5
Ön söz
Yenicə müstəqiliik yoluna qədəm qoyan Azərbaycan Respublikası
keçid
dövrünün özünəməxsus sosial-iqtisadi problemləri ilə üzləşmişdir.
İstənilən ölkədə iqtisadi islahatların uğurlu sonluqla
nəticələnməsi ilk növbədə
köklü dəyişikliklərin həyata keçirilməsi üçün mükəmməl hüquqi baza yaradılma
sından asılıdır.
Respublikanın keçid dövründə qarşısında duran əsas sosial-iqtisadi
vəzifələrinə
yeni təsərrüfat formalarının yaradılması, iqtisadiyyatın
bazar struktu runu
formalaşdırmaq,
istehsal, sosial-məişət və bazar infrastrukturlarını
inkişaf etdirmək
bazar münasibətləri şəraitində işləyə biləcək yüksək ixtisaslı kadrların hazırlanması və
ixtisaslaşdırılması ilə əlaqədardır.
Respublika iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiya etməsi ilə yanaşı
elm və təhsil sistemində aparılan islahatlar milli iqtisadiyyatımızın dirçəlməsinə təkan
verəcəkdir.
Təbii ki, iqtisad elminin bir çox sahələrinin son illər sürətlə inkişaf etməsi insan
amili ilə sıx bağlı olduğundan «insan resurslarının idarə edilməsi»
mövzusu
müəllifləri dərindən düşündürmüş məhz buna görə də belə bir dərsliyin yazılmasına
ehtiyac duyulmuşdur.
«İnsan resurslarının idarə edilməsi» kitabı ali məktəb təiəbələri, magistirlər üçün
dərs vəsaiti olmaqla yanaşı, müəssisə, təşkiiat və iş adamları üçün də tövsiyə edilir.
Dərslik müxtəlif misallar və praktiki məsələlərlə zəngin
olduğuna görə olduqca
oxunaqlıdır, lakin şübhəsiz nöqsansız və qüsursuz olmayacaqdır.
Həmin nöqsanları, arzu və təkliflərini müəlliflərə çatdıran hər bir oxucuya onlar,
əvvəlcədən öz təşəkkürlərini bildirirlər.
Dərsliyin ərsəyə gəlməsində əməyi olanların hamısına dərin minnətdarlığımızı
bildiririk.
MÜƏLLİFLƏR