~ 1 ~
ŞAHBAZ MURADOV, ÇİNGİZ BAXIŞ
AZƏRBAYCAN RESPUBLİKASINDA
ETNO-DEMOQRAFİK PROSESLƏR:
tarixi dəyişikliklər və reallıqlar
BAKI - 2013
~ 2 ~
Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat
İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunur.
Redaktoru:
i.e.n. A.Q.GÖZƏLOVA
Rəyçilər:
t.e.d. A.H.BALAYEV
i.e.n. R.C.ƏFƏNDİYEV
Muradov Ş.M., Baxış Ç.Ə. Azərbaycan Respublikasında
etno-demoqrafik proseslər: tarixi dəyişikliklər və reallıqlar.
Bakı, 2013, 135 səh.
Kitabda XIX yüzillikdən başlamış indiyə qədərki bir dövrdə
Azərbaycan Respublikası ərazisində əhalinin milli tərkibinin for-
malaşması prosesi araşdırılmışdır. Bu prosesin etnik və demoqrafik
xüsusiyyətlərinin, baş vermə səbəblərinin dolğun şəkildə üzə çıxarı-
lması və dəyərləndirilməsi məqsədilə Azərbaycanda baş verən
taleyüklü tarixi-siyasi hadisələrin və sosial-iqtisadi dəyişikliklərin
təsirlərinin öyrənilməsinə geniş yer verilmişdir. Əsərdə indiyə qədər
Azərbaycanda keçirilən bütün əhali sayımlarının və bir sıra başqa
mənbələrin etno-statistik məlumatlarından geniş istifadə edilmişdir.
Kitab təkcə mütəxəssislər üçün deyil (demoqraflar, politoloqlar,
iqtisadçılar, etnoqraflar, sosioloqlar, tarixçilər), həm də geniş oxucu
kütləsi üçün nəzərdə tutulmuşdur.
~ 3 ~
MÜNDƏRİCAT:
Giriş.......................................................................................4
1.
Azərbaycan Respublikası əhalisinin sayının dinami-
kası və ona təsir edən amillər........................................8
2.
Əhalinin etnik tərkibinin formalaşması: xüsusiyyətlə-
ri, dəyişməsi meylləri və reallıqlar.............................47
~ 4 ~
Giriş
Dünyanın demoqrafik problemlərinin araşdırılması get-
gedə daha böyük önəm kəsb etməkdədir. Belə ki, iqtisadi,
ekoloji və xüsusilə də siyasi sahədə baş verən bir sıra
qlobal problemlərin yaranmasında demoqrafik faktorun
böyük rolu olduğu üzə çıxır. Təkcə onu demək kifayətdir
ki, qüdrətli iqtisadiyyatı ilə fərqlənən və buna görə də
siyasi nüfuzuna görə dünyanın aparıcı dövlətlərinə çevrilən
ölkələrin belə bir səviyyəyə yüksəlməsində demoqrafik
faktor başlıca rol oynamışdır. Daha doğrusu, əhalisinin
sayına görə dünyanın iri dövlətləri öz iqtisadi və hərbi
potensiallarını artırmaq baxımından kiçik dövlətlərlə müqa-
yisədə olduqca böyük imkanlara malik olmuşlar. Bunun
bariz örnəyi, əhalisinin sayına görə dünyanın iki ən nəhəng
dövləti olan Çin və Hindistandır: hazırda ümummilli daxili
məhsulun həcminə görə Cin ikinci, Hindistan isə onuncu
ölkə olmuşdur
1
. Halbuki bu nəhənglər adam başına düşən
milli gəlirin səviyyəsinə görə dünyanın əksər ölkələrindən
geri qalırlar. Digər tərəfdən ölkələrin sosial-iqtisadi durumu
və inkişaf perspektivləri demoqrafik proseslərin gedişatın-
dan və xarakterindən asılı olaraq böyük dəyişikliklərə
uğraya bilər. Hazırda məlum olduğu kimi bəzi ölkələr
əhalinin təbii azalması problemi ilə üz-üzə qaldığı halda,
1
http://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(nominal)
~ 5 ~
Afrika ölkələrinin əksəriyyəti əhalinin yüksək təbii artımı
üzündən səfalətə uğramaqdadırlar.
Təəssüflə qeyd etmək lazımdır ki, son yüzilliklərdə baş
verən lokal münaqişələrin, hətta dünya müharibələrinə
gətirib çıxaran siyasi qarşıdurmaların yaranmasında da
demoqrafik faktorun olduqca böyük rolu olmuşdur. Tarixi
faktlar göstərir ki, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlər
arasında məhz, böyük demoqrafik potensiala malik olan
dövlətlər və ya millətlər başqa ölkələrə qarşı iddialı və
aqressiv olmuş, hətta dünya ağalığına cəhd etmişlər (İkinci
Dünya Müharibəsi ərəfəsində dünya əhalisinin hər 25
nəfərindən biri alman idi). Xüsusilə qeyd etmək lazımdır
ki, milli dirçəliş və azadlıq əsri kimi qəbul edilmiş 20-ci
yüzillikdə və hal-hazırki dövrdə gedən demoqrafik proses-
lərin etnik aspektlərinin öyrənilməsi daha böyük önəm
daşıyır. Daha doğrusu, hal-hazırda etno-demoqrafik proses-
lərin öyrənilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Belə
ki, dünyada baş verən lokal münaqişələrin böyük əksəriy-
yətinin təməlində məhz, etnik faktorun olduğu görünür.
Əsasən etnodemoqrafik proseslərin intensivliyi və xarak-
terindən asılı olaraq etnik münaqişələrin, o cümlədən etnik
separatizmin vüsət almasına əlverişli şərait yaranır. Məsə-
lən, hər hansı bir bölgədə etnodemoqrafik durumun bu və
ya digər millətin xeyrinə dəyişməsi mövcud sosial-siyasi
durumun etnik təməllərini sarsıdaraq millətlərarası müna-
sibətlərin pozulmasına və sonda milli düşmənçiliyə yol aça
Dostları ilə paylaş: |