İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı



Yüklə 33,57 Kb.
Pdf görüntüsü
tarix06.02.2018
ölçüsü33,57 Kb.
#26497
növüQaydalar


ʺ

İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması Qaydaları

ʺ

nın 

təsdiq edilməsi haqqında 

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİNİN QƏRARI 

ʺ

Patent  haqqında



ʺ 

Azərbaycan  Respublikasının  Qanununa  dəyişikliklər və  əlavələr 

edilməsi barədə

ʺ 

Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında



ʺ 

Azərbaycan 

Respublikası Prezidentinin 2009‐cu il 21 dekabr tarixli, 190 nömrəli Fərmanının 1.3‐cü bəndinin 

icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1. 

ʺ

İxtira  və  sənaye  nümunəsi  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması 



Qaydaları

ʺ 

təsdiq edilsin (əlavə olunur). 



2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 

Azərbaycan Respublikasının Baş naziri RASİ‐ZADƏ 

Bakı şəhəri, 12 aprel 2010‐cu il

 № 63 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 



2010‐cu il 12 aprel tarixli, 63 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 



İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması 

QAYDALARI 

1. Ümumi müddəalar 

1.1.  Bu  Qaydalar 

ʺ

Patent  haqqında



ʺ 

Azərbaycan  Respublikası  Qanununun  10‐cu 

maddəsinin  5‐ci  bəndinə  uyğun  olaraq  hazırlanmışdır  və  ixtira  və  sənaye  nümunəsi 

patentlərinin qüvvədə olma müddətinin uzadılması qaydalarını tənzimləyir. 

1.2.  İxtira  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması  xüsusən  farmakologiya  və 

aqrokimya sahələrinə aiddir. 



2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması şərtləri 

2.1.  İxtira  patentinin  predmeti  qanunvericiliyə  uyğun  olaraq  inzibati  prosedurlardan 

keçməsi tələb olunan məhsula və ya məhsulun hazırlanma üsuluna aid olarsa, patent sahibinin 

vəsatəti əsasında patentin qüvvədə olma müddəti uzadıla bilər. İxtira patentinin qüvvədə olma 

müddəti patentin müvafiq inzibati prosedurlardan keçməsi üçün sərf olunan müddətə, lakin 5 

(beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər. 

Sərf  olunan  müddətə  ixtiraya  dair  iddia  sənədinin  verildiyi  tarixdən  patent  alınmasına 

qədər olan müddət daxil olduğu halda, həmin müddət sərf olunan müddətdən çıxılır. 

Sənaye nümunəsi patentinin qüvvədə olma müddəti patent sahibinin vəsatəti əsasında 5 

(beş) ildən artıq olmamaq şərtilə uzadıla bilər. 




2.2.  İxtira  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması  üçün  vəsatət  patentin 

qüvvədə  olduğu  müddətdə  Azərbaycan  Respublikasının  Standartlaşdırma,  Metrologiya  və 

Patent üzrə Dövlət Komitəsinə (bundan sonra — Komitə) təqdim edilir. 

2.3.  Sənaye  nümunəsi  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması  barədə  vəsatət 

patentin qüvvədə olma müddətinin sonuncu ilinin bitdiyi tarixə 6 (altı) ay qalmış və ya patentin 

qüvvədə saxlanması üçün dövlət rüsumunun ödənilməsinə görə müəyyən edilmiş müddətdən 

12 (on iki) aylıq möhlət müddəti keçənədək Komitəyə təqdim olunur. 

2.4. İxtira və sənaye nümunəsi patentlərinin  qüvvədə olma müddətinin uzadılması üçün 

hər ilə görə qanunvericiliklə müəyyən edilən məbləğdə müvafiq dövlət rüsumu ödənilir. 

Patentlərin  qüvvədə  saxlanılması  üçün  müəyyən  edilən  illik  dövlət  rüsumu  hər  il  üzrə 

ödənilmədikdə, ixtira və ya sənaye nümunəsi patentləri qüvvədən düşmüş hesab edilir. 

2.5.  İxtira  və  sənaye  nümunəsi  patentlərinin  qüvvədə  olma  müddətinin  uzadılması  üzrə 

işlərin  aparılması  bilavasitə  patent  sahibinin  və  ya  patent  müvəkkilinin  vasitəsilə 

qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. 

2.6. Vəsatət verilən tarixə kimi bu Qaydalarla müəyyən edilən işlərin yerinə yetirilməsinə 

dair səlahiyyətlərin patent müvəkkilinə verilməsi əvvəl verilən etibarnamədə göstərilmədikdə, 

patent müvəkkili Komitəyə yeni etibarnamə təqdim edir. 

3. Patentlərin qüvvədə olma müddətinin uzadılması üçün təqdim olunan sənədlər 

3.1.  İxtira  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması  üçün  aşağıdakı  sənədlər 

təqdim olunur: 

ixtira patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət (1 nömrəli 

əlavə); 

ixtira  patentinin  predmetinin  müvafiq  inzibati  prosedurlardan  keçməsinə  sərf  olunan 

müddəti təsdiq edən sənədin surəti; 

etibarnamə (zərurət olduqda). 

3.2. Patentin qüvvədə olma müddətinin uzadılmasına dair vəsatətə qoşulan sənədlər ixtira 

düsturunda  göstərilən  obyekti  aşkar  etməyə  imkan  vermədiyi  halda,  patent  sahibi  əlavə 

sənədlər təqdim edir. 

3.3.  Sənaye  nümunəsi  patentinin  qüvvədə  olma  müddətinin  uzadılması  üçün  aşağıdakı 

sənədlər təqdim olunur: 

sənaye nümunəsi patentinin sahibi və ya onun patent müvəkkili tərəfindən verilən vəsatət 

(2 nömrəli əlavə); 

etibarnamə (zərurət olduqda). 

3.4.  Vəsatət  patent  sahibi  və  ya  patent  müvəkkili  tərəfindən  imzalanır.  Patent  sahibi 

hüquqi  şəxs  olduqda,  vəsatət təşkilatın  rəhbəri  və  ya  müvafiq  qaydada  səlahiyyəti  olan  şəxs 

tərəfindən  imzalanır.  Vəsatətdə  imza  edən  şəxsin  soyadı,  adı  və  vəzifəsi  göstərilir  və  hüquqi 

şəxsin möhürü ilə təsdiq olunur. 

Patent  sahibi  fiziki  şəxs  olduqda,  onun  və  ya  patent  müvəkkilinin  imzası  notariat 

qaydasında təsdiq edilir. 



4. Vəsatətə baxılma qaydası 

4.1.  Vəsatət  Azərbaycan  dilində  təqdim  edilir.  Digər sənədlər  Azərbaycan  dilində  və 

başqa  dillərdə  verilə  bilər.  Başqa  dillərdə  verilən sənədin  Azərbaycan  dilində  tərcüməsi 

(notarial  qaydada  təsdiq  olunmuş)  ərizənin  verildiyi  tarixdən  2  (iki)  ay  müddətində  təqdim 

edilməlidir. 



________________________________________________ 

________________________________________________ 

________________________________________________ 

________________________________________________________________________ 

________________________________________________________________________ 

4.2. İxtira və sənaye nümunəsi patentlərinin qüvvədə olma müddətinin uzadılması barədə 

Komitəyə  daxil  olan  sənədlər  10  (on)  gün  müddətində  araşdırılır.  Patentlərin  qüvvədə  olma 

müddətinin uzadılması mümkün hesab edildiyi halda, qərar qəbul olunur, bu barədə məlumat 

müvafiq Dövlət reyestrinə daxil edilir və vəsatəti verən fiziki və ya hüquqi şəxsə göndərilir. Bu 

barədə məlumatlar Komitənin rəsmi bülletenində dərc olunur. 

4.3. Komitəyə təqdim olunan sənədlər üzrə iradlar olduğu halda, bu barədə vəsatət verən 

şəxsə  bildiriş  göndərilir.  Vəsatəti  verən  şəxs  bildirişi  aldığı  tarixdən  2  (iki)  ay  müddətində 

lazımi  düzəlişlər  edilmiş  və  ya  çatışmayan  sənədləri  yenidən  Komitəyə  təqdim  etməlidir. 

Lazımi  düzəlişlər  edilmiş  və  ya  bu  Qaydaların  3‐cü  bəndinə  uyğun  çatışmayan  sənədlər 

müəyyən  edilmiş  müddət  ərzində  üzrsüz  səbəbdən təqdim  edilmədikdə, vəsatət  verilməmiş 

hesab olunur. 

ʺİxtira və sənaye nümunəsi  patentin 

qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna 

1 nömrəli ƏLAVƏ 

Azərbaycan Respublikasının  

Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsinə 

AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 

(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı) 

(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı) 

İxtira patentinin qüvvədə olma müddətinin uzadılması barədə 

VƏSATƏT 

___________________________________________________________ adlı ixtiranın 

(ixtiranın adı) 

_________________________________________________________ obyektinə aid olan 

(obyektin adı) 

ixtira düsturunun ____________________________________________ bəndinə dair 

(ixtira düsturundakı bənd) 

_______________________ nömrəli patentin qüvvədə olma müddətinin «______» il 

(patentin nömrəsi) 

tarixinədək uzadılmasını xahiş edirik. 

Qoşma _________ vərəq: 

İxtira patentinin predmetinin müvafiq inzibati prosedurlardan keçməsinə sərf olunan müddəti 

təsdiq edən sənədin surəti 

Etibarnamə (zərurət olduqda) 

Patent sahibi: 

Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı 

(imza, tarix) 

M.Y.  


və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________  


________________________________________________ 

________________________________________________ 

________________________________________________ 

________________________________________________________________________ 

________________________________________________________________________ 

(imza, tarix) 

ʺİxtira və sənaye nümunəsi patentin  

qüvvədə olma müddətinin uzadılma Qaydalarıʺna  

2 nömrəli ƏLAVƏ 

Azərbaycan Respublikasının  

Standartlaşdırma, Metrologiya və 

Patent üzrə Dövlət Komitəsinə 

AZ1147, Bakı şəhəri, Mərdanov qardaşları küçəsi, 

(patent sahibinin soyadı, adı və ya hüquqi şəxsin tam adı) 

(patent sahibinin və ya onun patent müvəkkilinin ünvanı) 

Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə 

VƏSATƏT 

_______________________________________________ adlı sənaye nümunəsinə dair 

(sənaye nümunəsinin adı) 

________________________ nömrəli patentin qüvvədə olma müddətinin «_____» il 

(patentin nömrəsi) 

tarixinədək uzadılmasını xahiş edirik. 

Qoşma ______ vərəq: 

Etibarnamə (zərurət olduqda) 

Patent sahibi: 

Hüquqi (fiziki) şəxsin adından imza edən şəxsin soyadı, adı, atasının adı 

(imza, tarix) 

M.Y.  


və ya onun patent müvəkkilinin soyadı, adı, atasının adı __________________  

(imza, tarix) 



Document Outline

  • İxtira və sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılmasıQAYDALARI
  • İxtira patentinin qüvvədə olma müddətinin uzadılması barədə VƏSATƏT
  • Sənaye nümunəsi patentinin qüvvədə olma müddətinin uzadılması barədə VƏSATƏT

Yüklə 33,57 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə