Азадлыг миллятин сяадятидир
1
Güloğlan Dünya
AZADLIQ MİLLƏTİN
SƏADƏTİDİR
"Dərələyəz-M"
Sumqayıt - 2009
Азадлыг миллятин сяадятидир
2
Redaktor: Xasay Cahangirov
GÜLOĞLAN DÜNYA
Azadlıq millətin səadətidir
(Şeirlər), «Dərələyəz-M» mətbəəsi -2009, səh 120.
Güloğlan Dünya mətbuatda tez-tez görünən, sevilə-sevilə oxunan
və ədəbi mühitdə özünəməxsus yeri olan bir şairdir.
«Azadlıq millətin səadətidir» kitabı müəllifin oxucularla
ikinci görüşüdür. Birinci kitabda olduğu kimi bu kitabda da,
yurd həsrəti, Vətən sevgisi, bu sevgidən yaranan ağrı acılar, ana
məhəbbəti, təbiət gözəlliklərinin bədii tərənnümü, haqsızlığa
qarşı barışmamazlıq kitabda toplanmış şeirlərin əsas qayəsini
təşkil edir.
D
48456523
6434357A
qrifli nəşr
Азадлыг миллятин сяадятидир
3
VƏTƏN
SƏTİRLƏRİ
Qəlbimin odun- atəşin,
Ocağa köz qoyum gedim.
Азадлыг миллятин сяадятидир
4
TEZ-TEZ GƏLİN
Tez-tez gəlin səksəkəli dağlara,
El-obanın gözü yolda qalmasın.
Nazın çəkin hər çəmənin, hər gülün,
Tər çəmənlər vaxt-vədəsiz solmasın.
Bahar vurur dağa, döşə zər-xalı,
Hey daranır hər yamacı, hər yalı.
Dostlar, gəzin, görün bu cah-cəlalı,
Dərd yol tapıb, qəlbinizə dolmasın.
Möcüzədi hər dəqiqəsi, hər anı
Göz oxşayır, könül açır hər yanı.
Dağı qoru, deməsinlər, el hanı?
Sinən üstə yağı ləpir salmasın.
Çiçək açmaz, yetişməsə zamanı,
Qoruduqca zərə dönər samanı.
Al şəfəqlər daim qucsun səmanı,
Göy üzünü qara bulud almasın.
Ay Güloğlan, «Vətən!» de ki, şən olum,
Hər otuna, tikanına tən olum.
Hər daşına, kəsəyinə bənd olum,
Arzularım gözlərimdə qalmasın.
12.07.2008
Азадлыг миллятин сяадятидир
5
MƏNİ
Vətən, qərib eldən halımı soruş,
Gözünnən göz yaşı tökəndə məni.
Soruş zirvədəki o sər çeşmədən,
Oğul həsrətini çəkəndə məni.
Qoru qarlı qışdan zümrüd meşəni,
Xəzan küləyinnən tər bənövşəni.
Harayla qartalı, gözlə guşəni,
Sar bağça-bağında səkəndə məni.
Yandır ocağımı, küllə sacımı,
Unudum bircə an ağrı-acımı.
Bahar mehi ilə oxşa saçımı,
Cadar torpağını əkəndə mənim.
Güloğlan, vətənsiz çəkdin qada sən,
Həmişə, hər yerdə düşdün oda sən.
Vətən, oğul de ki, əziz tutasan
Cismimi kəfənə bükəndə məni.
Азадлыг миллятин сяадятидир
6
GEDİRƏM
Düşmüşəm yolun ağına,
Bilmirəm hara gedirəm.
Gözlərimdə həsrət yükü,
Qəlbimdə yara, gedirəm.
Gecə uzun, gündüz gödək.
Can ağrısın duymur kötək.
Əl atdım olmadı ətək,
Qövr edir yaram, gedirəm.
Vətən, dağım-düzüm səndə,
Soyum, köküm, izim səndə.
Hara getsəm gözüm səndə,
Söz verib yara, gedirəm.
Neçə ki, həyatda varam,
Qohuma, qonşuya yaram.
El dərdi sağalmaz yaram,
Eyləyin çarə, gedirəm.
Arzum neçə qapı döyüb,
Könlüm neçə eli öyüb.
Əynimə ağ libas geyib
Bilinməz yerə gedirəm.
Азадлыг миллятин сяадятидир
7
İRƏLİ GET, AZƏRBAYCAN ƏSGƏRİ!
Oğul, yağı həmləsinə sinə gər,
Bir zərbəylə yad-yamanı yerə sər.
Bağça-bağın gülün qoxla, barın dər,
İrəli get, Azərbaycan əsgəri!
And içmisən hərbi andın üstə dur,
Elin qatı düşməninə tələ qur.
Qarabəxtli Qarabağa yiyə dur,
İrəli get, Azərbaycan əsgəri!
Nankor talar, yiyəsiz görsə bağı,
Mərddən qorxub, ehtiyat edər yağı.
Ər qaytarar itirilən torpağı,
İrəli get, Azərbaycan əsgəri!
Qayğı görsə, bar gətirər hər bir kol,
Baş komandan hər bir işə tapar yol.
Aman vermə erməniyə, qənim ol,
İrəli get, Azərbaycan əsgəri!
25.08.2008
Азадлыг миллятин сяадятидир
8
BABALARIN İZİ QALDI VƏTƏNDƏ
Zəbt elədi Laçını yad qoşunu,
Elin qovdu, taladı daş-qaşını.
Məngirlədi torpağını, daşını,
Babaların izi qaldı Vətəndə.
Ayırmadı dostdan yadı, gədəni,
O qan içən gədə çaldı didəni.
Tale küsdü, bəxt ayırdı Vətəni,
Xalqın ruhu, gözü qaldı Vətəndə.
Fələk haqqı qorumadı heç zaman,
Sara uydu, xara güvəndi düşmən.
Ev-eşiyi çaldı-çapdı yad-yaman,
Ocağının közü qaldı Vətəndə.
Həyat bizi barışdırdı zülümnən,
Xoş günlərin dadı qaçdı dilimnən
Güloğlan da ayrı düşdü elinnən,
Neçə dağı, düzü qaldı Vətəndə.
Dostları ilə paylaş: |