aktivləri 22,8 milyard dollara çatıb, yəni
1-ə fondun aktivləri 22,8
14 •
/
№37, 2011
İqtİsadİy yat
Bu il Azərbaycan “Əsrin müqaviləsi”-
nin imzalanmasının 17 illiyini qeyd
edəcək. Bu strategiyanın reallaşdı-
rılmasını necə qiymətləndirirsiz və
ötən illər ərzində o, qarşısına qoyulan
vəzifələrin – gəlirlərin toplanması və
neft-qaz sektorunun ölkənin iqtisadi
inkişafının lokomotivinə çevrilməsi
vəzifələrinin öhdəsindən necə gəlib?
“Əsrin müqaviləsi”-nin imzalanması
ilə Azərbaycanda Milli neft strategiyası-
nın reallaşdırılmasının əsası qoyulub və
ölkənin iqtisadi həyatında yeni mərhələ
başlayıb. Strategiya ilə müəyyən edilən
vəzifələrin həyata keçirilməsi zamanı
Azərbaycanın neft sektoruna milyard-
larla dollar xarici investisiya cəlb edilib,
neft və qazın dünya bazarlarına nəqli
üzrə çoxvektorlu nəqliyyat infrastruktu-
ru yaradılıb, növbəti mərhələdə isə neft
və qazın satışından əldə edilən gəlirlərin
saxlanılması və səmərəli idarə edilməsi
mexanizmini icra edən Neft Fondu yara-
dılıb. Əgər 2001-ci ildə Neft Fondunda
cəmi 271 milyon dollar toplanmışdı-
sa, 2011-ci ilin yanvarın 1-ə fondun
fondun vəsaitləri 84 dəfə artıb. Bununla
yanaşı, bu müddət ərzində infrastruktur
və sosial layihələrə təxminən 2,6 milyard
dollar sərf edilib, dövlət büdcəsinə isə
20 milyard dollara yaxın vəsait köçü-
rülüb. Öz növbəsində, dövlət büdcəsi
vasitəsilə bu vəsaitlər dövlət proqram-
larının icrasına, qeyri-neft iqtisadiy-
yatının inkişafı və stimullaşdırılması
üzrə tədbirlərin həyata keçirilməsinə
yönəldilib. Nəticədə 2010-cu ildə
ölkədə qeyri-neft sektorunun artım
tempi 7,6% təşkil edib. Beləliklə, indi
əminliklə demək olar ki, Azərbaycanda
neft gəlirlərinin yığımı üzrə vəzifələr
uğurla yerinə yetirilir, bununla yana-
şı, bu gəlirlərin məqsədyönlü istifadəsi
neft-qaz sektorunu ölkənin iqtisadi inki-
şafının lokomotivinə çevirməyə imkan
verir.
Bu strategiyanın reallaşdırılmasın-
da, eləcə də Azərbaycanın iqtisadi
inkişafının yeni mərhələsində Dövlət
Neft Fondunun rolu nədən ibarətdir?
Neft strategiyasının reallaşdırılma-
sında Neft Fondunun qarşısına neft
gəlirlərinin gələcək nəsillər üçün top-
lanması, makroiqtisadi sabitliyin sax-
lanılması (neft gəlirlərinin kütləvi
axını şəraitində xarici valyutanın mənfi
təsirinin neytrallaşdırılması), valyuta
vəsaitlərinin idarə edilməsindən əlavə
gəlirlərin əldə edilməsi və nəhayət,
ölkənin cari tələbatlarını nəzərə alaraq
gəlirlərin bir hissəsinin indiki nəslin
ehtiyacları üçün istifadə edilməsi kimi
vəzifələr qoyulmuşdur. Beləliklə, fond
neft gəlirlərinin Azərbaycanın indi-
ki və gələcək nəsilləri arasında ədalətli
bölüşdürülməsini təmin etməlidir.
Şahmar Mövsümov
Azərbaycan Dövlət Neft Fondu
İcraçı direktoru
Azərbaycan Dövlət Neft Fondu
yeni iqtisadi formasiyaya
yeni investisiya
ilə daxil olur
AzƏrBAycAn DövlƏt neft fonDunun İcrAçı
DİreKtoru Şahmar mövsümovla “BAnKlAr vƏ
Bİznes” jurnAlınA müsAhİBƏsİ
2011-ci ilin yanvarın
milyard dollara çataraq
on il ərzində 84 dəfə artıb
№37, 2011
/
• 15
İqtİsadİy yat
İqtisadi inkişafın yeni mərhələsində
fond qeyd olunan vəzifələrin həyata
keçirilməsini davam etdirəcək. Bununla
yanaşı, nəzərə alsaq ki, növbəti illər
ərzində fondun aktivlərinin artaca-
ğı proqnozlaşdırılır, yeni mərhələdə
fondun əsas rolu aktivlərin idarə
edilməsindən əldə edilən gəlirlərin artı-
rılması olacaq. Odur ki, bu mərhələdə
əsas vəzifə Fondun investisiya portfeli-
nin təkmilləşdirilməsi və diversifikasiya
edilməsidir.
2010-cu ildə Dövlət Neft Fondunun
fəaliyyətinin yekunlarını necə
qiymətləndirirsiniz? Ötən il fondun
ən böyük nailiyyətləri hansılardır?
ARDNF-in uzunmüddətli institusional
inkişafı layihəsinin üçüncü mərhələsinin
başa çatmasını 2010-cu ildə qazanılmış
əsas nailiyyətlərə aid etmək olar. Bu
layihə çərçivəsində investisiya portfeli-
nin və risklərin avtomatlaşmış idarəetmə
sistemləri qurulmuş, habelə fondun
əməkdaşları üçün onlayn treninq proqra-
mı əldə olunmuşdur. Layihə çərçivəsində
aparılan işlər sayəsində ARDNF-in
aktivlərinin idarə edilməsinin effektiv-
liyi yüksəlmiş, işçilərin peşəkar hazır-
lığı təkmilləşdirilmişdir. İndi əminliklə
söyləmək olar ki, fond daha mürəkkəb
maliyyə alətlərinə investisiyalara hazır-
dır. Həmçinin, 2010-cu ildə Neft
Fondu digər müstəqil fondlarla birgə
Beynəlxalq Maliyyə Korporasiyasının
idarə etdiyi qapalı investisiya fonduna
aktivlər yatırıb. Bu fond Afrikanın, Latın
Amerikasının, Karib hövzəsinin inkişaf
etməkdə olan ölkələrinə investisiyalar
edir.
Onu da qeyd etmək lazımdır ki, 2010-
cu ildə Mineral Ehtiyatların Hasilatı
ilə Məşğul olan Sənaye Sahələrində
Şəffaflıq
Təşəbbüsü
(MHŞT)
çərçivəsində böyük işlər aparılıb.
“Revenue Watch” və “Transparency
International” beynəlxalq təşkilatları
tərəfindən gəlirlərin şəffaflığı indek-
si tərtib olunub. MHŞT çərçivəsində
ARDNF-in fəaliyyəti bu indeksin iki
parametrinə əsasən ən yüksək 100 balla
qiymətləndirilib.
İlk dəfə olaraq 2010-cu ildə aktivlərin
idarə edilməsindən əldə edilən mənfəət
1 milyard ABŞ dollarından artıq olub.
Ötən il dollar və avronun
məzənnəsinin qeyri-stabilliyi ilə
əlaqədar ARDNF aktivlərinin
yenidən qiymətləndirilməsi zamanı
nə qədər itkiyə məruz qalıb?
ARDNF-in investisiya portfelinin
valyuta səbətinə üç əsas valyuta: ABŞ
dolları, avro və funt-sterlinq daxildir.
Bu strategiya ABŞ və Avropa valyu-
taları arasında balansın yaradılma-
sı məqsədilə tətbiq edilir, çünki bir
dünya valyutasının ucuzlaşması, bir
qayda olaraq, digərinin möhkənlənməsi
deməkdir. Manatla hesablamaları əsas
götürsək, 2010-cu ildə dollar, avro və
funt-sterlinqin məzənnəsinin manata
nisbətdə enməsi ilə əlaqədar fondun
büdcədənkənar xərcləri təqribən 502
milyon manat təşkil edib. Amma bu
göstəriciyə mühasibat uçotu nöqteyi-
nəzərindən baxmaq düzgün olmaz-
dı. Belə ki, belə hallarda əgər dolların
məzənnəsi düşürsə, bu, avro və funtun
möhkəmlənməsi deməkdir və əksinə.
Hazırda ARDNF tərəfindən hansı
layihələr həyata keçirilir və yaxın
vaxtlarda hansı layihələrə başlamaq
planlaşdırılır?
Neft Fondunun büdcəsinin təsdiq
edilməsi barədə fərmanlara əsasən,
hazırda ARDNF Bakı-Tbilisi-Qars
dəmir yolunun, Oğuz-Qəbələ-Bakı
boru-kəmərinin tikintisini, Samur-
Abşeron irriqasiya sisteminin yenidən
qurulmasını, “2007-2015-ci illərdə
gənclərin xaricdə təhsili” Dövlət
Proqramını, məcburi köçkünlərin yaşa-
yış şəraitinin yaxşılaşdırılması üzrə
tədbirləri maliyyələşdirir.
Yaxın vaxtlarda fondun yeni
layihələrin maliyyələşməsində iştirakı
nəzərdə tutulmayıb.
Məlumdur
ki,
Azərbaycan
hökuməti Bakı-Tbilisi-Qars dəmir
yolunun Gürcüstan hissəsinin tikin-
tisinin maliyyələşdirilməsi üçün
əlavə 500 milyon ABŞ dolları vəsait
ayırmağa hazır olduğunu bildirib. Bu
maliyyələşmə ARDNF-in vəsaitləri
hesabına həyata keçiriləcəkmi və
pul köçürülməsinə nə vaxt başlana-
caq? Maliyyələşmə həcminin artı-
rılması Gürcüstanla kredit sazişinin
şərtlərinə yenidən baxmağı tələb
edəcəkmi?
Azərbaycan Respublikası Preziden-
tinin 21 fevral 2007-ci il tarixli “Bakı-
Tbilisi-Qars” layihəsi üzrə tədbirlərin
həyata keçirilməsi haqqında” Fərmanına
əsasən, bu layihənin maliyyələşdirilməsi
Neft Fondu tərəfindən həyata keçirilir.
Bu fərmanla müəyyən edilir ki, fond,
ərazisində dəmir yolunun tikintisini
həyata keçirən Gürcüstana 200 milyon
dollarlıq kredit ayırsın. Bu layihə üzrə əlavə
vəsaitlərin ayrılması, habelə əlavə kreditin
mənbəyinin müəyyənləşdirilməsi barədə
qərarı hökumət, həmçinin Azərbaycan
Respublikası Prezidenti qəbul edir. Belə
bir qərar qəbul edilərsə, Neft Fondu bu
layihənin maliyyələşdirilməsini davam
etdirəcək.
Təbii ki, bu maliyyələşmə kredit sazi-
şi əsasında həyata keçirildiyinə görə,
maliyyələşdirmə həcminin artırılması ilə
risklər də yüksəlir. Odur ki, Gürcüstanla
kredit sazişinin bəzi şərtlərinə yenidən
baxılması zərurəti yaranır.
Neft Fondunun 2011-ci il üçün
təsdiq edilmiş investisiya proqramı
ötən illərin proqramlarından nə ilə
fərqlənir?
ARDNF-in 2011-ci il üçün investisiya
proqramında mühüm fərqlər nəzərdə
tutulmur. 2011-ci il üzrə fondun inves-
2010-cu ildə aktivlərin
idarə edilməsindən əldə
edilən mənfəət 1 milyard
ABŞ dollarından artıq olub
16 •
/
№37, 2011
İqtİsadİy yat
tisiya proqramında əsas fərqli bənd
Xəzərdəki neft-qaz layihələrinə investi-
siyaları nəzərdə tutur. Bu bəndə əsasən,
ARDNF uzunmüddətli investisiya
reytinqinə malik və Xəzərdə layihələr
həyata keçirən emitentlərin qiymətli
kağızlarına 600 milyon ABŞ dollarından
çox olmamaqla investisiya qoya bilər.
Neft Fondunun ilk növbədə hansı
layihələrə investisiya yatırması
nəzərdə tutulur?
Xəzərdə həyata keçirilən neft-qaz
layihələrinin uğurunu nəzərə alaraq,
Neft Fondunun və Dövlət Neft Şirkətinin
bu layihələrdə əlavə iştirak payı əldə
etməsi məsələsi hazırda müzakirə edilir.
Bununla əlaqədar, ARDNF tərəfindən
vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu
səbəbdən də fondun investisiya proqra-
mına müvafiq bənd əlavə edilib.
Bu il ARDNF-in investisiya port-
felinin nə qədər artırılması nəzərdə
tutulur və vəsaitlərin hansı maliyyə
alətlərinə yatırılması planlaşdırılır?
Proqnozlara əsasən, neftin 1 barelinin
qiyməti 80 ABŞ dolları olarsa, 2011-ci
ilin sonunda Neft Fondunun aktivləri 30
milyard ABŞ dollarına çatacaq. Hazırda
ARDNF olduqca konservativ investisiya
strategiyası həyata keçirir və aktivlərini
dövlət və korporativ istiqrazlara yatırır.
Aktivlərin artmasını nəzərə alaraq, fond
onların diversifikasiyasını nəzərdə tutan
yeni investisiya strategiyası işləyib hazır-
layır. Bu strategiyaya əsasən, gəlirliliyin
artırılması məqsədilə onun aktivləri
daha riskli alətlərə, məsələn, şirkətlərin
səhmlərinə və əmlaka yatırılacaq.
Yeni menecerlərin cəlb edilməsi
prosesi başlanıbmı, yoxsa fəaliyyətdə
olanlar sizi qane edir? 2010-cu ilin
yekunları üzrə aktivlərin hansı hissəsi
xarici menecerlərin idarəetməsi
altındadır və bu həcmin artırılması
gözlənilirmi?
2010-cu ilin dekabr ayının sonlarına
olan məlumata əsasən, ümumi aktivlərin
1,2 faizi əcnəbi menecerlər tərəfindən
idarə edilir. Hazırda ARDNF-in müva-
fiq bölmələri əcnəbi menecerlərin seçi-
mi, monitorinqi və qiymətləndirilməsi
üçün xüsusi proseduru təkmilləşdirir.
Yeni menecerlərin cəlb edilməsi isə qeyd
edilmiş diversifikasiya olunmuş investi-
siya strategiyasının təsdiq edilməsindən
sonra aktual olacaq.
Dünya iqtisadiyyatının dirçəliş
mərhələsinə daxil olması neft fondu-
nun gəlirlərində necə əks olunacaq?
Hazırda dünya iqtisadiyyatının
artım mərhələsinə daxil olması vaxtı-
na dair müxtəlif rəylər möcuddur və
bu məsələ üzrə aparıcı ekspertlərin
mövqeləri fərqlidir. Dünya bazar-
larındakı qısamüddətli tərəddüdlər
Neft Fondunun müstəqil fond olaraq
uzunmüddətli investisiya siyasəti üçün
həlledici amil deyil.
ARDNF-in investisiya portfeli-
nin diversifikasiyası üzrə təkliflərin
hazırlanması hansı mərhələdədir
və onların nə vaxt tətbiq edilməsi
gözlənilir? Neft fondunun səhm port-
felinin artırılması məsələsi bu il aktu-
al ola bilərmi?
Hazırda ARDNF investisiya portfe-
linin diversifikasiyası üzrə təkliflərin
hazırlanmasının son mərhələsindədir.
Ümid edirik ki, fondun yeni diversifika-
siya olunmuş investisiya strategiyasının
artıq bu il təsdiq ediləcək. Aktivlərinin
səhmlərə yatırılması isə bu təkliflərin
qəbul edilməsindən sonra mümkün ola-
caq.
2010-cu ilin sonunda ARDNF-nun
aktivləri nə qədər olub və 2011-ci ilin
sonuna qədər aktivlərin artırılması
üzrə proqnozlar necədir?
2010-cu ilin sonuna ARDNF-nun
aktivləri 22,8 milyard ABŞ dolları
təşkil edib. Yuxarıda qeyd edildiyi kimi,
proqnozlara əsasən, neftin qiymətinin
1 barrel üçün 80 ABŞ dollar olması
halında ARDNF-nun aktivləri 2011-ci
ilin sonunda 30 milyard ABŞ dollarına
çatacaq.
Azərbaycandan qaz və neft
məhsullarının nəqli üçün marşrut-
larının diversifikasiyası siyasətinin
davamı ilə əlaqədar olaraq, yaxın
5 ildə Dövlət Neft Fonduna hansı
daxilolmaları gözləmək olar? Yaxın
perspektivdə qaz satışından əldə
edilən gəlirlərin neftdən daxilolmala-
rı üstələyəcəyi ehtimalı nə qədərdir?
Proqnozlara əsasən, fondun xərcləri
hazırki səviyyədən artıq olmasa, yaxın 5
ildə fondun aktivləri neftin qiymətinin
60, 70, 80 dollar olması halında, müva-
fiq olaraq, 50, 65 və 80 milyard dollara
çatacaq.
Yaxın və uzunmüddətli perspektivdə
neft hasilatı həcmin qaz hasilatı
həcmindən çox olacağına görə, qazdan
əldə edilən gəlirlərin neftdən daxilolma-
ları üstələyəcəyi gözlənilmir.
Neft Fondunun beynəlxalq maliyyə
təşkilatları ilə əməkdaşlığı necə inki-
şaf edir?
Hazırda ARDNF tərəfdaş qismində
dünyanın əksər aparıcı investisiya
bankları ilə əməkdaşlıq edir. Həmçinin
Dünya Bankı və Beynəlxalq Valyuta
Fondu kimi beynəlxalq maliyyə insti-
tutları ilə yüksək səviyyəli əməkdaşlıq
qurulub.
Neftin qiymətinin 1 barrel üçün 80 ABŞ dollar olması
halında ARDNF-nun aktivləri 2011-ci ilin sonunda 30
milyard ABŞ dollarına çatacaq
Dostları ilə paylaş: |