4
Film Fiction
Düz iki il öncə dostum Fuad Alqa-
yevdən facebook-da bir cümləlik sual
məktubu aldım – “Bəlkə elektron film
jurnalı yaradaq?” Və cavabım gecik-
mədi – “Yaradaq!”... Bu təklifi İstanbul-
da yaşayan digər dostumuza – Mətləb
Muxtarova da bildirdik. “John Lennon”
haqqında bioqrafik kitab müəllifi olan
daha bir dostumuz – Məcid Məcidli də
bizə qoşuldu. Və beləliklə dörd nəfərlə
jurnalın ilk sayı – “Film Fiction N1” işıq
üzü gördü. Jurnal gözlədiyimizdən də
yaxşı qarşılandı. Tv-lərin təqdim etdiyi,
zövqlərinə inandığı dostların məsləhət
verdiyi, ya da elə təsadüfən qarşısına
çıxan filmləri izləyən ac kinomanlar
üçün, kinosunun itkin düşdüyü bir
ölkədə belə bir jurnal hədiyyə kimi
idi... Çünki formatına görə ilk idi. Heç
bir maddiyyat güdmədən tam təmən-
nasız olaraq, işinə sevgi ilə yanaşan
bir komanda işi idi. Və bəzi anlaşılma-
zlıqları, fasilələri nəzərə almasaq, artıq
oxuduğunuz 16-cı buraxılışla bərabər
Film Fiction 2 yaşını tamamlayır. Jur-
nal üçün qısa olsa da, Azərbaycan
səviyyəsində, heç bir maddi dəstək
olmadan 2 ildir jurnal hazırlanması çox
böyük uğurdur. Kapitalizmin hegemon-
luq etdiyi dünyada oxucunu, kinomanı,
sənəti hər şeydən üstün tutmaq qürur
işidir. Qürurluyuq! Çünki sənət for-
matını qoruya bilmişik. Çünki dəfələrlə
jurnalın səhmlərinə kifayət qədər
yaxşı maddiyyat qarşılığı sahiblənmək
istəyənlərə “yox!” deyə bilmişik. Çün-
ki auditoriyasına görə Azərbaycanda
rekord göstəricilərə imza atan ilk və
yeganə jurnaldır – Film Fiction.
Elektron formatın yaratdığı imkan-
lar sayəsində dünyanın müxtəlif
ölkələrində yaşayan, jurnalın daimi
oxucuları olan həmyerlilərimizdən
gələn məktublar, xoş sözlər bizi daha
çox sevindirir. İşimizin məsuliyyətini
dərk etmişik. Və məhz Film Fiction’la
bərabər həvəskarlıqdan peşəkarlığa
keçid etmişik. Və ümid edirik ki, hələ
bərabər daha çox yaşlara qədəm qoya
biləcəyik.
Zövqümüzə güvəndiyiniz, oxucumuz
olduğunuz və nəhayət, kino sənətini
sevdiyiniz üçün hər birinizə ayrı-ayrılıq-
da təşəkkür edirik!
5
Film Fiction
SENTYABR AYINDA JURNALIMIZIN
İKİ YAŞI TAMAM OLUR.
BU SƏBƏBLƏ KİNO VƏ İCTİMAİ
XADİMLƏRİN JURNALIMIZA OLAN
TƏBRİKLƏRİNİ YAYIMLAYIRIQ.
FEHRUZ ŞAMIYEV
“Cinema” Gənc Kinematoqrafçılar
Mərkəzinin sədri və “START” Beynəlx-
alq Tələbə Filmləri Festivalının direktoru
“Film Fiction” Azərbaycan kino mühitində
cəsarətli addımlardan biridir. Çünki bu elektron
jurnal heç bir maliyyə dayağı olmadan özünü
kino aləminə atıb. İndiyə kimi Azərbaycanda
kino ilə bağlı müxtəlif nəşrlər olub. Amma elek-
tron nəşr olmayıb. Bu da ondan irəli gəlir ki,
indiki cavanların əksəriyyəti daha çox internet,
kompüter vasitəsi ilə informasiyanı əldə et-
məyə çalışırlar. Jurnalın bir neçə sayı ilə tanış
olmuşam və maraqlı materiallar, tərcümələr
oxumuşam. Məncə, jurnal daha geniş oxucu
auditoriyasına sahib olmalıdır. Bu səbəbdən
təkcə elektron variantda yayımlanmamalıdır.
Əgər bu əziyyət çəkilirsə, jurnalın cəmiyyətə
çıxması üçün digər aksiyalardan istifadə et-
mək lazımdır. Məsələn, jurnalın bütün saylarını
bir DVD-də toplayıb satışa çıxarmaq olar. Ya
da müxtəlif mədəniyyət tədbirlərində və sər-
gilərdə oxuculara təqdim edilə bilər. Bu addım
jurnalın reklam olunmasında, daha çox oxucu
qazanmasında uğurlu addım ola bilər. O ki
qaldı bu işi həyata keçirən komandaya, onlara
uğurlar arzulayıram. Kino sözü uzun illər idi ki,
leksikonumuzdan az qala silinmişdi. Deməli,
artıq bu sənətdə hansısa prosesler başlayıb
ki, “Film Fiction” da ortaya çıxıb. İndi dayan-
maq lazım deyil. “Film Fiction” komandasını və
bütün kinosevərləri təbrik edirəm. Əsas odur
ki, yorulmasınlar. Məqsədləri naminə yolların-
da fasilə verməsinlər. Uğurlar!!!
AKTRİSA GÜNEL
MƏMMƏDOVA
“Jurnalın saylarını çox bəyənirəm. Burada
nəinki görkəmli sənətkarlarımız haqqında
yazılıb, hətta xarici kinematoqrafiya haqqında
da geniş məlumat verilib. Bu çox sevindiri-
ci haldır. Əfsuslar olsun ki, biz çox vaxt öz
peşə xadimlərimizi qiymətləndirmirik. Amma
bu jurnal onları unutmayıb. Bu jurnalla mütə-
madi maraqlanıram. “Film Fiction” jurnalının
yaradıcı heyətini və oxucularını səmimi qəlb-
dən təbrik edirəm. İstəyirəm jurnal uzunömürlü
olsun və mənim kimi kinomanları öz xəbərləri
ilə sevindirsin. Uğurlar!!!
KİNOREJİSSOR
CAVID TƏVƏKKÜL
Hörmətli “Film Fiction” jurnalının yaradıcıları,
siz bütün isti sözlərə layiqsiniz. Jurnalın hər
nömrəsi ilə tanış olmuşam və çox bəyən-
mişəm. Sizə gələcəkdə bol-bol uğur arzu-
layıram.