Milli Kitabxana



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə2/132
tarix25.06.2018
ölçüsü2,79 Mb.
#51243
1   2   3   4   5   6   7   8   9   ...   132

____________________Milli Kitabxana_____________________ 

 



Ürəyində  həmyerlisindən tərif, sığal gözləyən  İsmayıl  Şıxlı bir müddət pərt olur. Amma sonralar 

özünün də etirafına görə, onun əsl ciddi bir nasir kimi formalaşmasında bu açıq söhbətin rolu danılmazdır. 

1941-ci ildə müharibə başlayır və 42-ci ildə o. cəbhəyə gedir. İsmayıl Şıxlının o dəhşətli müharibə illərində bir 

döyüşçü kimi keçdiyi yolların xəritəsini sadəcə göz önünə gətirmək kifayətdir ki, onun hansı odun-alovun içindən 

çıxdığını  təsəvvür edəsən;  Şimali Qafqaz - Kerç - Belarusiya- Pribaltika - Şərqi Prussiya... Şəxsən mənə, bu 

sətirlərin müəllifinə Kerç sularının büsbütün al qana bulanmasını, minlərlə  cəsədin suların ustündə üzməsini 

danışanda, mən zahirən çox həlim, mənən humanist bu insanın o dəhşətlərin içindən necə sağ-salamat çıxınasına 

heyrət etdim. Ömrü boyu da bir dəfə də olsun sinəsinə vurub cəbhə illərində min dəfə ölümlə üz-üzə gəlmysini gözə 

soxduğunu, öyündüyünü gormədim. Və şübhəm də yoxdur ki, heç kim görməyib. 

1945-ci ilin noyabrında İsmayıl Şıxlı cəbhədən geri dönür. Qələbə ilə qayıdan bu doyüşçünün özü ilə gətirdiyi 

iki qazanc vardı: mərmilər altında qazanılmış dözüm - mərdlik, kişilik; bir də - barıt qoxuyan cəbhə gündəlikləri... 

İsmayıl  Şıxlı Qazaxda bir il müəllimlik etdikdən sonra, doğma institutuna gəlir, aspiranturaya daxil olur. 

Sonralar o, burda müdafiə edir, elmi dərəcə, elmi ad alır, ən əsası isə, həyatını sevimli peşəsinə - müəllimliyə həsr 

edir... Təkcə müəllimliyə həsr edir həyatını? 

 Bəli,  İsmayıl  Şıxlı müəllimlik peşəsini, tələbələrin içində olmağı çox sevirdi. Fəxr edirdi müəllimliyi ilə. 

Amma "Quşlar" adlı ilk dərc olunmuş  şerindən sonra o, bir gün də belə, yazıçılıq arzusundan əlini üzməmişdi; 

qələmdən, bədii yaradıcılıqdan ayrılmamışdı - ömrünün son anına kimi də ayrılmadı.  İsmayıl  Şıxlı aspiranturada 

oxuduğu illər (və ondan sonra da) çoxlu mütaliə edir, öz üzərində çalışır (Mehdi Hüseynin sözlərini unutmamışdı), 

ara-sıra hekayələr, daha çox publisistik yazılar üzərində  işləyirdi. Bu da Mehdi Hüseynin məsləhəti idi; bu sərt, 

amma xeyivxah insan ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə edirdi. Beləcə o, "Həkimin nağılı", 

"Səhəri gözləyirdik", "Kerç sularında" və başqa hekayələrini, "Raykom katibi" kimi portret oçerklərini, yol 

qeydlərini və "Daşkəsən" adlı sənədli povestini yazır. 

İsmayıl  Şıxlının bu dövr yaradıcılığı haqqında nə demək olar?! Heç şübhəsiz,  İsmayıl  Şıxlının o illərdə 

yazdıqları  səmimi idi, təravətli idi; sözə qarşı  məsuliyyət hiss olunurdu. Amma onun da əsərlərində dövrün, 

zamanın pafosu aşkar görünürdü. İdeoloji qadağalar yazıçını müəyyən çərçivələrlə  məhdudlaşdırırdı: o, həyatı 

ziddiyyətləri ilə qələmə alabilməzdi; o, təsvir etdiyi insanı daxili aləminin bütün çalarları ilə, tərəddüdləri, zəifliyi 

ilə göstərə bilməzdi və s. və i.a. Qadağaların çox uzun bir siyahısı vardı. Sovet ideoloqları adi bir həqiqəti anlamaq 

istəmirdilər ki, müsbət qəhramanın da zəiflikləri ola bilər, o da insandır, müqəvva deyil. Totalitar rejim çox amansız 

idi; sovet adamının  əqidə azadlığının büsbütün əlindən alınmasına baxmayaraq, o daim siyasi təcavüzə  məruz 

qalırdı, bunu dilinə  gətirən ziyalı, qələmə alan yazıçı  ən azı  dəlixanaya salınırdı. Bununla belə, onlar həqiqətin 

hamısını olmasa da, bir qismini yazırdılar. 

Bütün bunları xatırlatmaqda məqsəd yazıçılarımızın, o cümlədən də  İsmayıl  Şıxlının hansı  şəraitdə 

işlədiklərini çatdırmaqdır. İsmayıl Şıxlı cəbbədən qayıtdıqdan sonra - ta "Ayrılan yollar"a (1954-55) qədər belə bir 

şəraitdə, belə bir dövrdə  qələmini publisislika sahəsində  sınadı  və ucqarlarda yaşayan zəhmət adamlarının 

portretlərini yaratdı, əmək qəhrəmanlıqlarını qələmə aldı. 

On ilə yaxın ən müxtəlif mövzularda hekayələr, publisistik əsərlər yazan İsmayıl Şıxlını geniş oxucu kütləsinə 

tanıdan, sevdirən 1955-ci ildə "Azərbaycan" jurnalında çap etdirdiyi "Ayrılan yollar" romanı oldu; bu əsər o zaman 

əl-əl gəzirdi. Ədəbi ictimaiyyət də onu çox yaxşı qarşıladı. "Ayrılan yollar" 1941-45-ci illər müharibəsindən sonra 

Azərbaycanda gedən dirçəlişdən bəhs edir. Yazıçının təsvir etdiyi kənddə yeni dövrün İmran, Zeynəb, Nəsib kimi 

nümayəndələri köhnə fikirli Kosaoğlu, Kazım, Musa və Şahnaza qarşı çıxırlar; belə bir konflikt üzərində qurulub 

roman.  İsmayıl  Şıxlı "Ayrılan yollar"da dövrün ideoloji çərçivələrindən çıxmağa müəyyən cəhdlər göstərmişdi

amma buna hələ tam nail ola bilməmişdi və ola da bilməzdi. Nizami Cəfərov demişkən: "Çünki 50-ci illər hələ 

davam edirdi, 60-cı illər isə hələ qabaqda idi..." Bununla belə, "Ayrılan yollar" İsmayıl Şıxlının çoxplanlı roman 

yazmağa qadir istedadlı bir yazıçı olduğunu göstərdi. 

* * * 

İ.V.Stalinin ölümündən sonra ölkədə siyasi ab-hava tədricən dəyişməyə doğru gedirdi. 



N.S.Xruşşov  şəxsiyyətə  pərəstişi ifşa etdikdan sonra isə totalitar rejimin soyuq buzu bir qədər də 

əridi.  Ədəbiyyat sosializm realizmin məngənəsindən yavaş-yavaş qurtulurdu. Yazıçılar artıq 

keçmişlərlə müqayisədə azad nəfəs alır, illərdən bəri əlçatmaz bir arzu kimi ürəklərində gəzdirdikləri 

mövzuları, dilə gətirməyə cürət etmədikləri fikirləri, sözləri üzə çıxarırdılar. Amma hələ qorxa-qorxa, 

ehmal-ehmal. Elə bu vaxt ədəbi mühitin sakit, aydın səmasında sanki şimşək çaxdı; 1962-ci ildə 

"Azərbaycan" jurnalında (Ns 6, 7, 8) İsmayıl Şıxlının yeni "Dəli Kür" romanının I hissəsi çap olundu. 

Özünə qarşı həddindən artıq tələbkar olan, hər cümləsinin üstündə əsən, yüz ölçüb bir biçən İsmayıl 

Şıxlı, sən demə, neçə illər imiş ki, iki otaqlı mənzilnıin bir küncünə çəkilib bu əsəri yazırmış. Belə bir 




Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə