201
Qarşılaşdırma əlaqəli tabesiz mürəkkəb cümləni göstərin:
A)Nəm-nüm etmə, ya hə söylə, ya yox B)Xeyli zəng etdim, amma
düşə bilmədim C)Hərçənd Kamran kamanda yaxşı çalırdı, ancaq
ustadının yanında cürət etmirdi D)Əvvəl qumlu sahil göründü, sonra
dalğalanan mavi dəniz E)Qızılgül ləçəyinə oxşayan yanaqları
solmuş, ancaq qara, iri gözlərinin işıltısı sönməmişdi
202
"Kim gəncliyini mənalı yaşayırsa, o qocalanda yaşanmış günləri
üçün kədərlənməz" cümləsində hansı dəyişiklik edilsə, şərt budaq
cümləli tabeli mürəkkəb cümlə alınar? A)Baş cümlədən əvəzlik-
qəlib çıxarılsa B)Budaq cümlədən "isə" hissəciyi çıxarılsa
C)Budaq cümlədəki bağlayıcı söz, baş cümlədəki əvəzlik-qəlib
çıxarılsa D)Bağlayıcı sözə "ki" ədatı artırılsa E)Əvəzlik-qəlib
dəyişdirilsə
203
Yaxşı insanlara dünya bağışla, bir cürük qoz umma avəzində sən.
Cümləsinin növünü göstərin.A)Sadə, geniş, həmcins üzvlü cümlə
B)Tabesiz mürəkkəb cümlə C)Qarşılaşdırma əlaqəli tabesiz
mürəkkəb cümlə D)Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb
cümlə E)Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə
204
Çəkmə, çəkə bilməzsən, səridir fələyin yayı. Cümlənin növünü
tapın. A)Sadə, geniş, həmcins üzvlü cümlə B)Səbəb-nəticə əlaqəli
tabesiz mürəkkəb cümlə C)Səbəb budaq cümləli tabeli mürəkkəb
cümlə D)Məqsəd budaq cümləli tabeli mürəkkəb cümlə E)Müxtəsər
cümlə
205
Saçına de, şəlalətək axmasın. Cümləsi haqqında doğru fikir
hansıdır?A)Sadə tərtərkibli cümlə B)Sadə cüttərkibli cümlə
C)Müxtəsər və geniş cümlələrdən ibarət tabesiz mürəkkəb cümlə
D)Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə E)Tərzi-hərəkət
budaq cümləli tabeli mürəkkəb cümlə
206
Söz var ki, qılıncdan kəsərlidir. Mürəkkəb cümlədəki budaq
cümlənin növünü göstər. A)Mübtəda B)Xəbər C)Tamamlıq
D)Təyin E)Zərflik
207
Qədir Məmmədov elə oxuyurdu ki, sanki bülbül cəh-cəh vururdu.
Budaq cümlənin növünü göstərin.
A)Mübtəda B)Xəbər C)Təyin D)Tırzi-hərəkət E)Müqayisə
208
Kinin ağrıyır canı, Qoy çay içsin mərcanı. Budaq cümlənin növünü
göstərin A)Mübtəda B)Xəbər C)Tamamlıq D)Təyin E)Zərflik
209
Söz verdim, söz adlı dəfinə verə Tək bircə ölümsüz qərinə verə.
Cümlənin növünü göstərin A)Bağlayıcısız tabesiz mürəkkəb cümlə
B)Səbəb budaq cümləli tabeli mürəkkəb cümlə C)Qarşılaşdırma
əlaqəli tabesiz mürəkkəb cümlə D)Məqsəd budaq cümləli tabeli
mürəkkəb cümlə E)Səbəb-nəticə əlaqəli tabesiz mürəkkəb cümlə
210
Bir kəndə çatmışdıq ki, hamı bizi gözləyir, bizdən əvvəl gəlmiş
qonaqlar da bizə xoşgəldin etdilər. Qarışıq tipli mürəkkəb cümlədə
budaq cümlənin hansı növü işlənib? A)Zaman B)Zaman, yer
C)Zaman-qoşulma D)Nəticə-qoşulma E)Məqsəd
211
Anlaşıldı ki, ...... baş cümləyə budaq cümlə əlavə etsən, hansı növ
budaq cümlə olar? A)Mübtəda B)Xəbər C)Tamamlıq D)Təyin
E)Zaman
212
çaylar daşdı sel oldu, Taxıllar tel-tel oldu. Cümlənin növünü
göstərin A)Ardıcıllıq əlaqəli tabesiz mürəkkəb cümlə B)Səbəb-
nəticə əlaqəli tabesiz mürəkkəb cümlə C)Ardıcıl-zaman əlaqəsi
D)Eyni zamanlıq əlaqəsi E)Qarşılaşdırma əlaqəsi
213
1. Azərbaycan- havası nur, suyu nur, 2. Azərbaycan- baharı nur,
yayı nur 3. Azərbaycan nur gölündə yuyunur, 4. Büllurlaşıb
yaddaşlarda qalmağa. 5. Belə yerdə nə var şair olmağa. Tabeli
mürəkkəb cümlə hansıdır?A)1, 2 B)2, 3 C)3, 4 D)4, 5 E)2, 5
214
Azərbaycan- havası nur, suyu nur, Azərbaycan- baharı nur, yayı nur
Azərbaycan nur gölündə yuyunur, Büllurlaşıb yaddaşlarda qalmağa.
Belə yerdə nə var şair olmağa. Şeirdə budaq cümlənin növünü
tapın.A)Səbəb li tabeli mürəkkəb cümləsi B)Məqsəd li tabeli
mürəkkəb cümləsi C)Tamamlıq li tabeli mürəkkəb cümləsi
D)Səbəb-məqsəd tabeli mürəkkəb cümləsi E)Təyin li tabeli
mürəkkəb cümləsi
215
Yanaram eşq oduna Mənə sən naz eyləsən də. cümləsinin növünü
göstərin.A)Səbəb-məqsəd əlaqəli tabeli mürəkkəb cümlə
B)Ziddiyyət-qarşılaşdırma əlaqəli tabeli mürəkkəb cümlə C)Tabesiz
mürəkkəb cümlə D)Sadə cümlə E)Bağlayıcısız tabesiz mürəkkəb
cümlə
216
Hər kəs yüz il yaşamasa, Günah onun özündədir. Budaq cümlənin
növünü göstərin.A)Şərt budaq cümləsi B)Qarşılaşdırma budaq
cümləsi C)Mübtada budaq cümləsi D)Tamamlıq budaq cümləsi
E)Xəbər budaq cümləsi
217
Müqayisə budaq cümləli tabeli mürəkkəb cümlə hansı bənddədir?
A)Ele oxu ki, bir də eşidək B)O elə oxudu ki, ürəyim açıldı C)Elə
bax ki, dözə bilim D)Elə yadda saxlayır ki, sanki komputer kimi
yaddaşa köçürür. E)Elə baxma, gözlərinə göz dəyər.
218
Duman, gəl, get bu dağlardan Qoy bağçalar bar eyləsin. Cümlənin
növünü göstər.A)Cüttərkibli müxtəsər cümlə
B)Təktərkibli sadə cümlə C)Zaman əlaqəli tabesiz mürəkkəb cümlə
D)Səbəb məqsəd əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlə
E)Tabeli mürəkkəb cümlə
219
Bir uçurumdan fırtınaya tor atdım, Bu cürəti görən, duyan olmadı..
cümlənin növünü göstər.A)Cüttərkibli sadə geniş cümlə
B)Qarşılaşdırma əlaqəli bağlayıcısız tabesiz mürəkkəb cümlə
C)Qarşılaşdırma budaq cümləli tabeli mürəkkəb cümlə D)Təyin
budaq cümləli tabeli mürəkkəb cümlə E)Şəxsiz cümlə
220
O nədir ki, hər nə versən allanır. Cümləsində hansı fikir doğrudur?
A)Tamamlıq budaq cümləli tabeli mürəkkəb cümlə
B)Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlə C)Xəbər budaq
cümləli tabeli mürəkkəb cümlə D)Təyin budaq cümləli tabeli
mürəkkəb cümlə E)Sadə cümlədir
221
Cümlələrdən biri tabeli mürəkkəb cümlədir. A)Yazıram, oxuya
bilmirlər B)Darıxma, anacan, gələcəyəm C)Mən doğru danışıram,
mənə inan D)De, gəlsin E)Oxu, adam ol
222
Nə zaman ki gəldim sizə Mail oldum ala gözə Zibiliniz çıxır dizə
Külündən xəbərin yoxdur. Bənddəki cümlələr haqqında ən doğru
fikirlər hansıdır?A)I-II cümlə zaman budaq cümləli tabeli mürəkkəb
cümlədir B)I-III cümlə tabesiz mürəkkəb cümlədir
C)I, II, III cümlələr bağlayıcısız tabesiz mürəkkəb cümlədir
D)I-IV cümlə tabesiz mürəkkəb cümlədir E)I, II, III cümlələr
həmcins zaman budaqlı tabesiz mürəkkəb cümlədir
223
Söz var, qəmdi, qəhərdi. Cümləsi haqqında doğru fikir hansıdır?
A)Həmcins üzvlü sadə cümlə B)Təktərkibli sadə cümlə
C)Bağlayıcısız tabesiz mürəkkəb cümlədir D)Təyin budaq cümləli
tabeli mürəkkəb cümlə E)Cüttərkibli sadə cümlə
224
Dırnaq işarəsinin mürəkkəb adlarda işlənməsi hansı normanın
pozulmasıdır? A)Leksik B)Qrammatik C)Fonetik D)Orfoqrafik
E)Heç biri
225
Nümunədə hansı durğu işarəsi buraxılıb? O on beş gündən sonra
Bakıya qayıtmaq əvəzinə gizlicə Moskvaya getdi.A)Bir vergül B)Iki
vergül C)Vergül və tire D)Tire və defis E)Tire
226
Budaq cümləli tabeli mürəkkəb cümlələrin hansında baş cümlədə
mübtəda həmişə işlənir? A)Mübtəda budaq cümləsi B)Xəbər budaq
cümləsi C)Tamamlıq budaq cümləsi D)Təyin budaq cümləsi E)Şərt
budaq cümləsi
227
Ədəbi dilin ən ictimai üslubu hansıdır? A)Bədii B)Elmi
C)Publisistik D)Məişət E)Rəsmi-işgüzar
228
Verilmiş tabeli mürəkkəb cümlənin I tərəfi nədir? Biz sahildən
yenicə aralaşmışdıq ki, duman çəkilməyə başladı. A)Baş cümlə
B)Yer budaq cümləsi C)Zaman budaq cümləsi D)Tamamlıq budaq
cümləsi E)Təyin budaq cümləsi
229
Bu torpağa elə oğul lazımdır ki, onun qeyrətini çəksin. Budaq
cümlənin növünü tap. A)Mübtəda B)Xəbər C)Tamamlıq D)Təyin
E)Tərzi-hərəkət
230
Tabeli mürəkkəb cümləni tapın. A)Qış gəldi havalar istiləşdi
B)Kim dərsini bilir, dərhal əlini qaldırsın C)Namiq yer göstərdi, heç
kim oturmadı D)Gah külək əsir, gah da gün çıxırdı E)Qar yağır, hər
tərəf ağ örpəyə bürünürdü
231
Bir oğul ki, ata sözün tutmaya, O oğulda namus, qeyrət, ar olmaz.
Budaq cümlənin növünü göstərin.A)Mübtəda budaq cümləsi
B)Xəbər budaq cümləsi C)Tamamlıq budaq cümləsi
D)Təyin budaq cümləsi E)Şərt budaq cümləsi
232
Ürəyin necə istəyir, o cür də danış. Budaq cümlənin növünü
göstərin. A)Mübtəda budaq cümləsi B)Xəbər budaq cümləsi
C)Tamamlıq budaq cümləsi D)Təyin budaq cümləsi E)Tərzi-hərəkət
budaq cümləsi
233
Yaxşı dosta yalan satma, Etibar əldən gedər. Budaq cümlənin
növünü göstərin.A)Mübtəda budaq cümləsi B)Xəbər budaq cümləsi
C)Tamamlıq budaq cümləsi D)Təyin budaq cümləsi
E)Şərt budaq cümləsi
234
Səni danlamağa mənim haqqım çatmır. Cümləsini tabeli mürəkkəb
cümləyə çevirsək, alınacaq.A)Mübtəda budaq cümləsi
B)Xəbər budaq cümləsi C)Tamamlıq budaq cümləsi D)Təyin budaq
cümləsi E)Şərt budaq cümləsi
235
Təyin budaq cümləli tabeli mürəkkəb cümləni seçin. A)Su elə soyuq
idi ki, adamın dişləri donurdu B)Elə qardaşım gəlmişdi ki, qapını
döyüldü C)Elə yaxın olmuşduq ki, sən də gələsən D)Belə qərara
gəldik ki, iclas təxirə salınsın E)Bu şərtlə gələrəm ki, sən də gələsən
236
Mən bir sönməz günəşəm ki, .... cümləsini tamamlasaq, necə cümlə
yaranacaq? A)Mübtəda budaq cümləsi B)Xəbər budaq cümləsi
C)Tamamlıq budaq cümləsi D)Təyin budaq cümləsi E)Şərt budaq
cümləsi
237
Kim ki Allahın qoyduğu yolla gedir, o dünyasını qazanmışdır.
Cümləsi haqqqında verilmiş fikirlərdən düzgünləri seçin. 1.
Mübtəda budaq cümləli tabeli mürəkkəb cümlədir. 2. Baş cümlə
əvvəl gəlmişdir. 3.Baş cümlədə qarşılıq söz işlənmişdir. 4.Bağlayıcı
sözlə bağlanmış mürəkkəb cümlədir. 5. Budaq cümlə mübtədasız
müəyyən şəxsli cümlədir. A)1, 2, 3 B)1, 4 C)1, 3, 4
D)2, 5 E)1, 3, 5
238
Tabeli mürəkkəb cümlələrə aid fikirlərdən düzgünlərini
müəyyənləşdirin. 1. Yer və kəmiyyət budaq cümlələri həmişə baş
cümlədən əvvəl gəlir. 2. Və bağlayıcısı budaq cümlənin tərkibində
işlənə bilər. 3. Budaq cümlə baş cümlədən sonra gələrsə, baş
cümlədə qarşılıq söz ola da bilər, olmaya da bilər. 4. Məqsəd budaq
cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsinin xəbəri sərbəst
sürətdə həm ismi, həm də feili xəbər ola bilər. 5. Tərkib hissələri
arasında vergül həmişə işlənir.
A)1, 2 B)2, 4, 5 C)1, 2, 3 D)1, 3 E)2, 3, 5
239
Yanır, qaçar, gətir, baxsın, yanaq, qopar, bilməlidir, qaça –
sözlərindən neçəsi məqsəd budaq cümləsinin xəbəri ola bilməz?
A)5 B)4 C)3 D)2 E)1
240
Hansı budaq cümləli tabeli mürəkkəb cümlələrin baş cümləsində
mübtəda, demək olar ki, həmişə iştirak edir? A)Mübtəda budaq
cümləsi B)Xəbər budaq cümləsi C)Tamamlıq budaq cümləsi
D)Təyin budaq cümləsi E)Şərt budaq cümləsi
241
Nə qədər çalışdım unudam, yenə unuda bilmədim xatirələri. Budaq
cümlənin növünü müəyyənləşdirin. A)Şərt budaq cümləsi
B)Qarşılaşdırma budaq cümləsi C)Tərzi- hərəkət budaq cümləsi
D)Kəmiyyət budaq cümləsi E)Səbəb budaq cümləsi
242
1.Müqayisə məzmunu bildirir. 2. Budaq cümləsində bəzən müqayisə
bildirən modal sözlər işlənir. Fikirlər hansı tabeli mürəkkəb cümləyə
aiddir? A)Şərt budaq cümləsi B)Qarşılaşdırma budaq cümləsi
C)Tərzi- hərəkət budaq cümləsi
D)Kəmiyyət budaq cümləsi E)Səbəb budaq cümləsi
243
Nə məqsədlə gəlmisinizsə, açıq deyin. Cümləsində budaq cümlənin
növünü tapın. A)Məqsəd budaq cümləsi B)Səbəb budaq cümləsi
C)Mübtəda budaq cümləsi D)Tamamlıq budaq cümləsi E)Şərt
budaq cümləsi
244
Bundan sonra ömrümə min ömür calansa, bu xatirələr unudulmaz.
Cümləsinin növünü müəyyənləşdirin. A)Şərt budaq cümləli tabeli
mürəkkəb cümlə B)Təyin budaq cümləli tabeli mürəkkəb cümlə
C)Tərzi – hərəkət budaq cümləli tabeli mürəkkəb cümlə D)Mübtəda
budaq cümləli tabeli mürəkkəb cümlə E)Qarşılaşdırma budaq
cümləli tabeli mürəkkəb cümlə
245
Tabelilik bağlayıcılarından hansılar ilə tabeli mürəkkəb cümlənin
tərkib hissələri bağlandıqda, budaq cümlə demək olar ki, həmişə baş
cümlədən əvvəl gəlir? 1. Səbbə bağlayıcıları 2. Şərt bağlayıcıları 3.
Güzəşt bağlayıcıları 4. Aydınlaşdırma bağlayıcıları A)2, 3 B)1, 2, 3
C)2, 3, 4 D)1, 4 E)3
246
Xalqımızın bu ağır faciələri unutmaması üçündür ki, hamı kimi biz
də öz təbliğatımızı bu istiqamətdə qururuq. Cümləsinin növünü
müəyyənləşdirin. A)Məqsəd budaq cümləsi B)Səbəb budaq cümləsi
C)Mübtəda budaq cümləsi D)Xəbər budaq cümləsi E)Şərt budaq
cümləsi
247
İndi evə qayıtmaq çox gecdir.... cümləsini aşağıdakı cümlələrdən
hansının budaq cümləsi kimi işlətsək, sadələşməyən mübtəda budaq
cümləli tabeli mürəkkəb cümlə yaranar?
A)Belə nəticəyə gəldik ki,.... B)Anlaşıldı ki,... C)Belə xəbər çatdı ki,
.... D)Təsəvvür yaranırdı ki, .... E)Hamımıza elə gəldi ki, ....
248
Hansı zaman budaq cümləli tabeli mürəkkəb cümlədə baş cümlə
əvvəl gəlmişdir? A)O zaman mən sənə əhsən deyərəm, iradən
hislərə güc gələ bilsin B)O gün ki mən səni ilk dəfə gördüm, o
vaxtdan itirdim sakit həyatı C)Nə qədər mən sağam, nə qədər varam,
ovunan deyildir sağalmaz yaram D)Elə ki yadıma düşürsən mənim,
doluram yağmayan buludlar kimi
E)Mən həmin o zamanı nəzərdə tuturam ki, ömrümüzdən hər günü
xırda-xırda aparırdı
249
Əvəzlik-qəlib işlənməyən tabeli mürəkkəb cümləni seçin. A)Səni
ona görə çağırmışıq ki, məsələdən xəbərdar olasan B)Iş burasında
idi ki, tresdə işçi qüvvəsi çatışmırdı C)Mənə elə gəlirdi ki, o, nə isə
gizlədir D)Bu da həqiqət idi ki, dostları ona da inanmırdı E)O vaxt
ayağa durdum ki, səbrim daşmışdı
250
Tabeli mürəkkəb cümlələrə aid səhv fikirləri seçin. 1. Qarşılıq söz
ancaq budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlandıqda
meydana çıxa bilər. 2. Əvəzlik qəlib həmişə baş cümlədə iştirak edib
müstəqil cümlə üzvü kimi çıxış etməlidir. 3. Yalnız şərt budaq
cümləli tabeli mürəkkəb cümlələri heç bir halda sadələşdirmək
olmur. 4. Səbəb budaq cümlələrin xəbəri feilin bütün şəkillərində
olan feillərlə ifadə oluna bilər. 5. –sa şəkilçisi mübtəda, tamamlıq,
zaman, şərt, yer budaq cümləli tabeli mürəkkəb cümlələrin tərkib
hissələrini bir-birinə bağlaya bilər
A)2, 4, 5 B)1, 2, 3 C)2, 4 D)1, 2, 4 E)3, 5
Dostları ilə paylaş: |