This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XIII
1
Asteklər köçəri tayfalar idi. Onlar şimaldan
gəlmiş və 12-ci əsrdə Amerika qitəsinin cənubuna
çatdılar. Asteklər müasir Meksika ərazisində
məskunlaşdılar. Asteklərin allah Uistilopoçtlun
bütləri var idi. Rəvayətə əsasən allah asteklərə
qartalın kaktusun üzərində oturduğu yeri gördükdə
2
orada məskunlaşmalarına əmr etdi. Rəvayətə əsasən
bu qartalın caynaqlarında ilan olmalı idi. Asteklər
belə bir qartalı Meksika ərazisində gördülər.
Asteklər
burada
məskunlaşdılar.
Asteklər
Tenoçtitlan şəhərini tikdilər. Tenoçtitlan tezliklə
asteklərin paytaxtı oldu. Bu yerdə hal-hazırda
Meksikanın paytaxtı Mexikodur. Asteklər isə
zamanla çox inkişaf etdilər. Onların Meksika
torpağında çox maraqlı tarixləri var.
3
Asteklər üçün dinin əhəmiyyəti çox böyük idi.
Onlar Uitsilopoçtlun çox güclü allah olmağına
inanırdılar. O, asteklərə güc və xoşbəxtlik verirdi.
Asteklər Uitsilopoçtla qurban gətirirdilər. Zamanla
asteklərin çoxlu allahları oldu. Onların torpaq, ay və
günəş allahları vardı. Asteklər allahlara insanları
qurban gətirirdilər. Qurban gətirilməsi dəhşətli
mənzərə idi. Kahinlər qurbanın ürəyini kəsirdilər.
Onlar bəzən qurbanın ürəyini yeyirdilər. Kahinlər bu
yolla
gücləndiklərinə
inanırdılar.
Asteklər
4
fikirləşirdilər ki, qurban öldükdən sonra allahın
yanında yaşamağa başlayırdı.
Allahların
sayı
artdıqca
asteklərin
də
qurbanlarının sayı artdı. Asteklər döyüşdən sonra
qurban verirdilər. Qurbanlar asteklərin əsirləri
olurdu.
Qurbanın gətirilməsi uzun zaman davam
edirdi. Sonralar astekləri ispanlar istila etdilər.
İspanlar mənzərədən dəhşətə gəldilər. Onlar
asteklərin
məbədlərini
uçurmağa
başladılar.
5
Asteklərin məbədlərinin yerində onlar katolik
kilsələrini tikməyə başladılar. Beləliklə, yavaş-yavaş
asteklərin qurban gətirmələri sönüb getdi.
Asteklərin cəmiyyəti üç hissəyə bölünürdü:
zənginlər, kahinlər və kəndlilər. Asteklərin qulları da
var idi. Qulların heç bir hüquqları yox idi. Zənginlər
və
kahinlər
işləmirdilər.
Əsasən
kəndlilər
işləyirdilər. Onlar əkir, səpir, ticarətlə məşğul
olurdular. Qullar məbədlər və saraylar inşa edir,
zinət əşyaları hazırlayırdılar.
6
Asteklər natiqliyi çox sevirdilər. Zənginlər
övladlarına natiqliyi öyrədirdilər. Kəndlilər isə
ticarət meydanları haqqında danışırdılar. Asteklərin
paytaxtlarında Tenoçtitlanda iki böyük ticarət
meydanı var idi. Meydanlar qayda-qanun və
təmizliklə seçilirdilər. Asteklərin pulları yox idi.
Onlar mallarını dəyişir, xırda əvəzinə isə kakao
dənələrindən istifadə edirdilər.
Paytaxtda çoxlu bağlar var idi. Bağlar meyvələr
və gözəl-gözəl güllərlə dolu idi. Bağlarda çoxlu
soyuq bulaq və şəlalər var idi. Bağlar səliqəlikləri ilə
seçilirdi.
7
Asteklər
əsasən bitki mənşəli qida ilə
qidalanırdılar. Onlar maldarlıqla məşğul olmurdular.
Zənginlər bəzən ət də yeyirdilər. Kəndlilər yalnız
bayramlarda hinduşka ətini yeyirdilər. Ovçular isə
dovşanlara, qırqovullara və qabanlara ov edirdilər.
Asteklərin əsas qida məhsulları idi: qarğıdalı,
pomidor, kartof, hnduşka və acı bibər.
Asteklər poeziya və musiqini çox sevirdilər.
Onlar şairlərə çox hörmət edirdilər. Şairlərin
şeirlərini asteklər bayramlarda ifa edirdilər. Asteklər
8
müharibə zamanı da mahnı oxuyurdular. Asteklər gil
üzərində də işləməyi bacarırdılar. Onlar şəkil də
çəkə bilirdilər. Onlar çox gözəl zinət əşyalarını
hazırlayırdılar. Bu zinət əşyaları indi də incəsənət
nümunələridir.
Asteklərin sivilizasiyası bizə yaxşı məlum deyil.
Asteklər ölüləri yandırırdılar, başqa xalqlar kimi
torpağa dəfn etmirdilər. Buna görə də bir çox əşyalar
məhv
olmuşdu. Bunun üçün də asteklərin
mədəniyyətləri haqqında az məlumat vardır.
1519-cu ildə ispan qəsbkarları astekləri zəbt
etdilər. Bu zamandan asteklərin mədəniyyətləri
məhv olmağa başladı. İspanlar ilk növbədə
asteklərin məbədlərini dağıdıb qurban gətirilməsini
qadağan etdilər, sonralar isə onların ənənələrini də
dəyişdilər. Bu gün Meksikada yenə də asteklər
yaşayırlar, onlar ispanların istila etdikləri asteklərin
nəslindəndirlər.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |