Gp-hand. EnvCompo. Az new qxd: gp-hand. EnvCompo. Az



Yüklə 33,82 Kb.

tarix25.07.2018
ölçüsü33,82 Kb.


33

1

Torpaq bizim sərvətimizdir

Torpaq

Giriş

Yer səthinin  ən üst qatı torpaq adlanır. Bizim planetdə torpaq həyatımızın həm təməli, həm də

yekunudur. Külli miqdarda orqanizmin sakin olduğu üçün o, canlı sistem hesab edilir. Bundan

başqa torpaq daim inkişaf prosesindədir: formalaşma və dağılma, məsələn, eroziya. Torpaq bizim

planetin bütün yerüstü ekosisteminin vacib tərkib hissəsidir. O, banisi görkəmli rus alimi Vasili

Vasilyeviç Dokuçayev hesab olunan torpaqşünaslıq elminin tədqiqat obyektidir. 

Torpaq bizim sərvətimizdir

Müəlliflər: Jerzy Sadowski, Malgorzata Podkanska, Fikrəd Cəfərov, Akif Vəliyev 



Əsas fikir

Torpaq Yer kürəsində həyatın bünövrəsidir



Müddət

2-3 məşğələ



Êlin fəsli

Êstənilən



Yer

Məktəb (tədris kabineti, laboratoriya)



Tədris vasitələri

Silindrşəkilli 4 şüşə qab, kiçik deşikli iki ələk və ya cuna parçası, 

saniyəölçən, torpaq nümunələri, boyaq maddələri, videokasetlər

Tədris fənləri

Biologiya, coğrafiya, ekologiya, davamlı inkişaf



Məqsəd

Təbiətdə torpağın rolunun və onun müxtəlif funksiyalarına dair biliklərin 

şagirdlər tərəfindən dərk edilməsi 

Metodlar

Mülahizələr, təcrübələr, zehni mükalimələr (baş işlətmə), diskussiyalar, 

əsərlərin yazılması



34

1

Torpaq bizim sərvətimizdir

Torpaq

Torpaq aşağıdakı əsas altı funksiyanı yerinə yetirir: 

Biokütlə istehsalçısı kimi, yəni bütün yerüstü ərzaq



silsiləsinin əsasıdır. Məhv olmuş orqanizmlərin

çürümə prosesi də torpaqda baş verir;

Yeraltı suların təmizlənməsinə xidmət edən təbii



süzgəc və stabilləşdirici buffer rolu oynayır;

Torpaqda və ya onun səthində yaşayan və çoxalıb



artan külli miqdarda mikroorqanizm, göbələk, bitki

və heyvanların məskunlaşdığı yerdir;

Torpağın ana süxurları bina və tikililərin, nəqliyyat və



digər infrastrukturların fiziki özülüdür;

Xammalın və enerjinin yenidən (təkrar) yaranma (küləş,



torf, ağac tullantıları və s. xammal) mənbəyidir;

Tarixi və mədəni irsin qiymətli obyektlərinin



saxlanıldığı mühitdir.

Quruluşuna və kimyəvi tərkib xüsusiyyətiənə görə torpaq hər hansı səbəb ucbatından ətraf

mühitə düşən zərərli maddələri asanlıqla canına hopdurur və yığır. Bu birləşmələrin parçalanma

müddəti torpağa, havaya və suya nisbətən daha uzun olduğuna görə, torpağın çirklənməsi

problemi illər boyu sezilməyə bilər. 

Sudan və havadan fərqli olaraq torpaq xüsusi mülkiyyət obyekti ola bildiyinə görə bu amil bir sıra

hallarda bu və ya digər təbiəti mühafizə tədbirlərinin həyata keçirilməsini çətinləşdirir, çünki

torpaq sahibinin və ya onu istifadə edənin icazəsi lazımdır. Savadsız və həddindən artıq intensiv

istifadə zamanı torpaq istismar edilir və keyfiyyəti pisləşir. Bunun baş verməməsi üçün daim səy

və qayğı göstərilməlidir, əks təqdirdə, torpağın dağılması prosesinin qarşısı alınmasa o öz

funksiyalarını lazımınca yerinə yetirə bilməz. Torpağın əsas mühafizə problemləri eroziya,

turşulaşma, çirklənmə, bərkiməyə qarşı mübarizə ilə bağlıdır. 



Məşğələlərin aparılması

I Hissə. Giriş

1

Məşğələni başlayın, şagirdlərdən xahiş edin ki, torpaqda yaşayan və rast gəldikləri onlara

məlum orqanizmlərin adlarını lövhədə yazsınlar. Şagirdlər torpaqda və torpaqdan kənarda

yaşayan uyğun orqanizmlərin həyatı barədə nə bilirlər? 



2

Girişdə verilən informasiyalarla şagirdləri tanış edin. Əlavə məlumat üçün CD-ROM-a müraciət

etmək olar. Qeyd edin ki, hava və sudan fərqli olaraq torpaq xüsusi mülkiyyət ola bilər və ona

görə də onun mühafizəsi müəyyən çətinliklərlə bağlıdır, çünki onun sahibinin, ya da onu

istifadə edənin razılığı lazımdır.

3

“Torpaq bizim sərvətimizdir” videofilmini göstərin. Şagirdlərə təklif edin ki, gördüklərinin

əsasında torpağın necə əmələ gəlməsi (formalaşması), onun əsas funksiyaları və onun üçün

təhlükə törədəcək məsələlər barədə danışsınlar. 



I Hissə. Torpağın funksiyaları

Filtr (süzgəc) və buffer (təcrübə):

Silindrşəkilli 2 şüşə qabın üzərinə kiçik deşikli ələk və ya bir neçə qat cuna qoyun 



və rezinlə bərkidin;

Ələyin və ya cunanın birinin üzərinə azacıq gilli torpaq, digərinin isə üzərinə qumlu torpaq



qoyun (iri dənəli qumla da əvəz etmək olar);

O qədər də böyük olmayan iki silindrə eyni miqdarda su yığın və bir neçə damcı boyaq



maddəsi əlavə edin (məsələn, mürəkkəb);

Saniyəölçəni işə salın və həmin boyalı suları götürdüyünüz torpaq nümunələrinin üzərinə



səliqə ilə tökün. Şagirdlərdən xahiş edin ki, silindrlərin içindəki suların rənglərinə və vaxta

nəzarət etsinlər.




35

1

Torpaq bizim sərvətimizdir

Torpaq

III hissə. Zehni mükalimə (baş işlətmə)

1

Şagirdlərə aşəğıdakı sualları verin: Bizi əhatə edən aləmdə gildən nə hazırlayırlar (kərpic,

kirəmit, gül dibçəkləri) və onlardan daha nə düzəltmək olar? (Məsələn, ağ gildən və ya

kaolindən çini qablar; gildən incəsənətdə, tətbiqi-memarlıqda, bədii keramikada istifadə).



IV hissə. Diskussiya

“Qədim Yunanıstanda” nümunəsindən götürülmüş mətni oxuyun və onu təhlil edin. Qoy

şagirdlər aşağıdakı suallara cavab versinlər:

Eroziya və torpağın korlanması yalnız son onilliklərdə yaranmış səciyyəvi (xarakterik)



problemdirmi?

Torpağın korlanmasının səbəbləri nədir (təbii və antropogen)?



Nə səbəbə 2500 il bundan əvvəl Qədim Yunanıstanda yamaclarda şumlama qadağan edilib

və zeytun ağacları əkən torpaq sahiblərinə mükafat vəd edilib, bu problemlərin miqyası

necə idi?

Ölkənin su ehtiyatına torpağın korlanması necə təsir göstərir?



Platonun Yer kürəsini xəstə insana bənzətməsini həqiqətəuyğun hesab edirsinizmi?

Belə bir müqayisəni, məsələn, sənaye rayonlarındakı torpaqla bu gün aparardınızmı?



Bizim də qarşımızda torpağın buna bənzər korlanması təhlükəsi dayanırmı və ölkənin ayrı-ayrı

rayonlarında səhralaşma meyli mövcuddurmu?

Torpağın korlanmasının davam etməsinə necə mane ola bilərik?



Axırıncı suala hazırlaşmaq üçün “Torpağın mühafizəsinin sadə üsulları” misalından istifadə

etmək olar.



Sonrakı fəaliyyət

Şagirdlərə “biz zir-zibildə boğuluruq” nümunəsini oxuyun və təklif edin ki, həmin mövzuya



dair inşa yazsınlar. Məşğələnin sonunda kimin arzusu varsa xahiş edin ki, öz işlərini sinif

yoldaşlarının qarşısında ucadan oxusun.



Əlavə ədəbiyyat

Yolda sərgüzəşt. Coğrafi mozaika. Aramsız zəncir. Torpaqşünaslıqda təqlid oyunları (beş oyun modelindən ibarət

komplekt). Tədris vəsaiti - M.: Moskva universitetinin nəşriyyatı, 1990.

Azərbaycan Respublikasının coğrafi atlası - Bakı, 2002 ARDTXK.



Êmranoğlu H. G. Azərbaycan kəndi: ekoloji problemlər, sosial nəticələr. Bakı, 2004.

Məmmədov Q. Azərbaycan torpaqlarının ekoloji qiymətləndirilməsi. Bakı, Elm 1998


36

1

Torpaq bizim sərvətimizdir

Torpaq

Bizim hər birimiz torpağın mühafizə edilməsinə aşağıdakı qaydada öz töhfəmizi verə bilərik:

Birinci növbədə zibilləməmək! Ərzaq məhsullarını dəfələrlə istifadə edilən qablarda



alıb, sonradan təkrar xammal alınan məntəqələrə təhvil vermək və yaxud xüsusi

konteynerlərə atmaq. Ekskursiya və gəzintilərə çıxarkən birdəfəlik istifadə edilən

qabların əvəzinə, dəfələrlə istifadə edilən qablar götürmək. Seyrə çıxdığınız yerlərin

zibilini həmişə yığışdırın, sizdən əvvəlkilər onun vacibliyini anlamamalarına

baxmayaraq köhnə zibilləri də yığışdırın. 

Ekskursiya zamanı zərurət olmadığı halda yeni cığırlar yaratmayın;



Təbiət qoynunda istirahət zamanı yalnız xüsusi ayrılmış yerlərdə ocaq qalayın və yaxud

ocaq yerini elə qurun ki, yanğın olması mümkünsüz olsun, meşəyə və torpağa azacıq

da olsa ziyan dəyməsin. 



Torpağın mühafizəsinin sadə üsulları

Ətraf mühitin məhv olması problemi qədim Yunanıstanda hələ bizim eradan əvvəl VI əsrin

əvvəllərində gündəmdə dururdu. O dövrün hökmdarlarını bu problemlər çox

düşündürürdü. Solon qanunvericiliyi eroziyanı dəf etmək üçün yamaclarda şumlama işləri

aparmağı qadağan edirdi; Pizistrat zeytun ağacı əkən torpaq sahiblərinə mükafat vəd edirdi,

bu yolla meşənin qırılmasından yaranacaq itkini azaldırdılar. Üstündən iki yüz il keçdikdən

sonra Platon Attikada səhralaşma barəsində yazırdı: “Kiçik adalarda baş verdiyi kimi əvvəlki

vəziyyəti ilə müqayisədə bütün yumşaq və bərəkətli torpaqlar yuyularaq, sanki taqətdən

düşmüş xəstə bədənin skeletinə çevrilib”. 

Êndi daşlı-kəsəkli yerlərə çevrilən o zamanlar isə

zədələnməmiş məhsuldar torpaqla əhatə olunmuş sıx meşəli, çox yüksək təpəli dağlar və

düzənliklər olub… Bizim dağların arasında elələri var ki, hazırda orada yalnız arı bəslənilir,

böyük tikintilər üçün lazım olan ağaclara hələ əl dəyməyib… Mal-qara üçün ucu-bucağı

olmayan otlaqlar hazır idi, hər il Zevsdən axıb tökülən su ölmürdü, belə ki, indi çılpaq

yerlərlə dənizə tökülür, o zamanlar bolluca torpağa hopurdu, yuxarıdan sızılıb tökülərək 

boş yerlərdə yığılıb qalırdı, beləliklə də bulaq və çayların mənbəyi kasad olmurdu”.



Platon. Dialoqlar. “Kritiy” mətn www. Philosophy. ru saytında yerləşdirilib.  

Qədim Yunanıstanda 


37

1

Torpaq bizim sərvətimizdir

Torpaq

Şəhərlərin, yaşayış məntəqələrinin və sənaye mərkəzlərinin labüd böyüməsi ilə əlaqədar

bizim qarşımıza külli miqdarda problemlər çıxır. Ona görə də təbiətin mühafizəsinə

diqqət yetirmək olduqca zəruridir. Əks təqdirdə biz əzab çəkər, üzülüb əldən düşər,

özümüzü və bir-birimizi haldan çıxarar, əzər, zəhərləyər, boğularıq, bütün bunların

müqabilində ağlımızı itirərik. Amma ağlımızı itirməzdən əvvəl çirkaba qərq olarıq.

Artıq bahardır və istirahət mövsümü təzəcə başlayıb. Ötüb keçən bir-iki ildə olduğu kimi

meşələr və talalar, çay və göllərin ətrafı min tonlarla kağız, butulka, konserv bankaları, sür-

sümük, meyvə qabıqları, plastik qablar, əzik-üzük ləyənlər, krem qutuları, texniki rezin

sənayesi məmulatları, paslı cib bıçaqları və əsgiləri də sanki “gül açıb”. Bunun

səbəbkarları o şəxslərdir ki, evlərinin dəhlizinə qədəm basarkən ilk növbədə şap-şaplarını

geyinirlər. O insanlardır ki, süfrəyə saldıqları kiçicik bir ləkəyə görə uşaqlarını

cəzalandırırlar. Təbiətin qoynunda onlar istirahət edirlər, nəyə görəsə hesab edirlər ki,

onların əllərindən düşən hər bir şey həmin yerdə qala bilər. Oranı tərk edərkən

arxalarında qoyduqları zibilə heç çevrilib baxmırlar.

Bu hadisələr təzə bir şey deyildir, ildən-ilə o daha qorxunc şəkil alır. Mən bir yana seyrə

çıxarkən ilk növbədə təqribən 200 metr radiusda ərazini zibildən təmizləyirəm.

Yığışdırılması mümkün olan külli miqdarda tullantıları yığıb çuxurlarda basdırıram. Bir neçə

gündən sonra təbiət sanki minnətdarlıq əlaməti olaraq öz gözəl görkəmi ilə məni sevindirir.

Elə ki şənbə və bazar günləri yetişir, ölkəmizdə belə xəlvəti yerlər o qədər də çox

olmadığından ekskursantlarla heç olmasa dolu iki şəxsi maşın və avtobus gəlir, mən bazar

ertəsi yenə təmizləyirəm və bu, təkrarən davam edir. Təəssüf ki, təbiəti zibilləməkdən də

pis bu gün insanların qadir olduqları əməllər var. Bəziləri bütün zibilləri suya atır. Əgər

söhbət şüşə qabdan gedirsə, onlar əlavə səy göstərərək təzədən onu sındırırlar. Başqa bir

məsələ - nəcis problemi hər il məni məəttəl qoyaraq qəmə qərq edir. Açıq yerlərdə onlar

mənə tez-tez rast gəlir. Yaxınlıqlarındakı tualet kağızı parçaları onların insanlara

məxsusluğuna şübhə yeri qoymur. Lirik şairəni mənəviyyat məsələlərini qoyub belə

şeylərdən yazmasına görə qınamayın. Mahiyyətcə mən burada mənəviyyat məsələlərinə

toxunaraq onun yoxluğunu təsvir edirəm.

Vislava Szymborska. Krakov. 1996. Ədəbiyyat üzrə Nobel mükafatı laureatı

Biz çirkabda itib-batırıq

Azərbaycan haqqında məlumatlara əlavə mətnlərdə baxın.





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə