1
GİRİŞ
Mülkiyyət hüququ anlayışı öz mənbəyini Roma hüququndan götürmüşdür.
Torpaq üzərində mülkiyyət hüququ xüsusilə bu hüququn inkişafına böyük təsir
göstərmişdir.
Roma hüquqşünasları mülkiyyət hüququnun dəqiq tərifini verməmişdilər.
Mülkiyyətə sadəcə olaraq, şəxs (mülkiyyətçi) olmayan və ya dövriyyə qabiliyyətli hər
cür əşya kimi baxılırdı. Onlar yalnz mülkiyyət hüququnun məzmununu
(elementlərini),
yəni
mülkiyyətçinin səlahiyyətlərini müəyyən etmişdilər.
Mülkiyyətçinin özünə məxsus əşya barəsində aşağıdakı hüquqlara malikdir: əşyadan
istifadə hüququ; əşyadan gəlir, bəhər almaq hüququ; sərəncam hüququ.
Roma hüququ mülkiyyət hüququnun, elementlərinin, yəni mülkiyyətçinin ayrı-
ayrı səlahiyyətlərinin siyahısını qəti olaraq müəyyən etmirdi. Bu onunla əlaqədar idi
ki, Roma hüququna görə, mülkiyyətçi ona məxsus olan əşya barəsində qanunla
birbaşa qadaan olunmayan hər şey edə bilərdi.
Belə təsəvvür yaranır ki, Roma hüquqşünasları vahid mülkiyyət anlayışı,
mülkiyyət hüququ sahəsində dəqiq hüquqi termin işləyib hazırlamasalarda, onların
mülkiyyət hüququnun elementləri barəsində müəyyən etdikləri qayda müasir
qanunvericiliyin prinsipial əsasını təşkil edir.
Dünya hüquq mədəniyyətinin ilkin mənbələrindən olan Roma hüququnda
mülkiyyət barədə hazırlanan müddəalar bütün hüquq sistemləri, o cümlədən
Azərbaycan Respublikasınin mülki hüququ tərəfindən qəbul ediulmişdir.
Bütün hüquq sistemlərində biz mülkiyyət hüququna anlayış verməsinə rast gələ
bilərik. Bu anlayışlar bir-birini istisna etmir. Əksinə onlar bir-birini tamamlayaraq,
mülkiyyət hüququ kimi vacib hüququ fenomenin mahiyyətinin aydınlaşdırmasına
imkan verir. Həmin fenomenə bizdə doktrinal (elmi) anlayış veririk.
Beləliklə, mülkiyyət hüququ dedikdə elə bir subyektiv hüquq başa düşülür ki,
bu hüquq qanunvericilikdə nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır,
mülkiyyətçinin özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, əmlakdan
istifadə və onun barəsində sərəncam səlahiyyətini ifadə edir, bu səlahiyyətlərin başqa
şəxsə verilə bilməsini, əmlakdan girov kimi və ya başqa üsulla ifadə edilə bilməsini,
əmlakı mülkiyyət kimi və ya idarə etmək üçün başqa şəxsə verilə bilməsini, habelə
əmlak barəsində qanuna zidd olmayan istənilən hərəkətlər edilməsini təmin edir.
2
Mülkiyyətçi bu hüquq əsasında əmlakdan hər hansı sahibkarlıq, təsərrüfat fəaliyyəti
və ya qanunla qadağan edilməmiş başqa fəaliyyət üçün istifadə edə bilər.
1. Mülkiyyət və mülkiyyət hüququ
1.1 Mülkiyyət hüququnun hüquqi anlayışı.
İqtisadi kateqoriya olan mülkiyyət və mülkiyyət hüququ kimi anlayışlar bir
birindən fərqlənir. Bunlar üst-üstə düşməyən və bir-birinə tam uyun gəlməyən
anlayışlardır. İqtisadi kateqoriya olan mülkiyyətin mülkiyyət hüququna nisbətən tarixi
daha əzəldir.
İqtisadi kateqoriya kimi mülkiyyət insan cəmiyyəti ilə bərabər yaranmışdır.
Mülkiyyət iqtisadi münasibətləri hələ ibtidai icma qurluşunda dövlət və hüququn
olmadığı bir zamanda mövcud olmuşdur. Dövlət və hüququn meydana gəlməsi ilə
cəmiyyətdəki mülkiyyət iqtisadi münasibətlərin hüquqi cəhətdən ifadə edilməsinə və
möhkəmləndirilməsinə, mülkiyyətçinin mənafeyinin hüquqi mühafizəsinə zərurət
yaranmışdır.
Mülkiyyət iqtisadi münasibətləri mülkiyyət hüququ ilə hüquqi cəhətdən
qorunur və möhkəmləndirilir. Bu münasibətlər hüquq normaları ilə tənzimlənməklə
mülkiyyət hüququ forması alır. Daha dorusu, mülkiyyət hüququ iqtisadi kateqoriya
olan mülkiyyəti hüquqi cəhətdən rəsmiləşdirir və ifadə edir.
1.2 Obyektiv mənada mülkiyyət hüququ.
Mülkiyyət hüququ anlayışı iki mənada işlədilir: obyektiv mənada mülkiyyət
hüququ; subyektiv mənada mülkiyyət hüququ;
Obyektiv mənada mülkiyyət hüququ dedikdə, mülkiyyət münasibətlərini tən-
zimləyən hüquq normalarının məcmusu başa düşülür. Obyektiv mənada mülkiyyət
hüququ mülkiyyət hüququ institutu ilə əhatə olunur. Məhz bu baxımdan mülkiyyət
hüququ mülki hüquqa tərkib hissəsi kimi daxil olan hüquq institutu rolunda çıxış edir.
Mülkiyyət hüququ hər hansı hüquq sistemində əsas və mərkəzi hüquq institutu hesab
edilir. Bu institutu xüsusi hüququn özək institutu saymaq olar. Belə ki, mülkiyyət hü-
ququ institutu xüsusi hüququn bütün digər institutlarının xarakterini şərtləndirir. Mül-
kiyyət hüququnun normaları bu və ya digər dərəcədə ailə, öhdəlik, vərəsəlik hüqu-
quna və digər sahələrə təsir göstərir. Xüsusən bu normaların öhdəlik hüquq norma-
3
ları ilə əlaqəsi daha sıxdır. Belə ki, mülkiyyət iqtisadi münasibətlərinin obyekti olan
əşyaya sərənjam verilməsi yalnız dinamik xarakterli münasibətlərə, ilk növbədə öhdə-
lik münasibətlərinə (məsələn, kirayə, icarə, borc, kredit və digər münasibətlərə) gir-
məklə gerçəkləşdirilir ki, bu münasibətlər öhdəlik hüquq normaları ilə nizamlanır.
Söhbət əşyaya sərənjam verilməsi formasında edilən iradəvi hərəkətlərdən, yəni alqı-
satqıdan, bağışlamadan və digər aktlardan gedir. Vəsiyyət yolu ilə mülkiyyətçi əmlaka
sərənjam verərsə, həmin əmlakın vərəsələrə keçməsi prosesi vərəsəlik hüquq normala-
rı ilə qaydaya salınır.
Mülkiyyət münasibətlərini nizama salan mülki hüquq normalarının birləşməsi mül-
kiyyət hüququ institutunu yaradır. Bu institutun əsasını şəxslərin mülkiyyət hüququnu
təsbit edən, mülkiyyətin heç bir növünə üstünlük verilməməsini təmin edən, mülkiy-
yət hüququnun qanunla qorunmasını müəyyənləşdirən Konstitusiyanın 29-cu maddə-
sində ifadə olunmuş prinsipial müddəa təşkil edir. Mülkiyyət hüququ institutunda
jəmləşən normalar MM-in mülkiyyət hüququnun ümumi müddəaları adlı 6-cı fəslin-
də, habelə 7-ci, 8-ci, 9-cu, 10-cu fəsillərində (152-ci-249-cu maddələr) qruplaşdırıl-
mışdır.
Mülkiyyət hüququ obyektiv mənada kompleks (çoxsahəvi) xarakterə malik olan
hüquq institutudur. Daha doğrusu, o, qarışıq, mürəkkəb və ya sahələrarası institut
kimi çıxış edir. Bu instituta mülki hüquq normaları ilə bərabər, həm də konstitusiya,
inzibati və cinayət hüququnun müəyyən etdiyi qaydalar daxildir. Həmin normalar içə-
risində mülki hüquq normaları daha mühüm rol oynamaqla nisbətən üstünlüyə malik-
dir. Əgər mülkiyyət münasibətlərinə toxunan normalar mülki-hüquqi xarakter daşıyar-
sa, belə halda söhbət yalnız mülki hüquq institutu olan mülkiyyət hüququndan gedə
bilər.
Mülkiyyət münasibətlərini nizama salan mülkiyyət hüquq institutuna daxil olan nor-
maların xarakter və məzmunu cəmiyyətdə hakim olan iqtisadi və istehsal münasibətlə-
ri ilə müəyyən edilir. Başqa sözlə desək, əsasını müəyyən mülkiyyət tipi təşkil edən
istehsal üsulları mülkiyyət hüququ institutunun xarakterini şərtləndirir.
Beləliklə, obyektiv mənada mülkiyyət hüququ dedikdə, maddi nemətlərə yiyələn-
məklə əlaqədar yaranan münasibətləri tənzimləyən və qoruyan, habelə mülkiy-
yətçinin əmlaka sahiblik, əmlakdan istifadə və onun üzərində sərənjam vermək
hüququnu təmin edən hüquq normalarının sistemi başa düşülür.
Dostları ilə paylaş: |