AZӘRBAYCA N RESPUBLİKASI TӘHSİL NAZİRLİYİ
BAKI DÖVLӘT UNİVERSİTETİ
Nanotexnalogiyaların kimyәvi fizakası kafedrası
2010-cu ildә «Radiasiya vә onun әtraf mühitә tәsiri» fakültәlәr arası ETL-in
yerinә yetirilmiş elmi-tәdqiqat
HESABATI
Kafedra müdiri: f.r.e.d. M.Ә.Ramazanlı
ETL-in rәhbәri: f.r.e.n. R.Ә.Musayev
BAKI - 2010
Giriş
Abşeron yarımadasındakı NQÇİ әrazilәrinin xeyli hissәsi tәbii vә antropogen tәsir nәticәsindә
yaranmış müxtәlif növ zәrәrli tәsirlәrin güclü ekoloji gәrginliyinә mәruz qalmışdır.Bu
yarımadada olan NQÇİ әrazilәrindәki Neft-qaz mәdәnlәrinin geoloji kәşfiyyatı, qazıntısı vә
istismarı ilә әlaqәdar, әtraf mühitdә antropogen tәsir nәticәsindә әmәlә gәlmiş uran, torium,
radium, kalium , sezium vә onların digәr radioaktiv izotopları ilә bәrabәr hәm dә tәbii uran-
torium ailәlәrinin parçalanma mәhsulları ilә birgә, bu radioaktiv maddәlәrin tәbiәtdәki
molekulyar birlәşmәlәri dә özünü güclü radioktiv şüalanma mәnbәlәri qismindә özünü
göstәrir.Bu göstәricilәrlә bәrabәr әtraf mühitin flora vә faunası, әtraf mühitә sәpәlәnmiş neft
mәhsulları vә onların tullantılarının zәrәrli tәsirinә mәruz qalmışdır.Bu zәrәrli tәsirlәrdәn biri dә
Bakı Neftinin 30-60% tәşkil edәn naftendir ki, bu üzvü birlәşmә torpaqda vә suda güclü
parçalanmaya mәruz qalaraq, әtrafda olan digәr maddәlәrlә birlәşәrәk hәll olmayan kompleks-
kompaund yaradır.Bu göstәricәlәrlә bәrabәr, әtraf mühitә yayılmış neft mәhsullarının әmәlә
gәlmiş aromatik birlәşmәlәr-benzol, toluol, ksilol vә alkenlәrin bir hissәsi torpağın tәrkibinә vә
bitki alәmini genetik tәsirә mәruz qoyur.Son nәticәdә radioaktiv maddә vә birlәşmәlәri
korroziyaya mәruz qalmış metal birlәşmәlәri vә neft tullatıları ilә birgә torpaqda olan qumus vә
fulfat turşularına güclü tәsir göstәrәrәk әtraf mühitin flora vә faunasına öz xoşagәlmәz bioloji vә
biokimyәvi tәsirini göstәrir.Gәlәcәkdә bu zәrәrli tәsirlәrin hansı yollarla aradan götürülmәsi
mexanizminin öyrәnilmәsi zәrurәti dә әmәlә gәlәcәkdir.Әtraf mühitdә bu kanserogen
birlәşmәlәrin paylanması, onların miqrasiyasının torpağın relyefindәn asılı olaraq ona daxil olan
birlәşmәlәrin sorbaziya etmәk dәrәcәsindәn vә torpaqda axar vә yağıntı suların vasitәsilә hansı
istiqamәtdә paylanması prosesinin dә analiz edilmәsi problemi әmәlә gәlәcәkdir.Bu
göstәrilәnlәrlә bәrabәr atmosferdә әmәlә gәlmiş bu kansorogen vә radioaktiv birlәşmәlәrinin
aerozollarının biosfer vә hidrosfer ilә qarşılıqlı tәsir mexanizminin öyrәnilmәsi vacibdir.Göstәrilәn
zәrәrli maddәlәrin әtraf mühitdә paylanma prosesindә müxtәlif fiziki vә coğrafi parametrlәrin
tәsirindәn asılılığını da nәzәrә almaq lazımdır.Neft vә qaz çıxarılan әrazilәrdә ,әtraf mühitdә
yaranan radioaktiv aerozolların fiziki tәbiәti vә tәsir mexanizminin öyrәnilmәsi vacibdir.Göstәrilәn
radioaktiv maddәlәr özünü
α,β,γ-
şüalanma mәnbәyi kimi göstәrmәklә hәm dә onların canlı
orqanizmә daxil olaraq orqanatrop olması ikitәrәfli yәni sinergetik tәsir edәrәk arzuolunmaz
patalogiyaya gәtirib çıxarır.
Göstәrilәn zәrәrli tәsirlәrin fәrdi vә kumulyativ tәsirlәri hәlә öyrәnilmәmiş qalır.
