Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
2
Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli
adına Əlyazmalar Ġnstitutu elmi Ģurasının 6 aprel 2012-ci il 3
saylı iclasının qərarı ilə nəĢr edilir.
Elmi redaktoru:
Nəsib GÖYÜġOV
filologiya elmləri doktoru,
Rəyçi:
Knyaz ASLAN
pedaqoji elmlər namizədi,
dosent
Korrektor:
Ülkər SƏMƏDOVA
Musalı (Səmədova) Vüsalə Azər qızı. Mətnlərin nəĢrə
hazırlanması problemləri. – Bakı, “Elm və təhsil”, 2012, 261 s.
Monoqrafiyada elmi, elmi-kütləvi, klassik ədəbiyyatın nəĢrə hazırlanma-
sı və redaktəsi məsələlərindən bəhs olunmuĢdur. Dövri nəĢrlərin tipoloji əlamət-
ləri və növləri Ģərh olunmuĢ, elmi jurnalların növlərindən, məqsəd və oxucu tə-
yinatından asılı olaraq növ və janrlarından, elmi jurnalların nəĢri tarixindən və
mərhələlərindən bəhs edilmiĢ, nəĢrə hazırlanma və redaktə xüsusiyyətləri, gizli
rəyçilərə göndərilmə və s. problemləri iĢıqlandırılmıĢ, Azərbaycanda nəĢr olu-
nan elmi jurnalların, Azərbaycanlı müəlliflərin elmi məqalələrinin Thomson re-
yestrində öz əksini tapması, ölkəmizdəki elmi jurnalların bu agentliyin impact
factorunu alması məsələləri və qarĢıda duran vəzifələr araĢdırılmıĢdır.
AMEA Əlyazmalar Ġnstitutu
Vüsalə Musalı. Mətnlərin nəşrə hazırlanması problemləri
4
Orta əsrlərdə ġərq aləmində kitaba böyük dəyər verilirdi. Bu
baxımdan XVI əsr Osmanlı Ģairi və təzkirəçisi Lətifinin kitab haq-
qında yazdığı bir qəzəl xüsusilə diqqəti cəlb edir:
“Hər dəm əhli-dillərün yanında yarıdur kitab,
Munisi-ovqatı, yari-qəmküsarıdur kitab.
Nitəkim əyləncəsidür malu-cahı cahilün,
Əhli-irfanun da mali-bi-Ģümarıdur kitab.
Yeg durur bin kani-zərdən əhli-fəzlə bir vərəq,
Cahil
almaz bir pula, netsün, nə karıdur kitab?!
Kənzi-la-yəfnaya irər, padiĢahi-vəqt olur,
Hər kimün gəncinəvü-gəncinədarıdur kitab.
Gəl bərü, ey zülmət içrə abi-heyvan istəyən,
Bu səvad içrə o eynün çeĢməsarıdur kitab.
QönçəvəĢ diltəng olanun könlün açar gül gibi,
San güli-sədbərgi-fəsli-novbaharıdur kitab.
Ol kiĢi buldı
cahan içində yari-bi-xələl,
Ey Lətifi, hər kimün yanında yarıdur kitab”
2
.
Taxta qəliblərlə kitab çapı (ksiloqrafiya) VII əsrdə Çində
meydana gəlmiĢ və bu çap üsulu yaponlar, koreyalılar və uyğur
türkləri arasında da yayılmıĢdır. Minlərcə simvoldan ibarət Çin
yazısı üçün bu cür çap olduqca yararlı idi. Ksiloqrafik çapda hər
hansı bir mətnin bir səhifəsi ağac qəlibinə güzgü görüntüsü Ģəklin-
də qazıldıqdan sonra qəlib üzərinə mürəkkəb gəzdirilib, kağıza ba-
sılaraq çap edilirdi. Bir müddət sonra ksiloqrafik çap metodunun
ġərqi Türküstan üzərindən Ġslam dünyasına keçdiyinin Ģahidi olu-
ruq. Belə ki, Misiri idarə etmiĢ Fatimilər sülaləsinin hakimiyyəti
2
Latifi. TezkiretüĢ-Ģuara ve tabsıratün-nuzama (inceleme – metin). Hazırlayan:
R.Canım. Ankara, 2000, s.86.