Kənd kitabxana filialları üçün hazırlanmış tövsiyə biblioqrafiyası



Yüklə 217,92 Kb.

tarix11.09.2018
ölçüsü217,92 Kb.


 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

F.Köçərli adına Respublika



Uşaq Kitabxanası

 

 

 



 

 

 

 

 

 

Şəki Türk dünyasının mədəniyyət paytaxtı

 

 

Mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, 

kənd kitabxana filialları üçün hazırlanmış tövsiyə biblioqrafiyası 

 

 

 

 

 

 

 

 

 

Bakı-2016 

 

 




 

 Tərtibçi



Nazilə Tahirova 

Əməkdar mədəniyyət işçisi

 

 

 

Ixtisas redaktoru və            Şəhla Qəmbərova 

buraxılışa məsul:                 Əməkdar mədəniyyət işçisi 

 

 

 

 

 



 

Şəki  Türk  dünyasının  mədəniyyət  paytaxtı:  tövsiyə 

biblioqrafiyası  /tərt.  ed.  N.  Tahirova;  ix.  red.  və  bur.  məs.  Ş. 

Qəmbərova;  F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası.- 

Bakı, 2016.- 34 s. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

©F.Köçərli adına Respublika Uşaq Kitabxanası, 2016. 


 

Tərtibçidən 

26  noyabr  2015-ci  il  tarixində  Tütkmənistanın  Marı 

şəhərində  TÜRKSOY  mədəniyyət  nazirləri  daimi  şurasının 

növbəti 

33-cü 


toplantısında  çıxış  edən  Azərbaycan 

Respublikası  mədəniyyət  və  turizm  nazirinin  birinci  müavini 

Vaqif  Əliyev  təşkilat  tərəfindən  həyata  keçirilən  “Türk 

dünyasının  mədəniyyət  paytaxtı”  layihəsinin  əhəmiyyətini 

vurğulayaraq  qədim  tarixə  malik,  mədəni  mərkəzlərdən  olan 

Şəki  şəhərinin  2016-cı  il  üçün  türk  dünyasının  mədəniyyət 

paytaxtı  elan  olunması  ilə  bağlı  Azərbaycan  tərəfindən 

təklifinin  nəzərdən  keçirilməsini  xahiş  etmişdir.  Təklif  üzv 

dövlətlər  tərəfindən  yekdilliklə  müsbət  qiymətləndirilmiş  və 

Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdur.  

Bütün  bunları  nəzərə  alaraq  Firidun  bəy  Köçərli  adına 

Respublika  Uşaq  kitabxanasının  Ölkəşünaslıq  və  milli 

ədəbiyyat  şöbəsi  Şəki  “Türk  dünyasının  mədəniyyət  paytaxtı” 

adlı tövsiyə biblioqrafiyası hazırlamışdır. 

Geniş  oxucu  kütləsi  üçün  nəzərdə  tutulan  göstərici  tövsiyə 

olunan  ədəbiyyatdan  ibarətdir.  Girişdə  mövzu  haqqında  ətraflı 

məlumat verilmişdir. 

Tövsiyə göstəricisində kitablarda, məcmuə və dövri mətbuat 

səhifələrində  dərc  edilmiş  materiallar  Azərbaycan  və  rus 

dillərində  öz  əksini  tapmışdır.Vəsaitdə  ədəbiyyat  xronoloji 

prinsip  əsasında,  daxildə  isə  əlifba  sırasına  uyğun  olaraq 

qruplaşdırılmışdır. 

Nəşrlə  bağlı  rəy  və  təkliflərinizi  F.B.Köçərli  adına 

Respublika  Uşaq  kitabxanasına  göndərən  mütəxəssislərə  və 

oxuculara əvvəlcədən minnətdarlığımızı bildiririk. 

 

Ünvan: Bakı şəh. S.Vurğun küç.88. 

E-mail: childlibbaku @yahoo.com 

 



 

Şəki şəhərinin tarixi hissəsinin qorunması 



haqqında Azərbaycan Respublikası Prezidentinin 

Sərəncamı 

Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən 

Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət tarix-

memarlıq  qoruğu  ərazisində  hazırda  çox  sayda  məscid  və 

minarələr, karvansaray və sənətkarlıq emalatxanaları, muzeylər 

və  tarixi  əhəmiyyətli  digər  tikililər  vardır.  Onlarla  sənətkarlıq 

sahəsinin  toplu  halında  mövcud  olduğu  şəhərdə  tarixi-mədəni 

irs bu  gün layiqincə  yaşadılır. Sosial-iqtisadi irəliləyişin  geniş 

vüsət alması regionun turizm potensialını daha da artırmış, eyni 

zamanda yeni üslublu tikililərin şəhərin simasını dəyişməsi və 

onun  özünəməxsus  memarlığını  korlaması  səbəbindən  qoruq 

ərazisində  aparılan  işlərə  xüsusi  həssaslıqla  yanaşılması 

zərurəti meydana çıxmışdır. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  mad 

dəsinin  32-ci  bəndini  rəhbər  tutaraq,  Azərbaycan  mədəniyyəti 

üçün  mühüm  əhəmiyyətli  Şəki  şəhərinin  tarixi  görünüşünü  və 

memarlıq  üslubunu  qoruyub  saxlamaq,  onu  gələcək  nəsillərə 

çatdırmaq,  eləcə  də  Azərbaycan  xalqının  mədəni  nailiy 

yətlərinin  geniş  miqyasda  təbliğini  təmin  etmək  məqsədi  ilə 

qərara alıram: 

 

1.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 



Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə: 

1.1.“Yuxarı  Baş”  Dövlət  tarix-memarlıq  qoruğunun  küçə 

şəbəkələrini  və  plan  konfiqurasiyasını  pozan,  memarlıq 

dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, 

mühəndis  kommunikasiya  xətlərinin  təmiri  və  ya  yenidən 

qurulması,  tarix  və  mədəniyyət  abidələrinin  bərpası  və  ya 

konservasiyası,  yolların  təmiri  ilə  bağlı  təkliflərini  iki  ay 

müddətində  hazırlayıb  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə təqdim etsin; 



 

1.2.“Yuxarı  Baş”  Dövlət  tarix-memarlıq  qoruğu  üçün  inzibati 



binanın  ayrılmasına  və  ya  həmin  binanın  tikintisi  üçün  tələb 

olunan  maliyyə  vəsaitinə  dair  təkliflərini  bir  ay  müddətində 

hazırlayıb  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinə 

təqdim etsin. 

2.Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi 

Azərbaycan  Respublikasının  Ekologiya  və  Təbii  Sərvətlər 

Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər 

İcra  Hakimiyyəti  ilə  birlikdə  Şəki  şəhərinin  təbii  landşaftının 

qorunması  və  yaşıllaşdırılmasına  dair  təkliflərini  iki  ay 

müddətində  hazırlayıb  Azərbaycan  Respublikasının  Nazirlər 

Kabinetinə təqdim etsin. 

3.Azərbaycan Respublikasının Nazirlər Kabineti: 

3.1.Şəki  şəhərinin  tarixi  hissəsinin  inkişafı  və  qorunub 

saxlanılması ilə bağlı tədbirlər planını üç ay müddətində təsdiq 

etsin; 

3.2.“Yuxarı  Baş”  Dövlət  tarix-memarlıq  qoruğunun  xəritəsini 



bir ay müddətində təsdiq etsin

3.3.“Yuxarı Baş” Dövlət tarix-memarlıq qoruğuna milli qoruq 

statusunun verilməsini təmin etsin; 

3.4.“Yuxarı 

Baş” 

Dövlət 


tarix-memarlıq 

qoruğunun 

maliyyələşməsinin  dövlət  büdcəsinin  yerli  xərclərindən  dövlət 

büdcəsində  Azərbaycan  Respublikasının  Mədəniyyət  və 

Turizm  Nazirliyi  üzrə  mərkəzləşdirilmiş  xərclərə  keçməsini 

təmin etsin; 

3.5.“Yuxarı  Baş”  Dövlət  tarix-memarlıq  qoruğunun  maddi-

texniki  bazasının  gücləndirilməsi  ilə  bağlı  zəruri  tədbirləri 

həyata keçirsin; 

3.6.Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 19 yanvar 2016-cı il. 

 


 

*** 

2012-ci  ildə  Şəki  şəhəri  TÜRKSOY  tərəfindən  ”Türk 

dünyasının qeyri- maddi mədəni irs Paytaxtı” seçilib, 

2012-ci il “Mirzə Fətəli Axundzadə ili” elan edilib. 

2014-cü  ildə  qurumun  təşkilatçılığı  ilə  Şəkidə  rəssamların 

sərgisi  və  türkdilli  ölkələrin  milli  geyimlərindən  ibarət  dəfilə 

təşkil edilib. 

2014-cü  il  noyabrın  26-da  Azərbaycan  kəlağayı  sənəti 

UNESCO-nun  Qeyri-Maddi  Mədəni  İrs  üzrə  Hökumətlərarası 

Komitəsinin  keçirilən  iclasında  -  Kəlağayı  simvolizmi  və 

ənənəvi  sənəti‖  adı  ilə  UNESCO-nun  -  Bəşəriyyətin  qeyri  - 

maddi  mədəni  irs  üzrə  reprezentativ  siyahısı‖na  daxil 

edilmişdir. 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




 

 



  Şəki  təkcə  tarixinin  zənginliyinə,  görkəmli  ziyalılar-  elm, 

incəsənət,  ədəbiyyat  xadimləri  yetişdirdiyinə  görə  deyil,  həm 

də 

bütün 


dövrlərdə 

ölkənin 


ictimai-siyasi 

həyatında 

özünəməxsus mövqeyi olduğuna görə bizim üçün əzizdir. 

 

*** 



Şəki  rayonunda  yaxşı  mühit  var,  insanlar  müstəqil  dövlətdə 

yaşamaq  imkanlarını  çox  yüksək  qiymətləndirirlər.  Bu  gün 

Azərbaycanda  yaratdığımız  ictimai  -  siyasi  sabitliyi  qiymətlən 

dirə bilirlər. 

 

Heydər Əliyev 

Ümummilli lider  

 

Şəkidə  olarkən  görürəm  ki,  burada  quruculuq,  abadlıq  işləri 



çox  yaxşı  gedir.  Binalar  təmir  olunur,  yeniləri  tikilir. 

Azərbaycan  memarlığının  ən  gözəl  nümunələrindən  biri  olan 

Xan  sarayı  təmir  edilibdir...  Şəki  çox  gözəl  şəhərdir,  qədim 

şəhərdir.  Əlbəttə,  biz  çalışmalıyıq  ki,  bu  şəhəri  həmişə  belə 

abad vəziyyətdə saxlayaq. 

İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

 

Şəkili qızın danışığından bir kəlmə söz dovğaya düşsə, dovğa 

şipşinin olar. 

Bəxtiyar Vahabzadə 

Xalq şairi  

 

 



 

Mələklər yaşayır dağlar qoynunda, 



Cənnət mələklərin qoynunda olur. 

Fikrət Qoca 

Xalq şairi 

 

Əgər  Azərbaycana,  dünyaya  bir  tikili,  bina  göstərin 

desəydilər, Şəki Xan sarayını göstərmək kifayət edərdi. 

 

Nazim Hikmət 



Böyük türk şairi 

 

Orada  cürbəcür  xalılar,  silahlar,  yəhərlər,  patronlar,  üstündə 

yazı olan şəkillər, balınclar, süfrələr, papaqlar, çərkəzi çuxalar, 

dağlı  səndəllərindən  tutmuş  gürcü  uzunboğaz  tumaş 

çəkmələrinə qədər hər cür başmaqlar düzəldir və satırlar. Orada 

növbənöv  üzüklər,  qolbağlar,  bir,  iki  və  üç  sıra  qızıl 

azərbaycanlı  pulu  düzülmüş  boyunbağılar,  bizim  qaraçı 

artistlərinin həsəd apara  biləcəkləri və hətta Şamaxı  rəqqasəsi, 

gözəl  Nisəyə  paltar  tikməyə  bəs  edə  bilən  baş  örtükləri, 

sırğalar,  yaxasında  qızıl  və  gümüşdən  meyvə  şəkilləri 

toxunmuş koftalar düzəldilir və satılır. Belə koftalar burada çox 

dəbdədir. Bütün bunlar göz qamaşdırır, işıq saçır,  adama “gəl- 

gəl”  deyir.  Səs-  küydən  qulaq  tutulur.  Dalaşan  kim,  qılınc 

vuran  kim,  qışqıran,  qorxudan,  döyüşən  kim,  bir-  birinə 

uzaqdan  salaməleyk  deyən,  əlini  sinəsində  çarpazlayaraq 

salamlaşan,  qucaqlaşan  kim,  sövdələşən,  mübahisə  edən, 

höcətləşən, and içən kim və s. 

Aleksandr Düma 

Tanınmış fransız yazıçısı 

 



 

Giriş 



 

Azərbaycanın  mədəni  zənginliyinin  dünyada  daha  da  geniş 

şəkildə  tanıdılması,  bu  tarixi  mirasın  qorunaraq  gələcək 

nəsillərə çatdırılması dövlət başçısı İlham Əliyevin daim diqqət 

mərkəzindədir. Azərbaycan Prezidentinin 2012- ci il 29 dekabr 

tarixli  fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  2020:  gələcəyə 

baxış”  İnkişaf    Konsepsiyasiyasında  bu  sahəyə  xüsusi  yer 

ayrılır. Ölkə rəhbərinin 2013-cü il 27 dekabr tarixli sərəncamı 

ilə  təsdiq  edilən  “Daşınmaz  tarix  və  mədəniyyət  abidələrinin 

bərpası,  qorunması,  tarix  və  mədəniyyət  qoruqlarının  

fəaliyyətinin  təkmilləşdirilməsi  və  inkişafına  dair  2014-  2020- 

ci  illər  üzrə  Dövlət  Proqramı”  da  məhz  mədəni  irsə  qayğının 

göstəricisidir.  Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  xalq 

sənətkarlığının  inkişaf  etdirilməsi,  muğam  səhəsində  yeni 

istedadların  üzə  çıxarılması,  folklor  yaradıcılığının  təbliğı  və 

mədəni irsin müxtəlif sahələrində həyata keçirilən layihələr çox 

geniş məkanda rezonans doğurmaqdadır. 

26  noyabr  Azərbaycan  kəlağayısı  Günü  bütün  dünyada 

beynəlxalq  səviyyədə  qeyd  olunur.  2014-cü  il  noyabrın  26-da 

Azərbaycan  kəlağayı  sənəti  UNESCO-nun  Qeyri-Maddi 

Mədəni  İrs  üzrə  Hökumətlərarası  Komitəsinin  keçirilən 

iclasında  -  Kəlağayı  simvolizmi  və  ənənəvi  sənəti‖  adı  ilə 

UNESCO-nun  -  Bəşəriyyətin  qeyri  -  maddi  mədəni  irs  üzrə 

reprezentativ  siyahısı‖na  daxil  edilmişdir.  Kəlağayı  faylını 

birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  Prezidenti  Mehriban 

Əliyevanın  dəstəyi  ilə  Mədəniyyət  və  Turizm  Nazirliyi 

hazırayıb.  Heydər  Əliyev  Fondu,  Mədəniyyət  və  Turizm 

Nazirliyi  və  ölkəmizin  UNESCO  yanında  Daimi  Nümayən 

dəliyi,  UNESCO  üzrə  Milli  Komissiyanın  birgə  həyata 



10 

 

keçirdiyi  çoxşaxəli  fəaliyyət  nəticəsində  Komitə  kəlağayı 



sənətinin 

Azərbaycan 

xalqının  milli-mənəvi  dəyərlər 

sistemində  və  adət-ənənələrimizdə  ən  mühüm  mədəniyyət 

nümunəsi  olduğunu  beynəlxalq  səviyyədə  təsdiq  etmiş  olub. 

Hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan 

aşıq  sənəti,  Novruz  Bayramı,  Azərbaycan  xalçası,  Tar  ifaçılıq 

sənəti 


UNESCO-nun 

Qeyri-maddi 

mədəni 

irs 


üzrə 

Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi 

isə UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi 

mədəni irs siyahısında yer alır. 

 

 

 



“Mədəniyyət    paytaxtları”  proqramının  davamlı  şəkildə 

həyata  keçirilməsi  nəticəsində  heç  bir  qədim  rayon  və  şəhər 

diqqətdən kənarda qalmır. Dövlətimizin mədəniyyət siyasətinin 

inkişafına  təkan  verən  “Mədəniyyət  paytaxtları”  layihəsi 

maraqla  izlənilir.  Xalqın  tarixini,  folklorunu,  mətbəx 

mədəniyyətini təşviq edən bu cür layihələrin həyata keçirilməsi 

ilk növbədə, milli- mənəvi sərvətlərin daha da geniş auditoriya 



11 

 

və  məkanlarda  təbliği  deməkdir.  Bu  isə  dövlət  siyasətinin 



prioritetlərindəndir.  TÜRKSOY  mədəniyyət  nazirləri  Daimi 

Şurasının ötən ay Türkmənistanın Marı şəhərində keçirilən 33-

cü  toplantısında  Şəki  şəhəri  2016-cı  il  üçün  “Türk dünyasının 

mədəniyyət paytaxtı” elan olunub. 

Dekabrın  21-də  bu  münasibətlə  TÜRKSOY-un  baş  katibi 

Düsen  Kaseinovun  iştirakı  ilə  Şəki  şəhərindəki  “Şəki  Palas” 

hotelində mətbuat konfransı keçirilib. Tədbirdə Şəki Şəhər İcra 

Hakimiyyətinin  başçısı  Elxan  Usubov,  Mədəniyyət  və  Turizm 

Nazirliyinin  Regionlarla  iş  sektorunun  müdiri  Pərviz 

İsgəndərli,  Azərbaycanın  TÜRKSOY-dakı  nümayəndəsi  Elçin 

Qafarlı, ictimaiyyət nümayəndələri iştirak ediblər. 

 

 



 

Şəhər  İcra  Hakimiyyətinin  başçısı  Elxan  Usubov  tədbiri 

açaraq  Şəkinin  “Türk  dünyasının  mədəniyyət  paytaxtı”  elan 

edilməsinin heç də təsadüfi olmadığını bildirib. Vurğulanıb ki, 

nadir  tarixi-memarlıq  abidələri,  zəngin  sənətkarlıq  irsi  ilə 

tanınan  Şəki  bu  gün  həm  də  Azərbaycanda  ən  inkişaf  etmiş 

bölgələrdən  biridir.  Əsrlər  boyu  bu  qədim  və  gözəl  şəhər 



12 

 

Böyük  İpək  Yolu  üzərində  mühüm  sənət  və  ticarət  mərkəzi 



olub. Hazırda Şəki orta əsr şəhərlərinə məxsus olan şəhərsalma 

mədəniyyətini  özündə  qoruyub  saxlayan  bənzərsiz  məkandır. 

Son  illər  burada  keçirilən  beynəlxalq  festivallar,  tədbirlər 

xalqımıza  xas  olan  zəngin  tarixi-mədəni  irsi  təbliğ  etməyə, 

bölgənin turizm imkanlarını genişləndirməyə imkan yaradır. 

Diqqətə  çatdırılıb  ki,  Heydər  Əliyev  Fondunun    prezidenti, 

UNESCO-nun  xoşməramlı  səfiri  Mehriban  xanım  Əliyevanın 

təşəbbüsü ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun 

təşkilatın  ümumdünya  mədəni  irs  siyahısına  daxil  edilməsi 

istiqamətində məqsədyönlü iş aparılır.  

Aprelin  28-də  Şəki  şəhərində  “Yuxarı  Baş”  Dövlət  Tarix- 

Memarlıq  Qoruğunun  ərazisində,  XIII  əsrə  aid  “Qala 

divarları”nın içərisində “Türk dünyasının mədəniyyət paytaxtı- 

Şəki 2016” ilinin təntənəli açılış mərasimi olub. 

 

 

 




13 

 

Mərasimdə 



BMT-nin 

Sivilizasiyalar  Alyansının  ali 

nümayəndəsi  Nasir  Əbdüləziz  Əl-Nasir,  Beynəlxalq  Türk 

Mədəniyyəti  Təşkilatının  (TÜRKSOY)  baş  katibi  Düsen 

Kaseinov,  Azərbaycan  Respublikasının  Mədəniyyət  və  turizm 

naziri  Əbülfəz  Qarayev,  Qazaxıstanın  tanınmış  yazıçısı  Oljas 

Süleymanov,  beynəlxalq  təşkilatlardan,  türkdilli  ölkələrdən 

gəlmiş  nümayəndə  heyətləri,  həmçinin  Milli  Məclisin 

deputatları,  Azərbaycanda  fəaliyyət  göstərən  səfirliklərin 

təmsilçiləri,  görkəmli  elm  və  incəsənət  xadimləri  və  digər 

qonaqlar iştirak ediblər. 

 

Tarixi

 

Azərbaycanın  şimal-qərb  zonasına,  Şəki-Zaqatala  iqtisadi 

rayonuna aid olan Şəkinin ərazisi 2,43 kvadrat kilometr, əhalisi 

168  min  nəfərə  yaxındır.  Bir  şəhər,  iki  qəsəbə  və  68  kənddən 

ibarət olan qədim Şəkinin sənayesinin əsasını ipəkçilik, yeyinti 

məhsulları, toxuculuq, tikinti materialları, kənd təsərrüfatını isə 

taxılçılıq,  üzümçülük,  tütünçülük,  heyvandarlıq,  meyvə  və 

giləmeyvə  istehsalı  təşkil  edir.  Ölkəmizin  şimal-qərbində, 

Böyük  Qafqaz  dağlarının  cənub 

yamacında,  dəniz 

səviyyəsindən  632  metr  yüksəklikdə  yerləşən  Şəkinin 

ərazisindən 3  əsas çay keçir: Kiş, Şin, Daşağıl çayları. Bol su 

ehtiyatı,  normal  rütubət  balansı,  məhsuldar  torpaqları,  zəngin 

meşə  örtüyü  var.  Füsunkar  təbiəti,  nadir  tarix-memarlıq 

abidələri ilə Şəki Azərbaycanın mühüm turizm regionu sayılır. 

Şəki  ərazisində  çoxsaylı  tarix  memarlıq  abidələri 

mövcuddur.  Buranı  haqlı  olaraq  respublikanın  memarlıq 

qoruğu  adlandırırlar.  Coxsaylı  arxeoloji  abidələr  Şəkinin 

çoxəsrlik  tarixə  malik  olduğunu  sübut  edir.  Şəkinin  adı 



14 

 

eramızdan  əvvəl  VII  əsrdə  Azərbaycana  gəlmiş  “sak”,  “şaka” 



tayfalarının  adı  ilə  əlaqələndirilir.  Azərbaycan  dilinin 

qanunauyğunluqlarına  müvafiq  olaraq  “Şaka”  adı  tədricən 

“Şəkə”, “Şaki” “Şəki” formasını almışdır. 1772-ci ildə Kiş çayı 

daşaraq  şəhəri  tam  dağıtmış  və  şəhər  dağlıq  hissəyə,  Nuxa 

kəndinin  yaxınlığına  köçürülmüşdür.  Ona  görə  də  şəhər  uzun 

müddət  Nuxa  adlandırılmışdır.Yalnız  1968-ci  ildə  şəhərin 

qədim  adı  bərpa  edilmışdir.  Şəkinin  tarixinin  2500  -  2600  il 

olduğu güman edilir. Şəhər Çələbi xanlarının sülaləsi dövründə 

Şəki xanlığının mərkəzi olmuşdur. Şəkinin keşməkeşli tarixini 

rayon  ərazisindəki  çoxsaylı  müdafiə  qurğularının  qalıqları 

sübut  edir.  Dövrümüzə  gəlib  çatmış  qalalardan  Aydınbulaq 

qalası,  Həzrət  Əli  qalası,  Gələrsən  -  Görərsən  qalası,  Şəki 

şəhərinin  özündəki  qala  dil  açsa,  çox  şeylər  danışa  bilər. 

Qalanın yaxınlığındakı Yuxarıbaş məhəlləsi orijinal şəhərsalma 

nümunəsi  kimi  Xan  sarayı  ilə  birgə  YUNESKO  tərəfindən 

dünyanın nadir abidələr siyahısına daxil edilmişdir. 

Şəkinin  ən  qiymətli  möcüzəsi  Şəki  xanlarının  sarayıdır. 

Həmin  saray  1761-  62-ci  illərdə  memar  Hacı  Zeynalabdin 

Şirazi  tərəfindən  Şəki  xanlığının  bünövrəsini  qoymuş  Hacı 

Çələbi xanın nəvəsi Hüseyn xanın sifarişi ilə tikilmişdir. Saray 

xalq  memarlığı  ilə  saray  arxitekturası  ənənələrini  birləşdirən 

nadir nümunədir. Hüseyn xan Müşviq təxəllüsü ilə gözəl şeirlər 

yazırmış. Saray ikimərtəbəli olmaqla 6 otaqdan, 4 dəhlizdən və 

2  güzgülü  eyvandan  ibarətdir.  Binanın  baş  fasadı  dünyada 

analoqu  olmayan  ən  xırda,  həndəsi  fiqurlara  bölünmüş,  ağac 

parçalarının arasına müxtəlif rəngli şüşələr  geydirilmiş şəbəkə 

və  qapılardan  ibarətdir.  Saray  divarının  ornamentliliyi, 

piştağlar,  naxışlı  şəbəkələr,  dağlamalar,  müxtəlif  naxışlar,  gəc 

üzərində  oymalar  adamı  valeh  edir.  Binanın  daxilində  nəbati 



15 

 

rəsmlərə,  süjetli  və  quş  rəsmlərinə,  döyüş  səhnələrinə  daha 



geniş yer verilmişdir. 

Şəkinin  bənzərsiz  təbiəti,  abidələrlə  birgə  buraya 

Azərbaycanın  hər  yerindən  və  xarici  ölkələrdən  turistləri  cəlb 

edir. Şəki şəhərinin özündə yeni “Saray” oteli, Yuxarı Karvan 

saray  mehmanxanası,  şəhərin  lap  yaxınlığında  Kiş  çayı 

boyunca  isə  “Marxal”,  “Məkan”,  “Ümid”,  “Cənnət  bağı”, 

“Gələrsən  -  Görərsən”  istirahət  zonaları  qərar  tutur.  Burada 

qonaqların  dincəlməsi  və  gözəl  vaxt  keçirməsi  üçün  hər  bir 

şərait vardır. 

Belə  deyirlər  ki,  şəkililərin  mehribanlığı  və  şən  əhvalı 

onların  şirniyyatı  çox  sevməsi  ilə  bağlıdır.  Şəkiyə  gələnlər 

qırmabadam,  zilviyyə,  qoz  və  düyü  unundan  hazırlanmış 

paxlava,  nabat,  adamın  ağzında  əriyən  pəşvəng  halvası  və 

başqa  məşhur  Şəki  şirniyyatı  növlərinə  heyran  qalırlar.  Şəki 

mətbəxi  yalnız  Şəki  pitisi  ilə  deyil,  özünəməxsus  Şəki  resepti 

ilə bişirilən digər milli xörəklərimiz ilə fərqlənir. 

Şəki sənətkarları şəbəkə işləri, dulusçuluq nümunələri, metal 

və ağac suvenirlər, ipək parçalar və xalçalarla məşhurdurlar. 

Şəkidən söz düşəndə bu şəhərin daha bir əlamətdar cəhəti- Şəki 

yumoru barədə danışmasan olmur. Şəhərdə hər il “Gülüş günü” 

keçirilir.  Şəkidə  xalq  sənətkarlığını  inkişaf  etdirmək  məqsədi 



16 

 

ilə  Yuxarı  karvansaray  binasında  25  otaq  ayrılmışdır.  Dünya 



Bankının  dəstəyi  ilə  həyata  keçirilən  “Mədəni  irsin 

Qorunması”  layihəsi  əsasında  Şəki  qalasının  ərazisində 

yerləşən  keçmiş  kazarma  binası  əsaslı  təmir  olunmuş,  burada 

18  emalatxanadan  və  sərgi  salonundan  ibarət  Sənətkarlıq 

Mərkəzi yaradılmışdır. 

 

 



 

Azərbaycan 

mədəniyyətinin 

bir 


sıra 

görkəmli 

nümayəndələri 

Şəkidə  yaşayıb-yaratmışlar.  Azərbaycan 

dramaturgiyasının banısı Mirzə Fətəli Axundov, şair Mirzə Şəfi 

Vazeh, Rəşid bəy Əfəndiyev, ədəbiyyatşünas Salman Mümtaz, 

şair  Bəxtiyat  Vahabzadə,  dramaturq  Sabit  Rəhman,  məşhur 

müğənni  Ələsgər  Abdullayev,  bəstəkar  Emin  Sabitoğlu, 

heykəltaraş  Fuad  Əbdürrəhmanov,  aktyor  İsmayıl  Osmanlı, 

Lütvəli Adullayev, kinorejissor Rasim Ocaqov, bəstəkar Şəfiqə 

xanım  Axundova  dünyaya  Şəkidə  göz  açmışlar.  Azərbaycan 

Demokratik  Respublikasının  banilərindən  olan  məşhur  dövlət 

xadimi Fətəli xan Xoyski də şəkilidir.  



17 

 

Öz  əsrarəngiz  gözəlliyi  və  qədimliyi  ilə  nə  qədər  diqqət 



çəkən  olsa  da,  "Şəki"  sözünü  eşidən  kimi,  ilk  öncə  göz  önünə 

onun  mehriban,  gülərüz,  qonaqpərvər  insanları  gəlir.  Bu 

insanlar ilk ünsiyyətdəcə həmsöhbətlərinin qəlbində yer almağı 

bacarırlar. Şəkidə və şəkililər arasında insan heç vaxt darıxmır, 

özünü  yad  kimi  hiss  etmir.  Bu  keyfiyyət  də  bir  çox  dəyərlər 

kimi,  ulu  Yaradanın  şəkililərə  bəxşişidir.  Məhz  bunun 

nəticəsidir  ki,  Şəkinin  elə  bir  günü  yoxdur  ki,  qonaq-qarasız 

olsun.  Qonaqlar  da  yaxın-uzaq  ellərdən  gəlir,  daha  doğrusu, 

dünyanın hər yerindən bura üz tutanlar olur. Təsadüfi deyildir 

ki,  bir  çox  beynəlxalq  tədbirlər  üçün  də  məkan  kimi  Şəki 

seçilir. Sözsüz ki, qonaqpərvərlikdən, ürək genişliyindən əlavə, 

Şəkinin  son  dövrlər  sosial-iqtisadi  və  tikinti-quruculuq  işləri 

baxımından  xeyli  inkişaf  etməsi,  yeni  iş  yerlərinin  açılması, 

insanların 

gün-güzəranının 

yaxşılaşdırılması 

da 

əsas 


amillərdəndir. 

Bölgəyə  səfəri  çərçivəsində  Şəkidə  olarkən  ölkə  Prezidenti 

İlham  Əliyev  demişdir:  “Şəkidə  çox  böyük  quruculuq  işləri 

aparılır.  Şəhər  gözəlləşir,  öz  tarixi  simasını  saxlamaqla 

müasirləşir,  abadlaşır,  yeni  məktəblər  tikilir,  mədəniyyət 

ocaqları,  küçələr  abadlaşır.  Yəni  Şəki  belə  yaxşı  inkişaf  edir. 

Mən buna çox sevinirəm. Amma istəyirəm  ki,  bu inkişaf daha 

da  sürətlə  getsin  və  insanları  narahat  edən  bütün  məsələlər  öz 

həllini tapsın". 

TÜRKSOY-un  baş  katibi  Düsen  Kaseinov  bildirib  ki,  türk 

dünyasının  UNESCO-su  hesab  edilən  qurum  20  ildən  artıqdır 

türk  xalqları  arasında  dostluq  və  qardaşlıq  əlaqələrini 

möhkəmləndirmək,  ortaq  türk  mədəniyyətini  gələcək  nəsillərə 

çatdırmaq  və  dünyaya  tanıtmaq  üçün  səmərəli  iş  aparır. 

Vurğulanıb  ki,  TÜRKSOY-un  ən  uğurlu  təşəbbüslərindən  biri 



18 

 

2012-ci  ildən  həyata  keçirilən  “Türk  dünyasının  mədəniyyət 



paytaxtı”  layihəsidir. 

Şəki Xan sarayı Azərbaycan xalqının tarixindən soraq verən 

möhtəşəm bir abidədir. İllər, onilliklər, yüzilliklər keçir, amma 

tarixin bu parlaq nişanəsinə maraq azalmır. Səbəb isə budur ki, 

Xan sarayı bənzərsiz memarlıq nümunəsi olmaqla yanaşı, həm 

də  xalq  sənətini  nümayiş  etdirən  əbədi  bir  sərgidir.  Burada 

otaqdan-  otağa  keçdikcə  tavanda,  divarlarda  əks  olunmuş 

mənzərələr insanı valeh edir. 

Min  cür  çiçək  təsviri,  naxışlar,  rəsmlər,  bəzəklər,  ov  və 

döyüş səhnələri sanki dil açıb nağıl danışır. Əslində isə bunlar 

nağıl  deyil,  həqiqətdir.  Xalqımızın  mədəniyyətindən  və 

mənəviyyatından,  zövq  və  istedadından,  təfəkküründən  və 

təxəyyülündən söhbət açan bir həqiqət... 

Elə buna görə də Xan sarayı həmişə qonaqlı-qaralı olur. 

2006-cı  il  aprel  ayının  13-də  Prezident  İlham  Əliyevin 

Şəkiyə səfəri zamanı uzun illər ərzində əsaslı təmir edilməyən 

və  yararsız  vəziyyətə  düşmüş  "Şəki  Xanlarının  evi”  nin  təmir 

edilməsi barədə dövlət başçısının tapşırığına əsasən XVIII əsrə 

aid bu tikili yenidən qurulmuşdur. 

 

 




19 

 

Dövlət  başçısı  binanın,  Heydər  Əliyev  və  M.F.Axundzadə 



prospektlərinin  bərpadan  əvvəlki  və  sonrakı  görüntülərini  əks 

etdirən stendlərə baxdı. 

Bina ilə tanış olan Prezident İlham Əliyevə məlumat verildi 

ki,  "Şəki  Xanlarının  evi"  nin  bərpası  işlərinə  2012-ci  ilin 

noyabrında başlanılmışdır. Altı otaqdan, dörd dəhlizdən və iki 

eyvandan ibarət bina çiy kərpicdən tikilmiş, pəncərələri şəbəkə 

üsulu ilə düzəldilmişdir. Ərazisi 700 kvadratmetr olan binanın 

yenidən  qurulması  Mədəniyyət  və  Turizm  Nazirliyinin  sifarişi 

əsasında  aparılmışdır.  Otaqlardan  biri  xüsusi  rəsmlərlə 

bəzədilib və qonaq otağı kimi nəzərdə tutulmuşdur. 

Diqqətə çatdırıldı ki,  XVIII  əsrə  aid  tarixi  abidə  olan "Şəki 

Xanlarının  evi"  ilk  dəfədir  təmir  edilir.  Bərpa  işləri  həyata 

keçirilərkən binanın tarixi görkəmi saxlanılmışdır. İkimərtəbəli 

binanın  əsas  otağında  milli  ornamentlərə  uyğun  olaraq 

Azərbaycan  tarixini  əks  etdirən  şəkillər  və  tarixən  bu   

ərazilərdə  yaşayan  xalqların  nümayəndələrinin  portretləri  əks 

olunmuşdur. Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən 

“Şəki 


Xanlarının 

evi” 


abidə-muzey 

kimi 


fəaliyyət 

göstərəcəkdir. Sonra abidənin hər bir otağı öz təyinatına uyğun 

olaraq eksponatlarla təmin ediləcəkdir. Ümumilikdə, Şəkidə 84 

dünya  və  yerli  əhəmiyyətli  memarlıq  abidəsi  vardır.  "Şəki 

Xanlarının  evi"  isə  Yuxarı  Baş  Dövlət  Tarix-Memarlıq 

Qoruğunun tərkibində fəaliyyət göstərir. Həmin qoruqda "Şəki 

Xanlarının evi" ilə yanaşı, qeydiyyatdan keçən 25 abidə vardır.  

Şəki  Azərbaycanın  qədim  mədəniyyət  mərkəzlərindən  biri 

olub, bu gün də həmin ənənəni qoruyub saxlayır. Burada Şərq 

memarlıq sənətinin incisi sayılan Xan sarayı, möhtəşəm Aşağı 

Karvansaray  və  Yuxarı  Karvansaray  binaları,  Kiş  kəndindəki 



20 

 

qədim  alban  məbədi  və  digər  tarixi  abidələr  bərpa  edilərək 



qorunub saxlanılır.  

 

 



 

Şəkiyə gələn turistlərin ziyarətgahına çevrilmiş həmin abidələr 

görənləri  heyran  edir.  Şəki  həmçinin  qədim  sənətkarlıq 

mərkəzidir.  Xalq  sənətkarlığının  bütün  növləri  burada  yüksək 

səviyyədə 

inkişaf  etdirilmişdir.  Nəsildən-nəsilə  keçən 

sənətkarlıq  nümunələri  turistlərin  böyük  marağına  səbəb  olur, 

onlar tərəfindən bu əl işləri həvəslə alınır. 

 

 



21 

 

Ədəbiyyat 



Kitab 

 

1958 

1.

Şəki  xanlığının tarixindən /A.Q. Dadaşov, A. Sübhanverdi 

xanov;  red.  F.  Babayev;  Azərb.  SSR  EA,  Tarix  İn-tu.-Bakı: 

Azərb. SSR EA, 1958.-67, [7] s. 

 

 

1970 

2.Şəki  abidələri  /Ş.  Fətullayev;  red.  M.  Nəcəfov.-Bakı: 

Gənclik, 1970 [18] s. fotoşək. 



3.Şəki  şirniyyatı  /Ə.İ.  Əhmədov;  red.  R.  Səfərov.-Bakı: 

Azərnəşr, 1970.-44, [4] s.: şək. 



 

1982 

4.Şəki:  tarixi  oçerk  /M.Ə.  İsmayılov;  elmi  red.  S.  Əliyarov.-

Bakı: Azərnəşr, 1982.-150, [2] s. 



 

1987 

5.Şəki  sənətkarlar  diyarıdır  /A.N.  Mustafayev;  red.  H.A. 

Quliyev, Q. A. Quliyev.- Bakı: Elm, 1987.-104 s. 

 

1989 

6.Azərbaycan  SSR  Şəki-Zaqatala  zonasının  toponimiyası  / 

E. Nuriyev;  red. B.Ə.Budaqov. Azərb. SSR EA Coğrafiya  İn-

tu.-Bakı: Elm, 1989.-107 s. 

 

1992 

7.Saa quzu kəsərəm /Red. M. Əmirova; Toplayanı, işləyəni və 

tərtib edəni. H. Əbdülhəlimov.-Bakı: İşıq, 1992.- 192 s. 



 

 


22 

 

1993 



8.Şəki  xanlığının  müxtəsər  tarixi:  [Şəki  xanları  və  onların 

nəsilləri]  /K.A.  Fateh,  H.S.  Əbdülhəmid.-Bakı:  Azərbaycan 

Ensiklopediyası, 1993.-32 s. 

 

1994 



9.Şəki  lətifələri  /Toplayan,  işləyəni  və  tərtib  edəni.  H. 

Əbdülhəlimov; Red. S.Əzizova.- Bakı: Azərnəşr, 1994.-136 s. 



1997 

10.Şəki  xanlığı /Mahmud  İsmayıl, Maya  Bağırova;  Elmi red.: 

Fuad Əliyev; Red.: Sədaqət Cabbarova.-Bakı: Azərnəşr, 1997.-

76 s. 

2000 

11.Azərbaycan 

folkloru  antologiyası  /tərt.  ed.  H. 

Əbdülhəlimov,  R.  Qafarlı,  O.  Əliyev,  V.  Aslan;  red.  H. 

İsmayılov,  F.  Çələbi;  AzEA,  Nizami  ad.  Ədəbiyyat  İn-tu; 

Folklor  Elmi-Mədəni  Mərkəzi  Şəki  folkloru  4-cü  kitab  1-ci 

cild.- Bakı: Səda, 2000.- 498 s.:  

 

2001 



12.Şəki  dövlətçiliyimizin  qalasıdır  /Zəka  Qafqazlı;  Red: 

Baxış  Ələsgərov;  Naşir:  Telman  Vəlixanlı.-  Bakı:  Mütərcim, 

2001.-200 s. 

 

2002 

13.

 

Azərbaycan  folkloru  antologiyası  /toplayanı,  tərt.  ed., 

söyləyicilər, toplayıcılar, qaynaqlar haqqında məlum atın, qeyd 

və şərhlərin müəl. H. Əbdülhəlimov; ön sözün müəl. F. Çələbi; 

red. Y. Qarayev; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu, Folklor 

Elmi-Mədəni Mərkəzi Bakı: Nurlan, 2002.-496 s. 



14.Şəki:  Alim  və  ziyalılar  /Tərt.: Ə. Məmmədov, F. Xalıqov; 

Red.  heyəti:  B.  Vahabzadə,  M.  İsmayılov,  Y.  Qarayev  və  b.- 

Bakı: Bakı Universiteti,  2002.- 582 səh.: şəkilli. 

 



23 

 

2003 



15.

 

Azərbaycan  Respublikasının  regional  coğrafi  problem 



ləri.  Şəki-Zaqatala  iqtisadi  rayonu  /AMEA,  akad.  H.  Ə. 

Əliyev  ad.  Coğrafiya  İn-tu,  Şəki  Regional  Elmi  Mərkəzi;  baş 

red.  B.Ə.  Budaqov;  məsul  red.  R.M.  Məmmədov,  N.  H. 

Əyyubov .- Bakı: Nafta-Press, 2003.-190 s. 



16.

 

Lütvəli  kişidən  folklor  nümunələri:  Şəki  folkloru  / 

Toplayanı:  L.Vahabov;  Tərt.  və  elmi  red.:  R.Qafarlı;  Red.: 

T.Tofiq qızı .-Bakı: Təhsil, 2003.-160 səh.: ill. 



17.

 

Şəki  Azərbaycanın  Xalq  Cümhuriyyətinin  fəaliyyəti 



illərində:  1918-1920-ci  illər  /S.  Əfənduyev;  Red.:  Mürsəl 

Cavad.- Bakı: 2003.-32 s. 



 

2005 

18.

 

Azərbaycan folkloru  antologiyası /AMEA, Folklor İn-tu; 

tərt.  ed.  İ.  Abbaslı,  O.  Əliyev,  M.  Abdullayeva;  elmi  red.  H. 

İsmayılov; nəşrinə məsul Ə. Ələkbərli.-Bakı: Səda, 2005. XIII 

Cild Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, folkloru. 

19.Şəki  regional  elmi  mərkəzi  30  ildə  /  Baş red.  Z. Əlizadə; 

Red.  Ü.  Hüseynova;  AMEA  Şəki  Regional  Elmi  Mərkəzi.- 

Bakı: İsmayıl, 2005.-180 s.: fotoşək. 

20.

 

Şəkinin  tarixi  qaynaqlarda  /  Ə.Tahirzadə;  Naşir: 

N.İbrahimov;  AMEA,  Şəki  Regional  Elm  Mərkəzi.-  Bakı: 

Master, 2005.-256s.: şəkilli. 



 

2007 

21.Şəki: Alim və ziyalılar / tərt. ed. və ön söz. Ə. Məmmədov, 

F.  Xalıqov;  red.  B.Vahabzadə  [və  b.]  II  Hissə.-  Bakı:  Elm, 

2007.- 428 s. 

 

2008 



22.Gözoo  yiyərəm  mən:  əsrin  gözəli  :  əsrin  qarısı  /A.  Şəkili 

Ağaəli. (Mustafayev) .-Şəki: 2008. 133, [2] s. 




24 

 

23.Şəki 



ipəyi  uzaq  karvan  yollarında  /Z.Əlizadə, 

N.İbrahimov;  [elmi  red.  M.  Qasımlı;  dil  red.  Ə.  Tahirzadə; 

rəssamlar.  A.  Yusifoğlu,  T.  Həmidli];  Azərb.  Milli  EA,  Şəki 

Regional Mərkəzi.- Bakı: Nafta - Press, 2008. -252 s. 



 

2009 

24.Azərbaycan  folkloru  antologiyası  /AMEA,  Filklor  İn-tu; 

toplayanı, tərt.  ed., söyləyənlər, toplayıcılar, qaynaqlar haq-da 

məlumatın, qeyd və şərhlərin müəl. H. Əbdülhə limov; red. H. 

İsmayılov;  ön  söz  müəl.  F.  Çələbi;  nəşrə  məs.  Ə.  Ələkbərli.-

Bakı:  Nurlan.-2009.-530,  [2]  s.:  21  sm.  XVIII  Kitab  III  Cild 

Şəki folkloru. 



25.

 

Şərqin  qapısında  möcüzələr  /  E.  İbrahimov;  naşir.  M. 

Quliyev  və  b.;  red.  A.  Rəşidova;  dizayner.  F.  Məmmədova; 

foto.  A.  Rəşidova,  E.  İbrahimov,  M.  Abbasov.-Bakı: 

Letterpress Nəşriyyat Evi, 2009.-59, [1] s. 

26.

 

Şəkidə məhəllə adları soylar və ləqəblər / Z. Mabudoğlu, 

U.Bəşirqızı, K.Adışirinov; elmi red. M. Qasımlı, Ə. Tahirzadə; 

AMEA  Şəki  Regional  Elmi  Mərkəzi.

-Bakı:  Nafta-Press,  2009.- 

603, [1] s.

 

 

2011 

27.Azərbaycan milli mətbəxinin əziz və ləziz Şəki xörəkləri

milli  ədəbiyyatla  milli  mətbəxin  qovuşması  /C.  Xəlifəzadə; 

məsləhətçi  F.  Qoca;  red.  N.  Tapdıqoğlu;  fotoqraflar  R. 

Sadıqov,  S.  Qasımzadə.-  Bakı:  "Zərdabi  LTD"  MMC,  2011. 

151, [1] s., [8] v. 

28.Babaların hikmət xəzinəsi: [milli azlıqların folkloru: Şəki-

Balakən  bölgəsi]  /Ə.A.  Süleymanov;  red.  M.  Qasımlı,  Z. 

Əlizadə;  AMEA,  Şəki  Regional  Elmi  Mərkəzi  .-  Bakı: 

Apostroff, 2011. -254, [2] s. 

 

 

 



25 

 

2014 



29.

"

Azərbaycan  milli  mətbəxi": bayatılarda / A. Əmbala; ön 

söz T. Əmiraslanov.-Bakı: Nurlar NPM.- 2014.-31, [1] s. 

30.Qədim oğuz yurdu - Baş Layısqı: ensiklopedik toplu /ideya 

müəl. A. Yusifli ; tərt. ed. və ön söz. müəl. A. Rüstəmli; elmi 

red.  İ.  Əlibala  qızı;  [toplayıcılar  M.  Yusifli,  A.  Hüseynli,  M. 

Əhmədli,  V.  Osmanlı].-Bakı:  Ozan,  2014.-527,  [1]  s.,  [16]  v. 

rəngli fotoşək.: portr., cədv. 

31.Şəki  folklor  örnəkləri  /AMEA,  Folklor  İn-tu;  lay.  rəhbəri 

M.  Kazımoğlu  (İmanov)  topl.,  tərt.  ed.  L.  Vaqifqızı 

(Süleymanova); elmi red. Ə. Əsgər.-Bakı: Elm və təhsil, 2014.-

407 s. 


2016 

32.Azərbaycan  folklorunda  tolerantlıq  və  multikultura 

lizm:  Şəki-Zaqatala  bölgəsində  yaşayan  xalqların  və  etnik 

qrupların  folklor  örnəkləri  əsasında:  [monoqrafiya]  /  M. 

Yaqubqızı;  elmi  red.  M.  B.  Əsgərov;  [ön  söz  M.  B.  Əsgərov, 

M. Ə. Mahmudov] ; AMEA, Folklor İn-tu.-Bakı: Elm və təhsil, 

2016.-181, [2] s., [1] qat.v. xəritə: fotoşək., portr. 

33.

 

Şəkinin  musiqi  folkloru:  dərs  vəsaiti  /S.  Təhmirazqızı; 

red. R. Zöhrabov.-Bakı: Nərgiz, 2016.-143, [1] s. 

 

 

 

 

 

 

 

 

 

 

 



26 

 

Məqalələr 



 

2009 

34.Dağlar  qoynunda  Şəki  /  T.Nəzərli  //  Azərbaycan.-2009.- 

17 iyun .- S. 5. 



35.Azərbaycan  folkloru  Antologiyası  seriyasından:  "Şəki 

folkloru  Antologiyası"  və  "Zəngəzur  Folkloru  Antologiyası" 

işıq üzü görüb /Zümrüd //Səs .-2009.-23 dekabr.-S. 12. 

 

2010 

36."Şəki-Azərbaycanın  sənətkarlıq  paytaxtı-2010"  ilinin 

təntənəli açılışı olmuşdur // Xalq qəzeti.-2010.- 6 aprel.- S. 4. 

37."Xalq  Yaradıcılığı  Paytaxtları"  -  Gəncə,  Şəki  və  Qazax 

/Təranə //Kaspi.- 2010.- 4 fevral.- S. 15. 



38.Şəki  festival  şəhərinə  çevrilib  /Nüşabə  //Palitra.-  2010.- 2 

iyul. - S. 15 



39.Şəki  samovarının  3700  yaşı  var  // Mədəniyyət.-2010.-  22 

oktyabr.- S. 8. 



40.Şəki  şəhəri  "Azərbaycanın  Sənətkarlıq  Paytaxtı"dır: 

"2010-2014-cü  illər  üçün  Xalq  Yaradıcılığı  Paytaxtları" 

Proqramına əsasən tədbirlər keçirilir / Zümrüd.// Səs.-2010.- 28 

sentyabr. S. 12. 



41.Şəki  turizm  mərkəzinə çevrilir /Mehparə // Mədəniy yət.-

2010.- 9 iyul. - S. 8. 



42.Şəki  Xan  Sarayı-Qala  divarları  arasındakı  cənnət 

//Azadlıq.-2010.- 12 noyabr.- S. 13. 



43.Sənətkarlıq paytaxtı Şəki /T.Nəzərli //Azərbaycan.- 2010.- 

18 aprel.- S. 5. 



 

2011 

44.Azərbaycan milli mətbəxinin əziz və ləziz Şəki xörəkləri 

/T.Əliyev //Xalq qəzeti.-2011.- 17 iyul.- S. 6. 



45.Şəki  Dram  Teatrı  səfərə  çıxır.  //Ayna.-2011.-12  mart.- 

S.20. 



27 

 

46.Şəki  şəhəri  YUNESKO-nun  qeyri-maddi  irs  siyahısına 



salına bilər: Mədəniyyət və Turizm naziri belə təklif edir // Üç 

nöqtə.-2011.- 8 fevral.- S. 13. 



47.Şəki: karvansaraylar şəhəri: Region [Mətn] / M.Əhmədoğlu 

// Ədalət.-2011.- 10 mart.- S. 7. 



48.Şəki-açıq  səmada  muzey  şəhər  /Y.Mahmudov  //  525-ci 

qəzet.-2011.-17 sentyabr.-S. 14-15. 



 

2012 

49.Dörd  əsrin  sənət  yaddaşı:  Şəki  Xan  Sarayı-  250  // 

Mədəniyyət.-2012.- 4 iyul.- S. 16. 



50.



GƏLƏRSƏN-GÖRƏRSƏN"  qalası:  Şəki  tarixindən 

qeydlər / T.Babayev // Xalq qəzeti.-2012.- 4 noyabr.- S. 7. 

51.Şəki  Dram  Teatrı  Konyada  beynəlxalq  festivalda  

S.Babayeva // Mədəniyyət.-2012.- 18 aprel.- S. 5. 



52.Şəki Xan Sarayı "Dünya irsi" siyahısında / Nigar // Həftə 

içi.-2012.-3 iyul .- S. 8. 



53.Şəki Xan Sarayı /Mehparə //Mədəniyyət.-2012.- 15 fevral.- 

S. 12. 


2013 

54.Şəki - bir memarlıq abidəsidir /İ.Rövşən // Mədəni həyat.-

2013.- № 9.- S. 50-53. 



55.Şəki  Xan  sarayı  - əsrlərin şahidi  //Azərbaycan.-2013.- 14 

avqust.- S. 8. 



56.Şəki  özünün  ən  gözəl  dövrlərindən  birini  yaşayır 

//Zaman.-2013.- 24 oktyabr.- S. 3. 



57.Şəki-Azərbaycanın 

qədim 

mədəniyyət 

mərkəzi 

/T.Əliyev//Xalq qəzeti.-2013.- 3 noyabr.- S. 7 



58.«Şəki 

Xanlarının  evi»  ilə  tanışlıq  //AZƏRTAC. 

//Azərbaycan-2013.- 16 avqust.- S. 5. 



59.Şəki...  Şəkililər...  /Q.  Məhərrəmli  //Olaylar.-2013.-  25 

oktyabr.- S.10. 



60.Şəki  keçmiş  şöhrətinə  necə  qovuşur?  /Ə.Mədətoğlu 

//Ədalət.-2013 .- 2 mart.- S.4. 




28 

 

61.



Yeni  Şəkinin  içindəki  Köhnə  Şəki  /G.  Manaflı  //Yeni 

Müsavat.-2013.- 30 avqust.- S. 15.

  

 

2014 

62.“Kəlağayım-əlvan  örpəyim...”  sərgisi  //Azərbaycan.-

2014.- 19 dekabr.- S.6. 



63.Azərbaycan kəlağayı sənəti UNESCO-nun Qeyri-Maddi 

Mədəni  İrs  üzrə  Reprezentativ  Siyahısına  daxil  edilib  / 

Ə.Əliyev //Azərbaycan.- 2014.- 27 noyabr.- S.3.  



64.Azərbaycan  Kəlağayısı  UNESCO-nun  Qeyri-Maddi 

Mədəni  İrs  siyahısında  //525-ci  qəzet,  Palitra  .-2014  .-  27 

noyabr .- S.7, 16. 



65.Bu,  xalq  sənəti  irsimizin  tanıdılması  deməkdir  /  L.Azəri 

// Mədəniyyət, 2014.-28 noyabr.-S. 1. 



66.Bolqarıstanda  Azərbaycan  kəlağayı  sənətinin  təqdimatı  

//Mədəniyyət .- 2014 .- 5 dekabr .- S. 16. 



67.Mədəni irsimizin növbəti təntənəsi: Azərbaycan kəlağayı 

sənəti  UNESCO-nun  siyahısına  daxil  edildi  //Mədəniyyət.- 

2014.- 28 noyabr .- S. 3. 



68.Şəki  turistlər  üçün  hər  cəhətdən  cəlbedici  bölgədir  /T. 

Nəzərli //Azərbaycan.- 2014.-1 iyun.-S.10 



 

2015 

69.Azərbaycan  kəlağayı  sənətinin  UNESCO-nun  Qeyri-

Maddi  Mədəni  İrs  üzrə  Reprezentativ  Siyahısına  daxil 

edildiyini  təsdiqləyən  sənəd  Mehriban  Əliyevaya  təqdim 

olunub //Azərbaycan xalçaları.-2015.- № 15.- S.16-17. 

70.Azərbaycan  qadınlarının  gözəllik  simvolu  -  kəlağayı... 

/İ.Sarıyeva // Bakı xəbər.-2015.- 28 aprel.- S. 15.  



71.Kəlağayı  /  R.İbrahimova  // Azərbaycan xalçaları  .- 2015  .- 

№ 15.- S.124-135.  



72.Kəlağayılar:  Azərbaycan  xalqının  mədəni  tarixini 

yaşadan  sənətkarlıq  nümunələrindən  biri  kimi  UNESCO-


29 

 

nun  qeyri-maddi  mədəni  irs  siyahısına  daxil  edilib  / 

M.Nərimanoğu //Azərbaycan.-2015.- 2 fevral.- S.7. 

73.Kəlağayısı  gülgəz,  libası  əlvan”  Xalça  Muzeyində  sərgi 

/S.Fərəcov //Mədəniyyət, 

 

Azərbaycan .-2015.- 25 noyabr.- S. 



9,11. 

74.Xalça Muzeyində kəlağayı ilə bağlı sərgi / S.Abdullayeva 

// 525-ci qəzet.-2015.- 26 noyabr.- S. 7. 



