Müəllif: dos. Qafar Çaxmaqlı
Redaktor: p ro f Ramiz Əskər
Rəy: dos. Dilavər Əzimli
İşğal olunmuş Azərbaycan ərazilərinə ermənilərin qanunsuz
əhali
yerhşdirilmə siyasəti. "OHT Nəşriyyatı" mətbəəsi, Bakı, 2014, 112 səh.
Kitab Azərbaycan Respublikasımn Prezidenti yanında Qeyri-Hökumət
Təşkilatlanna Dövlət Dəstəyi Şurasınm maliyyə dəstəyi ilə “Ermənistanın
işğal etdiyi Dağlıq Qarabağ və ətraf ərazilərə əhali yerləşdirməsi probleminin
tədqiq olunması” layihəsi çərçivəsində Müstəqil Araşdırmaçı Jumalistlər
Liqası tərəfindən hazırlanmışdır.
© Müstəqil Araşdırmaçı Jumalistlər Liqası İB
Ermənistanın işğalçılıq siyasətinin davamı:
Azərbaycan ərazilərinə qanunsuz əhali
yerləşdirməsi
XIX əsrin əwəllərində ermənilərin Qarabağa köçürülməsindən
başlayaraq günümüzə qədər bu çoğrafıyada baş verən hadisələr çox
mürəkkəb olmuşdur. Ermənilərin Dağlıq Qarabağa olan iddialannın
əsassızlığı tarixi sənəd və dəlillərlə dünya ictimaiyyətinin diqqətinə
çatdırılsa da
Dağlıq Qarabağda erməni separatçılığı davam
etməkdədir... Torpaqlarımız işğal altında qalmaqdadır.
Ermənilər
atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandınlmasından
sonra işğal etdiyi Azərbaycan ərazilərində-Dağlıq Qarabağda və ona
bitişik ətraf rayonlarda demoqrafık strukturu süni şəkildə dəyişdirmək
siyasətini həyata keçirməyə başlayıb. Bu məqsədlə işğal altındakı
ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması həyata keçirilib və
proses indi də davam etməkdədir. M üxtəlif mənbələrdən, o cümlədən
Ermənistan mənbələrindən və ATƏT missiyasınm hesabatlarından
təsdiqlənən məlumatlara görə ötən əsrin 90-cı illərinin ortalarından
başlayaraq 2012-ci ilə qədər Dağlıq Qarabağa və işğal altındakı digər
ərazilərə 25-27 min erməni köçürülüb.
Bu köçürülmə siyasəti
Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfındən dəstəklənib
və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan və digər
yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10
min arasında artmışdır. Azərbaycanın işğal olunmuş ərazilərində bu
gün qanunsuz yaşayan 35 min əhali vardır. İşğal altındakı ərazilərdə
məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə
qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə
Zamanı Müdafıəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə
Protokollara ziddir. Ermənicə yayınlanan TV və Radiolarda, mətbuat
orqanlarında bu məskunlaşmamn planlı şəkildə aparılmasımn şahidi
oluruq.
Belə qanunsuz məskunlaşdırma prosesi ötən əsrin 90-cı illərinin
ortalarında xüsusilə geniş vüsət alıb. Ermənistan hökuməti vaxtilə
Bakıdan və Azərbaycanm digər yerlərindən köçüb gedən ermənilərin
3
bir hissəsini işğal altındakı ərazilərə köçürüb, habelə Yaxın Şərq
ölkələrindən və digər xarici ölkələrindən ermənilərin bu ərazilərə
köçürülməsinə dair xüsusi proqram həyata keçirilib. Ermənistanm
keçmiş prezidenti Levon Ter-Petrosyanın müşaviri Levon Zurabyanm
bildirdiyinə görə, 1998-ci ilə qədər təkcə Laçın rayonu ərazisində
məskunlaşdırılan ermənilərin sayı 15 mindən çox olub. Ermənistan
hökuməti Dağlıq Qarabağda və işğal altında olan digər Azərbaycan
ərazilərində məskunlaşan erməni ailələrinə birdəfəlik maddi yardım
göstərib, onları mal-qara ilə təmin edib. Ermənistan büdcəsindən işğal
altındakı ərazilərdə aparılan məskunlaşmanı dəstəkləmək üçün hər il
xüsusi maliyyə ayrılıb. Xankəndindəki ermənilərin adına “ Dağlıq
Qarabağ Respublikası” dedikləri separatçı qurum işğal olunmuş hər bir
Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi
plan tutub və bununla bağlı qərar, sərəncam verib. Ermənilərin bu
ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirməkdədirlər.
Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə
əlaqədar qərarlar vermişlər. Nümunə kimi “Artsaxın azad olunmuş
ərazilərinə əhali yerləşdirmə ilə bağlı “Artsax Respublikası
hökumətinin” qəran və yaxud “DQR ərazisində yenidən yerləşmiş
ailələrə ayrılmış güzəştlər haqqında” “DQR Hökumətinin” 2003-
cü il 15 aprel tarixli qərarlarını göstərmək olar. Bundan əw əl də
belə qanunsuz qərarlar qəbul edilmişdir.
ATƏT-in yaratdığı Faktaraşdırıcı Missiyasının hesabatında bunlar
yer alıb. Baxın, qanunsuzluq beynəlxalq səviyyədə qeyd olunur, amma
bu qanunsuzluğun qarşısının alınması “mümkün olmur” . Missiyanm
həmin hesabatında Ermənistanın işğal altındakı ərazilərdə qanunsuz
məskunlaşdırma həyata keçirdiyi barədə Azərbaycamn neçə vaxtdır
ifadə etdiyi narahatlıqlarım təsdiqləyib. Missiya işğal altındakı
ərazilərdə məskunlaşdınlan ermənilərin sayını vizual qiymətləndirmə
yolu ilə müəyyən edib və ortaya çıxan rəqəmlər Azərbaycanın daha
əw əl açıqladığı rəqəmlərə xeyli yaxın olub. Missiya müəyyən edib ki,
işğal altındakı ərazilərdə məskunlaşdırılan ermənilərin sayı 17 mindən
çoxdur. Həmin missiyanın araşdırmasından əw əl Azərbaycan bu
rəqəmin 20-23 min arasında olduğunu bəyan etmişdi. ATƏT-in
4
Faktaraşdıncı Missiyası lıəmin hesabatında təkcə Laçın rayonu
ərazisində 8-11 min erməninin yerləşdiri 1 diyini müəyyən edib.
Azərbaycanm məlumatlanna görə isə bu rəqəm 13 mindən artıqdır.
Missiyanın araşdırmasımn hansı səviyyədə apanlması müəyyən
şübhələr doğurur. Bu iş əslində qurumun Qarabağda (Şuşada) iqamət
edən Anjey Kasprşikə tapşınlıbsa, bu işin tərəfsizliyinə və rəqəmlərin
səhihliyinə inanmaq olmaz.Misissiyanın hesabatında işğal rayonlannın
hamısı nəzərə ahnmayıb. O cümlədən Ağdam. Məgər bu missiyamn
üzvləri
görmürlər
ki,
ermənilər burada
ekspedisiya
yaradıb
“Tiqranakert” adlı “qədim erməni məskəni” “aşkar edirlər” . Nədən
Ermənilərin Kovşaqan adlandırdıqları
Zəngilanda xeyli erməni
məskunlaşdınlır. Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə
Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Və bununla da əmindirlər ki,
buranı
da
Ermənistana
ilhaq
edəcəklər.
Hətta
Zəngilanda
ermənilərdən oluşan şəhər salmaq barədə erməni mətbuatında yazılar
da
gedir...Biz
bu
çalışmada
işğal
altındakı
ərazilərdə
məskunlaşdırmanın həyata keçirilməsinin qanunsuzluğuna, gələcəkdə
daha ağır nəticələr verəcəyinə diqqəti yönəldəcəyik.
Beynəlxalq
təşkilatlar narahat olmalıdırlar. Ermənistanın da
1993-cü
ildə
qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə
Zamanı Müdafıəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə
Protokollara zidd olan bu fəaliyyətə görə
o beynəlxalq təşkilatlar
tərəfındən mühakimə olunmalı və sanksiyalar tətbiq olunmalıdır. Bu
kitabça təcavüzkar, işğalçı dövlətin yerində oturdulması üçün yetərli
faktlar verəcəkdir.
“Məskunlaşma” anlayışına “erməni baxışı”
“Məskunlaşma” nə deməkdir? Bu termin çox mürəkkəb anlayış
olub, əhalinin tarixən məskunlaşması və yerdəyişməsi, onun hansısa
yeni əraziləri tutması prosesini və bu proses nəticəsində məskunlaşmış
yerlər məcmusunu, hətta cəmiyyətin məkanca təşkili formasını da
bildirə bilər. Ermənilərin Qarabağ və digər işğal olunmuş digər
Azərbaycan ərazilərində məskunlaşması bu terminin məna yükünü
ehtiva etmir. Çünki bu “məskunlaşma” süni xarakter daşıyır və bu
5