Tәbiәtdә yayılmış mәlum dörd radioktiv ailәnin birinin başçısı
238
U vә onun birlәşmәlәri
özlәrini xüsusi aparırlar.Tәbii uranın 99,3%-ini
238
U; 0,7%-ni
235
U;0,006%-ni isә
234
U-
radionuklidlәri tәşkil edir.Uran duzlarını ali vә bitkilәr öz köklәri vasitәsilә torpaqdan çox
miqdarda qәbul edirlәr.İnsan vә heyvan orqanizminә uran vә onun birlәşmәlәrinin areozolları
hava vә qida bitkilәri vasitәsilә daxil olurlar.Uran birlәşmәlәri gün әrzindә insan orqanizminә
1,1%÷1.8% miqdarda çökә bilәr.İlk növbәdә uran birlәşmәlәrinә insan orqanizmindәki –
böyrәklәr hәrisdir.İnsan orqanizminә uran içmәli su vә qida bitkilәri vasitәsilә dә daxil olur.Orta
hesabla radioaktiv uranın konsentrasiyası müxtәlif su hövzәlәrindә 0,03÷100pki/l-ә qәdәr
çatır.Uran radionuklidlәri canlı orqanizmlәrdәki sümük toxumasına (0,3÷0,8) 10
-3
rad. vә
yumşaq toxumalara 0,5 10
-4
rad. şüalanma verir.Әtraf mühirdә olan vә orqanizm üçün qorxulu
kanserogen tәbiәtli maddәlәrdәn biri radium elementidir.Torpaq radium duzları vә fosfor
gübrәlәri ilә doludur.Bitkilәr radium elementini vә onun birlәşmәlәrini köklәri vasitәsilә yaxşı
sovururlar.Bu radioaktiv elementin içmәli su hövzәlәrindә konsentrasiyası 0,01÷10pki/l-ә
çatır.Dәniz suyunda radiumun konsentrasiyasının (10
-15
÷10
-14
q/l) olmasına baxmayaraq , dәniz
orqanizmlәri-balıqlar midiyalar, malyuskalar vә digәr su heyvanları radiumu öz orqanizminә
yığmaq qabiliyyәtinә malikdirlәr.Radium kalium elementi kimi canlı orqanizmә daxil olduqda
sümük toxumasında yığılır vә maddәlәr mübadilәsindә iştirak edir. Radium elementi sümük
toxumasında 5÷30pki/kq, yumşaq toxumada isә 0,13 pki/kq -a qәdәr yığılır.Beyin sümüyündә
isә radiumun şüalanma tәsiri ilә 10-mrad-a çata bilәr.Tәbii vә texnogen çüalanma mәnbәyi kimi
radium radionukleiitidi әtraf mühitә ildә 4÷10 rad.şüalanma buraxır vә şüalanma mәnbәyi kimi
orqanizm üçün qorxulu tәzahür yaradır.Radon radionukleidlәrinin parçalanma mәhsulları olan
210
Po vә
210
Pb elementlәri külәkli vә isti havada aerozol şәklindә hәrәkәt edirlәr.
210
Po,
210
Pb
izotopları yağış vә qar vasitәsilә tәdricәn yer sәthinә otururlar.Adi içmәli suda bu elementlәrin
konsentrasiyası 1pki/l , mineral sularda 10pki/l-qәdәr olur.Dәniz vә su hövzәlәrindә yaşayan
heyvanların әzәlәlәrindә
210
Po vә
210
Pb konsentrasiyası 500pki/kq qәdәr olur.Canlı orqanizmlәrә
nәfәs yolları vasitәsilә daxil olan
210
Po vә
210
Pb radionukleidlәrini konsentrasiyası isә 0,37pki-yә
çatır.
210
Pb әsas әn yüksәk enerjili α- şüalamması buraxır ki, bunun illik şüalanması dozası 4.10
-3
rad olur.
210
Po buraxdığı illik şüalanması dozası 10
-4
-10
-5
raddır.Radioaktiv radium elementinin
parçalanma mәhsulu olan radon qazı atmosferin, biosferin, hidrosferin çirklәnmәsi әn böyük
tәsir göstәrir.Yerin sәthinә yaxın hava qatlarında radon elementi parçalanaraq poloniy,
qurğuşun, vismut, elementlәrini yaradır vә onlar atmosferdә olan su vә digәr mayelәrin
buxarları ilә birlәçәrәk klyusterlәr yaradır.Bu klyusterlәr öz ölçülәrindәn vә әtraf mühitin
parametrlәrindәn asılı olaraq ya çökmәyә vә ya uzaq mәsafәlәrә hәrәkәt etmәyә başlayırlar.Bu
birlәşmәlәrdә olan radioaktiv maddәlәr kiçik periodlu olmasına baxmayaraq daim parçalanaraq
vә yarananaraq әtraf mühitdә 10÷100pki/l-ә intervalında olan konsentransiyasını saxlamağa
çalışırlar.Radon qazı sağlam dәrinin mәsamәlәrinә nüfuz etmәk qabiliyyәtinә malikdir.Rn-
elementinin parçalanma mәhsullarının birlәşmәlәri olan
210
PoCL vә
210
PoNH
4
- sağlam dәri
toxumalarına keçmәk qabiliyәtinә malik olaraq çox zәhәrlidirirlәr.Belә ki,
210
PoCL vә PoNH
4
birlәşmәlәri sutkada 0,16% sürәtli ilә dәriyә daxil olurlar.Mәlum radioaktiv elementlәrdәn - әtraf
mühitdәki
40
K- radionukleridlәri tәbii kaliumun tәrkibinin 0,012% tәşkil etmәsinә bax mayaraq,
onun әtraf mühitә verdiyi şüalanmanın tәsiri böyükdür.Digәr tәrәfdәn kalium elementinin canlı
orqanizmin normal inkişaf prosesindә rolu inkar edilmәzdir.
40
K radionukleidlәrin bitkilәrdә olan
konsentrasiyası heyvan hüceyrәlәrinә nisbәtәn çoxdur.Әsasәn kalium elementinin
konsentrasiyası hüceyrәdaxilindә daha çox hüceyrәlәr arası mayelәrdә daha az
olur.Biomenbranlarda olan xüsusi mexanizmlәr orqanizmdәki kaliumun paylanma prosesini
tәnzimlәyir.Belә ki baş beyindә onun miqdarı 330mq%, sümük iliyindә 50mq%, qanın
eritrositlәrindә -460mq%, әzәlәlәrdә 360mq%olur.Kişi cinsindә qadınlara nisbәtәn onun miqdarı
az olur.Әgәr orqanizm şüalanmaya mәruz qalarsa
40
K-radionukleidin miqdarı әvvәlki vәziyyәtә
nisbәtәn artır.Ümumiyyәtlә tәbii radioaktivlik nәticәsindә orqanizmdә
40
K-radionukledinin
buraxdığı şüalanmanın illik miqdarı 19m rad –a yaxın olur.Digәr radioaktiv element isә
137
Cs –
dir.Heyvan vә insan orqanizmi Cs radionukleidi 100% sovurma qabiliyyәtinә malikdir.Belәliklә bu
raionukleid bağırsaqlarda 80% vә mәdәdә 8% sorbasiya olunur.
137
Cs–radionukleidinin
bәdәndә normadan artıq konsentrasiyasının olması sәrty şüalanma xәstәliyinә gәtirir ki, bunların
zahiri görünüşü daxili qanaxma, qanda leykositlәrin miqdarının azalması, tük tökülm vә s,
tәzahürlәri kimi müşahidә edilir.Analiz nәticәsindә mәlum olur ki, normal şәraitdә yer sәthinin
1m hündürlüyündә tәbii radioaktivliyin -47%-ni kosmik şüalar, 53%-ni yerin radiasiyası verir.Bu
kәmiyyәtin (6.03
.
10 rad) dağlıq vә yüksәk radiasiyaya mәruz qalmış rayonlarda daha artıq
olacağı aydındır.Әgәr bunu tәbii radioakyivliyә dә әlavә etsәk onda әtraf mühitә bunların
kollektiv tәsiri daha çox dönmәyin bioloji proseslәrin yaranmasına imkan verәcәkdir.Göstәrilәn
bu amillәrin neft vә qaz istehsal vә emal edәn ölkәlәrdә ABŞ, Meksika, Kanada, Rusiya, Әrәb
ölkәlәrindә vә s. özünü göstәrir.Xüsusilә ABŞ – ın bir çox ştatları –Luizana, Florida, Kaliforniya,
Pensilvan, Alyaskada qeyd edilәn antropogen tәsirlәrә mәruz qalmışdı.ABŞ-tәkcә bir Luzian
ştatında 70 min işlәyәn vә 120 min istismardan dayanmış neft quyuları vardırki bu göstәrilәn
konserogen tәsirlәrin yaratdığı problemlәrlә çoxsaylı ixtisasçılar – hәkim,bioloq, genetik, fizik vә
digәr zәruri olan ixtisas sahiblәri mәşğul olmaqdadı.Mәlumdur ki, Azәrbaycan Respublikasının
xeyli hissәsi – Bakı, Sәlyan, Sumqayıt, Siyәzәn,Әli-Bayramlı, Naftalan әrazilәri Neft-qaz hasilatı
vә geoloji kәşfiyyatla әlaqәdar hәm antropogen hәm dә tәbii radioaktiv çirklәnmәyә mәruz
qalmışdır. Abşeron yarımadasının 15% әrazisinin çirklәnmәsinә sәbәb Neft-qaz istehsal vә emal
edәn müәssәlәrdir.Vә bu çirklәnmәlәrlә bәrabәr bioloji aktiv vә kimyәvi konserogen tәsirlәri dә
nәzәrә alsaq, onda Abşeron yarımadası özünün ekoloji gәrginlik poliqonu kimi apardığı aydın
olur.
Bu qeyd edilәnlәrlә әlaqәdar müxtәlif tәsirlәrin – şüalanmanın, bioloji aktiv maddәlәrin,
kimyәvi kanserogenlәrin tәhlükәsizliyi әlaqәdar kollektiv tәsir normativlәri mәlum olmadığından,
yeni kollektiv tәsir normalarının elmi surәtdә işlәnib hazırlanması onun müәyyәnlәşdirilmәsindә
ilk elmi tәdqiqat işlәrinin görülmәsindә, Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri Bankının
yaradılması mühüm rol oynadığından vә Dünyada ilk dәfә olaraq, çox faktorlu tәsir növlәri üzrә
Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri Bankı 2001-ci ildә bu ETL-in vә Coğrafiya
fakültәsinin tәşәbbüsü ilә BDU-da yaradılmış vә Böyük Elmi Şuranın qәrarına әsaslanaraq , BDU-
nun rektorunun 228 saylı (22.03.2001-ci il) әmri ilә tәsdiqlәnmişdir.Bu normativlәr Bankının elmi
fәaliyyәtinә Coğrafiya fakültәsinin dekanı professor M.A.Müseyibova, elmi işlәrin aparılması
istiqamәtindә rәhbәrlik isә göstәrilәn ETL –in müdiri, f.r.e.n. R.Ә.Musayevә hәvalә edilmişdir.Bu
bankın elmi işlәrinin birgә aparılmasında BDU-nun tәbiәt elmlәri üzrә fakültәlәrinin dekanları da
iştirak etmәyә razılıq vermişdir. Plana әsasәn Ramana NQÇİ - әrazisindәki radioaktiv
mәnbәәlәrin yaratdığı böhran sahәlәrinin aşkarı vә onların analizinә aid elmi tәcrübәlәr
aparılmışdır.Әtraf mühitin radioaktiv maddәlәtlә çirklәnmә dәrәcәsinin tәyini üçün göstәrilәn
әrazilәrdә radioekoloji ölşmәlәr aparılmış vә bir neçә radioaktiv böhran sahәlәri aşkar
edilmişdir.Bu işә aid olan digәr elmi iş isә radioaktiv vә konserogen maddәlәrinin sinergetik
effektlәri üzrәdir.Sinergetik effektlәr üzrә elmi iş AMEA –nın bir neçә elmi insitutu ilә birgә
müzakirә edilmiş vә bu barәdә AMEA-nın prezidiumunda çıxış üçün materiallar hazırlanır.
2.STRUKTUR VӘ ŞTAT CӘDVӘLİ.
“Radioasiya vә onun әtraf mühitә tәsiri” fakültәlәr arası ETL-i Tәhsil Nazirliyi 07.02.1990-cı il
tarixli 46-12-54/ №1 vә 12.06.1990-cı il 1-172 saylı Kirov adına ADU-nun rәhbәrliyinin әmri ilә
yaranmışdır. 2010-cu ildә ETL aşağıdakı tәrkibә malik olmuşdur.
1.Laborotoriya müdiri-f.r.e.n.Musayev Rövşәn Әli oğlu, 1947-ci il tәvәllüdlü -1 ştat.
2.Baş laborant –Vәliyeva Solmaz Bәşir qızı , 1966-cı il tәvәllüdlü-1 ştat
3.Laborant- Әvәzova Sәadәt Sәxavәt qızı, 1979 –cu il tәvәllüdlü- 1 ştat
4.Vakant-Baş elmi işçi – 1ştat
3.Azәrbaycan Respublikası Prezidenti yanında elmin inkişafı fondu ilә әlaqәlәri.
Azәrbaycan Respublikasının Prezidenti yanında elmin inkişafı fonduna 2010-cu il üçün layihә
verilmişdir.
4. AMEA ilә elmi әlaqәlәr.
AMEA-nın Radiasiya problemlәri vә Coğrafiya İnsitutları ilә çox faktorlu tәsirlәr üzrә Beynәlxalq
Ekoloji Tәhlükәsizlik Normativlәr Bankının tәşkili üzrә birgә elmi işlәri aparılması müzakirә
edilmişdir.
5.ELMİ TӘDQİQAT İŞLӘRİNİN ӘSAS İSTİQAMӘTİ:
Elmi istiqamәt: Ekoloji sistemlәrin tәşkilindә fiziki-kimyәvi proseslәrlәrin әsasları.
Problem: Ekosistemlәrinin pozulmasının әsas amillәri, zәrәrli fiziki –kimyәvi faktorların biogen
miqrasiyasından asılı xroniki tәsirlәri .
Mövzu: Abşeron yarımadasının (cәnub-qәrb) Ramana, Zirә, Bibiheybәt-zonalarındakı Neft-qaz
yataqlarındakı radioekoloji gәrginlik sahәlәrinin aşkarı analizi toksiki birlәşmәlәrin atmosferә
tәsiri, xәritәlәşmә, toksiki birlәşmәlәrin klassifikator sisteminin yaradılması.
İş: Abşeron yarımadasının Ramana zonasındakı NQÇİ-dә radioekoloji gәrginlik sahәlәrinin
aşkarı, analizi toksik birlәşmәlәrin sinergetik effektivinin II-klassifikatorunun yaradılması.
İŞİN QISA A NNOTSİYASI
Abşeron yarımadasının 213 min ha sahәsindәn 9 min. ha sәnaye müәssisәlәrinin, 13min ha
Neft-qaz mәdәnlәrini, 10 min ha eroziya vә tullantı sahәlәrinin payına düşür.Ümumimiyyәtlә
yarımadanın 4%-i müxtәlif sәbәblәrdәn kimyәvi çirklәnmәyә vә 7%-i isә Neft-qaz kәşfiyyatı vә
istehsalı ilә әlaqәdar radioaktiv çirklәnmәyә mәruz qalmışdır..Bu göstәrilәn çirklәnmәlәrlә
bәrabәr daş karxanalarının, sement zavodlarının vә müxtәlif növ mәnbәәlәrin-әtraf mühitdә
yaydığı tüstü aerozolarını ilә çirklәndirilmәsini әlavә etsәk, onda Abşeron yarımadası özünü
yüksәk ekoloji gәrginlik malik poliqon kimi apardığı aydın olur. Bu götәrilәn faktorlarlarla
bәrabәr müxtәlif biogen tәsirlәrin – şüalanmanın, bioloji aktiv maddәlәrin, kimyәvi
kanserogenlәrin kollektiv rәsiri ilә әlaqәdar, bu günә qәdәr sinergetik tәsir normativlәri mәlum
olmadığından bu normaların yaradılması işlәnib- hazırlanmasında ilk elmi- tәdqiqat - Pioner
işlәrinin görülmәsindә Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәr Bankının yaradılması mühüm
rol oynaması faktı da danılmazdır vә Dünyada ilk dәfә olaraq, çox faktorlu tәsir növlәri üzrә
Beynәlxalq Ekoloji Normativlәri Bankı 22.03.2001-ci il tarixdә BDU-da yaradılaraq, Elmi Şura
tәrәfindәn tәsdiqlәnmişdir.Bu normativlәr bankının ümumi rәhbәrliyi professor M.A.Müseyibova
vә elmi rәhbәrlik isә göstәrilәn yaradıcı laboratoriyanın rәhbәri f.r.e.n. P.Ә.Musayevә hәvalә
edilmişdir.Yaxşı haldır ki, bu normativlәr Bankının Baza elementlәrinin yaradılmasında AMEA-nın
bir neçә institutu birgә işlәmәyә razılıq vermişdir.
Plana әsasәn görülәn elmi tәdqiqat işlәri neft çәnlәrinin, avadanlıqlarının komunikasiya
xәtlәrindә vә onun qovşaqlarında , neft anbarlarının әtrafında neft “tәlәlәri ” vә gölmәşәlәrindә
vә onlara bitişik sahәlәri әhatә etmişdir.Orada ölçmәlәr aparılmış vә stasionar ölçmәlәr üçün
çәkisi 0,400÷1200q-a qәdәr nümunәlәr analiz üçün götürülmüşdür.Sәyyar ölçmәlәr PKSB
cihazı vasitәsilә aparılmış, göstәrilәn әrazilәrdә qәbul edilmiş normadan xeyli yüksәk bir neçә
şüalanma mәnbәәlәri aşkar edilmişdir.Götürülmüş nümunәlәrdә qamma-şüalanma radioaktivlik
dәrәcәsi CPП 68-01,RKSB vә betta – şüalnmanın radioaktivliyi ilә RUST-3 tipli cihazlar vasitәsilә
ölşülmüşdür.Tәbii radioaktivliyin fonu, Ramana әrazisindә 7÷20MR/h olduğu aydın olmuşdur.
Neft kommunikasiya xәtlәrindә, borularında,çәnlәrin vә anbarların әtrafında şüalanma
dozasının gücü 200-800 MR/h olmuşdur. Buda B qrupu üçün 80 dәfә çoxdur. Әrazidә
şüalanmaya sәbәb olanradioaktiv mәnbәlәr
әsasәn bunlardır:Uran,
torium,vismut,Radium,sezium,kalium vә onların müxtәlif izotopları vә birlәşmәlәri
olmuşdur.Tәdqiqat aparılan nöqtәlәrdә şüalanma mәnbәlәrinin inteqral dozası qәbul edilmiş
normadan 12÷30 dәfә çox, intensivliyi isә qәbul edilmiş normadan 8÷12 dәfә. Alfa, betta,
qamma –şüalanması yaradan radionukleidlәrin әrazidә paylanması normativi aşağıdakı yarım
empirik düsturu ilә hesablanması tәklif edilir.
K
1
K
2
K
3
-(α,β,γ,)-hissәciklәrin yaratdığı şüalanma dozaları üçün tәcrübi mütәnasiblik әmsalları;
B
γk
B
βj
B
αi
-( α,β,γ,)-hissәciklәrin illik şüalanma dozasının norması;
D
γk
, D
βj,
D
αi
–ölçülmüş şüalnma dozasının illik orta qiy mәti.
I-hal:A
5
≤1şüalanma dozasının qiy mәti illik normaya uyğundur.
II-hal: A
5
>1 şüalanma dozasının qiy mәti normadan artıqdır.
Sinergetik effektlәrin klassifikatorun yaradılması mәrhәlәlәr üzrә getdiyindәn , bu mәrhәlәdә
aşağıdakı maddәlәrin müxtәlif növ şüalanma növlәri ilә kollektiv tәsirinә baxılmışdır.Qeyri-üzvi
birlәşmә + γ-radioaktivlik, ü/birlәşmә+ γ-radioaktivlik, üzvi birlәşmә+yüksәk tezlikli
radiodalğalar, üzvi -birlәşmә+infraqırmızı+ultrabәnövşәyi –işıq dozaları: üzvi birlәşmә+qeyri-
üzvi birlәşmә+ γ-radioaktivlik.Bu birlәşmәlәrin orqan vә orqanizmdә yaratdığı patoloji
xәtәliklәrin siyahısı verilmişdir.Qeyri-üzvi birlәşmәlәr әsasәn: metal birlәşmәlәri, kükürd
birlәşmәlәri , dәm qazı, iprit, xlorofos,nitratlar vә azot birlәşmәlәri vә s. daxildirlәr.Bu kollektiv
tәsirlәrә turş, qәlәvi, duz, neytral sistemlәrin tәsiri müәyyәn zaman intervalında
göstәrilmişdir.İnformasiya vә ekoloji tәhlükәsizlik faktorları ilә birgә korrelyasiya
edilәcәkdir.Ekoloji risk faktorunda әn yüksәk bal: ürәk-damar, qara ciyәr. Şiş xәstәliklәri vә s. әn
yüksәk korelyasiya faktoru kimi götürülәcәkdir.Çünki kansengenizm insan orqanizmdәki
orqanlara tәsirinә görә çox mәrhәlәli prosesdir.Orqanizmin әsasәn 4 sinif orqanik birlәşmәlәrdәn:
karbon su birlәşmәlәri, lipidlәr, zülallar vә nukleid turşularından ibarәt olduğundan ,
arzuolunmaz dәyişikliklәr toxuma, toxumarası, hüceyrә vә hüceyrә daxili quruluşa vә onlar
arsındakı mübadilә prosesinә dә güclü tәsir edir.Vә nәticәdә qan vә qan dövranı sistemindә
özünü qabarıq göstәrir. Kanserogen faktorların tәsir effektlәri әsasәn bu tәsir faktorların
biohәdәfdәki dozasının miqdarından, rezorbasiya müddәtindәn, intoksiyasiya sürәtindәn vә bu
intoksiklikdәn sonra biohәdәfә yaranmış daxili vә xarici sindromların qısa vә ya uzun müddәtli
olması dinamikasından asılıdır.Dinamika belә verilir: Kanserogenizm hәdәfә ( vә a hәdәflәrә)
tәsiri nәticәsindә daxili mexanizm işә düşür→ilk simptomlar yaranır→stress
reaksiya→potologiyanın yaranma prosesi→immun sisteminin zәiflәmәsi → orqanizmdә
ekstremal vәziyyәtin tәzahürü → ekstremal hala qarşı mübarizә metodların tam zәifliyi →
ölüm.Bu tәsirlәr zamanı biohәdәf rolunu-reseptorlar, membranlar, ferment-harmonlar vә onları
yaradan sistemlәr, müxtәlif toxuma-hüceyrә sistemlәri vә onları tәşkil edәn orqanellalar oynaya
bilәr. Şüalanmanın toxumalara әn güclü tәsiri, DNK – ların sintezi vaxtıdır.Sintezlәr arası
intervallar nә qәdәr böyük olarsa bu halda kanserogenlәr nüvәdәki xromotidlәrdә daha az
zәdәlәnmә yarada bilәr.Orqanizmә daxil olan virusun hüceyrә membranında reseptoru
yoxdursa, onda hüceyrәnin bu virusa yolux ması az ehtimallıdır.Bundan әlavә müәyyәn ferment
vә ya hormonlar hәmişә reseptorlarının qarşılıqlı әlaqәsi vasitәsilә tәsir edirlәr.Adәtәn
molekulyar birlәşmәlәr bir reseptor üstәgәl zülal vә ya kimyәvi birlәşmә üstәgәl bir hüceyrә
vasitәsilә tәsir edirlәr.Bu kimyәvi birlәşmәlәrdәn- katexloamin vә kolxisin xüsusilә fәrqlәnirlәr,
onlar eyni zamanda reseptorların bir çoxuna tәsir edirlәr.Bәzi (yodatrop, steroid birlәşmәlәr vә
s.) kimyәvi birlәşmәlәr üstәgәl hormonlar hüceyrә xaricinә tәsir edә bilәrlәr.Membran
keçiriciliyinә - dinitrifenol, sianid kaliy , xlorofost, purin vә primidin birlәşmәlәri ilә tәsir edәrkәn
keçiriciliyi dәyişir vә son nәticәdә enerji yaranmasına sәbәb ATF-azanın düzgün işlәnmәmәsinә
sәbәb olur.Antibiotiklәr zülal sintezini ingibitsiya edirlәr.Bu halları –
aktinamedsinlәrә,daunametiksinә,pentametsinә,tetrasklinә,tripetomisinә,xloramfenekolә, amin
turşularının bir hissәsinә dә aid etmәk olar. Ümumiyyәtlә bir sıra antibiotiklәr (eritromisin,
mikomesin, streptomesin vә s.) lizosimin sәthi üzırindә gedәn tanınma vә bölünmә prosesinә
mane olurlar.Bioritmlәr zamanı radiasiya effektlәri üstәgәl konserogen birlәşmәlәrlә birlikdә
orqanizmә tәsir effekti güclü olur. Bu deyilәnlәrә әsaslanaraq müalicәvi preparatların vә
prosedurların orqanizmә tәtbiqi zamanı individiumun orqanlarının biorimi müddәti nәzәrә
alınmalıdır. Bu ETL eyni zamanda atmosferә konserogen maddәlәrin paylanma modellәrinin
hazırlanması ilә dә elmi işlәr aparır.Sinergetik effektlәr üzrә Beynәlxalq Ekoloji Tәhlükәsizlik
Normativlәri Bankının orqanizm üçün ekoloji risk faktorlarının mәkan üçün statistik
qiymәtlәndirilmәsi faktorunun hesablanması nәzәrdә tutulur.Bu yaradılmış informasiya sistemlәri
ilә gәlәcәkdә enerji -informasiya tәhlükәsizlik faktorları ilә korrelyasiya edilәrәk Dünya
Beynәlxalq Tәhlükәsizlik Bankına bu sahәyә әmәkdaşlığı üçün Pioner işi kimi tәqdim edilәcәkdir.
Bu işlәr planauyğun qaydada yerinә yetirilmişdir.
6.Dәrc olunmuş elmi işlәrin xarakteriskası.
Dәrc olunmuş elmi işlәr (mәqalә, tezis), monoqrafiya (anotasiyası) dәrslik vә dәrs vәsaitlәri
haqqında mәlumatlar (kitab әlavә olunmaqla).
Mәqalә vә tezislәr . Cәdvәl:
№ Mövzunun
adı
Jurnalın adı, tarixi, №-si,
sәhifәsi Müәlliflәr
1
Mәqalә:Biosferanın
kanserogen
aerozollarla
çirklәndirilmәsinin
modellәşdirilmәsi
Azәrbaycan vә onunla qonşu
ölkәlәrin tәbii tәsәrrüfat
sistemlәrindә iqlimin qlobal
dәyişilmәsinin tәsirlәrinin
qiymәtlәndirilmәsi-Beynәlxalq
elmi-praktik konfransı- 25 dekabr
2010 Azәrbaycan Coğrafiya
Cәmiyyәtinin BDU filialının әsәrlәri.
III cild. sәh 371-374
R.Ә.Musayev
№ Mövzunun
adı
Jurnalın adı, tarixi, №-si,
sәhifәsi Müәlliflәr
2
Mәqalә:Qlobal
istilәşmә vә
aerozollar
Azәrbaycan vә onunla qonşu
ölkәlәrin tәbii tәsәrrüfat
sistemlәrindә iqlimin qlobal
dәyişilmәsinin tәsirlәrinin
qiymәtlәndirilmәsi-Beynәlxalq
elmi-praktik konfransı- 25 dekabr
2010 Azәrbaycan Coğrafiya
Cәmiyyәtinin BDU filialının әsәrlәri.
III cild. sәh 367-371
R.Ә.Musayev
3
Mәqalә:Abşeron
y/a
Binәqәdi neft-qaz
istehsal edilәn
sahәlәrdә
radioaktiv
şualanmanın әtraf
mühitә tәsiri.
Azәrbaycan vә onunla qonşu
ölkәlәrin tәbii tәsәrrüfat
sistemlәrindә iqlimin qlobal
dәyişilmәsinin tәsirlәrinin
qiymәtlәndirilmәsi-Beynәlxalq
elmi-praktik konfransı- 25 dekabr
2010 Azәrbaycan Coğrafiya
Cәmiyyәtinin BDU filialının әsәrlәri.
III cild. sәh 374-379.
R.Ә.Musayev
4
Tezis:Orta dozalı
radiasiyanın
qandakı
mikroelementlәrә
tәsiri.
Akademik A.Qarayevin anadan
olmasının
100 illik yubileyinә hәsr olunmuş
"XXI әsrdә Biologiyanın aktual
problemlәri" Respublika elmi-
konfransı. 2-3 aprel 2010-cu il. Sәh
218 R.Ә.Musayev
5
Tezis:Abşeron y/a
Şıxov әrazisindәki
NQÇİ-lәrdә
radioekoloji
tәhlükәsizlik
problemlәri
Akademik A.Qarayevin anadan
olmasının
100 illik yubileyinә hәsr olunmuş
"XXI әsrdә Biologiyanın aktual
problemlәri" Respublika elmi-
konfransı. 2-3 aprel 2010-cu il. Sәh
218
R.Ә.Musayev
6.1. Azәrbhaycan vә qonşu ölkәlәrin iqlim dәyişilmәsinә hәsr olunmuş elmi-praktiki konfrans –
Coğrafiya-2010”. 3 mәqalә verilmişdir.
Mәqalәlәr: 1. Biosferanın kanserogen aerozollarla çirklәnmәsinin modellәşdirilmәsi– R.Ә.
Musayev Mәqalәdә biosferanın kanserogen aerozollarla çirklәnmә prosesinin modeli verilir.
Aerozolların başlanğıc mәnbәllәrinin intensivliyini vә meteroloji proqnozları nәzәrә almaqla,
hesalama metodu bu qarışıqların atmosferdә paylanmasını proqnozlaşdırır. Bu model vasitәsilә
hesablama dәqiqliyini 60%-ә çatdırmaq mümkündür.
6.2. Qlobal istilәşmә vә aerozollar. – R.Ә. Musayev
Göstәrilәn mәqalәdә kimyәvi vә radioaktiv aerozolların qlobal istilәşmәyә vә orqanizmlәrin
nuklein turşularına mütagen tәsirinә baxılır. Bu zәrәrli maddә vә birlәşmәlәr radioaktiv radon vә
kripton SO, CO, NO aiddir. Bu qeyd olunan zәrәrli maddәlәrin atmosferdә normadan artıq
olması, atmosferin şәffaflığının dәyişmәsinә vә nәicәdә qlobal istilәşmәyә sәbәb olan
parametrlәrdәn biri kimi özünü göstәrir.
6.3. Abşeron y/a Binәqәdi neft-qaz istehsal edilәn sahәlәrdә radioaktiv şüalanmanın әtraf
mühitә tәsiri – R.Ә. Musayev. Mәqalәdә Binәqәdi NQCİ-dәki radio aktiv maddәdnin
konsentrasoyasının vә onun şüalanma intensivliyinin bioloji obyektlәrә tәsir modeli analiz edilir.
A. Qarayevin 90 illik yubileyi – Tezislәr
6.4. Orta dozalı radiasiyasının qandakı mikroelemnetlәrә tәsiri – R.Ә. Musayev
Tezisdә ağ sicovullar üzәrindә aparılmış tәcrübәlәr analiz edilir.
Bu sicovulları – 20 rentgen vә 40 rentgen şüalanma dozüsi ilә şüalandıraraq bir vә beş sutkadan
sonra qanın morfoloji quruluşununu baxılmışdır vә әsasәn litium elementinin 5% artdığı qeyd
edilmişdir.
6.5. Abşeron y/a Şıxov NQÇİ-nin radioekoloji tәhlükәsizlik problemlәri-R.Ә.Musayev.Bu әrazidә
aparılan tәdqiqatlar göstәrmişdir ki,orada şüalanmanın dozasının gücü qәbul edilmiş normadan
50 ÷ 80 dәfә artıqdır.
7.XARİCİ DÖVLӘTLӘRİN TӘHSİL VӘ ELM MÜӘSSӘLӘRİ İLӘ ӘLAQӘLӘR.
Bu sahәdә әlaqә yaratmaq üçün AMEA ilә birgә Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri
Bankının yaradılmasının ilk tәşәbbüskarı kimi müxtәlif ölkәlәr üçün müәyyәn tәkliflәr paketi
hazırlamaq üçün tәşkilati işlәr görülür.Xaricdә çap edilmәk üçün mәqalәlәr hazırlanır.-Yoxdur
8.ELMİ TӘDQİQAT İŞLӘRİNİN NӘTİCLӘRİNİN TӘTBİQİ.
8.1. Dövlәt vә özәl strukturlarda tәtbiq olunmuş elmi nәticәlәr-AMEA-da sinergetik tәsir
effektlәri üzrә Beynәlxalq Ekoloji Tәhlükәsizlik Normativlәri Bankının müәyyәn etap vә
mәthәlәlәri analiz edilәrәk tәkliflәr paketi müzakirә edilir, dioqnastik cihazlar hazırlamaq üçün
müxtәlif yollar axtarılır.-Yoxdur.
8.2. Elmi-tәdqiqat işlәri ekologiya, sәnaye vә tibbi istiqamәt üzrәdir.
9.PATENT VӘ İNFORMASİYA İŞLӘRİ.
Yeni patent-dalğadan enerji almaq üçün hazırlanır.-Yoxdur.
10.DÖVLӘT PROQRAMLARININ İCRASI:
Göstәrilәn proqramın icrası ilә bağlı elmi-tәdqiqat işlәrinin yeni planı 2010-2015-ci illәr üzrә
hazırlanaraq tәqdim edilmişdir.
11.ETİ, ETM-dә keçirilmiş elmi konfransların , seminarların xarakteriskası.
2009-cu ildә hәr ayın I hәftәsinin V günü saat 11.30 – da ETL – dә seminar aşağıdakı qayda
üzrә keçirilir.
11.1 Günәş şüalanmasının canlı alәmdә rolu.
11.2 Şüalanma vә DNT.
11.3 Radiasiya vә toksiklik amillәri.
11.4 Radiasiya vә mutagenlik.
11.5 Kanserogenlik vә patologiya
11.6 Qalaktik şüalanmanın vә relektiv radiasiyanın orqanizmә tәsiri.
11.7 Ekoloji qiy mәtlәndirmә modellәri
12. . ETİ, ETM, vә ETL-dә elmi vә elmi pedoqoji kadrların hazırlanması.
