АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №2, səh. 121-124 (2013)
121
Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası
Q.T.Fərhadov
Naxçıvan Elmi-Tədqiqat Baytarlıq Mərkəzi, Naxçıvan şəh., Azərbaycan;
E-mail:qadir_ ferhadov@hotmail.com
Məqalədə camışlar arasında parazitlik edən helmint növlərindən bəhs edilir. Naxçıvan Muxtar
Respublikasında camışların 20 növ helmintə yoluxması müəyyən olunmuşdur. 5 aylıqdan başlayaraq
daha yuxarı yaşlara qədər helmintə yoluxmanın davam etməsi müəyyənləşdirilmişdir. Otlaq
sahələrinin xüsusiyyətlərindən və camışların yaşlarından asılı olaraq camışların göstərilən helmintlərə
yoluxma vəziyyəti araşdırılmışdır. Naxçıvan MR-da camışların xüsusi çəkisi maldarlıqda aşagı
olmasına baxmayaraq onlar iri buynuzlu malların helmint faunasının formalaşmasında xüsusi
əhəmiyyətə malikdir.
Açar sözlər: camış, növ, helmint, fauna
GİRİŞ
Camışlar istilik sevən heyvan olub Asiya
ölklərində və Avropa, Afrika və Cənubi Amerika
qitələrində yayılmışdır. Filogenetik cəhətdən
qədimi heyvanlardır. A.A.Ağabəyli (1967) hesab
edir ki, camışlar iribuynuzlu hey vanlar ilə bir
qrupda cəmləşib. Camışlar müstəqil bubalos
növünə məxsusdur. Camışların vəhşi növləri bu
gün təbiətdə Cənub-Şərqi Asiya və Mərkəzi
Afrika qitələrində vəhşi halda yaşayırlar.
Camışların əhilləşdirilməsi 1937-ci ilə qədər
təkmilləşdirilmişdir. Camışlar iri heyvanlar olub
dörd yaşında və yuxarı yaşlarda 430- 660 kq olub
1400-3500 kq-a qədər süd verirlər. Camış
südünün yağlılığı 7,2-10,0% olur. Ət çıxarı 42-
46%-ə çatır. Camışın əti çoxlu miqdarda zülal,
fosfat turşuları, dəmir preparatları ilə zəngin
olduğundan ət tünd qırmızı rəngə çalır. İsraildə
qan azlığı olan adamlara həkimlər cavan camış
ətini yeməyi məsləhət görürlər. Camışın südündə
zülalın miqdarı 3-5%, kazein 3,0-4,3% süd şəkəri
4,5-5,3% minerallar 0,7-0,8% təşkil edir. Camış
südünün kaloriliyi 1110-1480 kaloridir. Camış
südündə vitaminlərin miqdarı inək südündən
yuxarıdır. Camış südünün 12 litrindən 1kq yağ
almaq olar. Dünyada 78 milyon camışdan 48
milyonu Hindistan dadır. Qafqazda isə
Azərbaycan, Gürcüstan, Ermənistan və Rusiyada
yayılmışdır. Bu camışlar əsasən Hindistan mənşəli
camışlardır.
Camışların əsas qidası qaba yemlər, qamış,
müxtəlif otlar təşkil edir. Camışlar soyuğa
davamsız olduqlarından soyuq aylarda isti
tövlələrə köçürülməlidir.
Camışlarda helmintlərin öyrənilməsi ilə baglı
bir çox məlumatlar (Асадов, 1958; Гаджиев,
1951; Мамедов, 1969; Махмудов и Атаев, 2005;
Махмудов и др., 2006; Телевова, 2012;
Srivastova and Pande, 1964) vardır. Azərbaycan
Respublikası Milli Elmlər akademiyasının
Zoologiya institinun və Elmi-Tədqiqat Baytarlıq
İnstitutunun
əməkdaşları
tərəfindən
əhli
gövşəyənlərdə 119 növ helmint
müəyyənləşdirmiş, o cümlədən camışlarda 53 növ
helmintin parazitlik etdiyi göstərilmişdir.
