MəHƏMMƏD Əliyev həMİd həMİdov


HƏRƏKƏT ETÜDÜ (Motion Study)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/135
tarix23.12.2023
ölçüsü5,01 Kb.
#154953
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   135
KY0000382

HƏRƏKƏT ETÜDÜ (Motion Study): 
- Bir işin ən asan və sərfəli üsullarla 
inkişafı yolunda tətbiq edilən və xərclərin minimuma endirilməsi məqsədiylə aparılan 
tədbirlərin araşdırılması prosesidir. Başqa sözlə; bir işin az məsrəflə başa gəlməsi 
üçün bütün fəaliyyətlərin sistematik bir şəkildə tətbiq edilməsidir. 
Hərəkət etüdü ilə iş analizi arasında bəzi fərqlər mövcuddur. İşlərin analiz 
edilməsindən əvvəl hərəkət etüdü aparılmalıdır. 
İŞ ANALİZİ: 
- iş analizi insan resurslarını idarəetmə proqramının əsasını təşkil 
edir. İş analizində mühəndislik və sosial elmlərdən bəhrələnməklə görüləcək işlərin 
texniki və sosial analizləri aparılır. Yeni müəssisədə mövcud olan hər bir işin 
ayrılıqda xərcləri, keyfiyyəti, vacibliyi, əhəmiyyəti və çalışma şərtlərinin elmi 
cəhətdən tədqiqatını həyata keçirən bir fəaliyyətdir. 
downloaded from KitabYurdu.org


24 
İŞ TƏRİFİ: 
- müəyyən bir işin yerinə yetirilməsi zamanı təzahür edən vəzifələr, 
öhdəliklər və davranışların yazılı ifadəsidir. Qısaca işin icrası üçün ehti yac duyulan 
vəzifələrin yazılı formasıdır. 
İŞLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ:
 
- işlərin qiymətləndililməsi, bir 
müəssisədə mövcud olan bütün işlərin vacibliyinin və əhəmiyyətinin təyini prosesidir. 
İŞ ANAlLİZİNDƏ VERİLƏN MƏLUMATLARIN İSTİFADƏ EDİLDİYİ 
SAHƏLƏR: 
Təşkilat daxilində yerinə-yetirilən hər bir çalışma əsasən məqsədyönlü və 
təşkilatın hədəfləri çərçivəsində təzahür edir. Buna görə də iş analizi fəaliyyəti, hədəf 
və məqsədlərə təsir göstərir. İş analizi nəticəsində əldə edilən vəsaitlər, təşkilatda 
çalışan işçilərin davranışlarının qiymətləndirilməsinə kömək edir. İş analizlərinin 
nəticələri əsas etibariylə aşağıdakı sahələrdə istifadə edilir. 

 
İş analizindən əldə edilən nəticələrin ən çox istifadə edildiyi sahə işlərin 
qiymətləndirilməsi sahəsidir. Çünki, analizdən sonra işlərin tərifi hazırlanır, bu 
məlumatlar isə işlərin qiymətləndirilməsində istifadə edilir. İşlərin əhəmiyyətinə görə 
işçilərin əmək haqqı miqdarlarındakı fərqlər müəyyən edilir. İş analizi işlərin 
qiymətləndirilməsi ilə fərdlərin qiymətləndirilməsi arasındakı fərqləri meydana 
çıxarır. İşlərin qiymətləndirilməsi; əmək haqqı ödənilməsi məqsədi ilə işlərin sinif 
lərə ayrılması, fərqlərin qiymətləndirilməsi isə çalışanların siniflərə ayrılmalarıdır. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə