Uot 81-11 MÜXTƏLİFSİstemli İNGİLİs və azərbaycan diLLƏRİNDƏ tamamliq budaq cüMLƏLƏRİ VƏ onlarin müqayiSƏLİ TƏHLİLİ



Yüklə 1,23 Mb.

səhifə1/46
tarix01.08.2018
ölçüsü1,23 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   46


 

 



  

UOT 81-11 

  

MÜXTƏLİFSİSTEMLİ İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ 



TAMAMLIQ BUDAQ CÜMLƏLƏRİ VƏ ONLARIN MÜQAYİSƏLİ TƏHLİLİ 

 

YUNUSOVA ŞÖLƏ ƏSƏD qızı 

Sumqayıt Dövlət Universiteti, dosent 

e-mail: yunusovashole@gmail.com 

 

  

Açar  sözlər:  müqayisəli-tipoloji  araşdırma,  tamamlıq  budaq  cümləsi,  bağlayıcılar,  bağlayıcı  sözlər, 

vasitəli tamamlıq budaq cümləsi, vasitəsiz tamamlıq budaq cümləsi. 

   


Son  dövrlərdə  dilçilikdə  müxtəlifsistemli  dillərin  qrammatik  quruluşunun  müqayisəli  – 

tipoloji  tədqiqinə  maraq  xeyli  artmış  və  bu  sahədə  müəyyən  uğurlar  əldə  edilmişdir. 

Müxtəlifsistemli  dillərin  müqayisəli  –  tipoloji  araşdırılması,  qarşılaşdırma  yolu  ilə  öyrənilməsi 

qarşılaşdırılan  dillərin  ümumi  və  spesifik  dil  faktlarını  daha  dərindən  öyrənməyə    kömək  edir, 

tipoloji  araşdırmalar    üçün  baza  rolunu  oynayır  və  bu  baxımdan  böyük  aktuallıq  kəsb  edir. 

Bildiyimiz  kimi,  ingilis  və  Azərbaycan  dilləri  öz  qrammatik  quruluşlarına  görə  fərqli  dillərdir. 

Dillərin geneoloji təsnifinə əsasən  ingilis dili qrammatik quruluşuna görə analitik dil olub, mənşə 

etibarı  ilə  Hind-Avropa  dilləri  ailəsinin  German  dilləri  qrupuna,  Azərbaycan  dili  isə  aqlütinativ 

quruluşa malik olub, türk dilləri ailəsinə daxildir. 

Məqalədə  iki  müxtəlifsistemli  dil  materialları  əsasında  ingilis  və  Azərbaycan  dillərində 

tamamlıq  budaq  cümlələri  müqayisəli  araşdırılmış,  oxşar  və  fərqli  xüsusiyyətləri 

müəyyənləşdirilmişdir. 

Tamamlıq  budaq  cümlələri  obyekt  münasibətlərini  (hərəkət,  iş,  hal-obyekt)  ifadə  edən  dil 

vasitələrindən biri kimi rəngarəng struktur xüsusiyyətlərinə malikdir və tabeli mürəkkəb cümlələri 

təşkil edən baş və budaq cümlələr arasında sıx əlaqə var.  

Tamamlıq budaq cümləsi baş cümlədəki xəbər funksiyasında işlənən feilin şəxsli formasının, 

bəzən də xəbərin bir hissəsi kimi işlənən feilin şəxssiz formalarının mənasını tamamlamağa xidmət 

edir və tamamlığın suallarına cavab verir: 



He knew that he could not live without her. – O bilirdi ki, o, onsuz yaşaya bilməyəcək. 

Göstərilən nümunədə ingilis variantı Azərbaycan variantı ilə  struktur,  məna və  bağlayıcı ilə 

işlənməsi baxımından tam oxşardır. 

İngilis  və  Azərbaycan  dillərinin  müqayisəli  təhlili  göstərir  ki,  hər  iki  dildə  tabeli  mürəkkəb 

cümlələrdə nitq, görmə-eşitmə, təfəkkür, yaddaş, qərar, razılaşma, arzu, istək, hərəkətə sövq etmə, 

inandırma, müsahibə, təsir etmə, hiss və psixoloji hal, iş və vəziyyət bildirən feillər işlənir. 

Tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  tamamlıq  budaq  cümlələrinin 

aydınlaşdırdığı  feillər  şəxsli  və  şəxssiz  forma  ilə  ifadə  olunur.  Bu  feilləri  nəzərdən  keçirdikdə 

məlum  olur  ki,  ingilis  dilində  tamamlıq  budaq  cümlələri  baş  cümlənin  məsdərlə  ifadə  olunan 

mübtədasını,  sadə  feili  xəbəri,  mürəkkəb  feili  xəbərin  məsdərlə  ifadə  olunan  hissəsini,  cerundla 

ifadə olunan mürəkkəb ismi xəbərin tərkib  hissəsini, məsdərlə,  cerundla, feili  sifətlə ifadə olunan 

təyini, cerundla ifadə olunan tamamlığı izah edir. 

Azərbaycan  dilində  isə  tamamlıq  budaq  cümləsi  məsdər,  məsdər  tərkibi,  feili  sifətlə  ifadə 

olunan  mübtədanı,  tərkibində  məsdər  və  lazımdır,  gərəkdir,  olar,  olmaz  birləşmələri  olan  şəxssiz 

cümlələrdə mürəkkəb feili xəbəri, o, bu əvəzlikləri ilə ifadə olunan vasitəsiz və vasitəli tamamlığı, 

baş cümlədə işlənməyən vasitəli və vasitəsiz tamamlığı, feili bağlama və ya feili bağlama tərkibi ilə 

ifadə olunan zaman, tərzi-hərəkət zərfliyini aydınlaşdıra və tamamlaya bilir. 

Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 

Cild 13                       № 3                   2017 

  



 

 



Azərbaycan  dilinin  materialları  əsasında  aparılan  araşdırmalar  göstərir  ki,  tamamlıq  budaq 

cümlələri  baş  cümlənin  xəbərini,  məsdər,  feili  sifət,  feili  bağlama  və  onların  tərkibləri  ilə  ifadə 

olunan  mübtəda,  tamamlıq  və  zərfliyini  tamamlayır.  Lakin  Q.Ş.Kazımov  qeyd  edir  ki,  tamamlıq 

budaq  cümləsi  baş  cümlənin  məsdər,  feili  bağlama  və  feili  sifətlə  ifadə  olunan  mübtədasına, 

tamamlığına, zərfliyinə və təyininə də aid ola bilər [1,350]. 

Tamamlıq  budaq  cümləli  tabeli  mürəkkəb  cümlələrdə  baş  və  budaq  cümlədəki  xəbərlərdə 

ifadə olunan zaman forması danışıq vaxtının nisbiliyinə əsaslanır: “Nisbi danışıq vaxtı dedikdə isə 

zaman əlaqələrinin əsas kimi qəbul edilmiş hər hansı başqa bir danışıq vaxtı əsas götürülür” [2].



 

İngilis  dilində  tamamlıq  budaq  cümlələrinin  zaman  formalarının  işlənməsinin  spesifikliyi 

özünü  zamanların  uzlaşması  qaydasında  təzahür  etdirir.  Müasir  ingilis  dilində  tamamlıq  budaq 

cümlələrinin baş cümləsində feil keçmiş zamanda olduqda budaq cümlədəki feil  də keçmiş zaman 

formalarından  birində  işlənir.  Bu  baxımdan  ingilis  dilində    zamanların  uzlaşmasında  aşağıdakı 

qaydaları nəzərə almaq lazımdır: 

1.Baş  və  budaq  cümlələrdəki  hərəkətlər  keçmişdə  eyni  vaxtda  icra  edildikdə  baş  cümlənin 

xəbəri  keçmiş  zamanın  qeyri-müəyyən  formasında  (The  Past  İndifinite  Tense),  budaq  cümlənin 

xəbəri  isə  keçmiş  zamanın  qeyri-müəyyən  (The  Past  İndifinite  Tense)  və  ya  keçmiş  davamedici 

zaman (The Past Continuous Tense) formasında işlənir. Məsələn: I heard that he was ill. I saw that 



he was writing a letter. 

2.  Budaq  cümlədəki  hərəkət  baş  cümlədəki  hərəkətdən  əvvəl  icra  edildikdə  budaq  cümlədə 

keçmiş zamanın bitmiş (The Past Perfect Tense) və ya keçmiş zamanın davamedici bitmiş forması 

(The Past  Perfect  Continuous  Tense) işlənir: She said  that she had seen her. He asked  me what  I 



had been doing during my summer holidays. 

Əgər budaq cümlədəki  hərəkət  baş cümlədəki  hərəkətdən  əvvəl,  dəqiq  vaxtda baş verdikdə, 

budaq cümlədəki feil keçmiş qeyri-müəyyən zaman formasında işlənir: He said that his father was 

born in 1960. 

3.Budaq  cümlədəki  hərəkət  baş  cümlədəkindən  sonra  icra  edildikdə,  budaq  cümlədəki  feil 

keçmişə    nəzərən  gələcək  zaman  formalarından  birində  (The  Future  in  the  Past  Tense  və  ya  The 

Future Continuous Perfect in the Past Tense) işlənir: I felt that she would be happy. He said that he 

would have come by the time I came back. 

Zamanların  uzlaşması  qaydalarının  ingilis  dilində  əhəmiyyət  kəsb  etməsindən  fərqli  olaraq, 

Azərbaycan dilində baş cümlənin xəbəri keçmiş zamanda işlənsə də, baş cümlədəki hərəkətlə budaq 

cümlədəki  hərəkətin  eyni  vaxtda  və  ya  sonra  icra  edildiyi  hallarda  tamamlıq  budaq  cümlələrinin 

xəbəri  indiki  və  gələcək  zamanlarda  işlənə  bilir  (məsələn:  Mən  əmin  idim  ki,siz  onun  ünvanını 

bilirsiniz.– I was sure you knew her address.) [3,36-37]. 

İngilis  və  Azərbaycan  dillərində  tamamlıq  budaq  cümlələrinin  komponentləri  arasında 

sintaktik əlaqənin ifadə vasitələrinin araşdırılması əhəmiyyət kəsb edir. 

Tədqiqatlardan məlum olur ki, ingilis dilində tamamlıq budaq cümləsi baş cümləyə aşağıdakı 

ifadə vasitələri ilə bağlana bilər: 

-bağlayıcılarla (that, if, whether, lest): I suddenly remembered that, I had any money

-bağlayıcı   sözlərlə.  Bağlayıcı  sözlər bağlayıcı  əvəzliklər (who, whom, whose, what,  which, 

whoever,  whatever,  whichever  və  s.)  və  bağlayıcı  zərflərdən  (where,  wherever,  when,  whenever, 

why, how və s.) ibarətdir. She had forgotten where they were. 

-sözönüləri ilə. Sözönüləri ingilis dilində tamamlıq budaq cümlələrini baş  cümləyə bağlayan 

vasitələrdir və bunlara  misal olaraq about, for, after, before, to, except, of və s. göstərmək olar: 

was astonished at what they had told me. 

-tabelilik  intonasiyası  ilə.  Tabeli  mürəkkəb  cümlənin  komponentləri  arasında  sintaktik 

əlaqənin  başqa  ifadə  vasitələri  (bağlayıcılar,  bağlayıcı  sözlər)  olmadıqda,  əsas  yük  intonasiyanın 

üzərinə düşür. Belə vəziyyətdə tabeli mürəkkəb cümlənin komponentləri ardıcıl sıralanır ki, bu da 



Yunusova Ş.Ə. 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   46


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə