This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XV
1
Köpək balıqları
Köpək balığı balıqlar fəsiləsindəndir. Köpək balıqları
dənizlərdə və okeanlarda yaşayırlar. Amma okeanda daha
çox köpəkbalığı yaşayır, nəinki dənizdə. Alimlər düşünürlər
ki, köpəkbalığının təxminən 500-ə qədər növü məlumdur.
Əslində köpəkbalığının neçə növünün olduğunu bilmirik.
Alimlər köpəkbalıqlarını 3 tipə ayırırlar: həqiqi, qədim və
buynuzlu köpəkbalıqları.
2
Köpəkbalığı çox qəribə balıqdır. Bəziləri böyük olur,
bəziləri çox balaca. Bəzisinin uzunluğu 47 santimetr olur.
Bəziləri isə bir neçə metr olurlar. 20 metrə çatan
köpəkbalıqları da var. Köpəkbalıqlarının bir hissəsi
məməlidir. Bu da onu bildirir ki, ana köpəkbalığı balasını
dünyaya gətirir və ona süd verir. Hərçənd köpəkbalıqlarının
əksəriyyəti digər balıqlar kimi artırlar. Köpəkbalıqlarının
ümumi xüsusiyyətləri var. Onlar daim dişlərini dəyişirlər.
Bir köpəkbalığı ömrü boyunca 30 000 diş dəyişə bilər. Bu
ona
3
görə baş verir ki, köpəkbalıqlarının dişləri bir neçə sırada
böyüyürlər. Əgər köpəkbalığının ön dişləri qırılarsa, arxa
dişləri ön dişlərinin yerini tutur. Arxa dişin yerinə isə yeni
dişlər çıxır.
Köpəkbalıqları çox təhlükəli və aqressiv olurlar. Amma
alimlər köpəkbalıqları haqqında başqa cür düşünürlər.
Alimlərdən bəziləri fikirləşir ki, köpəkbalığı filmlərdə
göstərildiyi kimi də təhlükəli balıq deyil. Alimlər onu da
düşünürlər ki, köpəkbalıqları çox ağıllı və hər şeylə
maraqlanan balıqdırlar. Onlar sən demə, hər şeylə
maraqlanırlar. Bunun üçün də onlar hər şeyə toxunmaq
4
istəyirlər. Onlar yalnız dişləri ilə toxuna bilirlər. Bunun
üçün də köpəkbalıqları hər şey yeyirlər. Köpəkbalıqları iki
və ya üç ay aclığa dözə bilirlər. Bu müddətdən sonra isə çox
acırlar və buna görə də təhlükəli və aqressiv olurlar.
Mako köpəkbalığı
Köpəkbalıqların növlərindən biri mako adlanır. Onun
uzunluğu 3 metrdən artıqdır, çəkisi isə 60-135 kq ola bilər.
Amma balıqçılar 500 kq-dan artıq çəkili mako da
tutmuşdular. O, saatda 50 km sürətilə üzürdü.
Köpəkbalıqlarından biri mako 37 gündə 2120 km üzmüşdü.
5
Köpəkbalığı makonun əti çox dadlıdır və ondan hazırlanan
xörəklər çox baha olurlar.
Ağ köpəkbalığı
Köpəkbalığının ikinci məşhur növü ağ köpəkbalığı
adlanır. O, köpəkbalığının ən məşhur növlərindən biridir və
çox aqressiv olur. Ağ köpəkbalığı bütün okeanlarda
yaşayır, təkcə Şimal Buzlu okeanından başqa. Onun
uzunluğu 600-dən 1000 kiloqrama qədərdir. Ağ köpəkbalığı
digər köpəkbalıqları kimi, əsasən, dəniz heyvanları və
balıqlarla qidalanır. Bir ağ köpəkbalığı Aralıq dənizində
bütöv qayığı yemişdir. Ağ köpəkbalıqları haqqında filmlər
də çəkilmişdir.
6
Qaradəniz köpəkbalığı
Bilirsinizmi ki, Qara dənizdə də köpəkbalıqları
yaşayırlar? Hərçənd köpəkbalıqların bu növü təhlükəli deyil.
Onun dişləri elə də iti deyil. Bu köpəkbalığı ölçüsü ilə də iri
deyil və tikanlı köpəkbalığı adlanır. Ən böyük tikanlı
köpəkbalığı 15 kq-dır. Onun uzunluğu 1-1,6 metrdir. Tikanlı
köpəkbalığının tünd göy rəngdə kürəyi və ağ qarnı var.
Yalnız bir neçə balıq növləri ilə qidalanır.
7
Bu köpəkbalığı dənizdən nadir hallarda çıxır. Onu
dənizin
dibində,
əsasən, gecə saatlarında görmək
mümkündür. Burda onun yemi olan bir neçə sevimli balıq
növü vardır. Tikanlı köpəkbalığı bu balıqların ardınca gedir.
Amma tikanlı köpəkbalığı elə də zərərsiz deyil. Onun
kürəyində bir böyük və zəhərli tikan gizlənmişdir. Bunun
üçün balıqçılar ehtiyatlı olmalıdırlar. Zəhərli tikan
sancdıqda insan ölür. Tikanlı köpəkbalığını böyük ehtiyatla
tuturlar.
Meqalodon
1,5 milyon il öncə suda nəhəng yırtıcı köpəkbalığı
yaşayırdı, onu alimlər Meqalodon adlandırmışdılar.
Meqalodon haqqında bir çox filmlər çəkilmişdir. Bu balıq o
qədər böyükdür ki, insanı heyrətləndirir. Bunun üçün də
insanlarda onun mövcudluğu haqqında şübhə yaranır. Lakin
alimlər onun dişlərini tapmışlar. Meqalodon bütün dünyada
ən təhlükəli yırtıcı hesab olunurdu.
Meqalodon adı ona nəhəng dişlərinə görə verilmişdir.
“Meqa” – böyük, “odon” isə diş mənasını bildirir. Onun
8
dişinin uzunluğu 18 sm-ə çatırdı. İri ağ köpəkbalığının
dişinin uzunluğu ilə müqayisə etsək, o zaman meqalodonun
dişi onun dişindən 2 dəfə artıqdır. Ağ köpəkbalığının
dişinin uzunluğu 8 sm-ə çatır. Dişlərinin ölçüsünə əsasən,
meqalodonun uzunluğu 12-dən 30 metrə qədər olmalı idi.
Göy balina meqalodondan böyükdür, amma meqalodon
onu parça-parça edib yeyirdi. O, əsasən, balinaları yeyirdi.
Hal-hazırda bu yırtıcı balıq yoxdur. Belə bir güclü
varlığın həyatına nə mane olmuşdur? Alimlərin bu suala
dəqiq cavabları yoxdur. Alimlər düşünürlər ki, buna səbəb
dünyada baş verən böyük buz dövrü olmuşdur, hansına
meqalodon dayana bilməmişdir.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |