____________________Milli Kitabxana_____________________
5
Bu cild yazıçı İsmayıl Şıxlının "Seçilmiş əsərləri. İki cilddə" (I cild, Bakı,
Azərnəşr, 1971), "Namərdgulləsi" (Bakı, Yazıçı, 1991), "Olüləri
qəbristanda basdırın..." (Bakı, Gənclik, 1992) və "Ölən dünyam"
(Bakı, Azərnəşr, 1995) kitabları əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni:
Elçin
Şıxlı
Ön sözün müəllifi:
İntiqam Qasımzadə
894.3613 - dc 21
AZE
İsmayıl Şıxlı. Seçilmiş əsarləri. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2005 ,408 səh.
Xalq yazıçısı İsmayıl Şıxlının istedadlı bir nasir kimi oxucular və ədəbi ictimaiyyət
tərəfindən təqdir olunması onun "Ayrılan yollar" (1956) romanı ilə bağlıdır. Azərbaycan
kəndində 1941-45-ci illər müharibəsindən sonrakı dövr üçün xarakterik olan dəyişikliklər
bu əsərdə öz maraqlı, bədü ifadəsini tapmışdır. Əsərdə dövrün ideoloji çərçivələrindən
çıxmaq cəhdləri var.
"Ölən dünyam" isə yaradıcılığının son akkordu kimi yazıçının ömrünün qürub çağı
qələmə aldığı əsərdir. Uzun illər ənənəvi nəsr təhkiyəsindən kənara çıxmayan, klassik
roman janrının bütün qayda-qanunlarına riayət eləyən müəllif bu əsərdə çərçivələri vurub
dağıdır.
Seçilmiş əsərlərinin bu cildinə adları çəkilən romanları ilə yanaşı, yazıçının "Namus
qaçağı", "Namərd gülləsi" və "Ölüləri qəbristanda basdırın" hekayələri də daxil
edilmişdir.
ISBN 9952-418-33-4
© "ŞƏRQ-QƏRB", 2005
____________________Milli Kitabxana_____________________
7
OXUNAN VƏ SEVİLƏN YAZIÇI
Azərbaycan nəsrinin tarixi daha əvvəllərə gedib çıxsa da, ədəbiyyatın bu qolunun inkişafı, heç
şübhəsiz, XX əsrə aiddir. XX əsrə qədər nəsr yazmış cəmi bir neçə yazıçının adını çəkə bildiyimiz
halda, bu əsrdə yaşayıb-yaratmış nasirlərin böyük bir siyahısını tutmaq mümkündür. Onların da
əksəriyyətinin yaradıcılığı sovet dövrünə təsadüf edir. Bu yazıçılardan biri də tamamilə orijinal
yaradıcılıq dəsti-xətti olan İsmayıl Şixlıdır (1919-1995).
İsmayıl Şıxlının adı Azərbaycanda həm bir yazıçı, həm də bir ictimai-siyasi xadim kimi kilayət
qədər geniş tanınır. Yaşlı və orta nəslin nümayəndələri arasında onun heç olmasa "Dəli Kür"ünü və
bir sıra kiçik hekayələrini oxnmayan adam lapmaq çəündir...
İsmayıl Şıxlı haqqında yazanların çoxu onun ədəbiyyata 1938-ci ildə "Quşlar" şeri ilə gəldiyini
qeyd edirlər. Bu, həqiqətən belədir. Amma "heç olmasa bircə şerim dərc olunaydı..." arzusu hayata
keçsə də, elə həmin gün, şeri "Ədəbiyyat qəzeti"ndə dərc olunanda, şair olmaq sevdasına o özü
birdəfəlik xitam verdi. Sonralar o, bunu belə xatırlayacaq: "Həmin gün mən həm sevinir, həm də
kədərlənirdim. Sevinirdim - nəhayət, şerim çıxdı; kədərlənirdim - heyf ki, bir də şeir
yazmayacağam..."
Bu, özünə inamsizliq deyildi, yox. bu, təxminən 20 yaşında olan bir gəncin öz imkanlarını
qiymətləndirə bilmək, yazdıqlarına tənqidi yanaşmaq qabilliyyəti və bir də qətiyyəti idi. Gənc
İsmayılın təbiətindəki bu iki xüsusiyyət ömrü boyu, lap son gününə kimi onu tərk etmədi. Ağayana,
son dərəcə təvazökar və müdrik İsmayıl Şıxlı şəxsiyyətinin kökündə bir də bu durur.
Niyə "bir də"? çünki bu onun yeganə xüsusiyyəti deyildi. İsmayıl Şıxlı səliqəli, zəhmətkeş və
əqidəli bir insan idi. Onu nasir, romançı kimi formalaşdıran da xarakterinin məhz bu cəhətləri idi.
* * *
İsmayıl Şıxlı çox ağır, lakin olduqca maraqlı bir həyat yolu keçib. Bu yola
ötəri də olsa, nəzər
salmağına dəyər. Rəsmi sənədlərdə İsmayıl Şıxlınnı 1919-cu il mart ayının 22-də Qazax rayonunun
İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olduğu yazılır. Amma əslində bu, belə deyil; çoxları
yaşlarını azaltdıqları halda, onun yaşını düz 3 il artırmışdılar. Çünki Kosalar kənd məktəbində ibtidai
təhsilini başa vurduqdan sonra 1934-cü ildə valideynləri onun Qazax Pedaqoji Texnikumuna daxil
olmasını məsləhət bilirlər. İsmayılın onda cəmi 12 yaşı vardı; bu yaşda onu, çətin, texnikuma
götürəydilər. Odur ki, fikirləşib yaşını artırdılar.
Xülasə, 1936-cı ildə balacaboy, çəlimsiz İsmayıl Qazax Pedaqoji texnikumunu bitirib bir il
Kosalar məktəbində müəllimlik edir. Lakin burda o, çox ləngimir, ali təhsil almaqçün 1937-ci ildə
Bakıya gəlib Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil
olur. Burada İsmayıl Şıxlı o dövrün istedadlı gənc şairləri - Tələt Əyyubov, Büyükağa Qasımzadə və
Ənvər Əlibəyli ilə dostluq edir. Son dərəcə ağır illər idi o illər-repressiya tüğyan edirdi. İnstitut
müəllimlərinin bir çoxu artıq həbs olunmuşdu, yerdə qalanlar isə amansız siyasi təzyiq altında idilər -
elə tələbələr də. İsmayıl Şıxlının bəy nəslindən olduğunu, iki gündən bir institut komsomol
komitəsinə sorğu-suala çağınlmasını nəzərə alsaq, onun o dövrkü həyatını, keçirdiyi psixoloji
sarsıntıları təsəvvür etmək çətin olmaz...
Bununla belə, gənclik - tələbəlik illərinin oz gözəlliyi, öz romantikası var. İsmayıl Şıxlı da, təbii
ki, arzularla yaşayırdı; savadını artırmaqla yanaşı, tənqidçi Məmməd Cəfər Cəfərovun APİ-də təşkil
etdiyi ədəbiyyat dərnəyinə gedirdi. Elə ilk yazılarmdan biri olan "Dəli Kür" hekayəsini də o zaman
institut qəzetində çap etdirir. Beləliklə, poeziyadan "əlini üzən" İsmayıl Şıxlı ara-sıra özü üçün şeir
yazsa da, üz tutur nəsrə. Hətta günlərin bir günü məsləhət almaqçün görkəmli yazıçı Mehdi Hüseynin
yanına gedir. Düşündüyünü, qənaətini gizlətməyi xoşlamayan Mehdi Hüseyn onunla açıq danışır;
iradlarını deyir, çoxlu mütaliə etməyi, yaradacılığa kiçik hekayələrlə başlamağı məsləhət görür.