Camışların helmintozları içərisində ən çox ziyan
vericiləri əsasən fassiolyoz, dikroselyozdur. Onlar
qaraciyərdə iti və xroniki hepatit, qaraciyərin
serrozu, öd yollarının iltihabı, öd yollarının
kirəcləşməsi paramfistomatozlar isə camışlar da
enterit və pankreatit fəsadları ilə orqanizmdə
patoloji vəziyyət yaradırlar. Sestodozlardan ən
çox moniezioz, exinokokkoz, sistiserkoz,
nematodlardan trixostrongilyoz, neoaskaridoz,
diktiokaulyoz, telyazioz geniş yayılmışdır və
camışçılarda müəyyən miqyasda ət və süd
məhsuldarlığının azalmasına səbəb olur
(Ağabəyli, 1967; Гаджиев, 1951).
Naxçıvan Muxtar Respublikasında üç min
başa yaxın camış saxlanılır ki, bu da maldarlıgın
bir hissəsini təşkil edir, lakin onun sayı nəzərə
çarpacaq dərəcədə olmasına baxmayaraq
maldarlıqda helmint faunasının formalaşmasında,
təbii ocaqların yaranmasında müəyyən rol
oynayır. Muxtar Respublikada camışlar sürü
şəkilində yox pərakəndə, fərdi saxlanıldıgından
kütləvi halda antihelmit tədbir aparılmır, ona görə
epizootoloji vəziyyət təbii, oldugu kimi izlənilir.
Camışçılıq cüzi miqdar təşkil etdiyindən, camışlar
arasında yayılmış helmintlərin ayrıca növ halnda
Naxçıvan Muxtar Respublikasında helmint
faunasının öyrənilməsi bu vaxta qədər
toxunulmamış qalmışdır.
Bu baxımdan, Naxşıvan Muxtar Respublikası
ərazisində müxtəlif otlaq sahələrində camışlarda
parazitlik edən helmintlərin növ tərkibinin
öyrənilməsini mövsümdən və heyvanın yaşından
Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası
122
asılı olaraq və onlarda parazitlik edən helmint
assosasıyasnın aydınlaşdırılması qarşıya məqsəd
qoyulmuşdur.
MATERİAL VƏ METODLAR
2005-2009-cu illərdə kəndlərdə, kəsim
məntəqələrində, və bazarlarda məcburi kəsilən və
ölən; 1 yaşa qədər və ondan yuxarı 2, 3 yaşlarında
65 baş camışların daxili orqanları mədə-bağırsaq,
qursaq və işkənbələri tədqiq edilmişdir. Bundan
əlavə, Respublika Baytarlıq Laboratoriyasına və
Elmi Tədqiqat Baytarlıq Mərkəzininə baytar
həkimləri tərəfindən göndərilmiş 850 baş
camışların kal nümunələri müayinədən
keçirilmişdir. Müayinə zamanı camışların
helmintlərə yoluxma ekstensivliyi və intensivliyi
və eyni zamanda müxtəlif mövsüm və fazalarda
müşahidə olunma vəziyyəti nəzərdən
keçirilmişdir. Ölmüş və kəsilmiş 65 baş camışın
cəsədləri və daxili orqanları K.İ.Skryabinin Tam
Helmintoloji Yarma üsulu (1928) ilə müayinədən
keçirilmiş və rast gəlinən helmintlər toplanaraq
Barbaqallo məhlulunda fiksasiya edilmişdir. Kal
nümunələri ardıcıl yuma və azot gübrəsinin
doymuş məhlulu ilə üzdürmə üsulu ilə
müayinədən keçirilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Naxçıvan Muxtar Respublikasında camışların
20 növ helmintə yoluxması müəyyən edilmişdir.
Bu helmintlərə yoluxma faizi 5%-dən 65%-ə
qədər, intensivliyi isə 3 nüsxədən 230 nüsxəyə
qədər olduğu müəyyənləşdirilmişdir. Ümumi
halda orta hesabla parazitlərin ekstensivliyi
camışlarda 25% olmuşdur. Ən yuxarı yoluxma
faizi D.lanceatum 38,5%, intensivlik 5-180 nüsxə,
F.hepatica 36,9%, intensivliyi 56 nüsxə,
D.viviparus 65%, neoaskaridoz 25%,
trixostrongilyoz 12% müəyyən edilmişdir. 1 yaşa
qədər cavan camışlarda fassilyoza, dikroselyoza
yoluxma ekstensivliyi 7,5-9,0% və intensivliyi 12-
19 nüsxə olub. 2 illik yaşında isə helmintlərə
yoluxma 15 növ olmuş, invaziyanın ekstensivliyi
isə 41,2%-ə çatmışdır.
Yaşlı camışlarda yoluxma faizi daha yüksək
olmuşdur. Cədvəldə bu göstəricilər əks olunmuşdur.
Ümumiyyətlə camışlarda bütün xəstəliklərdə olduğu
kimi helmintozlar zamanı profilaktik tədbirlərin
aparılması nadir hallarda olduğundan, inkişaf
dinamikasına heç bir müdaxilə olmadıgından
camışlarda aparılan helmintoloji müayinələr təbiidir.
Yaşlı heyvanların yoluxması cavanlara nisbətən
daha qabarıq və intensiv olmaqla və cavanlara
nisbətən yuxarı yoluxma qeyd olunub.
Müayinələr zamanı helmintlərin yerləşmə
yerindən asılı olaraq qaraciyərdə, öd yollarında
hepatit, qaraciyərin qansızlaşması, öd axarlarının
tutulması, çox vaxt öd kisəsinin ödlə dolu
olmasını müşahidə etdik. Eyni zamanda müəyyən
edildi ki, fassiola yerləşən nöqtələrdə dikroselilər
olmur, əksinə dikroselilər ən çox öd axarlarında
toplanırlar. Bu da onu göstərir ki, helmintlərin
aldığı qida və yerləşdiyi ərazi məsələsində
helmintlər arasında rəqabət gedir. Qeyd
olunmalıdır ki, helmintlər bir-biri ilə antoqonist
xüsusiyyət təşkil etdiklərindən birinin rast gəldiyi
ərazidə digər helmintin yaşaması qeyri-münasib
hesab olunur.
Cədvəl. Naxçıvan Muxtar Respublikasında camışların helmintə yoluxma dərəcəsi (helmintoloji yarma məlumatlarına
əsasən)
№ Helmintin
adı yoxlanılıb yoluxub ekstensivlik intensivlik
1
Fassiola hepatica
65 24 36,9 5-56
2
Fassiola Qiqantika
65 23 35,3 5-32
3
Dikrocoelium Lanceatum
65 25 38,5 5-180
4
Paramphistomum ichikowai,
32 3 9,3 5-230
5
Moniezia expansa
20 2 11 1-4
6
Moniezia benedeni
20 2 11 1-3
7
Thycaniezia giardi
20 3 15 2-14
8
T.saginatus (cysticerus bovis)
20 1 5 2-3
9
Echynococcus granulosus,
65 6 9,2 5-32
10
Bunostom.trigonocephaluum
20 2 10 3-18
11
Oeshophaqostomum radiatum
25 2 8 15-180
12
Trichostrongilus axei
25 3 12 5-60
13
Neascaris vitulorum
6 2 33,3 5-60
14
Trichostrongil.colimbriformis
25 2 8 15-60
15
Ostertagia ostertagi
25 3 12 7-25
16
Neascaris vitulorum
4 1 25 7-50
17
Trichocephalus ovis
65 15 23 10-65
18
Trichocephalus skrjabini
65 12 18 8-44
19
Dictyocaulus viviparous
65 42 64,6 8-68
20
Thelazia rhodesi
100 22 22 3-7
Q.T. Fərhadov
123
Aparılan müayinələr nəticəsində otlaq sahəsində
helmintin aralıq sahibindən və şəraitindən asılı olaraq
bir növün digərinə dominant oldugu
müəyyənləşdirilmişdir. Ən çox dominantlıq isə
Fassiola və dikroselilərdə üzə çıxır. Sübut olunmuşdur
ki, Muxtar Respublikada camışların helmintlərlə
yoluxmasına vahid şəkildə az təsadüf olunur. Əsasən
isə helmint assosiasiyası şəkilində daha çox müşahidə
olunur. Bir camışda eyni vaxtda bir neçə helmintin
(fassiola, dikroseliom, bunostom, nematodirus,
exinokokk, trixostrongililərin) parazitlik etməsi
müəyyən olunmuşdur.
Infeksion və invazion xəstəliklərdə olduğu
kimi helmintozlar zamanı da camışlarda iştahın
pozulması, ağızdan su axması, düşkünlük, zəiflik,
görünən selikli qişaların solğunlaşması, xarici
mühitə qarşı reaksiyanın zəifləməsi güclü tərləmə
və qanda, kal nümunələrində qan ifraz olunması
qeyd olunur. Trematodozlar zamanı çənəaltı və
boğaz altında soyuq şişlər müşahidə olunur.
NƏTICƏ
Naxçıvan Muxtar Respublikasında nəticə
etibarilə camışlarda 20 növ helmintin müxtəlif
assosiasiya vəziyyətində parazitlik etməsi
müəyyənləşdirilmişdir. Apardıgımız müşahidə və
mbarizə tədbirlərinə əsasən müəyyən olunmuşdur
ki, yoluxma getmiş ərazilrərdə helmintlərin
epizootologi vəziyyətinin aradan qaldırılması üçün
aparılacaq müalicə profilaktik tədbirlərin müddəti
3-4 ilə qədər vaxt tələb edir.
ƏDƏBİYYAT
Агабейли А.А. (1967) Буйволы. M.: Колос, 396 с.
Асадов С.М. (1958) Гельминтофауны зебу и
буйволов в Азербайджана. Докл. АН Азерб.
ССР, 14(№12): 1031-1034.
Гаджиев К.Ш. (1951) Неоаскаридоз буйволят.
Ветеринария, №4: 28.
Мамедов
А.К. (1969) Специфичность
гельминтов крупного рогатого скота, буйволов
и зебу. Тр. Аз. НИВИ, 24: 109-115.
Махмудов К.Б., Атаев А.М. (2005) Гельминты
и гельминтозы желудочно- кишечного тракта
буйвола в Дагестане. Сб. Научн. Трудов
Ставропольского ГАУ, 141-143.
Махмудов К.Б., Атаев А.М., Алмаксудов У.П.,
Кочкарев А.Б. (2006) Трематоды буйволов
Дагестана. Тр. ВИГИС (М.), 44: 146-150.
Телевова Н.Р. (2012) Гельминтозы буйвола в
Дагестане и совершенствование мер борьбы.
Дис. … канд. ветеринар. наук. Махачкала, 128
с.
Srivastova S.C, Pande B.P. (1964) The intestinal
thread worm Strongyloides papillosus (Wedl.,
1856) Ransam, 1911, in young buffalo-calves - a
histological study. Indian J. Veterin.Sci. and
Animal Husbandry, 34(4): 214-221.
Гельминтофауны Буйволов На Территории Нахчыванской Автономной Республики
Г.Т.Фархадов
Нахчыванский НИ ветеринарный центр
В статье описываются виды гельминтов, паразитирующих в буйволах. Впервые нами в Нахчыванской
Автономной Республики изучены гельминтофауны буйволов и установлено, что буйволы заражены
20 видами гельминтов. Начиная с 5-недельного возраста и выше, инфекции распространяются
широко. Изучена степень тяжести заражения в зависимости от возраста буйволов и характеристики
пастбищ. В Нахчыванской АР количество буйволов, по сравнению с крупным скотом, меньше, но они
имеют особое значение в формировании фауны гельминтов
Ключевые слова: буйвол, вид, гельминт, фауна
Naxçıvan Muxtar Respublikasında Camışların Helmint Faunası
124
Helminthofauna of Buffaloes In The Territory Of the Nakhchivan Autonomous Republic
G.T.Farhadov
Nakhchivan Research Veterinary Center
This article describes the visible helminth parasites in buffalo. For the first time in the Nakhchivan
Autonomous Republic we studied helminthofauna of buffalo and found that buffaloes were infected with 20
species of helminths. The infection started from 5 weeks of age. Severity of the infection was examined in
relation to the age of buffaloes and characteristics of pastures. In the Nakhchivan AR the number of
buffaloes are low compared with cattle but they are of particular importance in the formation of the helminth
fauna.
Key words: buffalo, species, helminth, fauna
Dostları ilə paylaş: |