75.Nənələrimizin  yadigarı:  Çiçək  haşiyəli,  buta  yelənli 

kəlağayı /F.Sadıqlı //Azərbaycan.-2015.- 8 mart.- S.3.  

76.Şəki  “Türk  dünyasının  mədəniyyət  paytaxtı”  adına 

layiqdir // Mədəniyyət.-2015.- 23 dekabr.- S. 10. 

77.Şəki 

“Türk 

dünyasının 

mədəniyyət 

paytaxtı” 

missiyasına layiqincə ev sahibliyi edəcək” [Düsen Kaseinov: 

“Ümid  edirəm  ki,  Rusiya  regionlarında  yaşayan  türksoylu 

xalqlarla əməkdaşlıq kəsilməyəcək”] /D.Kaseinov; Müsahibəni 

apardı: M.Sultanova //Mədəniyyət.-2015.- 4 dekabr.- S. 6. 



78.

"

Şəki  folklor  örnəkləri"nin  2-cildi  çap  olunub  /  S. 

Soltanlı // Mədəniyyət.-2015.- 7 oktyabr.- S. 15. 

79.Şəki  gələn  il  üçün  “Türk  dünyasının  mədəniyyət 

paytaxtı” elan olunub / S.Abdullayeva // 525-ci qəzet.-2015.- 

28 noyabr.- S. 17. 



80.Şəki  mədəniyyəti  Bolqarıstanda  təqdim  edilib  /  S. 

Abdullayeva // 525-ci qəzet.- 2015.- 19 sentyabr.- S.17. 



81.Sirli  –sehirli  dünyamız:  [Azərbaycan  kəlağayısı  haqqında 

bir necə söz] /T.Bayramov // Xalq qazeti, 2015.-11 yanvar.-S.7. 

 

2016 

82.Azərbaycan  Kəlağayısı  UNESCO-nun  Qeyri-Maddi 

Mədəni İrs siyahısında //525-ci qəzet, Palitra, 16. 

83.Azərbaycan  kəlağayısının  Parisdə  butiki  təşkil  edilib  // 

Azərbaycan, 525-ci qəzet

 

.-2016.- 8 mart.- S. 7, 11.  



84.Dostluq  və  qardaşlığın  təntənəsi  /  Əli  Səlimov 

//Azərbaycan.- 2016.- 1 may.- S. 1-7. 




30 

 

85.Ənənəvi  baş  örpəyi-kəlağayı  /  D.Tağıyev // Kaspi,  2016.-

13 dekabr.- S.10. 

86.Hər  addımda  tarix  çağıran  şəhər  /  F.  Hüseynov// 

Mədəniyyət.-2016.-- 29 yanvar.-S.23. 



87.XX  əsr  Şəki  ədəbi-mədəni  mühiti  və  onun  tədqiqi  /  M. 

Səlim // Ədəbiyyat qəzeti.- 2016.- 13 fevral.- S.9. 



88.Qədim  Şəki:  /F.  Qoca  //  Ədəbiyyat  qəzeti.-  2016.-  24 

sentyabr.- S.2-3. 



89.Qədimliyin və müasirliyin harmoniyas  - Şəki fenomeni 

M.Əhmədzadə // Ədalət.-2016.- 23 noyabr.- S.3. 



90.“Mədəniyyət  paytaxtı”  ilinin  tədbirlər  planı  müzakirə 

olunub:  [Şəki  2016  -  Türk  dünyasının  mədəniyyət  paytaxtı] 

//Mədəniyyət.-2016.- 17 fevral.- S. 3. 



91.Mədəniyyət  və  turizm  naziri  TÜRKSOY-un  baş  katibi 

ilə görüşüb //Mədəniyyət.-2016.- 16 sentyabr.- S.5. 

92.Özbəkistanda  Azərbaycan  kəlağayılarının  təqdimatı 

keçirilib / Tural //Palitra.- 2016.- 3 iyun .- S.13. 

93.Özbəkistanda  Azərbaycan  kəlağayılarının  təqdimatı 

keçirilib /Q.Kəngərli //Mədəniyyət, Azərbaycan, 525-ci qəzet.-

2016.- 3, 4 iyun .- S.7, 8, 13 



94.Özbəkistandakı 

“Atlas 

festivalı”nda 

Azərbaycan 

kəlağayıları  nümayiş  etdirilib  //Mədəniyyət.-2016.-  16 

sentyabr. - S. 13. 



95.Şəki  “Türk  dünyasının  mədəniyyət  paytaxtı-2016”  ilin 

təntənəli  açılışı  olub  /  Z.  Bayramova  //  Səs.-2016.-30  aprel.-

S.13. 


96.Şəki  festivalında Azərbaycanın zəngin mətbəxi dünyaya 

tanıdılıb / Nigar // Palitra .-2016.- 22 iyul.- S.15. 

97.Şəki  ilə  bağlı  yeni  kitabların  təqdimatı  olub  /  Fuad  // 

Palitra.-2016.- 1 iyul.- S.13. 



98.Şəki  Türk  dünyasının  mədəniyyət  paytaxtı  kimi 

[Bununla  bağlı  keçiriləcək  tədbirlər  planı  müzakirə  olunub]  

//525-ci qəzet.-2016.- 17 fevral.- S. 4. 



31 

 

99.Şəkidə 



TÜRKSOY 

Daimi 

Şurasının 

toplantısı 

keçiriləcək  [“Şəki  -  Türk  dünyasının  mədəniyyət  paytaxtı 

2016”  ilinə  yekun  vurulur]  //  Mədəniyyət.-2016.-30  noyabr.- 

S.2. 

100.“Türk dünyasının mədəniyyət paytaxtı –Şəki-2016” ilin 

açılış  mərasimi  dostluq və qardaşlığın təntənəsinə çevrildi. 

/Azərtac // Respublika.-2016.-29 aprel.-S.8. 

101.Türk dünyasının mədəniyyət paytaxtı-Şəki /F.Hüseynov 

//Gündəm.-2016.-29 aprel.- S. 2. 



102.UNESCO-da  Azərbaycan  kəlağayısının  təqdimatı 

/Ş.Ağalarova  //Mədəniyyət,

 

Azərbaycan  .-2016.-  10-11  mart.- 



S. 8, 12. 

 

 



Dissertasiya 

 

2000 

103.Azərbaycanlıların  ailə  məişətində  etnik  ənənələr:  (XIX 

əsr  və  XX  əsrin  əvvəllərində  Şəki-Zaqatala  bölgəsinin 

materialları  əsasında):  tarix  e.  n.  a.  dər.  a.üçün  təq.  ed.  dis.: 

/M.T.  Paşayeva;  AMEA,  Arxeologiya  və  Etnoqrafiya  İn-tu.-

Bakı: 2000.-150 s. 

 

2002 



104.Azərbaycan  folklorunun  regional  xüsusiyyətləri: (Şəki-

Zaqatala  folklor  nümunələri  əsasında):  filol.  e.  n.  a.  dər.  al. 

üçün təq. ed. dis.: 10.01.09 /M. Abdullayeva; AMEA, Nizami 

ad. Ədəbiyyat İn-tu. Bakı: 2002.-158 s. 



 

 

 

 

 

 


32 

 

Rus dili 



 

2010 

105.История  Шекинских  ханов  [Текст]  /А.  Л.  Эфенди; 

отв. за выпуск. В. Бахманлы; ред. А. Асадзаде; худож. ред. 

К. Лидия; дизайн. Н. Махмудов; М-во Культуры и Туризма 

Азерб. Респ., Нац. Библиотека Азерб. им. М. Ф. Ахундова 

Баку:  Хатун  Плюс,  2010.-  [34]  с.:  генеологичес  кая  схема, 

20 см 


 

 

İnternet resursları: 

www.azertag.com 

www.anl.az 

www.clb.az 

www . mətbuat.az 

www. medya.az 

www. sia.az 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


33 

 

 



Şəki Türk dünyasının mədəniyyət paytaxtı 

(tövsiyə biblioqrafiyası) 

 

 

 



 

Komputer yığımı  

və dizayn:                                         Tünzalə Əzizova 

 

 



 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail: childlibbaku@yahoo.com 

URL:www.clb.az 

 

 

 

 

 

F. Köçərli adına Respublika  

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 21 

Çapa imzalanmışdır: 21.12.2016 

Tirajı:100 

Pulsuz. 


 

 



34 

 

 



 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə