1
Ramiz Mehdiyev
Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri,
Milli Elmlər Akademiyasının akademiki
Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili
Bakı, 12 iyul, AZƏRTAC
2016-cı il iyunun 3-4-də Bakıda, Heydər Əliyev Mərkəzində
Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilib. Mühüm ictimai-
siyasi hadisə olan forum həmvətənlərimiz, bütün Azərbaycan xalqı
üçün əlamətdar tədbirə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev
qurultayı açaraq proqram nitqi ilə çıxış edib. Prezident qurultayı
əlamətdar hadisə kimi qiymətləndirərək xüsusi vurğulayıb ki, o,
dünya azərbaycanlılarının birləşməsində, onların beynəlxalq
geosiyasətin inkişafı istiqamətində fəallaşmasında mühüm rol
oynayır. Dövlət başçısı hədəfləri müəyyən edib və qarşıya həlli diaspor
təşkilatlarının fəaliyyətini xeyli genişləndirəcək və yaşadıqları ölkədə
onların sosial statusunu gücləndirəcək konkret vəzifələr qoyub.
Təşəkkül yolunda
Azərbaycan diasporunun inkişafının başlanğıc mərhələlərini
səciyyələndirərkən qeyd edək ki, 1993-cü ilin iyununda hakimiyyətə
qayıdan Heydər Əliyev azərbaycanlıların birləşməsi probleminin
prioritet vəzifələrdən biri olduğunu göstərib. Ümummilli Liderin
“Azərbaycan
bütün
azərbaycanlıların
Vətənidir”
tezisi
həmvətənlərimizin birləşməsinin və qarşılıqlı fəaliyyətinin əsası olub,
2
onların səylərini və istəklərini Azərbaycan Respublikasının inkişafı və
çiçəklənməsi üzərində cəmləşdirib.
Ümummilli Lider istəyirdi ki, xalqımız özünün xüsusi missiyasını
hiss etsin, bununla da həm cəmiyyətin rasional quruluşu haqqında
milli ideyaları, həm də ümumbəşəri dəyərləri özündə əks etdirən
spesifik
ideologiyanın
–
azərbaycançılıq
ideologiyasının
formalaşmasına təkan versin.
Azərbaycanlıların ümumxalq qüruru olan milli ideyanın
yaranmasını təkcə onların vahid ailədə yaşayıb-yaratmaq və inkişaf
etmək tələbatı deyil, həm də tarixin ən yeni mərhələsində
Azərbaycanda yaranmaqda olan ictimai-siyasi quruluşun təbii
xarakterini əsaslandırmaq və sübut etmək zərurəti şərtləndirib. Bu da
öz növbəsində milli ideyamızın spesifikasının özünü, sosial həyatda,
ölkə vətəndaşlarının şüurunda onun yerini müəyyən edib.
Beləliklə, artıq 1993-cü ilin ortalarından başlayaraq Azərbaycan
rəhbərliyi xarici ölkələrdə yaşayan azərbaycanlıların həyatına və
fəaliyyətinə böyük diqqət və qayğı ilə yanaşıb. Bütün bu illər ərzində
dövlətimiz diaspor nümayəndələrinə imkan daxilində hər cür dəstək
göstərməyə çalışıb, yaşadıqları ölkələrdə onların təşkilatlanması,
uyğunlaşması, özlərini inamlı hiss etməsi, cəmiyyətdə müvafiq
mövqelər tutması və tarixi Vətənin maraqlarına xidmət etməyi
unutmaması üçün tədbirlər görüb.
Amma həmişə belə olmayıb. Xüsusən sovet hakimiyyəti illərində.
Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar rahat
həyatdan məhrum olublar: bu, bir tərəfdən tarixi Vətən həsrəti, digər
tərəfdən öz hüquqlarını, Azərbaycanın mənafeyini müdafiə etmək
imkanının olmaması ilə bağlı idi.
3
1991-ci il dekabrın 31-də Ümummilli Lider tərəfindən Dünya
Azərbaycanlılarının Həmrəylik və Birlik Günü təsis edilib. Bu qərar
Heydər Əliyevin sədri olduğu Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin tarixi iclasında qəbul edilib.
2001-ci il Azərbaycan diasporunun təşkili işində növbəti
mühüm mərhələ olub. Həmin il müasir müstəqil Azərbaycanın banisi
Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı
keçirilib. Prezident Heydər Əliyev dərin məzmunlu nitqlə çıxış edərək,
diaspor təşkilatlarının fəaliyyət proqramını, habelə Azərbaycanın
ictimai və dövlət təsisatlarının diasporla sıx əlaqələrinin qurulmasına
dair vəzifələrini müəyyən edib.
Ümummilli Lider hesab edirdi ki, “...hər bir millət, hər bir xalq
yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində
yaşaya bilməz... Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli
mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli mənəvi
dəyərlərimizdir, milli mədəniyyətimizdir - ədəbiyyatımız,
incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza
mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından
asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın.
Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar, –
mən azərbaycanlılar haqqında danışıram, - gərək, yaşadıqları ölkədə,
yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı
mövqelər tutsunlar. Ancaq daim öz milli mənəvi dəyərlərinə, milli
köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu
amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq
ideyasıdır... Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub
saxlamaq, milli mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda
onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından
4
bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması
deməkdir”
1
.
Heydər Əliyev diaspor üzvlərinə tövsiyə edirdi ki, xarici ölkələrdə
yaşayan həmvətənlərimiz öz ölkəsinin ictimai-siyasi həyatında
müvəffəqiyyət qazansınlar, təsir və nüfuz sahibi olsunlar və başlıcası
- öz milli mənşəyini və köklərini unutmasınlar.
Ümummilli Liderin çağırışı ilə bütün dünyada həmvətənlərimizin
ictimai-mədəni təşkilatlarının yaradılmasına başlandı. Ümumiyyətlə,
2000-ci ilədək Azərbaycan diaspor təşkilatlarının sayının sürətlə
artması və onların institusionallaşması müşahidə olunur. Müxtəlif
diaspor təşkilatları arasında əlaqələri yaxşılaşdırmaq üçün
əlaqələndirmə mərkəzlərinin yaradılmasına başlanıb. Azərbaycan
diasporunun fəaliyyətinin səmərəliliyini artırmaq məqsədilə 2002-ci
ildə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət
Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanır) yaradılıb.
Nəticədə diaspor təşkilatlarının təşəkkülü və formalaşması prosesi
daha geniş vüsət alıb.
Artıq formalaşan diaspor təşkilatları Heydər Əliyevin səyləri,
onun müxtəlif ölkələrdə yaşayan azərbaycanlılara çağırışları və
müraciətləri sayəsində Azərbaycan haqqında doğru-dürüst
informasiyanın yayılmasına və xarici ölkələrdə respublikanın
nüfuzunun möhkəmlənməsinə yönələn fəaliyyətlərini nəzərəçarpacaq
dərəcədə genişləndirdilər. 2001-ci ildə dünyada artıq 218 belə
təşkilat fəaliyyət göstərirdi.
1
Dünya Azərbaycanlılarının Qurultayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi.
Bakı, 9 noyabr 2001-ci il.
5
Yuxarıda deyilənlər göstərir ki, Prezident Heydər Əliyevin səyləri
hədər getmədi, Azərbaycan diasporunun fəaliyyəti məzmunlu
xarakter daşımağa başladı və bu da dünya azərbaycanlılarının milli
birliyinin əldə edilməsi üçün möhkəm zəmin yaratdı.
Bu gün Heydər Əliyevin təcrübəsindən istifadə olunması və bu
təcrübənin inkişaf etdirilməsi Azərbaycan diasporunun fəaliyyətində
üstünlük təşkil edir. Bu baxımdan çox müsbət nəticələr əldə olunub.
Başlıcası isə Prezident İlham Əliyev əsası Ümummilli Lider tərəfindən
qoyulan ənənələri bilavasitə özü uğurla reallaşdırır və davam etdirir,
xarici ölkələrdəki həmvətənlərimizin həyat fəaliyyəti ilə bağlı olan bir
sıra istiqamətlər üzrə yenilənmiş konseptual yanaşma həyata keçirir.
Dövlət başçısının siyasəti xarici ölkələrdəki azərbaycanlıların sıx
birləşməsinə, onların respublikamızın vətəndaşları ilə həmrəy
olmasına istiqamətlənib. Qeyd etmək lazımdır ki, Azərbaycan
Prezidentinin bu prinsipial mövqeyi gözlənilən nəticələr verir.
Azərbaycan diasporunun üzvləri və onların təmsil etdikləri təşkilatlar
yaşadıqları ölkələrdə sanballı rol oynayır, Vətən ilə daim sıx əlaqələr
saxlayırlar.
Müasir geosiyasi trendlər və Azərbaycan
diasporunun vəzifələri
Bundan başlayım ki, müasir geosiyasi şəraitdə Azərbaycan
diasporunun məqsəd və vəzifələrini Prezident İlham Əliyev
Qurultaydakı çox məzmunlu və proqram xarakterli nitqində müəyyən
edib. Şübhəsiz ki, Prezidentin Dünya Azərbaycanlılarının IV
Qurultayındakı nitqində qaldırdığı problemlərin həlli diaspor
təşkilatlarının fəaliyyətini daha mütəşəkkil və məqsədyönlü edəcək.
6
Bütün bu problemlər müasir dünyanın inkişaf meyilləri ilə əlaqəli
olduğu üçün onların həlli aktualdır.
Vurğulamaq lazımdır ki, son illər dövlət Azərbaycan
diasporunun təşəkkülü və möhkəmlənməsi istiqamətində böyük işlər
görüb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycanda 15 il
ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir
vəziyyətə gətirib çıxardı. Bu gün biz dünyanın müxtəlif yerlərində
istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə
daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik”
2
.
Prezident xarici ölkələrdəki həmvətənlərimizi Vətənə yaxın
olmağa, daim onun barəsində düşünməyə, qayğı və maraqları ilə
yaşamağa çağırır. Azərbaycan diasporunun üzvləri harada olurlarsa-
olsunlar, respublikanın tərəqqisi onlarda sonsuz qürur, milli
müvəffəqiyyəti şəxsi töhfəsi ilə artırmaq və inkişaf etdirmək hissi
doğurmalıdır. Öz xalqının və Vətəninin qarşısında yüksək borc və
məsuliyyət hər bir azərbaycanlının həyatının və taleyinin leytmotivinə
çevrilməlidir.
Bir çox azərbaycanlı öz taleyini müxtəlif ölkələrlə bağlayıb. Bəzi
məlumatlara görə, hazırda dünyada 50 milyona yaxın azərbaycanlı
yaşayır. Məsələn, İranda təqribən 40 milyon, Türkiyədə təxminən 3
milyon, Rusiyada 1,5 milyon, ABŞ-da 450 min, Ukraynada 450 minə
yaxın, SSRİ dövründə Gürcüstanda təqribən 500 min (hazırda
Gürcüstanın məlumatına görə, 280 min), Qazaxıstanda 300 min və s.
Odur ki, azərbaycanlıların xarici ölkələrdəki təmsilçiliyi Vətəndə
yaşayanlara nisbətdə çox sanballı görünür. Odur ki, Azərbaycan
2
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında nitqi. AZƏRTAC.
http://azertag.az/
. 3 iyun
2016-cı il.
7
diasporunun fəaliyyəti, həmvətənlərimizin həyatında onun əhəmiyyəti
ciddi təsir bağışlayır.
Prezident İlham Əliyev öz nitqində diaspor təşkilatlarının gələcək
fəaliyyəti, onların missiyası, işinin xüsusiyyətləri, səmərəli fəaliyyət
şəraiti ilə bağlı dəyərli ideyalar səsləndirib. Dövlət başçısı “...dünyada
yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt
kəsməsinlər... Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini
daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti
onlara daha da böyük dəstək verə biləcək”
3
sözləri ilə diaspor
təşkilatlarının üzvlərini daha fəal həyat tərzi sürməyə çağırıb.
Prezident bu fikri vurğulamaqla diaspor təşkilatlarına, xarici
ölkələrdə yaşayan azərbaycanlılara xatırladır ki, Vətən onlara inam
hissi, həyat gücü və ruh yüksəkliyi bəxş edən mənəvi qaynaqdır. Buna
görə də dövlət başçısı Qurultay iştirakçılarına müraciət edərək
vurğulayır: “Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da
böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai,
siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar”
4
.
Bu, xarici ölkələrdəki həmvətənlərimizin daha məzmunlu
fəaliyyətinin təşkili məqsədilə təkcə onların qarşısında deyil, həm də
Azərbaycanın dövlət orqanlarının qarşısında qoyulan konkret
vəzifədir.
Bu
fikirlər
respublikanın
xarici
ölkələrdəki
həmvətənlərimizə hər cür dəstək göstərməyə qadir olan ictimai
təşkilatlara da ünvanlanır. Bütün səviyyələrdən olan “hakimiyyət
strukturlarının”,
o
cümlədən
Prezident
Administrasiyası
təmsilçilərinin, Milli Məclisin deputatlarının, şəhərlərin, paytaxtın
3
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
4
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
8
rayonlarının, habelə regionların icra hakimiyyəti başçılarının və
əlbəttə, Diasporla İş üzrə Dövlət Komitəsinin diaspor üzvlərinin
müxtəlif problemlərlə bağlı müraciətlərini qəbul etmək və başa
düşmək, lazım gəldikdə onlara daha əhəmiyyətli sosial-hüquqi
dəstək göstərmək, o cümlədən ailə-məişət, sanatoriya-kurort
müalicəsi, idman-turizm istirahəti məsələlərinin və s. həllində kömək
etmək vəzifəsi də elə bundan ibarətdir.
Müvafiq
idarələrin
nümayəndələri
müraciət
edən
həmvətənlərimizi özlərindən uzaqlaşdırmamalı, yaxud bezdirib
qaçırmamalı, əksinə, həvəsləndirmək, kömək etmək məqsədilə onlara
həssaslıqla və diqqətlə yanaşmalı, bunun üçün zəruri səylər
göstərməlidirlər. Bu məsələ istər “yerli instansiyaların”, istərsə də
bütövlükdə dövlət orqanlarının diqqət mərkəzində ola bilər və
olmalıdır. Azərbaycan Prezidenti həmin məsələlərdə örnək
göstərərək, bu fəaliyyəti hər vəchlə dəstəkləyir və təşkil edir, onun
inkişafı üçün zəruri səylər göstərir, diaspor üzvlərinin müraciətlərinə
operativ reaksiya verir, onlarla əlaqədar işlərin mahiyyətinə varır.
Bu da aydındır ki, istər ölkədə, istərsə də xaricdə Azərbaycanın
milli mədəniyyətinin, dini və tarixi ənənələrinin, incəsənətinin təbliği
üzrə daim ardıcıl iş aparmaq, diasporumuzun üzvləri, eləcə də arzu
edən hər kəs üçün milli bayramlarımızın, xatirə gecələrinin
keçirilməsini təşkil etmək, Azərbaycan haqqında mümkün qədər
geniş informasiya, o cümlədən Ermənistan-Azərbaycan qoşunlarının
təmas xəttində vəziyyət haqqında məlumat təqdim etmək, müxtəlif
ictimai-siyasi mərhələlərdə xalqımızın demokratiya və müstəqillik
uğrunda çətin mübarizəsindən söz açmaq əhəmiyyətlidir.
Azərbaycana gələn diaspor üzvləri respublikamızda ən yüksək
səviyyədə təşkil olunan beynəlxalq forumlardan tutmuş sanki lokal
9
görünən, bununla belə, heç də az maraq və əhəmiyyət kəsb etməyən
hadisələrədək, demək olar, hər şeyə maraq göstərirlər. Axı xaricdəki
həmvətənlərimiz yaşadıqları ölkələrin vətəndaşları olsalar da, onların
çoxu özlərini ilk növbədə azərbaycanlı sayır və öz Vətəninin həyatı ilə
yaşamaq istəyirlər. Həmvətənlərimizə hər cür ehtiram göstərmək,
onları layiqincə qəbul etmək gücümüz və səlahiyyətimiz daxilindədir.
Bundan başqa, respublikaya gələn diaspor üzvləri turizmin
inkişafı nöqteyi-nəzərindən də Azərbaycan üçün xüsusi maraq kəsb
edirlər. Axı onlar doğma torpaqda qonaqpərvərlik və mehribanlıq
gördükləri üçün respublikaya bir kərə deyil, dəfələrlə həm şəxsi, həm
də ictimai səfərlər edəcək, üstəlik, ölkəmiz barəsində əcnəbi
dostlarına və həmkarlarına danışacaq, onları Azərbaycana gəlməyə,
onun özünəməxsusluğunu və bənzərsizliyini əyani görməyə dəvət
edəcəklər.
Prezident İlham Əliyev bu barədə deyib: “Bir məsələyə də
toxunmaq istəyirəm. Azərbaycanlılar dünyada özlərini həmişə öz
Vətəninə bağlı insanlar kimi göstəriblər. Bu gün də bu, belədir.
Əlbəttə, biz çox istəyirik ki, xaricdə yaşayan hər bir azərbaycanlı heç
olmasa, ildə bir dəfə Azərbaycana gəlsin. Birincisi, ona görə ki,
Vətənlə əlaqələr qırılmasın. İkincisi, ona görə ki, Azərbaycanın
müxtəlif yerlərində çox gözəl şərait yaradılıb.
Bakı şəhərində, bölgələrimizdə istirahət üçün gözəl, müasir
otellər, istirahət zonaları var. Hesab edirəm ki, Azərbaycan indi dünya
miqyasında öz imkanlarını ortaya qoyur. Bunun əlbəttə ki, ölkə
iqtisadiyyatına da xeyri olacaq. Çünki hazırda biz turizm sektorunu
sürətlə inkişaf etdiririk. Bu sektoru daha da sürətlə inkişaf etdirmək
üçün vizalarla bağlı çox ciddi islahatlar aparılır və görürük ki, hazırda
Azərbaycana gələn turistlərin sayı getdikcə artır. Əlbəttə ki, biz
10
onların arasında dünya azərbaycanlılarını da görmək istəyirik. Əgər
xaricdə yaşayan hər bir azərbaycanlı ailəsi, hesab edirəm ki, ildə ən
azı bir dəfə Azərbaycana gəlsə, bu, çox yaxşı olar”
5
.
Həqiqətən də bir vaxtlar Vətənimizin hüdudlarını tərk etmiş
həmvətənlərimizin çoxu getdikcə daha tez-tez respublikaya gəlir,
bəzən isə həmişəlik qayıdırlar. Müxtəlif səbəblər üzündən Vətəni
tamamilə atıb getməyi və qürbətdə assimilyasiya olunmağı
bacarmayan həmvətənlərimiz mühüm hadisələrin – Yeni
Azərbaycanın quruculuğunun (sakral ifadəni yada salaq: “Soruşma ki,
ölkən sənin üçün nə edib, soruş ki, sən özün ölkən üçün nə edə
bilərsən”) iştirakçılarına çevrilməyin zəruriliyini hiss edirlər. Diaspor
üzvləri Azərbaycana çox vaxt əliboş deyil, maliyyə vəsaiti və heç də
az əhəmiyyət daşımayan konversiya edilən biliklər şəklində sanballı
baqajla, sərmayələrini sürətlə inkişaf edən respublika iqtisadiyyatına
yatırmağa hazır gəlirlər. Belə bir deyim var: ölkə nə qədər varlıdırsa,
onun diasporu o qədər güclüdür və əksinə.
Prezident öz nitqində Azərbaycan diasporunun tarixi və ictimai-
siyasi missiyasının əhəmiyyətini vurğulayaraq, diqqəti iqtisadiyyat və
bizneslə məşğul olan təşkilatların rolu üzərində cəmləşdirib, onları
xarici ölkələrdəki həmvətənlərimizi başqa məsələlərlə bərabər, cari
iqtisadi məsələlərin, respublikanın maliyyə durumunun da müzakirə
və həll olunduğu mötəbər tədbirlərin çoxunda fəal iştiraka cəlb
etməyə çağırıb. Son illər bu istiqamətdə mühüm irəliləyişlər baş verib.
Azərbaycan hamıya açıq dövlətdir. Hər bir biznesmen buraya
rahatca sərmayə yatırıb biznesini inkişaf etdirə bilər. Bunun üçün
hazırda ölkəmizdə ictimai-siyasi sabitlik və əlverişli qanunvericilik
5
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
11
mövcuddur. Biznes subyektlərində yoxlamalar iki il müddətinə
dayandırılıb, bürokratik süründürməçiliyi aradan qaldırmaq
məqsədilə biznes aparmaq üçün verilən lisenziya və icazələrin sayı
dəfələrlə azaldılıb.
Fəaliyyətinin əhəmiyyətli hissəsi iqtisadiyyatla, biznes mühiti ilə
bağlı olan Azərbaycan diasporu bu sektorun inkişafında xüsusi rol
oynayır. Prezident İlham Əliyevin dediyi kimi “Azərbaycanlılar müxtəlif
ölkələrdə böyük biznes imkanlarına malikdirlər. Mən bunu
alqışlayıram, bu, çox müsbət haldır. Bu, xalqımızın iqtisadi
imkanlarını genişləndirir. Eyni zamanda, xaricdə yaşayan iş adamları
Azərbaycandakı qohumlarına da kömək göstərirlər. Bu da burada
yaşayanlar üçün çox önəmlidir. Əlbəttə, mən çox istərdim ki, xaricdə
yaşayan azərbaycanlı iş adamları Azərbaycana sərmayə qoysunlar”
6
.
Azərbaycanda gözəl investisiya mühiti yaradılıb, çox yaxşı
biznes-mühit mövcuddur. Məsələn, Prezidentin ilin əvvəlindən
imzaladığı sərəncamlar, fərmanlar nəticəsində bu istiqamətdə ciddi
dönüş yaranıb. Bütün bürokratik əngəllər aradan qaldırılır, şəffaflıq
tam təmin olunur. Orta və kiçik biznes canlanıb, bazar əvvəllər ölkədə
istehsal olunmayan müxtəlif növ mallarla dolur. Bütün bunların
nəticələrini gündəlik həyatımızda görürük. Biz bunu nüfuzlu
beynəlxalq maliyyə qurumlarının hesabatlarında və bəyanatlarında
görürük. Bu gün Azərbaycan dünyada investisiya yatırmaq üçün ən
cəlbedici ölkələrdən biridir.
Prezident bəyan edib: “Bir daha demək istəyirəm və xüsusilə
böyük maliyyə imkanlarına malik olan azərbaycanlı iş adamlarına
müraciət etmək istəyirəm: Azərbaycana sərmayə qoyun. Müxtəlif
6
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
12
sahələrə, xüsusilə iqtisadiyyatın real sektoruna, kənd təsərrüfatı,
sənaye, turizm, yüksək texnologiyalar sektorlarına. Bütün bu
sektorlar sürətlə inkişaf edir və bu sektorlara qoyulan sərmayə
batmır”
7
.
Qeyd etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatı başlanğıcını
2008-ci ildən götürən dünya böhranına davamlı olduğunu göstərdi.
Son iki ildə neftin qiymətlərinin aşağı düşməsi və dünya
iqtisadiyyatının qeyri-sabit olması hökuməti “Azərbaycan 2020:
gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulan tədbirlərin
sürətlə reallaşmasına səfərbər edib. Bütövlükdə bu Konsepsiya qeyri-
neft sektorunun əhəmiyyətli dərəcədə inkişafına yönəlib. İnsanların
həyat keyfiyyətinin daim yaxşılaşdırılması onun əsas bölmələrindən
biridir.
Bu gün təcrübəli mütəxəssislər tərəfindən ölkənin iqtisadi
inkişaf konsepsiyasının hazırlanması üzrə böyük iş aparılır. Bu iş ayrı-
ayrılıqda hər bir şəhərin və rayonun şəraitini və lazımi ehtiyatlarını
nəzərə almaqla, onların iqtisadiyyatının inkişafını nəzərdə tutur.
Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol
xəritəsinin
hazırlanmasının
birinci
mərhələsi
çərçivəsində
iqtisadiyyatın 11 sektorunun inkişafı üzrə dünya təcrübəsi öyrənilib
və on kitab nəşr edilib, tanış olmaları və öz fikirlərini bildirmələri
məqsədilə müvafiq strukturlara göndərilib. Bu kitablarda
iqtisadiyyatın ayrı-ayrı sektorlarının inkişafı üzrə dünyanın ən yaxşı
təcrübəsi əksini tapıb.
Hazırda strateji yol xəritəsinin yaradılmasının ikinci mərhələsi
üzərində iş başlayıb. İkinci mərhələ çərçivəsində reallaşması iqtisadi
7
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
13
sektorların inkişafını nəzərdə tutan konkret layihələr müəyyən
olunacaq.
Strateji yol xəritəsində industrial və innovativ inkişafa xüsusi
diqqət yetirilir. Sənayenin üç əsas sektoru – neft-qaz və kimya; ağır
sənaye; maşınqayırma sektorları seçilib. Toxuculuğun, qida
sənayesinin və yüngül sənayenin digər istiqamətlərinin, kiçik və orta
sahibkarlığın inkişafı da nəzərdə tutulub.
Dövlət başçısı xarici sərmayələr cəlb edilməsi ilə kooperativ
idarəetmə sisteminin inkişafına xüsusi diqqət yetirməyi tapşırıb.
Sənayeləşmənin yeni mərhələsi regionlarda sənayenin
innovativliyi və inkişafı, ekoloji təhlükəsizliyə riayət olunması, yeni iş
yerlərinin yaradılması, istehsal edilən məhsulun keyfiyyətinin və ixrac
potensialının artırılması ilə xarakterizə olunur.
Yaxın həftələr ərzində Neftçala Sənaye Məhəlləsi işə başlayacaq.
Burada 400-ə yaxın adam çalışacaq. Sumqayıt Kimya Sənaye,
Balaxanı, Mingəçevir Yüksək Texnologiyalar parklarında intensiv iş
aparılır. Parkların investisiya cəlbediciliyini artırmaq üçün onların
rezidentləri 7 il müddətinə gəlir, torpaq və əmlak vergisindən azad
edilib. Bununla bərabər, parklarda istifadə olunan avadanlıq və
texnologiyalar da əlavə dəyər vergisindən (ƏDV) azad ediliblər.
Dövlət ölkədə biznesin aparılmasını və xarici sərmayənin
yatırılmasını daha da asanlaşdırmaq üçün təsirli tədbirlər görür.
Məsələn, əhaliyə dövlət dəstəyi göstərilməsi sahəsində “ASAN xidmət
indeksi”nin yaradılması bürokratik süründürməçiliyi aradan
qaldırmağa kömək edəcək. Agentlik həyata keçirilən hər bir aksiyanın
qiymətini “ASAN xidmət indeksi” reyestrində yerləşdirəcək, habelə
görülən tədbirlər barədə hər il dövlət başçısına hesabat verəcək.
14
Beləliklə, dövlət əhaliyə göstərilən xidmətlərin keyfiyyətini artırmağa
ümid bəsləyir.
Azərbaycan Prezidenti İlham Əliyevin əcnəbi vətəndaşların viza
almalarını asanlaşdırmaq məqsədilə bu günlərdə imzaladığı “ASAN
Viza” sisteminin yaradılması haqqında Fərmanı da qeyd etmək olar.
Bu sistem işə başlayandan sonra əcnəbilər elektron vizanı evlərindən
çıxmadan cəmi 3 gün ərzində ala biləcəklər. Sözsüz ki, bu islahat
turizmin inkişafına ciddi təkan verəcək, xarici biznesmenlərin və
sərmayədarların gözündə respublikanın cəlbediciliyini gücləndirəcək.
Okeanın o biri tayında, Avropada, yaxud dünyanın hər hansı
digər ölkəsində yaşamasından asılı olmayaraq, hər bir həmvətənimiz
vaxtı çatmış milli problemlərin həllində, müstəqil Azərbaycanın
inkişafı prosesində iştirak edə bilər. Bu, ilk növbədə dünyada
Azərbaycanın nüfuzunu artırmaq, Azərbaycan iqtisadiyyatına
maksimum xarici sərmayə yatırmaq, “Qarabağ problemi”ni bundan
sonra da miflərdən azad etmək, respublikamızın uğurlu inkişafı ilə
bağlı bir çox digər məsələləri həll etmək üçün lazımdır.
“Yerlərdə” diaspor təşkilatlarının fəallığı xeyli dərəcədə
ölkəmizin səfirliklərinin bacarıqlı, peşəkar fəaliyyəti ilə bağlıdır.
Dövlət başçısı çıxışında vurğuladığı kimi “...
bizim xarici ölkələrdə
fəaliyyət göstərən səfirliklərimiz də bu işdə çox fəal olmalıdırlar... Mən
xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər
bir çıxışda xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor
təşkilatlarına kömək göstərməlidirlər. Diaspor təşkilatları ilə səfirliklər
arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki
bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız
istəyirik ki, Azərbaycan daha da güclənsin
”
8
.
8
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
15
Müxtəlif diaspor təşkilatları arasında qarşılıqlı fəaliyyətin,
konsensusun əhəmiyyəti heç də az aktuallıq kəsb etmir. Prezident
İlham Əliyev öz nitqində həmvətənlərimizi bir-biri, başqa millətlərin
və xalqların nümayəndələri ilə sıx ünsiyyət saxlamağa çağıraraq,
bunun zəruri olduğunu bildirib.
Amma Prezidentin qeyd etdiyi kimi, diasporların fəaliyyətində
uğurlarla yanaşı, ciddi problemlər də var: “
Qeyd etdiyim kimi, xaricdə
bizim 462 diaspor təşkilatımız var. Bu, özlüyündə onu göstərir ki,
azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var.
Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik,
həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri
ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq
alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə
daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz
birliyimizdədir...
Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor
təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət
göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox
deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum
və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün
azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə
bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin,
daha da qüdrətli dövlətə çevrilsin”
9
. Odur ki,
istər respublikanın
daxilində, istərsə də onun hüdudlarından kənarda olan
azərbaycanlılar hər hansı ixtilaf və anlaşılmazlıq, xüsusən də
9
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
16
qarşıdurma və toqquşma hallarından qaçmalı və belə halların qarşısını
almalıdırlar.
Diasporumuz mövcud problemlərin həllində başqa diaspor
təşkilatları ilə alyanslar strategiyasından geniş istifadə etməlidir.
Türkiyə diasporu, habelə başqa ölkələrin, o cümlədən postsovet
respublikalarının diasporları ilə əməkdaşlıq bu baxımdan daha
səciyyəvidir. Belə ki, Türkiyə diasporu ictimai-siyasi aksiyaların,
mədəniyyət
və
matəm
tədbirlərinin,
məsələn,
Xocalıda
azərbaycanlıların
soyqırımına
həsr
olunmuş
tədbirlərin
keçirilməsində bizimlə daim birlik nümayiş etdirir, bizə dəstək
göstərir və iştirak edir, bizim diasporumuz isə onları Türkiyə
hökumətinə siyasi təzyiq vasitəsi kimi istifadə olunan qondarma
“erməni soyqırımı”nın süni şişirdilməsinə qarşı mübarizədə
dəstəkləyir.
Prezident Azərbaycan həqiqətləri haqqında geniş informasiyanı
dünya ictimaiyyətinə çatdırmaq vəzifəsini qarşıya qoyur: “
Biz dövlət
olaraq bunu etməyə çalışırıq. Ancaq diaspor təşkilatlarından da çox şey
asılıdır. Xüsusilə biz bunu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı informasiya təminatında görürük... Erməni
diasporu uzun illərdir ki, dünyada bizə qarşı çox çirkin kampaniya
aparır”
10
.
Əlbəttə, əsas məqsəd budur: “
Azərbaycanı qaralasınlar,
Azərbaycanı antidemokratik, Ermənistanı isə yazıq, “blokada” şəraitində
olan ölkə kimi təqdim etsinlər, Dağlıq Qarabağın tarixi ilə bağlı yalan,
uydurma məlumatları sızdırsınlar...
10
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
17
Əgər belə olmasaydı, 1992-ci ildə ABŞ Konqresi o məlum və
mənfur 907-ci düzəlişi qəbul etməzdi. Təsəvvür edin, Ermənistan
Azərbaycan torpaqlarını zəbt edir, Xocalı soyqırımını törədir, insanları
didərgin salır, etnik təmizləmə aparır, ABŞ Konqresi “Azadlığa dəstək
aktı”na düzəliş qəbul edir ki, Azərbaycan Amerika dövlətinin birbaşa
yardımından məhrum edilməlidir... Bundan cəfəng və riyakar qətnaməni
bəlkə heç bir parlament görməyib”
11
.
Bütün bunlar ona görə baş verib ki, “
erməni lobbisinə aid olan
satqın, rüşvətxor konqresmenlər, - bəziləri bu çirkin missiyanı hələ də
davam etdirir, - belə bir yalanı ortaya atıblar. Azərbaycan isə sadəcə
olaraq susub. O vaxt bizim diasporumuz da yox idi. Azərbaycanı idarə
edənlər də, ümumiyyətlə, heç bilmirdilər ki, idarəçilik nədir. Ona görə
ölkəni belə uçurum kənarına qoydular və vətəndaş müharibəsinə
başladılar”
12
.
Gələcəkdə belə presedentlərə yol verməmək üçün yaşadığı
ölkələrin müxtəlif hakimiyyət orqanlarında diasporumuzun
təmsilçiliyini genişləndirmək strateji əhəmiyyət kəsb edir. Prezident
İlham Əliyev öz nitqində bu barədə birmənalı şəkildə bildirib: “
Bir daha
qeyd etmək istəyirəm ki, dövlət, hökumət, qanunvericilik orqanlarında
Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Hesab
edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Əfsuslar olsun ki,
azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi
səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik onların sayına uyğun deyil.
Ona görə bu istiqamətdə də iş aparılmalıdır”
13
.
11
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
12
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
13
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
18
Əlbəttə, ölkəmiz Azərbaycan diasporunun üzvlərinin (çoxsaylı
olmasına
baxmayaraq)
yaşadığı
ölkələrin
daxili
işlərinə
qarışmamalıdır və heç vaxt qarışmayacaq. Amma respublika xarici
ölkələrdəki həmvətənlərimizin siyasət, iqtisadiyyat, elm, təhsil və
sosial həyatın müxtəlif sahələrində fəal iştirak etmək səyləri ilə bağlı
təşəbbüslərini hər vəchlə dəstəkləməyə hazırdır. Bununla əlaqədar
olaraq Prezident öz nitqində gənclər mövzusunu qeyd edib, çünki
onların vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi ölkəmizin
dövlət siyasətinin mühüm istiqamətidir. Bu strategiyanın mahiyyətini
Heydər Əliyev vətənpərvərlik məktəbi təşkil edir.
Məlum olduğu kimi, gənclərin mənəvi-intellektual potensialını
formalaşdırmaq, müdafiə etmək və qoruyub saxlamaq, onların
mənəvi-əxlaqi imkanlarını və qabiliyyətlərini maksimum həyata
keçirmək, şəxsi keyfiyyətlərini formalaşdırmaq Heydər Əliyev
siyasətinin əsas prinsiplərindən biridir. Daim xalqının gələcəyinin
qayğısına qalan Ümummilli Lider hələ respublikaya rəhbərlik etdiyi ilk
dövrdə - 1970-1980-ci illərdə zamanı qabaqlayaraq, güclü kadr
potensialı, XXI əsr Azərbaycanın etibarlı intellektual-mədəni
təbəqəsini yaradırdı.
Otuz ildən çox əvvəl respublikanın başçısının təşəbbüsü ilə
istedadlı gənclər təhsil almaq və təcrübə keçmək, sonra Vətənə
qayıdıb aldıqları bilikləri həyata keçirmək üçün ölkənin ən yaxşı ali
məktəblərinə göndərildi. 1970-1980-ci illərdə 15 mindən çox
azərbaycanlı tələbə müvafiq təhsil alıb yüksək səviyyəli diplomlu
mütəxəssislərə çevrildi. Onların çoxu bu günə qədər Azərbaycanın
dövlət və özəl sektorunda, müxtəlif elmi mərkəzlərində, təhsil
ocaqlarında, müəssisələrində, orta və ali məktəblərində çalışır,
19
ölkənin
elm-təhsil,
iqtisadi
və
ictimai-siyasi
resursunu
möhkəmləndirir və artırır.
Prezident İlham Əliyev nitqində həmin siyasətin bugünkü
Azərbaycan üçün də aktual olduğunu bildirərək vurğulayıb ki, ulu
öndər Heydər Əliyev hər zaman, o cümlədən sovet dönəmində
Azərbaycanın kadr potensialının güclənməsi məsələlərinə xüsusi
diqqət yetirirdi: “
Məhz onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal
kimi Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq
respublikaların ali məktəblərində təhsil alırdılar. Hər il 800-dən çox
Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdı. Ondan
sonrakı dövrdə - müstəqillik dövründə Ulu Öndər bu məsələni daim
diqqət mərkəzində saxlayırdı”
14
.
Prezident İlham Əliyevin səyləri ilə bu siyasət ölkənin inkişafı və
modernləşməsi xeyrinə davam etdirilir. “2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”
dövlət başçısının istedadlı gənclərə, onların gələcəyinə qayğısının
əyani təsdiqi, eyni zamanda, Heydər Əliyevin təhsil siyasətinin
təcəssümü və davamıdır.
Zaman xarici ölkələrdə təhsil alan indiki azərbaycanlı tələbələrin
imkanlarını xeyli genişləndirib: onların təhsil aldıqları ali məktəblər
sırasında Avropanın, Cənubi Koreyanın və ABŞ-ın aparıcı
universitetləri var. Yaxın və uzaq xarici ölkələrin nüfuzlu ali
məktəblərinin tələbə və aspirantları olan Azərbaycan gəncləri
humanitar və texniki biliklərin müxtəlif sahələrində Vətənimizi
layiqincə təmsil edirlər ki, təhsilləri başa çatandan sonra sələfləri kimi
14
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
20
Azərbaycana qayıdıb, öz işi ilə iqtisadiyyatın və idarəetmənin müxtəlif
sahələrində respublikaya fayda versinlər.
Dövlət başçısı öz nitqində Azərbaycan diasporunun ən gənc
nümayəndələrinə xüsusi diqqət yetirərək vurğulayıb: “Yetişən gənc
nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini
bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox
həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin
sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini
davam etdirəcək”
15
. Təbii ki, bu məsələnin həlli ilə ilk növbədə Təhsil
Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycanın xarici
ölkələrdəki səfirlikləri məşğul olmalıdırlar.
Azərbaycan diasporunun nümayəndələri sürətli inkişaf yoluna
qədəm qoyan və regionun lider dövlətinə çevrilən respublikamız
haqqında obyektiv informasiyanı geniş yaymaq; vətəndaş
həmrəyliyinə əsaslanan demokratik cəmiyyət quruculuğunda
Azərbaycanın uğurları haqqında xarici ictimaiyyəti daha çox
məlumatlandırmaq üçün səylərini əsirgəməməyə çağırılırlar.
Amma əgər bu gün Azərbaycanın qarşısında həllinə görə ən
mürəkkəb problem - Qarabağ münaqişəsi durmasaydı, tərəqqi xeyli
yüksək, nailiyyətlər daha əhəmiyyətli olardı. Azərbaycan diasporunun
fəaliyyətinin, onun dünya iqtisadiyyatına, mədəni, ictimai-siyasi
strukturlara inteqrasiyasının prioritet istiqamətlərini erməni diasporu
tərəfindən aparılan antiazərbaycan təbliğat, Dağlıq Qarabağ
probleminin həllini tapmaması, ərazilərimizin 20 faizinin Ermənistan
tərəfindən işğal olunması müəyyən edir. Xarici ölkələrdəki
həmvətənlərimizin əsas fəaliyyəti məhz erməni işğalçıların
15
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
21
Azərbaycan torpağında törətdikləri cinayətlərin ətraflı açıqlanması
vəzifəsi ətrafında cəmləşməlidir.
Ermənistanın 1980-ci illərdə Azərbaycana qarşı başladığı silahlı
təcavüz irimiqyaslı antiazərbaycan təbliğatı ilə müşayiət olunurdu.
Təəssüf ki, həmin dövrdə Azərbaycan xalqı bir çox əsrlər ərzində
formalaşmış erməni lobbisinə müqavimət göstərə bilmirdi. Bu gün
dünya ölkələrinin çoxunda erməni lobbisinin təbliğat imkanları var.
Belə şəraitdə bütün azərbaycanlıların, o cümlədən xarici ölkələrdə
yaşayan azərbaycanlıların birləşməsinə, ölkəmizin maraqlarının
reallaşmasında Azərbaycan diasporunun nümayəndələrinin köməyinə
xüsusi ehtiyac hiss olunur. Xarici ölkələrdəki həmvətənlər etnik
mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, Azərbaycan
dövlətinin maraqlarının lobbiləşdirilməsinin çox mühüm vəsiləsinə
çevrilməlidirlər.
Prezident İlham Əliyev diaspor üzvləri qarşısına son dərəcə
aktual vəzifə qoyur: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi haqqında həqiqəti dünya ictimaiyyətinə təhrif olunmadan
çatdırmaq, “böyük Ermənistan” mifini ifşa etmək, ermənilərin ərazi
iddialarının təkcə Azərbaycanın deyil, başqa dövlətlərin də
maraqlarına toxunduğunu göstərmək və sübut etmək.
Respublikamızın başçısı bu mövzunun, xüsusən xarici
mətbuatda getdikcə daha fəal işıqlandırılmasının əhəmiyyətindən
daim danışır: “...xarici media qurumları ilə bizim işimiz o qədər də
yaxşı qurulmayıb. Burada da əsas rolu əlbəttə ki, diaspor təşkilatları
oynamalıdır... Bizim xarici mediaya çıxışımız çox məhduddur... Biz
çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar
müxtəlif media orqanlarında təmsil olunsunlar. Onlar öz Vətənini
müdafiə edəcəklər. Onlar həqiqətləri çatdıracaqlar. Çünki XXI əsr
22
informasiya əsridir... Bu, Azərbaycanın diaspor təşkilatları olan bütün
ölkələrdə bəlkə də birinci məsələ olmalıdır...
Bax, ən yeni misal aprel döyüşləri ilə bağlı olubdur. Ermənistan
nə qədər çalışıb ki, bu döyüşlər haqqında yenə də yalan məlumatlar,
informasiyalar ötürsün, buna nail ola bilməyib. Ancaq erməni
diasporu ilə sıx biznes əlaqəsində olan çox məhdud sayda bəzi
satılmış jurnalistlər, - onların adlarını biz hamımız yaxşı bilirik, bu
auditoriyada onları çəkmək yerinə düşməz, - çalışdılar ki,
Azərbaycanı günahlandırsınlar və o aprel döyüşlərini Ermənistanın
böyük qələbəsi kimi qələmə versinlər.
Amma alınmadı. Nəyə görə? Çünki birincisi, artıq bizim də
imkanlarımız var. İkincisi, biz də öz sözümüzü deyirik. Hamı bilir ki,
nələr baş verib. Hamı bilir ki, aprel döyüşlərinin nəticəsi nədir.
Çox təəccüblüdür, Ermənistan rəhbərliyi bu situasiyada da çalışır
ki, öz xalqını, dünya ictimaiyyətini aldatsın. Bu gün bu, mümkün deyil.
İndi isə nəticə etibarilə özünü belə gülünc vəziyyətə qoyub”
16
.
Bu yaxınlarda, aprel ayında (2016-cı il aprelin 2-5-də)
Ermənistan-Azərbaycan qarşıdurması xəttində baş verən hadisələr və
bu hadisələrin bir çox KİV-lər tərəfindən düzgün işıqlandırılması hələ
də kimin üçünsə “cavabı tapılmamış” sayılan suala tutarlı cavab oldu:
torpağımız kimin tərəfindən işğal olunub – Qarabağ “vətənpərvərləri”,
yoxsa Ermənistan silahlı qüvvələri tərəfindən? Qarabağ müharibəsi
lokal separatçı hərəkatın, yaxud kənardan kömək sayəsində qonşu
dövlət tərəfindən əsaslı surətdə hesablanmış irimiqyaslı təcavüzün
nəticəsidir? Erməni lobbisi uzun illər bütün səviyyələrdə sübut edirdi
ki, Qarabağ münaqişəsinin səbəbi “Qarabağ ermənilərinin azadlıq
16
AZƏRTAC.
http://azertag.az/
. Yenə orada.
23
hərəkatıdır”, hərçənd aydındır ki, Dağlıq Qarabağın azsaylı erməni
icması Ermənistanın yardımı, habelə kənardan yardım olmadan
Azərbaycan ərazisinin 20 faizini sadəcə işğal etmək iqtidarında
deyildi.
Bu fonda Azərbaycan diasporu Azərbaycanın həqiqi imicinin
yaradılmasında, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri,
əcnəbilərdə Vətəninin şərəfini müdafiə edən Azərbaycan xalqının
əzəli tolerantlığı və vətənpərvərliyi, onun ərazi bütövlüyü və dövlət
suverenliyi hüququ haqqında obyektiv biliklərin formalaşmasında
getdikcə daha əhəmiyyətli rol oynamalıdır.
Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının
birliyinin əsası kimi
Müasir dünya sürətlə dəyişir, özümüz hiss etmədən biz də
onunla birlikdə dəyişirik. Amma bəzən gözlə görünməsə də,
həyatımızın ən əhəmiyyətli və etibarlı oriyentirləri olan əbədi dəyərlər
dəyişmir və həmişəlik qalır. Azərbaycan diasporunun inkişafının dərk
edilməsinin nəticələri göstərdi ki, ümummilli lider Heydər Əliyev
tərəfindən formalaşdırılan və reallaşdırılan, müasir mərhələdə
Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilən azərbaycançılıq
strategiyası yeganə düzgün və sarsılmaz strategiyadır və ilk növbədə
həmvətənlərimizin Vətənə mənəvi bağlılığını müəyyən edir.
Azərbaycan cəmiyyəti ən yeni tarixi mərhələdə dünya məkanına
inamla inteqrasiya edərək və paralel olaraq öz tarixi, mədəni, dini və
digər dəyərlərini daha dərindən və əhatəli dərk edərək, bütün ölkə
əhalisi üçün vahid olan, ölkəni həqiqi tərəqqiyə və firavanlığa
çatdırmağa qadir olan azərbaycançılıq ideyası sayəsində fəal surətdə
24
birləşir.
Azərbaycan
xalqının
birliyinin,
mütəşəkkilliyinin,
özünəməxsusluğunun və nadirliyinin rəmzi olan bu anlayış
həyatımızda möhkəm yer tutub.
Respublika vətəndaşlarını, eləcə də bütün dünyada
həmvətənlərimizi sıx birləşdirən azərbaycançılıq ideologiyası
çoxmillətli həyatın əsas cəhətlərini açaraq, Azərbaycan xalqının
birliyini yaradır. Əzəldən Azərbaycan xalqının mentalitetinə xas olan
keyfiyyət kimi multikulturalizmə ilk dəfə siyasi xarakter verən Heydər
Əliyevin strategiyasına əsaslanan İlham Əliyevin multikulturalizm
siyasəti dünya azərbaycanlılarının birləşməsinə xeyli dərəcədə kömək
edir.
Nadir
hallar
istisna
olmaqla,
Azərbaycan
xalqının
nümayəndələrinin başlıca fərqi, eyni zamanda, üstünlüyü bundan
ibarətdir: harada olsalar da, taleyin hökmü ilə dünyanın hansı
guşəsində yaşasalar da, bu qədər qədim, bu qədər əbədiyaşar,
özünəməxsus şəkildə unikal olan, Şərqin və Qərbin nailiyyətlərini
sintez edən, bütün zəmanələrdə daim və hədsiz sevilən və
Azərbaycanın hər bir həqiqi vətənpərvərinə son dərəcə əziz olan
gözəl diyarımızın ənənələrinə sadiq qalırlar.
Aydındır ki, güc və inkişaf sürəti toplayan Azərbaycanın
diasporun tərəqqisi işində perspektivləri çox sevindiricidir.
Respublika rəhbərliyinin, dünyanın hansı guşəsində yaşamasından
asılı olmayaraq Azərbaycan cəmiyyətinin ən yaxşı nümayəndələrinin
vətənpərvərlik
imkanlarının
və
qabiliyyətlərinin
maksimum
reallaşmasına yönələn uzaqgörən və məqsədyönlü siyasəti bundan
qaynaqlanır. Azərbaycanlılardan başqa, ümumi Vətənimizi spesifik
adət-ənənələri və mərasimləri ilə vahid ərazi birliyi kimi qəbul edən
sabiq Azərbaycan vətəndaşları - ruslar, yəhudilər, tatarlar, başqa
25
millətlərin və xalqların nümayəndələri də onlara aiddir. Dünya
azərbaycanlılarının mentalitetinin əsasını, birliyinin və qarşılıqlı
anlaşmasının təməl qaynağını da elə bu regional mədəniyyət,
mənəviyyat təşkil edir. Azərbaycançılıq gerçəklik proseslərini düzgün
və dərindən müəyyən edərək, Azərbaycan xalqının maraq və
istəklərini ifadə edir, onu yeni-yeni qələbələrə və nailiyyətlərə
səfərbər edir.
Bu gün Azərbaycan diasporu sadəcə bu və digər səbəblərdən
xarici ölkələrdə olan, orada yaşayan həmvətənlər deyildir, o, “yaşadığı
yerdə” çox işlər görməyə qadir olan qüdrətli ictimai-siyasi qüvvədir.
Belə demək olarsa, milli maraqlarımızın müdafiəsi işində, potensial
müttəfiqlər və tərəfdaşlar uğrunda mübarizədə forpostdur.
Həmvətənlərimiz əcnəbi dostlarını Azərbaycan dövlətinin daxili və
xarici siyasəti, cari və perspektiv məqsədləri, planları və vəzifələri ilə
tanış etməklə, dünyada Azərbaycan Respublikasının nüfuzunu hər
vəchlə yaymaq və möhkəmləndirməklə mühüm diplomatik missiya –
müstəqil Azərbaycanın elçiləri missiyasını həyata keçirirlər.
Azərbaycan xalqının ideologiyasının - azərbaycançılığın təməl
daşı Vətənə məhəbbət, bütün gücün, bacarığın və imkanların ilə onun
maraqlarına xidmət etməkdır. Tarixən özünüdərk hissinin tərkib
hissəsinə çevrilən bu ideologiya (sosial, siyasi və konfessional
müxtəlifliklər və prioritetlərdən asılı olmayaraq) Vətənin prinsip və
ideallarına sədaqəti sayəsində dünya azərbaycanlılarının birləşməsinə
və möhkəmlənməsinə xidmət edir.
X X X
26
Azərbaycan
Respublikası
Prezidentinin
Administrasiyası
dövlətimizin başçısının Dünya Azərbaycanlılarının IV Qurultayında
irəli sürdüyü vəzifələrə müvafiq olaraq geniş Tədbirlər Planı
hazırlayaraq icraçılara göndərib. Tədbirlər Planında Azərbaycan
Prezidenti İlham Əliyevin qarşıya qoyduğu vəzifələr aydın əksini tapıb.
Bu vəzifələri həyata keçirmək diaspor təşkilatlarına tövsiyə edilib və
dövlət orqanlarına tapşırılıb. Tədbirlər Planında icraçılar, müddətlər
və icraya nəzarəti təmin edən məsul şəxslər göstərilib. Əminik ki,
Qurultayda irəli sürülən vəzifələrin icrası diaspor təşkilatlarının
fəaliyyətini müasir tələblər məcrasında xeyli gücləndirəcək və
genişləndirəcək.
Dostları ilə paylaş: |