2
Bölmə I. Ümumi anlayışlar
Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin
və ifadələr aşağıdakı mənaları daşıyır:
Sığortalı - sığorta haqqı ödəyən və bu qaydalarla müəyyən edilmiş vəzifələrdə çalışan və ya bu sığorta
qaydaları ilə müəyyən edilmiş vəzifələrdə çalışan əməkdaşlarının sığorta obyektindən irəli gələn
məsuliyyətinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.
1
Sığorta olunan - bu qaydaları nəzərə almaqla, direktor (rəhbər işçi) vəzifəsini tutmuş, tutan, yaxud,
sığorta müddəti ərzində tutacaq hər hansı fiziki şəxs başa düşülür.
Direktorlar (Rəhbər işçilər) - sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdən əvvəl və sığorta
şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində aşağıdakı vəzifələri tutan şəxslər:
-
Direktorlar, direktor müavinləri, direktor vəzifələrini faktiki olaraq icra edən şəxs, idarə
heyətinin sədri, baş menecer və ya şirkətin baş konsulu və ya
risk meneceri də daxil olmaqla,
menecer (və ya müvafiq yerli qanunvericiliyə uyğun olaraq ekvivalent rəhbər işçi)
-
Audit komitəsi, təftiş komissiyası da daxil olmaqla və bununla məhdudlaşmayan hər hansı daxil
komitə üzvü
-
Şirkət üçün və ya onun adından çalışan hüquqşünas işçi
Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta
müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə
müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan
yerli hüquqi şəxs;
Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;
Üçüncü tərəf - Sığortalının (sığorta olunanın) qanuna zidd hərəkətləri barədə məlumat verən hər hansı
şəxs;
Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının
hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;
1
Sığortalı sığorta müddəti ərzində istənilən vaxt sığortaçıya vəzifələrin siyahısı göndərmək və vəzifələrin siyahısına müstəqil şəkildə dəyişiklik
etmək hüququna malikdir, bir şərtlə ki, belə düzəliş edilmiş vəzifələrin siyahısında göstərilmiş bu qaydalarda nəzərdə tutulmuş direktor (rəhbər
işçi) vəzifəsinə uyğun vəzifələr olsun.
Sığortalı sığorta müddəti ərzində istənilən vaxtda, Sığortaçıya müvafiq yazılı xəbərdarlıq verməklə, hazırkı sığorta şəhadətnaməsi üzrə sığorta
təminatını öz qərarına görə aşağıdakı vəzifələrdən birini tutmuş və ya sığorta müddəti ərzində tutan və ya daşıyan hər hansı fiziki şəxsə şamil
etmək hüququna malik ola bilər:
şirkətin direktoru və ya şirkətin göstərişi ilə kənar təşkilatın direktoru vəzifəsinə təyin olunmuş vəzifəli şəxs;
şirkətin, direktora qarşı hər hansı iddia üzrə, belə direktorun şüurlu şəkildə törətdiyi qanuna zidd hərəkəti ilə əlaqədar ikinci cavabdeh şəxs kimi
cəlb olunmuş işçisi;
əmək münasibətləri ilə əlaqədar qeyri-qanuni hərəkətlərlə əlaqədar şirkətin işçisi;
sığorta qaydalarına əsasən sığortalının onun qanuna zidd hərəkətləri ilə əlaqədar iddia irəli sürülməsi nəticəsində meydana çıxan zərərə görə,
həyat yoldaşı və ya birgə yaşadığı insan. Kənar administratorlar və kənar auditorlar sığortalılara aid deyildir.
3
Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın
və ya faydalanan şəxsin
sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə
müraciəti;
Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun
olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası;
Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə
məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı
mənafedir;
Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə
uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul
məbləği;
Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan
hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə
götürdüyü öhdəlik;
Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz
dərəcəsi;
Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində bu sığorta ilə təminatda
olan halın baş verməsi nəticəsində dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin
ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;
Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən
sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;
Sığortanın müddəti – sığorta şəhadətnaməsinin qüvvədə olduğu və sığorta şəhadətnaməsində göstərilən
müddət;
Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan
itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir.
Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə
bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır;
Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları.
İşçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində
haqqı ödənilməklə çalışan fiziki şəxs.
Şərtsiz azadolma məbləği
-
Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya
dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir
.
Sığortaçı