Köçərli adına Respublika



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
tarix25.08.2018
ölçüsü0,72 Mb.
#64092


                                 F. 

Köçərli adına 

 

                   

Respublika 

Uşaq Kitabxanası

 

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

Sən bizimsən, bizimsən durduqca bədəndə can, 

Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan! 

 

Əmin Abidin 120 illik yubileyi ilə bağlı mərkəzi kitabxanalarının uşaq 

şöbələri,  MKS-in  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış metodik vəsait 

 

 

 

 

 

 

 

 

                                     

Bakı – 2018 


 

Tərtibçilər:                                       Aynurə Əliyeva 



                                           

            Sevil Əhmədova  

 

Redaktor:                                          Könül Ağazadə 

 

İxtisas  redaktoru və                        Şəhla Qəmbərova 

buraxılışa məsul:                                Əməkdar mədəniyyət işçisi                                    

                                                   

        

 

     Sən  bizimsən,  bizimsən  durduqca  bədəndə  can,



             

Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan!: Əmin Abidin 120 

illik  yubileyi  ilə  bağlı  mərkəzi  kitabxanaların  uşaq  şöbələri,  

MKS-nin  şəhər,  qəsəbə,  kənd  kitabxana  filialları  üçün 

hazırlanmış  metodik  vəsait  /  Azərbaycan  Respublikası 

Mədəniyyət  Nazirliyi,  F.  Köçərli  ad.Respublika  Uşaq 

Kitabxanası;  tərt.ed.A.Əliyeva;  ixt.red.  və  burax.məsul                  

Ş.  Qəmbərova;  red.  K.  Ağazadə.  -  Bakı:  F.  Köçərli 

ad.Respublika Uşaq Kitabxanası, 2018. – 21 s.   

 

 

 



 

 

 

 

 

 

 

 

 

©F. Köçərli adına Respublika Uşaq Kitabxanası, 2018 


 

Tərtibçidən 



     Tikanlı məftilin cızıb “yaraladığı”, zəncirdən sallanmış açıq 

tunc  kitaba  yazıçıların  adları  həkk  olunub.  Ağahüseyn 

Rəsulzadə,    Atababa  Musaxanlı,  Bəkir  Çobanzadə,  Böyükağa 

Talıblı, Vəli  Xuluflu,  Qantəmir,  Hənəfi  Zeynallı,  Sultanməcid 

Qənizadə,  Əli  Nazim,  İsmayıl  Katib,  Əhməd  Cavad,  Hüseyn 

Cavid,  Mikayıl  Müşfiq,  Hacıkərim  Sanılı,  Yusif  Vəzir 

Çəmənzəminli,  Tağı  Şahbazi  Simurğ,  Hacıbaba  Nəzərli, 

Əliabbas Müznib, Məmmədkazım Ələkbərli, Seyfulla Şamilov, 

Əmin  Abid...  Onlar  əllərini  arxalarına  qoyub  dəstə  halında 

hüzünlə  son  yola  çıxırlar  –  gedər-gəlməz  yoluna...  “Gedib 

qayıtmayanlar”  –  Stalinin  cəza  tədbirlərinin  qurbanı  olmuş 

Azərbaycan ədibləri şərəfinə mayın 13-də Azərbaycan Yazıçılar 

İttifaqında  açılışı  olmuş  memorial  belə  adlanır.  Uzun  illər  bu 

şəxsiyyətlərin adları, onların kitabları bizim həyatımızdan yox 

edilmişdi, lakin buna baxmayaraq, onlar yaşamaqda idilər. İndi 

azad ölkəmizdə XX əsr Azərbaycan ədəbiyyatının bünövrəsini 

qoyanlarla,  öz  yaradıcılığı  ilə  inqilabi  idealları  bərqərar 

edənlərlə bir cərgədə olmuş ədiblərin xatirəsini əziz tuturuq. 

     Azərbaycan  ictimai-bədii  fikir  tarixində  mətbuat  xadimi, 

alim,  şair,  tədqiqatçı,  publisist,  tərcüməçi,  vətən  fədaisi,  hər 

şeydən  əvvəl  istismarçı,  işğalçı  qüvvələrə  qarşı  barışmaz 

mübariz,  demokratik  düşüncəli  şəxsiyyət  olan  Əmin  Abid 

Gültəkinin 120 illik yubileyidir. 

     Əmin  Abidin  120  illik  yubileyi  münasibətilə  yazılmış  bu 

vəsait  “Giriş”  və  “Keçiriləcək  tədbirlər”  hissəsindən  ibarətdir. 

“Giriş”  hissədə  Əmin  Abidin  nakam  həyatından  və 

yaradıcılığından bəhs edilir. II hissədə isə onun yaradıcılığından 

bəhs edən tədbirlərdən söhbət açılır.   



 

 


 

Giriş 

     Əmin Abid Gültəkin 1898-ci ildə Bakıda daşyonan ailəsində 

doğulub. İlk təhsilini Bakıda, anası Reyhan xanımın evdə açdığı 

məktəbdə,  daha  sonra  III  Aleksandr  adına  oğlanlar 

gimnaziyasında  alıb.  O,  hələ  1912-13-cü  illərdən  etibarən           

ilk  şeirlərini  yazmağa  başlayıb,  “Dirilik”,  “Məktəb”,       

“Ovraqi-nəfisə” adlı jurnallarla əməkdaşlıq edib. Əsasən, Abid, 

Abid Mütəllibzadə, Abid Mütəlliboğlu, Abid Alp Mütəllib oğlu 

imzaları  ilə  şeir  və  hekayələr  yazmışdır.  Böyük  qardaşı 

Ə.Müznibin  redaktoru  olduğu  “Babayi-əmir”  jurnalında  isə  o, 

“Qozqurab”imzası  ilə  1915-16-cı  illərdə  “Şapalaq”  sərlövhəsi 

altında taziyanələr yazmışdır. O, gimnaziyanı bitirdikdən sonra  

Türkiyəyə oxumağa getmək istəsə də, Birinci Dünya Müharibəsi 

onun  təhsilini  davam  etdirmək  istəyinə  mane  olmuşdur.  O,           

bu  arzusunu  yalnız  1918-ci  ildə  Osmanlı  ordularının  yardımı                 

ilə  Bakı  azad  olunduqdan  sonra  gerçəkləşdirə  bilmişdir. 

Azərbaycan 

Demokratik 

Cümhuriyyətinin 

paytaxtına 

çevrildikdən sonra Cümhuriyyət rəsmilərinin dəstəyi ilə  Əmin 

Abid 1919-cu ildə İstanbul darülmüəllimində təhsil almaq üçün 

Osmanlıya  yola  düşmüşdür.  O,  Türkiyədə  pedaqoji  məktəbi 

bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində 

təhsilini davam etdirmişdir.  O, tələbəlik dövründə “Azərbaycan 

türklərinin  ədəbiyyat  tarixi”  monoqrafik  əsərini  qələmə 

almışdır. 

     1927-ci  ildə  Azərbaycana  qayıdan  alim  Bakı  Dövlət 

Universitetində  çalışmışdır.  Azərbaycan  Proletar  Yazıçıları 

Cəmiyyəti 

nəzdində 

açılan  ədəbiyyat  seminariyasında 

müəllimlik etmişdir. Eyni zamanda Bakı darülfununda, eləcə də 

Bakı  Maarif  evi  ədəbiyyat  dərnəyində  “Oğuznamə”, 

“Azərbaycan ədəbiyyatının başlanğıcı” mövzusunda məruzələr 

etmişdir.  O,  burada  –  Bakıda  qəzet  və  jurnallarda  müasir  və 



 

klassik  ədəbiyyata,  şifahi  xalq  yaradıcılığına  dair  ədəbi-elmi 



məqalələrlə də çıxış etmişdir. “Azərbaycan türklərinin ədəbiyyat 

tarixi”, “Türk ədəbiyyatında bayatı-mani növü”, “Bayatının türk 

xalqları  ədəbiyyatında  mövqeyi”,  “Azərbaycan  ədəbiyyatının 

qədim  abidələrindən”  monoqrafik  əsərləri,  eyni  zamanda 

“Kitabi-Dədə  Qorqudun  mətni  haqqında  məlumat”,  “XVII  əsr 

Azərbaycan  ədəbiyyatı”,  “Ədəbiyyatımız  tarixində  Sabirin 

mövqeyi”, “Mirzə Şəfi haqqında yapılan tədqiqlərə bir baxış”, 

“Türk  el  ədəbiyyatına  elmi  bir  baxış  (Oğuznamə)”  kimi  milli 

ədəbiyyatşünaslıq,  folklor  və  mətbuat  tarixi  haqqında  onlarca 

məqalələri geniş erudisiyalı alimin zəngin irs yaratdığını sübut 

edir.  Ə.Abidin  Axundovşünaslıq  elminin  yaranmasında 

xidmətləri  misilsizdir.  M.F.Axundov  ədəbi  irsinə  həsr  etdiyi 

məqalələri,  monoqrafiya  və  tərtibləri,  eləcə  də  tərcümələri 

vardır.  Məhəmməd  Füzulinin  “Söhbətül-əsmar”  əsərini  aşkara 

çıxarıb  elm  aləminə  tanıtmışdır.  “Azərbaycan  proletar 

qəzetçiliyinin  tarixinə  bir  baxış”  (1928)  məqaləsi  Azərbaycan 

inqilabi jurnalistika tarixinin öyrənilməsinə hədiyyədir. Bakıda 

1927-1937-ci  illər  arasında  ədəbi-elmi  fəaliyyəti,  fundamental 

axtarışlar,  tapıntıları  ilə  səciyyələnirdi.  Onun  ədəbi-tənqidi  və 

elmi  irsi  Azərbaycan  ədəbiyyatşünaslığının  yaranmasında 

mühüm mərhələ təşkil edir. O, Azərbaycanın ilk qorqudşünası 

hesab edilir. Əmin Abid hələ İstanbul Universitetinin ədəbiyyat 

fakültəsində  oxuyarkən  (1921-26)  yazdığı  altı  cildlik 

"Azərbaycan  türklərinin  ədəbiyyatı  tarixi"nin  ilk  cildində 

"Kitabi-Dədə  Qorqud"  dastanına  yer  ayırmışdır.  Bakıya 

döndükdən  sonra  araşdırmalarını  davam  etdirən  alim,  çap 

etdirdiyi  müxtəlif  məqalələrdə  "Kitab-Dədə  Qorqud" 

mövzusunu  dərindən  araşdırıb  və  təhlil  edib.  Əmin  Abidin 

yaradıcılığını dərindən araşdırmış alim Əli Şamil hesab edir ki, 

Əmin Abid Azərbaycanda Qorqudşünaslığın əsasını qoyub. Bu 




 

fikirlə  razılaşmaq  mümkündür.  Əmin  Abidə  qədər  demək  olar 



ki, heç bir alim, bu mövzunu bu qədər əhatəli araşdırmayıb.  

     İstanbula  oxumağa  yola düşəndə  milli  şüurun  yüksəlməsini 

görən şair geri döndükdə bunun əksilə qarşılaşdı. Bu şəraitdə iki 

yol vardı: ya mühacirətə getmək, ya da qalıb mübarizə aparmaq. 

Çətin  şəraitdə  açıq  mübarizənin  mümkünsüzlüyünü  dərk  edən 

Əmin Abid elmi mübarizəni seçdi. “Yeni Qafqaz”, “Azəri-türk”, 

“Odlu  yurd”  və  digər  jurnallarda  Gültəkin  təxəllüsü  ilə               

dərc  etdirdiyi  şeirlərində  Azərbaycan  Milli  Demokratik 

Cümhuriyyətinin  bolşevik  ordusu  tərəfındən  vəhşicəsinə 

işğalına,  Sibirə  sürgünlərə,  təqib  və  təhqirlərə  qarşı  etirazla 

yanaşı,  sabaha  -  üç  rəngli  ay-ulduzlu  bayrağın  müstəqil 

Azərbaycan  üzərində  dalğalanacağı  günə  inam  güclü  idi.  Ona 

görə  də  həmin  şeirlər  mühacirətdə  yaşayan  Azərbaycan 

gənclərinin konfrans və toplantılarında oxunmuş, hamını birliyə, 

mübarizəyə ruhlandırmışdır.  

     Rəsmi  dairələr  milli  dəyərləri  heçə  endirməyə,  xalqı 

kökündən  uzaqlaşdırmağa,  hətta  müstəqil  düşüncə  sahiblərini 

təqib  etməyə  çalışırdılar.  Proletar  beynəlmiləlçiliyi,  inqilab 

mübarizə, sosializm quruculuğu adı altında müstəmləkə altında 

inləyən  xalqların  öz  mədəniyyətlərindən  uzaqlaşdırılması 

prosesi gedirdi. Bu işin həyata keçirilməsində xalqların içindən 

seçilib hazırlanmış onlarla qələm sahibinin fəaliyyəti üçün şərait 

yaradılmışdı.  Onlara  qarşı  duranlara  isə  ağıl,  məntiq  və 

diskussiya ilə  deyil, işdən çıxarmaq, təqib  etmək, sıxışdırmaq, 

həbsxanaya salmaq və güllələnməklə cavab verilirdi. 

     Əmin  Abid  də  millətsevərliyinə,  vətənpərvərliyinə  görə 

NKVD-nin  nəzarətində  idi.  Buna  görə  də  tez-tez  iş  yerini 

dəyişməli  olmuşdur.  O  gah  ADU-da,  gah  Bakı  Pedaqoji 

Texnikumunda, gah da Bakı Maarif evində çalışıb. Daha sonra 

Kürdəmir  rayonunda  müəllim  işləyib.  1938-ci  il  iyulun  14-də 

həbs olunarkən isə o, İsmayıllının Basqal kəndində idi. Həmin 



 

vaxt sənədlərdə sonuncu iş yeri kimi Kürdəmirin Qaraqoyunlu 



kəndində müəllim olaraq göstərilib. Əmin Abid həbsindən üç ay 

sonra oktyabrın 21-də saat 21-30 da qətlə yetirilib.  

