Teylor (1911) «İdarəçilik qanunları» Fayol (1949) «insan əlaqələri» İşçilərlə bağlı qeydlər etmək, onların fəaliyyətlərini izləmək kimi bəzi tədbirlər
həyata keçirilmişdir.
İşəgötürənlərlə
bəzi
münasibətlərin
yaranması,
Həmkarlar
ittifaqının
yaradılması və müəssisələrdə əhəmiyyət kəsb etməsi.
II Dünya müharibəsindən sonra işçi qüvvəsinə olan tələbatda müəyyən azalma
meydana gəlmişdir. Rəhbərliklə işçilər arasında konsensus yaranmışdır.
5. Müəyyən məqsədlər istiqamətində müəssisənin tam bir varlıq kimi effektli
işləməsinə nail olmaq.
Təşkilat üzvlərinin hər birini açıq-aşkar müəyyən edilən məqsədlərə uyğun
çalışmalarının təmin edilməsi, idarəçilikvə idarəetmə funksiyalarının əhəmiyyət
qazanması və bu istiqamətdə həyata keçirilən inkişaf tədbirləri ilə sıx əlaqədardır.
6. Texniki tərəqqi və demoqrafik dəyişikliklər, insan resurslarına olan ehtiyacın
müəyyən edilməsində vacib şərtlərdən olduğunu təsdiq edir. İşçilərin sayı və
qabiliyyətləri arasında bir mütənasiblik yaratmaq, kompüter və digər texniki
vasitələrin köməyi ilə işləmə prinsipi, texniki tərəqqinin inkişaf səviyyəsinə bağlıdır.
Altı maddədə izah edilən bu inkişaf prosesləri şəxslərin idarə edilməsi
fəaliyyətinin əsasını təşkil edir. 80-ci illərdən bəri «İnsan resurslarının idarə edil
məsi» və müəssisələrdə bu bölmənin yaradılması artıq insanın varlığına verilən
qiyməti daha da artırmışdır.
İşçi qüvvəsinin idarə edilməsi ilə insan resurslarının idarəedilməsinin nə kimi
oxşar və fərqli cəhətləri vardır?
Şübhəsiz ki, ortaq tərəfləri vardır. Aralarındakı fərqlər isə bir konsepsiya
daxilində analiz edilir. Analiz nəticəsində məlum olmuşdur ki, bu iki sahə arasında
çox kəskin bir fərq mövcüd deyil. Ortaq fəaliyyətlərdən olan seçmə yerləşdirmə,
downloaded from KitabYurdu.org
15
təhsil kimi xüsuslar hər ikisində öz yerini tutmuşdur. Lakin, bəzi fərqli olan tərəflərini
gözdən keçirmək mümkündür.