Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
17
LƏTİFƏ HƏSƏNOVA
t.e.d. BDU, Azərbaycan tarixi
(humanitar fakültələr üzrə)
kafedrasının professoru
BORAN ORDUXAN OĞLU ƏZİZ
t.e.n., BDU, Azərbaycan tarixi kafedrasının
(humanitar fakültələr üzrə) dosenti
E-mail:
Midush90@rambler.ru
boraneziz@box.az
ABDAL: MƏNASI VƏ YAYILDIĞI AREAL
Açar sözlər: Abdal, sufi, qızılbaş, Şah İsmayıl Xətai,etnonim
Ключевые слова: Абдал, суфи, кызылбаш, Шах Исмаил Хатаи, этноним
Key words: abdal, sophist, gizilbash, Shah Ismail Khatai, ethnonym
Qloballaşmanın gücləndiyi bir zamanda milli mənəvi dəyərlərin və özünəməxsusluğun qorunub
saxlanması getdikcə çətinləşir. Şouların ,çal-çağırların baş alıb getməsi də bu prosesə açıq-aydın
kömək edir. Bu səbəbdən televiziyalarda düşündürücü, maarifləndirici verilişlərin artması çox
vacibdir. Yaxşı haldır ki, İctimai televiziyada bu istiqamətdə bir sıra verilişlər hazırlanır. Bu verilişlər
gənc nəslin milli özünüdərkinin güclənməsinə, qan yaddaşının təzələnməsinə yardımçı olur. Belə
verilişlərdən biri də “Bir kəndin nağılı” dır. Milli ruhda hazırlanan bu verilişdə xalqımızın
etnogenezisinin müxtəlif aspektləri, ayrı-ayrı tayfaların, yaşayış məntəqələrinin adlarının mənası,
yayılma arealı bütövlükdə türk və müsəlman dünyası ilə bağlılığı və s. tamaşaçılara çatdırılır. Yaxşı
haldır ki, bu zaman onlar problemlə bağlı elmi fikir bildirə bilən müxtəlif ixtisas sahiblərinin –
tarixçilərin, dilçilərin, coğrafiyaşünasların fikirlərini tamaşaçılara çatdırırlar. Bəzən onların
fikirlərində müəyyən fərqlər də gözə dəyir. Ancaq belə verilişləri izləyib ziddiyyətli fikirlərə rast
gələnlər, ya müvafiq ensiklopediyalara, kitablara , buna əli çatmırsa tanıyıb inandığı elm adamlarına
müraciət edib müvafiq bilgi alaraq fikir mübadiləsi aparırlar. Yəni bu verilişlər insanları düşünməyə,
fikir mübadiləsi aparmağa vadar edir. Şahidiyəm ki, hətta mütəxəssislərin özləri də bu verilişdə
səslənən mülahizələri saatlarla müzakirə ediblər. Əslində maarifçilik də elə budur. Bundan başqa ayrı-
ayrı tayfaların, yaşayış məntəqələrinin adı izah edilərkən digərləri də həm özlərinin, həm də
kəndlərinin tarixi haqqında düşünməyə məcbur olur. Mən kiməm, qohum-əqrabalarım kimdir, köküm
haradadır sualını özünə verir. Çar və Sovet Rusiyası dönəmində qəsdən kimliyi dolaşdırılan , təhrif
edilən mövzular istiqamətində xalqa ardıcıl elmi məlumatlar çatdırılması həm də milli mənəvi
borcdur. Verilişdə respublikamızdakı müxtəlif toponimlərin, etnonimlərin bütün türk dünyası, o
cümlədən Türküstan , Anadolu, Güney Azərbaycan, Gürcüstan, Ermənistan və s. yerlərdəkilərlə
bağlılığının izah edilməsi də yaxşı haldır.
Bu yaxınlarda “Bir kəndin nağılı”nda abdallar haqqında veriliş də maraqla qarşılanmış və xeyli
müzakirəyə səbəb olmuşdur. Bu müzakirələrin bir qismində iştirak edərkən belə qənaətə gəldim ki,
obyektiv və ya subyektiv səbəblərdən bu sözün mənası sonadək tamaşaçıya çatdırılmayıb. Ona görə
bir daha abdal etnoniminin izahına qayıtmalı olduq.
Qeyd edim ki, xalqımızın etnogenezisində iştirak etmiş tayfalardan biri də abdallar olmuşdur.
Qədim türk soylarından olan abdalların Ön Asiya və Qafqazda məskunlaşması barədə mənbələrdə
Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
18
xeyli məlumatlar mövcuddur. Belə müəlliflərdən biri olan VI əsrdə yaşamış Suriyalı Zaxari Ritor
abdalların adını hun tayfaları ilə birlikdə çəkir və onların Dağıstan hüdudunda yaşadığını qeyd edir. O,
burada 13 tayfadan birinin də abdallar olduğunu göstərərək yazır ki, onlar “... çadırda yaşayırlar,
dolanışıqları mal-davar əti, balıq, vəhşi heyvanlar və silah hesabınadır” (1, 665) . Maraqlıdır ki,
görkəmli rus şərqşünası V.V.Bartold və “Türkmənistan SSR tarixi” nin müəllifləri də abdalları hun
tayfalarından biri hesab etmişdilər. Bundan başqa qazaxların, başqırdların, qaraqalpaqların da
tərkibində eyni adlı tayfa olmuşdur. (2,180; 3,141; Daha sonra bax: 4, 194). Mənbələrdə heftal, heptal,
eftal kimi qeyd edilən etnonim abdal adının müxtəlif fonetik formalarıdır.
Elmdə Hunların abdal qolunun bir hissəsinin Anadoluda yerləşməsi barədə də məlumatlar var.
Məsələn, Səfəvilər dövrü tarixçilərinin ən görkəmli nümayəndəsi olan İsgəndər bəy Münşi 1629-cu
ildə tamamladığı “Tarixi- aləm –ara-yi Abbasi” adlı əsərində 1628- ci il hadisələrdən bəhs edərkən
yazır ki, “Şamlı elinin əbdallu oymağından olan adlı-sanlı əmir Həsən xan atası Hüseyn xanın yerinə
Xorasan bəylərbəyidir” .(5, 137) Qeyd edim ki, orta əsrlərdə Səlqcuqlara qədər və Səlcuqlar dövründə
Hələb bölgəsində yaşamış türkmən oba və elləri ərəb mənbələrində “ətraki şamlı”, fars mənbələrində
“türkmane şamlı, şam türk- mənləri, türk mənbələrində isə sadəcə “şamlı” kimi
göstərilmişdir.Tanınmış rus alimi V.A.Qordlevski Anadoluda “taifə abdalan”, “abdalani Rum” və s.
sözlərinə təsadüf etdiyini yazır. Doğrudur, görkəmli tədqiqatçı Fuad Köprülü, Anadolu abdallarını
(abdalan-i Rum) Babailik cərəyanının daha sonrakı görünüşündən başqa bir şey hesab etmir.Ancaq ,
Türkiyədə Bursa-Mudanya yolu üzərində Nülufər çayı üstündə XVII yüzilə aid Əcəmlər körpüsü
adıyla bilinməkdə olan Abdal körpüsü mövcuddur. Osmanlı dövlətinin quruluşuna aid mənbələrdə adı
keçən Anadolu abdallarından biri Abdal Kumral, yaxud Kumral Abdal olmuşdur. Osmanlı
mənbələrində Sultan II Murad dövründə yaşayan Anadolu abdallarından Abdal Mehmed, Abdal
Murad,
bəktaşi
ənənəsində önəmli yeri olan Abdal Musa, Antalyanın Elmalı ilçəsinə bağlı Təkkə
(Təkə) kəndində XIV yüzildə qurulmuş Bəktasi təkkəsi olan Abdal Musa Təkkəsi, İstanbulda
Davutpaşa və Qoca Mustafapaşa səmtləri arasındakı Həkimoğlu Əli paşa Külliyəsi içində qalan XVII
yüzilə aid abdal Yakup təkkəsi haqqında da xeyli məlumatlar vardır. (12, 62-66). Anadoludakı
qızılbaşların durumundan bəhs edərkən bu problemin ən yaxşı araşdırmaçılarından olan İren xanım
Melikoff məsələyə başqa prizmadan yanaşaraq yazır: “Yerleşik hayat tarzı, dervişlerin şehir ve
kasabalara yakın yerlerde bulunan tekkelere yerleşmesine neden oldu. Bu dervişler, Osmanlı
hakimiyyetinin ilk üç yüz yılı boyunca, kendilerine insanlarda bulunan, timarlar veren padişahlar
tarafından korundular. Osmanlılar yeni fethettikleri toprakların kolonileşmesinde de tarikatarı
kullanmışlardır. Osmanlılar tekkeleri Anadolunun kutsal kesimlerindeki heterodoks və karğaşa
çıxaran unsurları denetim altına almak için de kullandılar; bu yörelerde, bazı anarşist derviş qrupları
ortaya çıkmışdı: Abdallar, Torlaklar, İşıklar və daha genel bir isim ilə Kalendar adıyla bilinen qruplar.
Bu qrupların kendi dini liderleri, yerel evliyaları vardı. Fakat kısa bir zaman sonra Osmanlı
hükümdarlarının çabaları sonucu bu evliyaların hepsi tek bir şahsiyetin adı altında toplandılar: Halkın
dinsel yaşamına hakim olan Hacı Bektaşi Veli” (11, 8-9). A.A.Bakıxanov da azərbaycanlıların
tərkibində abdal tayfasının olduğunu qeyd etmişdir. Azərbaycan tarix elminin inkişafında böyük
xidmətləri olan A.A. Bakıxanov 1739-1740-cı ildə Car-Balakəndə baş verən hadisələrdən bəhs
edərkən yazır: “Hicri 1151-ci (1739) ildə Nadir şah Hindistan səfərində olduğu zaman, Car və Tala
ləzgiləri yerlərinin möhkəmliyinə güvənərək üsyan etdilər. ...İbrahim xanın qoşununu məğlub etdilər
və onlardan bir çoxu öldürüldülər.
Nadir şah Hindistanı fəth etdikdən sonra, Əfqanıstana gəldi. Hicri 1152 (1740) ildə Nadirbaddan
Qəni xan abdallını , öz tayfası ilə Türküstan səfərindən azad edib Şirvana göndərdi.
Abdallı igidləri könüllü olaraq, qoşunun ön dəstəsində gedirdilər. Səhərdən axşama qədər
şiddətli döyüş davam etdi. Hər iki tərəfdən bir çox adam tələf oldu. Ləzgilər daş yumbaladıb, tüfəng
atmaqla özlərini müdafiə etdilər, ancaq bundan bir fayda hasil olmadı. Abdallılar gecə yarısına qədər,
həmin dağı qalxıb, 100 nəfər tələfat verməklə, o səngəri də tutdular” (6, 172-173).
Başqa bir mənbədə “Tarix-i Nadir”də və prof İ.Məmmədovun İstanbulda çap olunmuş
“Azərbaycan tarixi” kitabında da bu hadisələrdən-Çar və Talada baş verən üsyanlardan bəhs edilmiş
Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
19
və abdalların adı çəkilmişdir”... Nadir durumu Hindistanın Peşaverində öğrenince, Emir Arslan Han
komutasında Kırklı Afşarlarından bir miktar askeri bölgeye sevk etdi. Çıkardığı bir fermanla da
Gürcüstan hakimi Safi Han Begağırı İbrahim Hanın yerinə atadı. Ardından Nadirin emriyle Koca
Ahmedlilerden Feth Ali Han, Kırklı Afşarlarından Muhammed Ali Han, Gürcüstan hakimi Safi Han
birlikləri və onlara gönüllü katılan Çar və Gence bölgesinde oturan Abdallı Türklerinden oluşan
kalabalık ordu, üsyan edən Dağlı qrupları sert biçimde cezalandırdıkları gibi, onlara katılan qrupları
da etkisiz hale getirdiler”.(8, 433).
Albaniyanın Kalankatuk kəndindən olan Moisey Kalankatuklu VII yüzildə yazdığı “Albaniya
tarixi” adlı əsərində abdalların adını qeyd etmişdir. Onun fikrincə abdallar (heptallar) IV əsrdə
Makedoniyalı İsgəndərin hakimiyyəti dövründə (e.ə. 336-323-cü illər) buraya köçürülmüşdür.
Bununla yanaşı orta əsrlərdə Yaxın və Orta Şərqdə o cümlədən Azərbaycanda əbdal (abdal) adlı
sufi dərviş icması da mövcud olmuşdur. İslam ensiklopediyasında yazılır ki, abdal “Dünya
ilgilerinden kurtularaq kendisinin Allah yoluna adayan və ricalül-qayb diye adlandırılan evliya
zümrəsi içində yer alan sufi veya erenler hakkında kullanılır. Abdal kelimesi Arabcada, ikisi də
“karşılık, birinin yerinə keçen” manalarına gelen bedel və bedil kelimelerinin çoğulu olmakla birlikte,
zamanla Farsca və Türkcede tekil manasında kullanılmış və Farscada “abdalan”, Türkcədə “abdallar”
şeklində çoğul yapılmış: ayrıca tasavvüf terminolojisinde abdalla birlikde, aynı manada olmak üzere
budela kelimesi de kullanılmışdır. Bu kelimelerden hiçbiri, sonradan tasaffüvun abdal geleneğinde
ihtiva etdiyi mana ilə Kurani-i Kerimde yer almamışdır. Ancak hadis diye ziyaret edilen... bazı
sözlerde hem abdal və budela kelimeleri geçmekte, hem de bunların nitelikleri, sayıları və yaşadıkları
yerlerden söz edilmektedir”. (12, 159). Məlumdur ki, tarixən “dərviş” sözü farscadan “qapı-qapı
dolaşan”, “dilənçi” anlamındadır. İslam ölkələrində bu söz “təriqət adamı” , “təriqətə mənsub olan
kimsə” mənası almışdı. Oturaq həyat keçirən dərvişlərlə yanaşı, onların müsafir həyat sürən, “abdal-
qələndər” qolları da vardı. Bu sonuncular da daimi yaşayış yerləri ilə bağlı idilər. Ancaq zaman-zaman
mahal və vilayətləri, hətta ölkələri gəzən bu təriqət adamları, yəni “yol” adamı kimi dolaşmalı,
“təriqət “sözünü” insanlara yetirməli idilər. XIV yüzildə dərviş icmaları, xüsusilə abdal qələndəri
dərvişləri Azərbaycanın Ərdəbil əyalətində və Gündoğar Anadoluda dövlətə qarşı bir sıra təhlükəli
çıxış və üsyanlar keçirərək böyük nüfuz qazanmışdılar. O zaman dərvişlər, sonralar (XYI yüzilin
ortalarından başlayaraq) olduğu kimi, aşağı zümrə deyil, nisbətən yüksək yaşayış tərzi olan insanlardı.
Abdal-qələndər və ya “dərvişi-qələndəriyyə” sufiləri həm də işıq adlanırdılar” (7, 302). Tanınmış
tarixçi, əməkdar elm xadimi S.Əliyarlı yazır: “Ola bilsin ki, əski hun “abdal” soyadı burada “əbdal”
(ərəbcədən “bədəl” sözünün cəmindən alınması ehtimal olunur) sufi dərviş termini ilə çulğaşıq bir
sintez keçmiş, nəticə etibarilə qədim “abdal”a aid olan etnik məba bir növ təsəvvuf yosunu ilə
“hörülüb” dəyişilmişdir” (4,194). Bu görkəmli tədqiqatçı doğru olaraq göstərir ki, “... Nəsimi və Xətai
yaşayan yüzillərdə əbdal artıq təriqətə təmənnasız xidmət edən sufi, gəzəri, dərviş-qələndərdir”
(4,194).
İslam ensiklopediyasının I cildində (İstanbul, 1988) yazılanlara görə o zamankı sufiliyin on
mərtəbəli silsiləsində Anadolu abdalları dördüncü mərtəbəyə aiddir. “Osmanlı Dövletinin
kuruluşunda, qaziler (veya alp-erenler), ahiler (əxilər B.Əziz, L.Həsənova), baciyan-i Rum ile birlikte
büyük hizmetleri görülen dördüncü sosiyal zümrədir” (.12, 61; 4, 194). Abdal təriqətinin yarandığı yer
barəsində elmdə müxtəlif fikirlər mövcuddur. Məsələn, bunlardan birində yazılır:” ... bu esrarengiz
insanların Suriye və İrak ahalisinden olduklarını belirtmekdedir. Şüyütüye göre kırk abdalın iyirmi
ikisi Suriyede, on sekkizi İrakta ikamet eder. Başqa bir revayette isə abdalların kırkının da Suriyede
olduğu kaydedilmiş və bunların iyirmi beşi Humusta, on ikisi Şamda, üçü de Beysanda gösterilmişdir.
Abdalların bu suretle bir iki ülkede veya bir ülkenin değişik şehirlerinde gösterilmesi, bu bölge halkı
için bir şeref sebebi sayılmış, bu yüzden öteki bazı ülkeler de böyle bir şeref kazandırabilmek için ,
abdalların dışında başka faziletli ve manavi nüfuz sahibi uluların da buralarda bulunduğundan söz
edilmişdir” (12, 60).
Bu təriqətin dünyagörüşünün mərkəzində haqsızlığın, ədalətsizliyin baş alıb getməsinin səbəbi
insanların dünya malına hərisliyi, tamahkarlığı, var-dövlət qazanmaq üçün hər hansı bir əxlaq
Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
20
qaydalarını gözləməməsi, başqasının, hətta bir sıra hallarda öz yaxınlarının belə alın təri, əlinin qabarı
ilə qazandığını insaf, mürvət gözləmədən, allahsızcasına qamarlamasıdır. Ona görə abdallar insanlarda
təmənnasız yaxşılıq etmək, əl tutmaq, nəfsini boğa bilmək, gözü-könlü tox olmaq, halallıq,
düzgünlük, həqiqətsevərlik əxlaqını formalaşdırmağı vacib hesab edirdilər. “Şəriət, təriqət yoldur
gedənə, həqiqət, mərifət ondan içəri” düşüncəsində alan abdallar bütün hallarda çətinliklərə
baxmayaraq insanları həqiqətə söykənməyə çağırırdılar. Ancaq onlar bütün əhalini bu kultun düşüncə
sahibi edə bilməyəcəyini anlayıb, onlara ehtiramla yanaşan Qızılbaşlara qoşulub onun bir qatını təşkil
etdilər. Çünki, Qızılbaşlar xalqın məhz belə əxlaqa sahib olmasına çalışdıqlarını bildirirdilər və XV
əsrin ortalarında siyasi bir qüvvəyə çevrilmişdilər. Sonralar hətta Osmanlı Sultanı Sultan Səlim
Qızılbaşlara, həmçinin abdallara qarşı şərt cəza tədbiri görəndə belə onları yollarından döndərmək
mümkün olmadı: Pir Sultan Abdal yazırdı:
Qadılar, müftilər fitva yazarsa,
İstə kəmənd, istə boynum saarsa,
Dönən dönsün, mən dönməzəm pirimdən.
Abdalların belə həyat tərzi, dünyagörüşləri, yaşam prinsipləri dövrünün görkəmli adamlarının,
şair və yazıçılarının, elm adamlarının diqqətini çəkmiş, əsərlərində onları dəfələrlə hörmətlə yad
etmişdir. Məsələn, Təvəkkül ibn Bəzzaz tərəfindən XIV əsrin II yarısında yazılmış “Səffat əs-səfa”
əsərində əbdal xeyirxah
adamlar, şərif (müqəddəs) şəxsiyyətlər, Peyğəmbərə yaxın adamlar mənasında
işlənmişdir.Onun fikrini başqa bir mənbə də qüvvətləndirir: “Abdal telakisi, ilk defa ortaya çıktığı
sıralarda, abid və zahidlerle birlikte muhaddis və fakihler için de kullanılmaktaydı. Nitekin itimada en
yakın bilinen abdal hadislerini nakleden Ahmed b. Hanbel, yüryüzünde muhaddislerden başka abdal
tanımadığını söylemişdir (12, 59).
İbnül Ərəbiyyə görə isə Allah yeddi iqlimi yeddi abdal vasitəsiylə qoruyur”... Yedi semanın
ruhaniyyeti bunlara bağlıdır və her abdal güçünü , her biri yedi samanın birinde bulunan
peygamberlerden alır ki, bunlar İbrahim, Musa, Harun, İdris, Yusif, İsa və Ademdir. Ayrıca
peyqamber Yahya da İsa ilə Harun arasında gidip gelerek bu peyqamberlerden aldığı hakikatleri yedi
abdalın kalbine indirir”. Bundan başqa , İbnül-Ərəbi həftənin yeddi günündə olacaq hadisələrin yeddi
iqim və yeddi peyğəmbər vasitəsilə abdallara çatdıran yeddi abdalın aşağıdakılar olduğunu
göstərmişdir”... Abdülhay, Abdülhalim, Abdülmürid, Abdulkadir, Abdulkahir, Abdüssemi və
Abdülbaşır” (Bax: 12, 59).
Bundan başqa A.A.Bakıxanov Bakı kəndlərindən birində yaşayan Şeyx Əbu Səid Abdal
Bakuvidən bəhs edərək yazmıdır:”Yoxsul olmasına baxmayaraq, kəramətlə tanınmış və son dərəcə
əliaçıq bir dərviş olmuşdur. Bakı şəhərinin xaricində bir sovməzdə oturub ibadətlə məşğul idi. Azacıq
olan mədaxili ilə yanına gələnləri qonaq edərdi. Sultanların fərmanları mücibincə Şibani nefti və
əkinləri onun türbəsinin məsarifinə məxsus idi. Axırda bu ölkənin vəziyyətində əmələ gələn iğtişaş
nəticəsində onun məscid və mehmanxanası xarab olub, qəbri və ibadət ediyi yer torpaq altında
qalmışdır. Bu yerdə olan bir neçə ev “Xəlifə damı” adı ilə məşhurdur.O, öz həyatı və gəlib-gedənlərin
xərcini bir quyunun mədaxili ilə təmin edirdi. Bir gün Sultan buraya gəldi (Hülaki xanın nəvəsi,
Elxanilər dövlətinin hökmdarı Olcaytu Məhəmməd Xudabəndə (1304-1316-cı illər) nəzərdə tutulur-
B.Əziz, L.Həsənova)”... Sultan ona bəxşiş vermək istədi. Dərviş razı olmayıb dedi: Bu miqdar ilə
rüzigarım keçir, bundan artığına ehtiyacım yoxdur. Onun sözü Sultana xoş gəlib, necə yaşadığını
bilmək istədi. Onun hal və əhvalı sultana məlum olunca: “Sənin səltənətinə afərin olsun” dedi. O,
dərviş ilə qardaşlıq əli tutub buyurdu: məni yaddan çıxartma. Dərviş sultanın xatirini saxlayıb, hər il
onun üçün hədiyyə göndərirdi. Sultan da hədiyyələri öz böyük xidmətkarlarından Qara Məhəmməd
adlı birinə tapşırırdı ki, onları satsın və gələn mədaxili onun üçün kəfən pulu saxlasın.(6-244-245)
Professor S.Əliyarlı yazır: “Nəsimi abdal və qələndər adını daşıyanları ehtiramla dilinə gətirir.
Çünki, hər ikisi “vücüdun tanımış”, “nəfsini bilmiş” haqq aşiqi, arif, əhli həqdir.
Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
21
Aşiqin adı nədən abdal imiş?
Anda kim, hərfi həmişə dal imiş
Hərfi dal olmuş vücudun tanımış
Kim ki, bildi nəfsini abdal imiş” (4, 195)
Məlumdur ki, Səfəvi dövlətinin yaranmasında ictimai-siyasi, iqtisadi amillərlə yanaşı
Azərbaycan və qonşu ölkələri də əhatə etmiş qızılbaş hərəkatı da mühüm rol oynamışdır. Müxtəlif
qatlardan ibarət olan bu hərəkat ideoloji baxımdan saflıq uğrunda mübarizə üçün uyğunlaşdırılmış
şiəlik bidətçiliyi bayrağı altında çıxış etmişdi.
Azərbaycan Səfəvi dövlətinin qurucusu olan Şah İsmayıl bu hərəkat siyasi cəhətdən uğur
qazandıqdan sonra yaranan dövrü mehdilik səltənəti (“İrişdi vədəsi Sahibi zamanın...”) kimi
xarakterizə etmişdir.(7, 367-368).
Səfəvi dövlətinin yaranmasında mühüm rolu olan, Qızılbaş hərəkatına qoşulub sonradan onun
içərisində bir növ “əriyən” sufi-dərviş təriqətlərindən bəhs edərkən Şah İsmayıl Xətai yazırdı:
“Şahin övladına iqrar edənlər
Əxilər, qazilər abdallar oldu” (7, 368)
Qeyd edim ki, Nəsimi və Şah İsmayıl Xətainin abdal təriqətinə münasibətində incə bir fərq də
var. Süleyman müəllim yazır: “Nəsimi abdallara münasibətini “qələndər surətəm” şəklində ifadə
etmişsə, Xətai “qələndər dərvişəm meydana gəldim” kimi ifadələri ilə özünü abdal etiqadının
nümayəndəsi kimi qələmə verirdi:
Xətaiyəm, bir haləm
Əlif üstündə daləm,
Sufiyəm təriqətdə
Həqiqətdə abdaləm”. (4, 195)
Bu təriqət Şah İsmayıl Xətaidən sonra iki dəfə 1535 və 1554-1555-ci illər siyasi mübarizələrində
də ön cərgədə olub.
Abdal təriqətini qəbul edənlər Səfəvi hökmdarı Şah Abbasın dövründə də ona yaxından
köməklik etmişdi. Məsələn, Əfqanıstanda Gilzayi tayfaları Səfəvi dövləti üçün ciddi təhlükə
yaratmışdılar. Bunu aradan qaldırmaq üçün Şah Abbas abdalların bir hissəsini Qəndəhara
göndərmişdi. Ancaq sonralar mərkəzi hökumət abdallara lazımı köməklik göstərmədiyi üçün onlar
Herata gəlməyə və burada məskunlaşmağa məcbur oldular. (Bax: 8, 422; 9,179, 183-184).
Dörd cildlik “Azərbaycan dilinin izahlı lüğəti” nin 2006-cı ildə çap edilmiş I cildində də abdallar
haqqında məlumat verilmişdir. Orada abdal sözünün yalnız iki mənada işləndiyi göstərilərək
yazılmışdır: “1. Sərsəri, avara, dərbədər. Gözəllərin bir xümsü zəkatı; Nə aşiqə nə abdala yetişməz.
Aşıq Ələsgər. Yetişdim bir kəndə eylədim sual; Qapı-qapı gedib olmuşam abdal. Miskinli
Məhəmməd// Söyüş mənasında (Oğuz) Baxınıb durma, haydı kisəni al! Gəl işim var səninlə, gəl
abdal! H.Cavid // köhn. Dərviş, qələndər. Sufiyəm, əmma nə bu abdaldən; Haq sevən insanəm, o
şirvanlılar M.Ə.S.
2. Köhn. Dərviş qələndər” (13, 28)
Göründüyü kimi burada ciddi səhvə yol verilərək abdal sözünün etnonim kimi mənası barədə bir
kəlmə də olsun yazılmayıb. Abdal tayfası və onların etnik kimliyi barədə yuxarıda bəhs etdiyimizdən
bir daha onun üzərinə qayıtmayıb deməliyik ki, verilən şerlər də bu sözün göstərilən mənasını tam
açmır. Fikrimizcə abdal sufi-təriqət dünyagörüşünə malik olan insanların yaşam tərzi, ideologiyaları
ətrafdakı adamlar tərəfindən qəbul edilmədiyi, yaxud başa düşülmədiyi üçün onlara lüğətdə göstərilən
birinci mənadakı sözlər deyilmişdir. Görünür abdallara bu adın verilməsində onların qızılbaş
ideologiyasını qəbul etməsi, Səfəvilər dövlətində oynadığı rolun da təsiri olmuşdur.” Beləliklə o
zaman (XIV-XV yüzillər-B.Əziz, L.Həsənova) dərviş icmaları asketlik, “tərki-dünyalıq” yaşayış
qanunu ilə bağlı olsa da, hələ həqarət və miskinlik təcəssümü deyil, daha çox pərəstiş, inam, işıq ocağı
idi. Çünki, dərviş kamil insan toplumundandır. Bu topluma isə Məhəmməd peyğəmbərdən sonra
kütüblər, müqəddəs pirlər, abdallar, dərvişlər və mürid-yoldaşlar daxil idilər. Bir kamil insan olmaqla
dərviş içindəki kini, nəfsi, tamahı, acgözlüyü, ehtirası, amansızlığı, bir sözlə bütün pislikləri tərk
Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
22
etmiş, rəhmdil, xeyirxah, yazıqlara əl tutan bir dünya bulmuşdur. Nəsimi sözləri ilə söyləsək , abdal ,
aşiq, “hərfi dal olmuş, vücudun tanımış”, nəfsini bilmiş bir insandır” .(7, 303).
Kembric universitetinin professoru L.Lokhart 1958-ci ildə nəşr etdirdiyi “Səfəvi sülaləsinin
tənəzzülü və İranın Əfqanlar tərəfindən işğalı” adlı monoqrafiyasında bu hadisələrdən geniş bəhs
etmiş və abdalları...”çox comərd və hərbsevər adamlar” kimi xarakterizə etmişdir. O, həmçinin qeyd
edirdi ki, Səfəvi dövlətinin şərqində”... ən güclü tayfalar gilzaylar (qərzayilər) və abdallar idi.
Birincilər Qəndəhar ətrafı ərazilərdə, sonuncular isə Herat vilayətində yaşayırdılar”. (10, 10-11, daha
sonra bax: 9, 179-183;).
Lokhart daha sonra yazır: “Şah I Abbasın 1597-ci ildə abdalların ən nüfuzlu tayfalarından biri-
popolzaylardan (popolzai) olan Sadonu (Sado) abdalilərin başçısı təyin edib, ona “Miri Afaqina”, yəni
əfqanların lideri titulu verməsi”-ilə sonuncuların gilzaylardan azad olması təsdiqlənmişdi. Buna görə
minnətdar olan abdallar sonralar, daha dəqiq 1622-ci ildə Qəndəharın moğollardan alınmasında şaha
yardım göstərmiş, əvəzində Şah I Abbas Sadoya Sultan titulu bəxş etmişdi. Abdallar da gilzaylar kimi,
ortodoks moğoldansa, bidətçi də olsa tolerant Səfəvi hökmdarına üstünlük verirdilər” .(10, 96)
Mənbələrin müqayisəli təhlili göstərir ki, təriqəti az da olsa qeyri-türk əhalisi də qəbul etmişdi.
Hətta onların bir qismi Səfəvi dövlətinin rəsmi ideologiyası olan şiəlikdən fərqli olaraq sünni
olmuşdur. Məhz bunu nəzərə almayan bəzi Avropa tədqiqatçıları abdal təriqətinə mənsub olan
tayfaların mənşəyi barədə bəzən yanlışlıqlara yol veriblər. Məsələn, Gilzayların mənşəyi barədə elmdə
müxtəlif fikirlər mövcuddur. Tarixçilər onları Türk və ya Əfqan kökənli hesab etməkdədir. Qeyd edək
ki, Qərzayi adıyla bilinən bu tayfanın təmsilçilərindən biri olan Həmid Qərzayi ABŞ-ın Əfqanıstana
müdaxiləsindən sonra devrilən Taliban hökuməti yerinə 2001-ci ildən bəri Əfqanıstanın rəhbəridir.
Lokhartın fikrincə Qərzayilər(Gilzayilər) “...əfqanlaşmış abdal boyları idi... Abdallar sərbanilərdən
(sarbani) törəndiklərini iddia edirlər. Bu tayfanın ortaya çıxması Abdal ibn Tarın ibn Şərhbun ibn
Sarvan ibn Qeysin Çistiyyə təriqətinə girən və abdal olan şəxsin adı ilə bağlıdır”.(Bax: 8, 422; 9, 184;
10, 95)
Görkəmli rus tədqiqatçısı professor İ.P.Petruşevski mənbələrə istinad edərək XVIII yüzildə
Səfəvi dövlətinin Azərbaycana aid olan bəylərbəyliklərinin sərhədləri, gəlirləri, əsgəri gücü, əhalisinin
sayı haqqında çox maraqlı cədvəl tərtib etmişdir. Həmin cədvəldə Azərbaycan bəylərbəyliyinin Təbriz
mahalında yaşayan abdalların 500 eldən ibarət olduğu, onların hakiminin gəlirlərinin 88 tümən 5.723
dinar, əsgəri gücünün 100 nəfər olduğu göstərilmişdir. (8,449) Hazırda Ağdam, Sabirabad, Göy-Göl,
Oğuz, Tovuz, Qubadlı rayonlarında “Abdal”, “Abdallı”, “Abdalanlı” və s. adlı kəndlər, Tiflis
quberniyasının Borçalı qəzasında “Abdallı” kəndi, Naxçıvanda və Şimali Qafqazda “Abdal dağı”,
Tovuz rayonundakı çayda bu ad yaşamaqdadır. (14,8) Qeyd edək ki, 1923-cü ilə qədər Laçın
rayonunun inzibati mərkəzi “Abdallar” olmuşdur. Mənbələrin tədqiqi göstərir ki, bu toponimlər abdal
tayfasının adından götürülmüşdür.
İSTIFADƏ OLUNMUŞ ƏDƏBİYYAT:
1.
Пигулевская Н.В. Сирийские источники по истории народов СССР. Хроника Захария
Ритора. М-Л, 1941.
2.
Бартольд В.В. Сочинения, т.2, ч.1, М.,1963
3.
История Туркменской СССР. т.1, ч.1, Ашхабад, 1957.
4.
Əliyarov S. Azərbaycanda bidətçilik hərəkatına dair ədəbi mənbələrin araşdırma
təcrübəsindən.- Azərbaycan filologiyası məsələləri. B., 1983.
5.
İsgəndər bəy Münşi Türkman. Tarix-i aləmara-yi Abbasi. I c., B., 2009.
6.
Azərbaycan tarixi.Uzaq keçmişdən 1870-ci ilə qədər.II nəşr. B.,2009
7.
Mehmetov İ. Türk Kavkasında siyasi ve etnik yapı.Eski çaglardan günümüze Azerbaycan
tarihi.İstanbul 2009
8.
Dadaşova R.Səfəvilərin son dövrü.B.,2003
9.
Lokhart L.Səfəvi sülaləsinin tənəzzülü və İranın Əfqanlar tərəfindən işğalı.Kembric
1958,(ingiliscə)
10.
Melikoff İ.Bek taşilik.Kızılbaşlık:Tarihi bölünme ve sonucları,Alevi kimligi,
Tarih Vakfı Yurd Yay.İstanbul 1999
Гядим дювр вя орта ясрляр
Тарих вя онун проблемляри, №3 2010
23
12.İslam Ansiklopedisi,c.,1,İstanbul 1988
13.Azərbaycan dilinin izahlı lügəti.Dörd cilddə,I c.,B.,2006
14.Azərbaycan toponimləri.Ensiklopedik lügət.B..1999
Д.и.н. ГАСАНОВА ЛЯТИФА
К.и.н. АЗИЗ БОРАН ОРДУХАН ОГЛЫ
БГУ, Кафедра Истории Азербайджана
(для гуманитарных факультетов)
E-mail:
Midush90@rambler.ru
boraneziz@box.az
“АБДАЛ: ЗНАЧЕНИЕ И АРЕАЛ ПРОЖИВАНИЯ”
Проведение исследований сфальсифицированных во время царской и советской России
вопроса этногенезиса имеет важное научное и воспитательное значение. Одним из племен уча-
ствующих в формировании нашего народа были абдалы. На основе источников, исследователь-
ских работ и сравнительного анализа энциклопедий исследованы и этноним слова aбдал, рели-
гиозно-суфистское, значение, а так же ареал проживания.
d. h. s. LATIFA HASANOVA,
c. h. s. B. O. AZIZ.
BSU Department of Newtime
and modern Histtory of Azerbaijan.
E-mail:
Midush90@rambler.ru
boraneziz@box.az
“ABDAL: THE MEANING AND THE AREA OF SPREADING”
Conducting research on ethno genesis a subject which has been falsified during the times of
Chariest Empire and Soviet Union has scientific importance. Abdals are one of the nations that
have been involved in the forming of our nations. In this article the sophist and ethnonymical
meanings of abdal have been researched by using comparative researches of different the
resources, researches and encyclopedias.
Ðÿé÷èëÿð: ò.å.ä. È. Çåéíàëîâ, ò.å.ä. È.Ì. Ìÿììÿäîâ
Áàêû Äþâëÿò Óíèâåðñèòåòèíèí Òàðèõ ôàêöëòÿñèíèí «Àçÿðáàéúàí òàðèõè» (ùóìàíèòàð ôàêöëòÿëÿð
öçðÿ) êàôåäðàñûíûí 30 ñåíòéàáð 2010-úó èë òàðèõëè èúëàñûíûí ãÿðàðû èëÿ ÷àïà ìÿñëÿùÿò ýþðöëìöøäöð.
(ïðîòîêîë ¹2)
Dostları ilə paylaş: |