Geofizika və geologiya



Yüklə 31,9 Kb.
tarix11.04.2018
ölçüsü31,9 Kb.
#37712




Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)

Geofizika və geologiya” idarəsi



Geofiziki karotaj stansiyalarına olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№12002-16) elan edir.



Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 17.10.2016-cı il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır.

Tələb olunan sənədlərin surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.





Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla 25.10.2016-cı il, Bakı vaxtı ilə saat: 10:00-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



İştirak haqqı və əsas şərtlər toplusunun əldə edilməsi:

  • Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan və rus dilində əldə etmək istəyənlər 150 manat (ƏDV daxil olmaqla) və ya ekvivalent məbləğdə sərbəst dönərli valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən elanın I qrafasında göstərilmiş tarixədək həftənin istənilən iş günü saat 09:00-dan 17:30-a kimi ala bilərlər.

  • Hesab nömrəsi:

Azərbaycan Beynəlxalq Bankı ASC,

AZ38IBAZ38010019449306332120,

VÖEN: 9900003871,

Müştəri xidməti Departamenti,

Kod: 805250,

Müxbir hesab: AZ03NABZ01350100000000002944,

VÖEN: 9900001881,

SWIFT BIK: İBAZAZ2Х

  • İştirak haqqı heç bir halda geri qaytarılmır.



Müqavilənin icra müddəti:

  • Satınalma müqaviləsinin 120 (yüz iyirmi) təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.



Satınalan təşkilatın ünvanı:

AZ1033 (indeks), N.Nərimanov rayonu, Heydər Əliyev pr-ti 83 A Bakı şəhəri, Azərbaycan Respublikası



Əlaqələndirici şəxs:

Bədirbəyli Fərhad.

Satınalmaların təşkili şöbəsi, rəis müavini

Telefon : (+99 412) 521-04-17

Faks : (+99 412) 521-04-17

Farhad.Badirbeyli@socar.az





Elanın, satınalma predmeti haqqında geniş məlumatın və əsas şərtlər toplusunun əldə edilməsi üçün müraciət formasının yerləşdirildiyi internet ünvan:

www.socar.az (http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/procurement-notices)




Müsabiqə təklif zərflərinin açılışı tarixi, vaxtı və yeri:

Zərflərin açılışı 25.10.2016-cı il tarixdə, Bakı vaxtı ilə saat 10:00-da elanın V qrafasında göstərilmiş Satınalan təşkilatın ünvanda baş tutacaqdır.






Müsabiqənin nəticəsi haqqında məlumat:

Müsabiqənin yekun nəticəsi haqqında məlumat aşağıdakı internet linkdən əldə edilə biləcək:



http://www.socar.az/socar/az/company/procurement-supply-chain-management/contract-awards

SOCAR”-ın “Geofizika və geologiya” idarəsi Satınalmalar qrupu.



(İddiaçı şirkətin firma blankında)

AÇIQ MÜSABİQƏDƏ İŞTİRAK ETMƏK VƏ “MÜSABİQƏYƏ DƏVƏT SƏNƏDLƏRİ”NİN (ƏSAS ŞƏRTLƏR TOPLUSU) ƏLDƏ EDİLMƏSİ ÜÇÜN

MÜRACİƏT MƏKTUBU
___________ şəhəri “__”_______20__-c- il

___________№


“SOCAR”ın “Geofizika və geologiya” idarəsi
Satınalmalar qrupunun rəhbəri cənab Ziyad Cəlilova,
Hazırki məktubla [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] (nin,nun,nın) “SOCAR”ın “Geofizika və geologiya” idarəsi tərəfindən “Geofiziki karotaj stansiyalarının” satın alınması ilə əlaqədar elan edilmiş 12002-16 nömrəli açıq müsabiqədə iştirak niyyətini təsdiq edirik.

Eyni zamanda [iddiaçı malgöndərənin (podratçının) tam adı göstərilir] ilə münasibətdə hər hansı ləğv etmə və ya müflislik prosedurunun aparılmadığını, fəaliyyətinin dayandırılmadığını və sözügedən satınalma müsabiqəsində iştirakını qeyri-mümkün edəcək hər hansı bir halın mövcud olmadığını təsdiq edirik.

Əsas şərtlər toplusunun elektron versiyasını aşağıdakı elektron poçt ünvanına göndərməyiniz xahiş olunur: ____________ .
Tərəfimizdən təqdim edilən sənədlər və digər məsələlərlə bağlı yaranmış suallarınızı operativ cavablandırmaq üçün əlaqə:


  • Əlaqələndirici şəxs: ____________________________

  • Əlaqələndirici şəxsin vəzifəsi: ____________________

  • Telefon nömrəsi: ______________________________

  • Faks nömrəsi: ________________________________

  • Elektron ünvan: _______________________________


Qoşma:

  1. İştirak haqqının ödənilməsi haqqında bank sənədinin əsli – __ vərəq.

________________________________ _______________________

(səlahiyyətli şəxsin A.A.S) (səlahiyyətli şəxsin imzası)

_________________________________



(səlahiyyətli şəxsin vəzifəsi)

M.Y

SATIN ALINAN MALLARIN SİYAHISI




Mal-materialların (avadanlıqların, iş və xidmətlərin) adı

Ölçü vahidi

Miqdar

1

Geofiziki karotaj stansiyası

ədəd

5




Yüklə 31,9 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə