This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XIII
1
Yaponiya haqqında yəqin ki eşitmisən.
Yaponiya Asiyanın ən inkişaf etmiş ölkəsidir.
Yaponiyada günəş birinci qalxır, çünki bütün
dövlətlərdən şərqdədir. Bunun üçün də Yaponiya
günəşin
qalxdığı
ölkə
adlanır. Yaponiyada 128
milyon nəfər insan yaşayır.
Yaponiyada ən çox sayda
müasir texnika hazırlanır.
Buna görə də Yaponiyanı müasir texnologiyalar
2
ölkəsi də adlandırırlar. Yaponiya çox müasir ölkədir,
amma onun hal-hazırda da imperatoru var.
Yaponların çox qədim mədəniyyətləri və
ənənələri vardır. Onlar öz mədəniyyət və ənənələrinə
çox böyük hörmət bəsləyirlər. Bunun üçün də
Yaponiya turistlərin sevimli ölkəsidir. Ən çox turist
Yaponiyaya mart ayından aprelin sonuna qədər
gedir. Martdan aprelə qədər Yaponiyada sakura
çiçək açır.
3
Sakura
Sakura yaponların albalı ağacıdır. O, yazda çiçək
açır. Sakura yapon mədəniyyətinin bir hissəsidir.
Onun çiçəklənməsi qədim yapon şəkillərində təsvir
olunmuşudur.
Sakura cəmi yeddi gün çiçək açır. Bu yeddi gün
yaponiyalılar üçün bayramdır. Bu bayram Hanami
adlanır. Hanami yaponca gülə baxmaqdan zövq
almaq mənasını bildirir.
4
Sakura
çiçəyi
çəhrayı
və ya ağ olur.
Yaponiyalıların hər yerdə öz ağacları var. Sakuranı
yaponiyalıların
həyətlərində,
bağçalarında,
skverlərində görmək olar. Yaponiyalılar sakura
yarpaqlarını yeməkdə istifadə edirlər.
Suşi
Yaponiyalıların əsas qidası qədim ənənələrdən
gəlir. Onlar dəniz məhsulları və düyü ilə
5
qidalanırlar. Yaponiyalılar yedikdə bıçaqdan və
çəngəldən istifadə etmirlər. Onlar yemək zamanı iki
taxta çubuqdan istifadə edirlər.
Suşi ənənəvi yapon yeməyidir. O, çiy balıq və
düyüdən hazırlanır.
Yapon xörəklərində əsas onların gözəlliyidir.
Xörək boşqabın üzərinə gözəl qoyulmalıdır.
6
Suşini təkcə yaponiyalılar sevmirlər. O,
dünyada ən dadlı və bahalı xörəklərdən biridir.
Samuray
Samuray qədimlərdə yapon döyüşçüsü adlanırdı.
Samuray yapon dilində qulluq sözünü bildirir.
Samuray ağasına qulluq edir və onu qoruyurdu.
Döyüş zamanı samuray qılıncdan istifadə edirdi.
Qılınc yaponca katana adlanır. Samuray öz qılıncı
ilə döyüş sənəti ilə məşhur idi.
7
Samuraylar xüsusi libas geyinirdilər. Onların öz
qanunlar kitabı da var idi. Samuraylar bu qanunlara
hörmət edir və ağaya sədaqətli olurdular.
Əsir düşmüş samuraylar özlərini öldürürdülər.
Onlar qarınlarını qılıncla deşirdilər. Bu qayda
harakiri adlanırdı. Harakiri kişilik rəmzi idi.
8
Samurayların
həyatları
haqqında
çoxlu
kitab
yazılmışdır.
Eləcə
məşhur
“Yeddi
samuray” yapon filmi
çəkilmişdir.
Kabuki
Yaponiyalıların
qədim
incəsənət
ənənələri var. Yapon teatrı kabuki adlanır. Kabuki
mahnı və rəqs incəsənətini bildirir.
Qədimdə aktyorlar yalnız qadınlar olurdular. On
yeddinci əsrdən hər şey dəyişdi. Aktyorlar yalnız
kişilər oldular. Aktyorlar da xüsusi libas
geyinirdilər. Bu libas xələtə bənzəyirdi. Bu xələti
9
yaponca kimono adlandırırdılar. Kimono indi də
Yaponiyada və başqa ölkələrdə də çox məşhurdur.
Kabuki teatrında aktyorların makiyajı çox vacib
idi. Onlar özləri makiyaj edirdilər. Əvvəlcə üzlərinə
yağ və mum, sonra ağ boya sürtür, sonda isə
dodaqlarına və gözlərinə qırmızı və qara xətlər
çəkirdilər.
10
Tamaşanın sonunda aktyorlar üzlərinə ipək parçı
qoyurdular. Bu yolla makiyaj ipək parçaya keçir. Bu
ipək parçanı aktyorlar uzun müddət saxlayırdılar.
Kabuki bu gün də yaponiyalıların sevimli
əyləncələridir.
Bonsay
Yaponiyalılar ənənələrdən başqa gözəlliyi də çox
sevirlər. Bonsay yaponca cırtdan ağaclardır. O,
dibçəkdə yetişir. Bonsay həqiqi ağaca oxşayır,
11
amma çox balacadır – təxminən otuz santimetrdir.
Bonsayı yetişdirmək çox çətindir. Onu fikirləşmək
üçün isə bir çox il lazımdır. Onun yetişməsi üçün
xüsusi torpaq lazımdır, günəşin parlaq işığı, su və
gübrə gərəkdir.
12
Şoqi
Yapon şahmatı şoqi adlanır.
İlk dəfə şahmat Hindistanda yaranmışdır. Şoqi
hind
şahmatından
sonra
səkkizinci
əsrdə
yaranmışdır.
Amma şoqi hind şahmatından bir neçə qaydası
ilə fərqlənir. Oyunda rəqib tərəfindən götürülən
fiqurdan ikinci tərəf istifadə edə bilər.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |