2
UDK 33 (100) (075.8)
BBK 65.5 я 73-1
L74
Tərcümə edən:
Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin
müdiri, II dərəcə dövlət müşaviri,
i.e.n. Rauf Şaiq oğlu Hacıyev
Redaktoru:
Milli Məclisin İqtisadi Qanunvericilik Şöbəsinin baş
məsləhətçisi, i.e.n., baş elmi işçi
Əmirxan Mehralı oğlu Babaşov
L 74 Lomakin Viktor Kuzmiç. Dünya iqtisadiyyatı. İqtisadi ixtisaslar və
istiqamətlər üzrə təhsil alan tələbələr üçün dərslik /V.K.Lomakin - 4-cü,
yenidən işlənilmiş və əlavələr olunmuş nəşr
/ Рус дилиндян тяржцмя. Бакы:
“Игтисад Университети Nəşriyyatı”, 2013.- 625 s.
("Rusiya dərsliklərinin qızıl fondu" seriyası)
ISBN 978-5-238-02157-7
SIR RQB agentliyi
Dünya iqtisadiyyatı - mürəkkəb, dinamik, daim dəyişən sistemdir. Geniş
statistik materiallar, beynəlxalq təşkilatların tədqiqatları və rəsmi nəşrləri əsasında
dünya təsərrüfatının əsas cəhətləri, mexanizmi və onun fəaliyyəti müəyyən
edilmişdir. Dünya bazarlarının (işçi qüvvəsi, kapital, ərzaq, mineral resurslar),
iqtisadi artım və onun keyfiyyəti, dünyada sosial vəziyyətin əsas məsələləri təhlil
olunur. Dünya təsərrüfatı altsistemlərinin mövqeləri, onların xüsusiyyətləri, ayrı-
ayrı ölkələrin vəziyyəti nəzərdən keçirilir.
Dərslik dünya təsərrüfatının inkişafının və vəziyyətinin ən mühüm
məsələlərinin məntiqi və tarixi baxımdan şərh olunması əsasında qurulmuşdur.
Yeni nəşr əhəmiyyətli dərəcədə yenidən işlənmiş və müasirləşdirilmişdir.
Ali təhsil məktəblərinin tələbələri və müəllimləri, dünya iqtisadiyyatı və
beynəlxalq iqtisadi münasibətlər sahələri üzrə mütəxəssislər, politoloqlar,
habelə dünya təsərrüfatının problemləri ilə maraqlananlar üçündür.
V.K.Lomakin, 1998, 2001, 2007, 2012
YUNITI-DANA NƏŞRİYYATI, 1998, 2001, 2007, 2012
“Игтисад Университети Nəşriyyatı”, 2013
Nəşrdən istifadə olunmasının və onun yayılmasının müstəsna hüquq-
larına
malikdir
3
Giriş
Dünya iqtisadiyyatı - son iyirmi beş il ərzində böyük dəyişikliklər
baş vermiş, özündə 200-dən artıq ölkə və ərazini birləşdirən mürəkkəb və
çevik sistemdir. Dünya təsərrüfatının sosial-iqtisadi siması dəyişmişdir.
Dünya sosializm sistemi süquta uğramışdır. İnkişaf etmiş ölkələrin tərk-
ibi genişlənmişdir. Bir sıra ərazi-təsərrüfat vahidləri (Cənubi Koreya,
Tayvan, Sinqapur, Sloveniya, Slovakiya, Çexiya) Qərb ölkələrinin sosial-
iqtisadi inkişaf səviyyəsinə çatmışdır (inkişaf etmiş yeni ölkələr). Dünya
təsərrüfatında baş vermiş dəyişikliklər ölkələrin əsas iqtisadi gücləri
arasındakı nisbətlərdə və onların yerləşməsində də öz əksini tapmışdır.
SSRİ-nin dağılması dünya iqtisadi sisteminin konfiqurasiyasının,
dünyanın sosial-iqtisadi gücləri arasındakı nisbətin dəyişməsinə əhəmiy-
yətli təsir göstərmişdir. Dünyanın iqtisadi fəallıq mərkəzlərindən birinin
mövcudluğuna son qoyulmuş və 1990-cı illərdə dünya təsərrüfatında
praktiki olaraq yalnız bir qütb, ABŞ hakim mövqe tutmuşdur. Demək
olar ki, hər yerdə ümumi xarakter alan kapitalist əmtəə-pul münasibətləri
üstünlük təşkil etməyə başlamışdır.
Dünya təsərrüfatı təkcə sosial deyil, həmçinin texnoloji cəhətdən
dəyişikliklərə məruz qalmışdır. Dünyanın məhsuldar qüvvələrindəki key-
fiyyət dəyişiklikləri elmi-texniki tərəqqinin (ETT) təsiri altında baş verir.
Sənayecə inkişaf etmiş ölkələrdə informasiya inqilabı baş verir – infor-
matika və rabitə, informasiya texnikasının və texnologiyalarının geniş
tətbiqi iqtisadi proseslərdə vaxt amilinin əhəmiyyətini xeyli azaldır. Məh-
sul istehsalının ümumi mənzərəsi və xarakteri də dəyişir.
Məhsuldar qüvvələrin (istehsal amillərinin) inkişafında böyük
irəliləmələr baş vermişdir. Dünyada istehsalın həcmi əhalinin artımını
təqribən 2 dəfə üstələmişdir. ETT-nin təsiri altında iqtisadiyyatın sahə
strukturunda nəzərəçarpan dəyişikliklər baş vermiş, inkişaf etmiş ölkələr-
də inkişafın intensiv tipi üstünlük təşkil etmişdir.
Dünya təsərrüfatının strukturunda və fəaliyyətində baş verən bu
köklü dəyişikliklər sahibkarlıq kapitalının beynəlxalq yerdəyişməsi əsa-
sında məhsuldar qüvvələrin, istehsal amillərinin beynəlmiləlləşməsi və
qloballaşması proseslərinin sürətlənməsinə təkan vermişdir. Transmilli
Korporasiyalar (TMK) və Transmilli Banklar (TMB) dünya təsərrüfatının
struktur yaradan əsas amillərindən birinə çevrilmişlər. Transmilli Kapital
(TK
)
məhsuldar qüvvələri yerləşdirərkən nisbi üstünlükləri müqayisəsi-
nin nəticələrinə əsaslanaraq, mənşə ölkəsindən kənarda, qlobal miqyasda
fəaliyyət göstərir. Bunun təsiri nəticəsində xarici ticarətin genişlənməsi
istehsal həcminin artımını xeyli qabaqlayır. Beynəlxalq əmək bölgüsünün