Kadrların hazırlanması üçün uzun müddәtdir ki, ETL – dә mövcud olan elmi işlәrin nәticәlәri
imkan verir. Aspirant vә dissertant hazırlamaq üçün elmi materiallarımız vardır vә bu problemin
hәlli ETL çәrçivәsindә deyildir.Yoxdur.
13.Dissertasiya müdafiәsi vә dissertasiya şuralarının fәaliyyәti.
Bu hesabat dövründә ETL dissertasiya şurasının fәaliyyәtindә iştirak etmәmişdir.Yoxdur.
14.2011-ci ildә hansı avadanlıqların alınmasına ehtiyac duyulur.
- Çox kanallı amplitud analizatoru – 1 әdәd ( on beş min manat ).
- Çox kanallı ossiloqraf vә tezlik ölçәnlәr – 2 әdәd ( ikisi on beş min manat).
- Kompyuter, elektron mikroskopu ПЭМ-100 Leninqrad zavod “”Elektron.
15. Әsas nәticәlәr vә tәkliflәr.
2010-cu il hesabat dövründә radioekoloji elmi tәdqiqat işlәri Abşeron yarımadasının Ramana
әrazisindәki NQÇİ aparılmışdır. Tәdqiqat nәticәsindә bir neçә radiorkoloji böhran nöqtәlәri aşkar
edilmiş vә nümunәlәr götürülmüşdür. Ölçmәlәr әsasәn neft çәnlәri vә anbarları, onların
kommunikasiya xәttlәri. qovşaqları üzәrindә, neft “tәlәlәri” vә gölmәçәlәrindә,torpaqda vә sulu
mәhlullarda aparılmışdır. Ölçmәlәr nәticәsindә mәlum omuşdur ki, şüalanmanın inteqral
dozasının gücü Ramana NQÇİ-dә 200-800 MR/h diapazonunu әhatә etmişdir. Belәliklә,
şüalanmanın inteqral dozasının gücü qәbul edilmiş normadan 12-30 dәfә çox olmuşdur. Bu
şüalanmaya sәbәb olan mәnbәlәr isә bunlardır: uran, torium, vismut, radium, sezium, kalium vә
onların müxtәlif izatopları vә bunların birlәşmәlәri olmuşdur.Radioaktiv vә kanserogen
birlәşmәlәr üzrә effektlәrin Beynәlxalq Ekaloji Tәhlükәsizlik Normativlәr Bakının müәyyәn etap
mәrhәlәlәri analiz edilmişdir. Әtraf mühitin radioaktiv vә kanserogen maddәlәrlә çirklәnmәsinin
sinergetik effektlәrinә hәr cür şüalanma növlәri, radioaktiv maddәlәr, sәs dalğaları,üzvü vә qeyri
– üzvü birlәşmәlәr, müxtәlif növ aerozollar vә bunlar arasında kommutasiyalar qrup halında
verilmişdir vә qrup halında olan kollektiv birlәşmәlәrin müxtәlif fiziki vә bioloji tәsir parametrlәri
verilmişdir. Bu modeldә mәkanın ekoloji qiy mәtlәndirilmәsi vә canlılar üçün ekoloji risk
parametrinin qiy mәtlәndirilmәsi vә bu parametrlәrin korrelyasion analizinin verilmәsi nәzәrdә
tutulur.Beynәlxalq Ekoloji Tәhlükәsizlik normativlәr Bankının mәrhәlәlәrindә AMEA – nın bir neçә
institutunun birgә işlәmәsi mәsәlәlәri dә müxtәlif elmi şuralarda müzakirә edilәrәk müsbәt rәy
alınmışdır. BDU-da bu Bankın hazırlanması üzrә xeyli işlәr görülәrәk modellәr hazırlanmışdır.Bu
Bankda hazırlanan layihә BMT, Avropa şurası, MAQATE vә digәr Beynәlxalq tәşkilatlar üçün әtraf
mühitin qorunmasında vә sağlamlaşdırılmasında lazımi BAZA sәnәdi kimi hәyata keçirilә bilәr.Bu
BAZA sәnәdinin mükәmmәl olması üçün bir çox elmi materialları analiz edilmәklә, yeni ekoloji
risk faktoru da әlavә edilәrәk, әsaslı normativlәr sәnәdinin hazırlanması vacibdir.Bu qlobal
problemin hәllindә Dünyanın bir çox ölkәlәrinin elmi-texniki potensialı birlәşәrәk, bugünki lokal
vә qlobal ekoloji problemlәri nәzәrә alaraq , sinergetik tәsirlәr üzrә bu Bankın normativlәrinin
tam yaradılmasının hәllindә iştirakı mәqsәdәuyğundur. Digәr vacib bir mәsәlә - Dövlәtin inkişafı
üçün dövlәtin iqtisadi cәhәtdәn mәnfәәtli , әhalinin sağlamlığı üçün vә sәnaye әhәmiyyәtli olan
yeni cihazlar vә tәbii dәrman bitkilәrinin hazırlanması vә tәtbiqi metodlarının yaradılması üçün,
Respublikada bu istiqamәtdә çalışan elmi potensialdan istifadә edilmәsi şәrtilә - coğrafiya,
biologiya , kimya fakültәlәrinin әmәkdaşlarının iştirakı göstәrilәn ETL-in әtrafında , BDU-da
müasir avadınlıqla tәchiz edilmiş Elmi-Texniki Tәrәqqi Mәrkәzi Bazasının yaradılmasının hәr
cәhәtdәn daha mәqsәdә uyğun olduğu tәklif edilir.
«Radiasiya vә onun әtraf mühitә tәsiri»
ETL-in rәhbәri, f.r.e.n R.Ә.Musayev
Dostları ilə paylaş: |