4
Azərbaycan dövlətçiliyi
e.ə III-II minillik
Azərbaycanın cənubunda Aratta, Kuti və Lullubi dövlət qurumlarının yaranması.
e.ə XXII əsr
Kutilərin Mesopotomiyada 100 illik hakimiyyəti.
e.ə IX əsr - e.ə 590
Manna dövlətinin mövcud olması.
e.ə 321 – 227
Atropatena dövlətinin mövcud olması.
e.ə IV əsr – e. 705
Albaniya dövlətinin mövcud olması.
e.ə II əsr– e. I əsri
Albaniyada yerli mənşəli Aranilər sülaləsinin hakimiyyəti.
I–V əsrlər
Albaniyada türk mənşəli Arşakilər sülaləsinin hakimiyyəti.
629–705
Albaniyada sabir mənşəli Mehranilər sülaləsinin hakimiyyəti.
629–705
Girdiman knyazlığının mövcud olması.
IX–XI əsrlər
Azərbaycanda siyasi intibah dövrü, ilk feodal dövlətlərin yaranması.
951
Şəddadilər tərəfindən Dəbil əmirliyinin yaranması.
861–1538
Şirvanşahlar dövlətinin mövcud olması.
879–941
Sacilər dövlətinin mövcud olması.
941–981
Salarilər dövlətinin mövcud olması.
981–1054
Rəvvadilər dövlətinin mövcud olması.
971–1088
Şəddadilər dövlətinin mövcud olması.
VIII əsr – 1551
Müstəqil Şəki hakimliyinin mövcud olması.
1108–1227
Marağada Ağsunqurilər sülaləsinin hakimiyyəti.
1136–1225
Atabəylər dövlətinin mövcud olması.
1225-1231
Azərbaycanda Xarəzmşah Cəlaləddinin dövlətinin qurulması.
1235–1256
Azərbaycanın Ali Monqol xanının canişinləri tərəfindən idarə olunması.
1256–1357
Hülakülər (Elxanilər) dövlətinin Azərbaycanda hakimiyyəti.
1357-1410
Azərbaycanın Calairilər dövləti (1340–1410) tərəfindən fasilələrlə idarə edilməsi.
1386-1408
Azərbaycanın Teymurilər dövləti tərəfindən fasilələrlə idarə edilməsi.
1410–1468
Qaraqoyunlu dövlətinin mövcud olması.
1468–1501/1503
Ağqoyunlu dövlətinin mövcud olması.
XIII əsr – 1501
Səfəvilərin Ərdəbil hakimliyi dövrü.
1501–1736
Səfəvilər dövlətinin mövcud olması.
1736-1747
Nadir şah Əfşar imperiyasının mövcud olması.
XVIII əsrin II yarısı
Azərbaycanda xanlıqlar dövrü. Ölkənin xanlıqlara, sultanlıq və məlikliklərə parçalanması.
1726–1806
Quba xanlığının mövcud olması.
1743-1819
Şəki xanlığının mövcud olması.
1747–1804
Gəncə xanlığının mövcud olması.
1747–1806
Bakı xanlığının mövcud olması.
1747–1806
Dərbənd xanlığının mövcud olması.
1747–1813
Qaradağ xanlığının mövcud olması.
1747–1828
İrəvan xanlığının mövcud olması.
1747–1826
Lənkəran (Talış) xanlığının mövcud olması.
1747–1826
Marağa xanlığının mövcud olması.
1747–1827
Naxçıvan xanlığının mövcud olması.
1747–1928
Sərab xanlığının mövcud olması.
1747-1820
Şamaxı xanlığının mövcud olması.
1747–1797
Urmiya xanlığının mövcud olması.
1747–1820
Ərdəbil xanlığının mövcud olması.
1748–1822
Qarabağ xanlığının mövcud olması.
5
1748–1828
Xoy xanlığının mövcud olması.
1748–1780
Təbriz xanlığının mövcud olması.
1747–1922
Maku xanlığının mövcud olması
1928-1918
Şimali Azərbaycanda Rusiya idarəçiliyi dövrü.
1918. 25 aprel–31 iyul
Bakı XKS-in mövcud olması.
1918 28.V-1920 28.IV
Azərbaycan Xalq Cumhuriyyətinin mövcud olması.
1918 1.VIII-15.IX
Bakıda “Sentrokaspi” diktaturasının mövcud olması.
1918.XI- 1919.III
Naxçıvanda “Türk Araz Respublikası”nın mövcud olması.
1920-1991
Azərbaycan SSRİ-nin mövcud olması.
1991 18 oktyabr
Müstəqil Azərbaycan Respublikasının qurulması.
Döyüşlər
Qədim dövr. Albaniya və Atropatena tarixinə aid döyüşlər
e.ə 714
Mannanın Uişdiş vilayəti yaxınlığında döyüş. Döyüşdə I Rusa və onun köməyinə gəlmiş Manna
canişinləri məğlub oldu, I Rusa isə Urartuya qaçdı.
e.ə 653
İskitlərlə Midiya hökmdarı Kaştariti arasında döyüş. Döyüş nəticəsində Kaştariki həlak oldu və
Midiya İskitlərin hakimiyyəti altına düşdü, Midiyada 28 illik İskit ağalığı dövrü (e.ə 653-625) başladı.
e.ə 650
Assuriya hökmdarı Aşşurbanipal ilə Manna hökmdarı Ahşeri arasında döyüş. Döyüşdə Aşheri
məğlub oldu, Mannanın bir sıra şəhərləri o cümlədən İzurtu tutulub dağıdıldı.
e.ə 530
Araz çayı yaxınlığında döyüş. II Kirin Tomrisin başçılığ etdiyi massaget tayfaları ilə döyüşdə
məğlub edilərək öldürülməsi.
e.ə 331
Qavqamela döyüşü. III Daranın İsgəndərə məğlub olması.
e.ə 190
Maqneziya döyüşü. Roma dövlətinin Selevik hökmdarı III Antioxu məğlub etməsi və
Atropatenanın yenidən müstəqil olması.
e.ə 66
Kür sahili döyüşü. Pompeyin başçılığı ilə Roma qoşunlarının Albanları məğlub etməsi.
e.ə 65
Qanıx çayı döyüşü. Roma ordusunun hiylə ilə albanları məğlub etməsi.
e.ə 38
Fraaspa döyüşü. Roma sərkərdəsi Antoninin atropatenalılara məğlub olaraq geri çəkilməsi.
e.ə 34
Albanlarla Parfiya arasında döyüş. Alanların albanlara köməyə gəlməsi.
338
Sanatürklə ermənilər arasında döyüş. Döyüşdə albanların məğlub olması və Sanatürkün həlak
olması.
359
Amid döyüşü. Albanların köməyi ilə sasanilərin Roma və erməni qoşunlarını məğlub edərək
Albaniyanın Arsax, Naxçıvan və Kaspiana vilayətlərini geri qaytarması.
371
Dizirav döyüşü. Roma və erməni qüvvələrinin Sasani və albanları məğlub edərək Albaniyanın Uti,
Şakaşen, Girdiman və Kolt vilayətlərini işğal etməsi.
662
Kür çayı yaxınlığında döyüş. Albaniyaya hücum edən xəzərlərin Cavanşir tətəfindən məğlubiyyətə
uğradılması.
665
Araz çayı yaxınlığında döyüş. Döyüşdə xəzərlərin üstünlüyü ələ alaraq albanlardan xeyli əsir və
qənimət ələ keçirməsi.
Sasanilər ilə ərəblər arasında baş vermiş döyüşlər
636
Kadisiyyə döyüşü. Alban sərkərdəsi Cavanşirin sasanilər tərəfindən vuruşması. Ərəblərin sasanilər
üzərində qələbə qazanması.
638
Ktesifon (Mədain) döyüşü. Ərəblərin sasani ordusunu məğlub etməsi.
640
Nahəvənd döyüşü. Ərəblərin sasani ordusunu məğlub etməsi.
642
Həmədan döyüşü. Ərəblərin sasani ordusunu məğlub etməsi. Döyüşdən sonra ərəblər Qum və
Kaşanı tutdular və xilafət ordusu Azərbaycana daxil oldu.
644
Ərdəbil yaxınlığında döyüş. Cənubi Azərbaycan mərzbanı İsfəndiyar ibn Fərruxzadın ərəb
ordusuna məğlub olaraq əsir alınması.
Ərəblərlə xəzərlərlər arasında baş vermiş döyüşlər
643
I Bələncər döyüşü. Xəzərlərin ərəb ordusu üzərində qalib gəlməsi.
653
II Bələncər döyüşü. Xəzərlərin ərəb ordusu üzərində yenidən qalib gəlməsi.
730-cu illər
Savalan döyüşü. Xəzərlərin ərəb ordusu üzərində parlaq qələbə çaldı.
VIII 30-cu illəri
Hilat döyüşü. Ərəblərin xəzərlərin hücumunu çətinliklə dayandıra bilməsi.