
Müxtəlif ölkələrdə ailə modeli müxtəlif səviyyəyə uyğun olaraq şəklini dəyişir. Bu
və ya digər ölkələrdə ailə haqqında olan ənənəvi təsəvvürləri növbəti göstəricilər üzrə
müzakiə etmək mümkündür:
- vergi
qoyuluşu və sosial təminat sistemində qadınlara qarşı olan münasibət;
- sosial
rifahların təmin olunma səviyyəsi;
- ərli qadınların məşğuluğunun xüsusiyyətləri.
Sadalanmış göstəricilər ailənin ailə başçısı kişi olan modelinin üç növünü
xarakterizə edir. Birinci növ ailə ilə ailə başçısı kişi olan modelin tarixi cəhətdən əks
etdirən ölkələr aiddirlər. Bu qadınların məşğulluq xüsusiyyətlərinə malik olması dövlətin
məktəbə qədər təşkilatlarının inkişaf etməsini və ana olan qadınların hüququ cəhətdən
müdafiə olunmasını izah edir. Uzun illər ərzində qadınlar və kişilər arasında olan qeyri-
bərabərlik də bununla izah olunur. Bu modelin inkişaf etdiyi ölkələrdə dövlət və ailənin
«məsuliyyət zonasının» aydın şəkildə məhdudlaşdırılması hökm sürür. Patriarxat
normaların riayət olunmasına görə sosial nəzarətin funksiyaları kütləvi sahənin
institutları tərəfindən həyata keçirirlir. Bu növə daxil olan ölkələrə Almaniya və Britaniya
aiddir.
İkinci tip ümumi rifahı yüksək olan dövlətin ailə başçısı olan kişi ilə «keçid»
variantını ifadə edir. Bu ölkələr tam iş vaxtı ilə məşğul olan qadınların əksər hissəsi ilə,
eləcə də qadınlar üçün nəzərdə tutulmuş sosial zəmanətlərin məcmüəsi ilə xarakterizə
olunurlar. «Patriarxat nəzarəti» funksiyaları ailə təsisatı tərfindən yerinə yetirilir.
Qadınların həyat yoldaşı, ana və muzdlu fəhlə kimi olan hüququ isə cəmiyyət tərəfindən
qəbul olunur.
Ümumi rifahı yüksək olan dövlətlərin üçüncü tipinə isə ailə başçısı kişi olan
ailənin daha «zəif» modeli aiddir. Bu ölkələrə aşağıdakılar xasdır: tam iş vaxtı rejimində
çalışan qadınların yüksək paya malik olması, vergi qoyuluşu və sosial təminatın fərdi
sistemi, dövlət inkişaf etmiş məktəbə qədər müəssisələri və valideyn məzuniyyətini
maneəsiz şəkildə əldə etmək imkanı. Bu dövlətlərə İsveçi nümunə göstərmək olar.
Burda ailəni dolandıran iki şəxsi olan ailə modeli formalaşmışdır.
Feminist hərəkatı və dövlətin sosial siyasəti arasında hansı qarşılıqlı
münasibətlər fəaliyyət göstərir? Tarixi cəhətdən güclü olan feminist hərəkatı və
qadınlara tam şəkildə vətəndaşlıq hüququnu təqdim edən sosial siyasət arasında
mövcud olan qarşılıqlı münasibəti aydınlaşdırmaq qeyri-mümkündür. Bu proseslərin
inkişaf etməsi ziddiyyətli xüsusiyyətə malik olmuşdur. Məsələn, Fransa və İsveçin sosial
siyasəti qadınlar üçün daha çox imkan yaradır. Lakin bu heç də qadın hərəkatının güclü
olmasına əsaslanmır. Məlum olduğu kimi, həm Fransa, həm də İsveçdə qadınlar
müvafiq dövlət tərəfindən təqdim olunan mənfəətin qorunmasında mühüm rol
oynamışdırlar. Yalnız bu fakt qeyri-adidir ki, kifayət qədər güclü olan ingilis feminizmi
sosial siyasət sahəsində ciddi nəticələrin yaranmasına səbəb olmuşdur.
Tədqiqatçıların əksəriyyəti belə bir qənaətə gəlmişdilər ki, qadınların ictimai
hərəkatının təsiri dövlətin sosial təminatı tədbirlərinin cəmiyyət və «səxavətlilik»
xüsusiyyətinə tərs münasibdır. Dövlət bürokratiyasının inkişaf etmiş sistemi və dövlət
müdaxiləsinin uzun müddətli ənənələrinə malik olan güclü dövlətlər «zəif ölkələr» ilə
müqayisədə qadınlar üçün nəzərdə tutulmuş proqramlar daha dar olan siyasi çərivələrə
yerləşdirmişdirlər. Daha güclü və geniş olan qadın hərəkatına malik olan ABŞ qadınları
və uşaqlar üçün nəzərdə tutulmuş və az inkişaf etmiş sosial müavinətlər sisteminə malik
olmuşdurlar. Beləliklə, güclü olan qadın hərəkatı özü-özlülüyündə dövlətin rifahında təsir
göstərən güclü qender siyasətinin həyata keçirilməsinə şərait yaratmır.
Qender münasibətlərinin sosial dövlətin inkişafı şəraitində dəyişilməsini də qeyd
etmək lazımdır. Bu növ irəliləyişlərin əhəmiyyəti sosial siyasətdə baş verən dəyişiliklər
ilə əlaqədar olaraq, özünü daha aydın şəkildə biruzə verir. Məsələn, Holland
hökumətinin indiki siyasətində qadınların əvvəlcə analıq vəzifəsini, sonra isə işçi kimi
vəzifəsini yerinə yetirməsi nümayiş etdirilir. Bunun nəticəsində özündə analıq və
məşğulluqu cəmləşdirən qadınlar üçün zəruri olan ikili model yaradılır. Bu ikili model
digər ölkələrdə də öz əksini tapmışdır.
Almaniyada nöqteyi-nəzərlərin tənqid olunası keçmiş ADR qadınlarının
fəaliyyətində öz əksini tapmışdır. Bu qadınlar məşğulluq problemlərini nəzərə
çarpdırmağa daha çox meyllidirlər və onlar uşağlara xidmətin göstərilməsini daha
yüksək qiymətləndirirlər.
Beləliklə, müasir şəraitdə sosial dövlətlərin haqqında olan təsəvvürlərin şəklinin
dəyişdirilməsi prosesi baş verir. Ölkələrin əksəriyyəti vətəndaşlıq modellərindən
məşğulluğun ödənilməsi modelinə keçən qender siyasətinin şəklinin dəyişdirilməsi
müşahidə olunur.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Гендер и общество /под ред. Широбоковой А.А, и др./. – Иркутск, 2000
2. Дегтярь Л. Процесс трансформации и положение женщин //Вопросы
экономики, 2000, № 3
3. Женщина и социальная политика /гендерный аспект/. - М.,1992
4. Обеспечение равенства полов: политика стран Западной Европы /под ред.
Ф.Гардинера/. - М.,2000
5. Пфау-Эффнгер Б. Опыт кросс-национального анализа гендерного уклада
//Социологические исследования, 2000, № 11
6. Силласте Г.Г. Женщина как обжект и субжект социальной безопасности
//Социологические исследования, 1998, № 12
7. Силласте Г.Г., Кожамжарова Г. Социальная дискриминация женщин как
предмет социологического анализа //Социологические исследования, 1997,
№ 12
8. Теоретико-методологические аспекты проблем гендерного обучения в
системе
высшего
образования
/материалы
научно-практической
конференции/. – Б., 2002
Document Outline - ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI
Dostları ilə paylaş: |