    Əmin  Abid  1938-ci  ildə  həbs  edilərək  güllələndikdən  sonra 

onun  əsərlərinin  oxunması  və  onlardan  istifadə  edilməsi  də 

qadağan  edilmişdir.  Stalinizmin  ifşasından  sonra  37-ci  il 

qurbanlarının  böyük  əksəriyyəti  bəraət  alsa  da,  Əmin  Abidə 

yalnız  1962-ci  ildə  bəraət  verildi.  Lakin  onların  əsərlərinin 

hamısının  çap  edilməsinə  icazə  verilmədi.  Əmin  Abid  də 

əsərlərinin  nəşrinə  icazə  verilməyən  tədqiqatçılardan  biri  idi. 

Azərbaycanda  müstəqillik  əldə  etdikdən  sonra  onun  şeirləri, 

hekayələri,  elmi  məqalələri  çap  olundu,  lakin  daha  önəmli 

sayılan  “Azərbaycan  Türklərinin  ədəbiyyatı  tarixi”  kitabının 

çapı müxtəlif səbəblərdən uzun müddət yubandı. Əsasən “Kitabi 

Dədə Qorqud”a və Azərbaycan ədəbiyyatının başlanğıcına həsr 

olunmuş  bu  kitabı  sonra  AMEA  Folklor  İnstitutu  çap  etdirdi. 

Kitabın elmi redaktoru fil.ü.f.d. Rza Xəlilov, çapa hazırlayanlar 

isə professor Bədirxan Əhmədov və Əli Şamil olmuşdurlar.  

     İstiqlal şairi Əmin Abidin anadan olmasının 120 illik yubileyi 

ilə əlaqədar olaraq,  bir sıra  tədbirlər: kitab müzakirəsi, oxucu 

konfransı,  rəsm  və  şeir  müsabiqəsi,  icmal,  ədəbi-bədii  gecə 

keçirilə  bilər.  Şairi  sevdirmək,  yaradıcılığını  gənc  nəslə  və 

oxuculara  tanıtmaq  məqsədilə  kitabxanada  kitab  sərgisi  təşkil 

oluna bilər. Sərgidə şairin  müxtəlif illərdə  çəkilmiş  fotostendi, 

kitabları  ilə  yanaşı, ədəbiyyatşünas və digər müəlliflərin onun 

haqqında yazdığı kitablar, araşdırmalar, ona ithaf edilən  şeirlər, 

kəlamlar  və  dövri  mətbuatda  yer  alan  məqalələr  öz  yerini 

almaqdadır.  Sərgiyə  müxtəlif  başlıqlarlar  verilə  bilər:  “Sən 

bizimsən, bizimsən durduqca bədəndə can, Yaşa-yaşa çox yaşa, 

ey  şanlı  Azərbaycan!”,  “İstiqlal  yolçusu  Əmin  Abid”, 

“Ədəbiyyatımızda  Əmin  Abid  naxışı”,  “Həyatını  Azərbaycan 

xalqının  milli-azadlıq  hərəkatına  həsr  edən  şəxsiyyət”,    



 

“Günahsız müqəssir”, “Vətən istiqlalından ruh alan şair”, “Gecə 



yarısı döyülən qapılar”, “İstiqlal şairinin özü və sözü”,  “Azadlıq 

aşiqinin ömür yolu”, “Acı taleyin böyük səsi” və s. verilə bilər.  

Əmin Abidin əsərləri: 

1. 


Azerbaycan Türklerinin edebiyat tarihi; 

2. 


Türk edebiyatında bayatı-mani türü; 

3. 


Bayatının Türk halkları edebiyatında yeri; 

4. 


Azerbaycan edebiyatının eski anıtlarından; 

5. 


Kitab-ı Dede Korkutun metni hakkında bilgi; 

6. 


Buzlu Cəhənnəm - İstanbul, 1948. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Keçiriləcək tədbirlər 

     İstedadlı  şairin  yubileyi  ilə  əlaqədar  kitabxanalarda 

keçiriləcək tədbirlərdən biri də, “Pirimin bir cürəsini satman iki 



qövnə  mən”  adlı  şeir  müsabiqəsidir.  Müsabiqədə  şairin  öz 

şeirləri ilə yanaşı, onun tədqiq və araşdırma apardığı ədiblərin 

şeirləri  də  yer  alır.  Kitabxanaçı  ilk  olaraq  şairin  bir  neçə  şeir 

kitabını və onun araşdırmaları ilə bağlı kitablarını məktəblilərə 

təqdim  edir.  Məktəblilər  müəyyən  etdikləri  şeiri  əzbərləyərək 

təyin edilmiş tarixdə kitabxanaya gəlirlər. Qonaqlar və münsiflər 

öz  yerini  aldıqdan  sonra  kitabxanaçı  hər  kəsi  salamlayaraq 

tədbirə keçid alır. O, ilk olaraq şairin  həyat və yaradıcılığından, 

onun  ömür  yolundan,  əsərlərindən  və  kitablarından  söhbət          

açır.  Nəfis  şəkildə  nəşr  olunmuş  kitablar  hər  kəs  tərəfindən 

rəğbətlə  qarşılanır.  Kitabxanaçının  dəyərli  məlumatlarından 

sonra  iştirakçılar  bir-bir  öz  şeirlərini  söyləmək  üçün  səhnəyə 

yaxınlaşırlar. 

I iştirakçı:            On səkkiz min aləmdə 

                             Heyran bolğan aşıqlar  

                             Tapmaq məşuq sürağın  

                             Sərsan bolğan aşıqlar. 

  

                             Hər dəm başı ürkülüb 



                             Gözü xalqa tirmülüb 

                             Hu-hu tiyüv çövrülüb 

                             Giryan bolğan aşıqlar.  

 

                             Quyub yanıb qul boğan  



                             Əşqdə bülbül bolğan 

                             Qışı görsə qül bolğan 

                             Mərdan bolğan aşıqlar... 

 



10 

 

II iştirakçı:     Hacı qulu səndən ey taqi sərim 

                        Ziyadə-ziyadə xürrəm olubdur. 

                        Söz veribdir sizə Qruzentştern 

                        Poçaotniklik işi möhkəm olubdur.  

 

                        Dünən güzar etmiş idi bu yana, 



                        Çox söhbət eylədi Süleyman xana

                        Guya bu müjdədən olub divana, 

                        Papaq və saqqallı püfnəm olubdur... 

     

III iştirakçı:     Be ənduh-o həsrət məra rüzgar 

                        Sər aməd dər in  dire-napayidar 

                        Be besyar tədbirin çənge-zən 

                        Nəbəxşid səim vəki hasili 

                        Nədidən dər in əsr Sahib-deli... 

Sonda münsiflər heyəti qiraəti ilə fərqlənən iştirakçıları 

mükafatlandırırlar. 

     Kitabxanada  mövzu  ilə  bağlı  müxtəlif  tədbirlər  keçirilməsi 

məqsədəuyğundur.  Kitabxanaçı  oxucuları  maarifləndirmək 

adına  kitabxanalarla  birgə  məktəblərlə  də  mütəmadi  tədbirlər 

keçirir. Belə tədbirlərdən biri də “Türk ədəbiyyatının vurğunu –

Əmin  Abid”  adlı  oxucularla  söhbət  adlanır.  Kitabxanaçı 

məktəbin  oxu  zalına  toplaşan  oxuculara  vətənpərvər  şair                

Ə. Abid haqqında məlumat verir. 

Kitabxanaçı:  Məhəmməd  Əmin  Rəsulzadənin  yeganə  səs 

yazısında yaradıcılığından sitat gətirilən Gültəkinin kimliyi bu 

gün də hamını maraqlandırır. Baxmayaraq ki, Gültəkin imzası, 

daha doğrusu, həmin  iki “Sən mənimsən, mənimsən durduqca 

bədəndə  can,  Yaşa,  yaşa  çox  yaşa,  ey  şanlı  Azərbaycan!” 

misraları həm Əmin Abid, həm də onun ümumi yaradıcılığından 

hələ ki daha məşhurdur. Gəlin  sizlərlə nakam şair və tədqiqatçı 



11 

 

taleyi  yaşayan  istiqlal  mücahidi  Əmin  Abidin  –  Gültəkinin 



keşməkeşli, lakin şanlı həyatına işıq tutaq.  

     Atası  daş  yonan  fəhlə,  anası  isə  qadınlara  “Quran”  dərsləri 

keçən  Əmin  Abid  1898-ci  ildə  kasıb  bakılı  ailəsində              

anadan  olub.  Zəif  fiziki  imkanlarına,  gözlərindəki  problemə 

baxmayaraq, o, elmə, təhsilə, maarifə  marağı  ilə  seçilib.  Hətta 

zabitlər  məktəbində  gözlərinin  zəif  gördüyü  üçün  seçilməyən 

gələcək ziyalı maarif nazirinə şəxsən özü məktub  yazır. Orada 

bildirir  ki,  bu  gün  vətənə  kiçik  zabitdən  daha  çox  elmlə 

silahlanan bir müəllim vacibdir.  

     Məhəmməd  Əmin  Rəsulzadənin  “Çağdaş  Azərbaycan 

ədəbiyyatı”  əsərində  də  xüsusi  olaraq  vurğuladığı  Gültəkin 

imzalı şair uzun müddət arxivlərdə sirr kimi saxlanılıb. Məşhur 

Gültəkin  imzasının  Əmin  Abidə  məxsus  olmasını  sübuta 

yetirmək üçün araşdırmaçılar uzun müddət çalışıb. Onlardan biri 

də  hazırda  Azərbaycan  Milli  Elmlər  Akademiyasının  Folklor 

İnstitutunda  çalışan  filoloq  alim  Əli  Şamildir.  Əli  Şamil  həm 

onun  nakam  həyatı,  həm  də  gizli  qalan  yaradıcılığı  barəsində 

xeyli  sirləri  ortaya  çıxarıb.  Onlardan  biri  də  budur  ki,  hələ           

1928-29-cu  illərdə  Əmin  Abidin  Dədə  Qorqud  haqqında 

fundamental  sanballı  araşdırmaları  olub.  Amma  Azərbaycan 

ədəbiyyatşünaslığında Dədə Qorqud haqqında ilk araşdırmalar 

1939-cu ildə akademik Həmid Araslıya aid edilir. Bu fakt həm 

də onun göstəricisidir ki, Əmin Abid  Azərbaycan ədəbiyyatında 

Dədə Qorqudun ilk araşdırmaçısı olub. 

     Ana  tərəfdən  böyük  M.Ə.Rəsulzadəyə  qohum  olan  Əmin 

Abid həm də məşhur şair Əliabbas Müznibin qardaşı idi. Araba 

düzəltməklə məşğul olan Müznib sonradan Bakının ən talantlı 

şairi və naşirlərindən biri olub. Əmin Abidin də püxtələşməsində 

böyük qardaşının  rolu az olmayıb.  Əmin  Abid hələ  gənc ikən 

“Dirilik”, “Babayi əmir” jurnalllarında onunla birlikdə çalışıb. 

Bütün  bunlar  fiziki  cəhətdən  zəif  olmasına  baxmayaraq,  iradə 



12 

 

baxımından  yüksək  səviyyədə  formalaşan  Əmin  Abidi  ən 



üsyankar istiqlal şairi kimi formalaşdırıb.  

     Əmin 

Abid 

hələ 


zamanlar 

Azərbaycan 

Xalq 


Cümhuriyyətinin  asdığı  üçrəngli  bayrağın  bir  gün  yenə  də 

formalaşacağını yazırdı: 

“Paçavra bayrağın bir gün solacaq, 

                        Azərbaycan yenə mənim olacaq!..” 

                         

(“Bayrağım və istiqlalım” şeirindən) 

     Əmin  Abid  birinci  dəfə  oxumaq  üçün  Türkiyəyə  gedəndə 

darülfünun  yoldaşı  Nafiyə  xanımla  tanış  olmuş  və  onların 

arasında  böyük  eşq  münasibəti  yaranmışdır.  Münasibətlər 

sonradan evliliyə çevrilib və əslən yunan qızı olan Nafiyə xanım 

Əmin  Abidin  ömrünün  sonuna  qədər  ona  sadiq  qalıb.  Sonda 

1937-ci  ildə  onun  kimi  sürgün  olunmuşdur.  Amma 

güllələnməyib, müəyyən tədbirlərdən sonra Türkiyəyə gətirilib 

və ömrünü orada başa vurub. 

     Kütləvi  cəzaya  məruz  qalmazdan  əvvəl    Əmin  Abid  ikinci 

dəfə Türkiyəyə yollanmış və orada Azərbaycan ədəbiyyat tarixi, 

eləcə  də  folklorşünaslığına  aid  sanballı  əsərlər  yazmışdır.  İlk 

dəfə  “Oğuznamələr”dən  bəhs  etmiş,  Füzulinin  “Söhbətül 

Əsmar” alleqorik əsərini ilk dəfə o, meydana çıxarmışdır. Amma 

onun  Türkiyədən  Bakıya  qayıtma  səbəbi  isə  dəqiq  məlum 

olmayıb. Tədqiqatçı Əli Şamil bu haqda danışır: “Mənə elə gəlir 

ki,  onları  mühacir  təşkilatı  Bakıya  göndərmişdi.  Gəlməyə 

bilməzdilər.  Onu  Bakıda  yaxşı  qarşılayıblar.  Darülmüəllimdə 

dərs  verdilər.  Ə.Abid  Pedaqoji  texnikumda,  universitetdə  dərs 

deməyə  başlayır.  Tədqiq  Tətəbbö  Cəmiyyətində  işləyir.  Ona 

Azərbaycan ədəbiyyatı tarixini yazmağı tapşırılır. “Kommunist” 

qəzetində məqalələri çap olunur, O, eyni zamanda “Oğuznamə” 

ilə bağlı mühazirələr oxuyur. “KQB” gördü ki, bunun dedikləri 

Sovet  Hökumətinin  istədiyi  şey  deyil...  O, türkçülükdən, milli 




13 

 

məsələdən,  “Oğuznamə”  dən  danışır,  onlara  isə  şüarlar 



söyləyən, mədhiyyələr oxuyan adamlar lazım idi... 1929-cu ildə 

Əmin Abidin adı ilk dəfə “qara siyahı” ya düşdü. Əmin Abidin 

Nigar  Rəfibəyliyə  bəzi  hekayələrini  oxutdurduğu,  tələbələrə 

Türkiyədən  gətirdiyi  milli  hisslər  aşılayan  jurnallar  verdiyi, 

millətçi  iş  apardığı  “KQB”  nin  arayışlarında  əksini  tapıb.       

1929-cu  ildə  tələbələrin  gizli  “Gənc  Azər”  təşkilatının  üzvləri 

həbs  ediləndə  Əmin  Abidin  də  adı  istintaqda  millətçi  kimi 

hallanıb.  Əmin  Abidi  Bakıdan  uzaqlaşdırıb,  rayonlarda 

işləməyə-orta  məktəblərdə,  texnikumlarda  dərs  deməyə 

göndərirlər. Bunun adı sürgün idi. Qubada, Ağdamda, Ağdaşda, 

Kürdəmirdə işləyir, amma elmi yaradıcılığından da qalmır. 

     Əmin  Abid  tutulandan  sonra  Nafiyə  xanım  da  Türkiyəyə 

qayıtmaq istəyir. Batumdan viza almaq istərkən, onu da tuturlar. 

Əmin Abid 1938-ci ilin iyulun 14-də casusluqda suçlandırılaraq 

həbs  edilir  və...  3  ay  sonra  oktyabrın  21-də  saat  21:30-da 

güllələnir”.  

     1929-cu  ildə  Türkiyədə  Azərbaycandan  olan  mühacirlərin 

şeirlərindən  ibarət  “İstiqlal  uğrunda”  kitabını  tərtib  etmək 

istəyirdilər.  Amma  məlum  səbəblərdən  bu  proses  baş  tutmur. 

Lakin  böyük  Mirzəbala  Məmmədzadə  həmin  kitabdan 

Gültəkinin  (Əmin  Abidin)  şeirlərini  ayıraraq  onları  “Buzlu 

Cəhənnəm” adı ilə ayrıca çap etdirir.  

            Sibirya ey soyuq, ey qorxunc dəniz 

            Şimalın köksündə uyuma səssiz. 

            Qalx, bir müsafirin gəldi, diqqət et. 

            Sənə hədiyyələr gətirdi vəhşət! 

                                  *** 

            Sən ey, bu gün yalnız qatilin deyil 

            Haqq deyən başın da qəbri olan yer. 



14 

 

     “İstiqlal  uğrunda”  kitabı  tərcüməçi-şair  İbrahim  İlyaslı 



tərəfindən  tərtib  edilərək  “Qələm”  nəşriyyatında  kitab  halında 

çap olunub. 

     Tədbirin sonunda Məhəmməd Əmin Rəsulzadənin Gültəkini 

bütün  türk  dünyasına,  Azərbaycana  tanıdan  çıxışının  audiosu 

təqdim olunur:  

        Sən bizimsən, bizimsən durduqca bədəndə can, 

        Evet gönüllər coşdu bir sevincin gücüylə 

        İstiqlal sevinciylə, istiqlal sevinciylə… 

        İstiqlal, o yaşayan millətin qəlbində can, 

        İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan. 

        İstiqlal, o sönməyən müəbbəd bir məşalə 

        Könüllərdə tutuşur, gözlərdə sönsə belə! 

        İstiqlal, o vətənin göğsünden yüksələn ay. 

        İstiqlal, o sümüktən, qandan yapılmış saray. 

        İstiqlal, o millətin parçalanan bağrından 

        Gəlinlərin, qızların, axan göz yaşlarından 

        Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır, 

        Hansı bir erkek onu düşmənlərə qaptırır? 

        Anaların saçından ördüğü bir bayrağı 

        Hansi erkek çıxıb edəcək baş aşağı?! 

        Sən bizimsən, bizimsən durduqca bədəndə can, 

        Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan! 

     Kitabxanada  keçiriləcək  ənənəvi  tədbir  forması  kimi  kitab 

müzakirəsi  də  keçirilə  bilər.  Oxucuların  istəyini  nəzərə  alan 

kitabxanaçı oxucularla birgə Əmin Abidin “Seçilmiş əsərləri” 

adlı  kitabını  müzakirə  edə  bilərlər.  Kitabxanaçı  əvvəlcə  adı 

çəkilən bu kitab haqqında məlumat verir.  

Kitabxanaçı:  XX  əsr  Azərbaycan  ədəbiyyatşünaslığının  

inkişafında görkəmli folklorşünas, qorqudşünas, nəzəriyyəçi və 

tənqidçi  Əmin  Abidin  xüsusi  yeri  vardır.  Azərbaycan 



15 

 

ədəbiyyatşünaslığının təşəkkül  dövründə ədəbi-elmi fikrimizin  



bilavasitə  inkişafı  ilə  bağlı  bir  çox  elmi-nəzəri  konsepsiyanın 

yaranması,  ədəbi  fakt  və  hadisələrin  aşkara  çıxarılması, 

fundamental  tədqiqatların  aparılması  Əmin  Abidin  adı  ilə 

bağlıdır.  Bu  görkəmli  alim  qırx  illik  ömrünün  iyirmi  ildən 

çoxunu  ədəbi,  bədii,  elmi  fikrə  həsr  etmiş,  ədəbiyyatımızın 

müxtəlif problemləri barədə araşdırmalar aparmışdır.  

     Onun əsl adı Zeynəlabdin idi. Onun Azərbaycan Demokratik  

Cümhuriyyətinin  lideri  M.Ə.Rəsulzadəyə  sayğı  ifadəsi  olaraq 

Əmin adından istifadə etdiyi bildirilir. 

     Əmin  Abid  ilk  təhsilini  III  Aleksandr  adına  Oğlanlar 

gimnaziyasında  almışdır.  Təhsilini  davam  etdirmək  üçün 

rusiyanın  Moskva,  Peterburq  şəhərlərini  deyil,  Türkiyənin 

İstanbul  şəhərini  seçmişdir.  Bunun  əsas  səbəbi  kimi  Ə.Abidin 

böyük  qardaşı  Əliabbas  Müznibin  təsiri  altında  millətçilik 

ruhunda  böyüməsini  göstərmək  olar.  Belə  ki,  anası  Reyhan 

xanımın  möhkəm  təməllər  üzərində  tərbiyəsi,  atası  Mütəllibin 

babasının qanına işləyən (1806-cı ildə çar generalı Sisiyanovun 

Bakını işğalı zamanı öldürülməsi nəticəsində, Çarizmin işğalçı 

dəstələri xalqı qılıncdan keçirərkən Bakı xanı Hüseynqulu xan 

didərgin  düşür,  rus  hərbi  dairələrinin  onun  qohumlarına  qarşı 

keçirdiyi  ağır  qətliam  hadisələrindən  yalnız  Ə.Abidin  babası 

Novruz kişi sağ qalır), “Mənə urusdan gələn xeyir lazım deyil” 

məntiqi  və  qardaşı  Ə.Müznibin  sürgün  həyatı  Ə.Abidin  milli 

ruhda böyüməsini və bu səbəbdən də İstanbulda təhsil almasını 

şərtləndirir.  Belə  ki,  Əmin  Abid  Azərbaycan  Demokratik 

Cümhuriyyəti dövründə vətəndən çıxmış, geri döndükdə isə XI 

Qızıl  ordunun  işğal  etdiyi  Azərbaycanı  görmüşdü.  Türkiyəyə 

getməkdə  əsas məqsədi  həm də İstanbul arxivlərində işləyərək 

Azərbaycan  ədəbiyyatı  ilə  bağlı  araşdırmaq  aparmaq  və 

“Azərbaycan  türklərinin  ədəbiyyatı  tarixi”  əsərini  yazmaqdan 




16 

 

ibarət olmuşdur. Bunun üçün tədqiqatçıya sovet hökuməti ayda 



35 ABŞ dolları məbləğində təqaüd verirdi. 

     Türkiyədə  oxuduğu  illərdə  ictimai-siyasi  məzmunlu  şeirlər 

çap  etdirən  Ə.Abid,  həm  də  fundamental  elmi  araşdırmalar 

aparmışdır.  O,  Qəzvin,  Vyana,  Budapeşt  və  İstanbul 

kitabxanalarında  çalışaraq  ədəbi  fikir  tariximiz  üçün  dəyərli 

tədqiqat əsərləri yazmışdır.  

     M.Ə.Rəsulzadə 

“Çağdaş 


Azərbaycan 

ədəbiyyatı” 

məqaləsində  Gültəkin  poeziyası  barədə  “burada  milli  inqilab 

mübarizəsinin nəşidələrini” gördüyünü yazırdı.  

     Ə.Cəfəroğlu  isə  belə  yazırdı:  “Gültəkin  bəyin  şeirlərinin 

qüvvət və gücü, deyə bilərəm ki, siyasi  mətbuatımızdan  daha 

çox  rəğbət  görə  bilmişdir.  Ən  yaxşı  bəzi  şeirləri  bəstələnib 

İstanbul əhalisi arasında bu gün də tərənnüm edilməkdədir”.  

     Ə.Abidin  Türkiyədə  “Gültəkin”  imzası  ilə  dərc  etdirdiyi 

şeirləri  ona  böyük  şöhrət  gətirməklə  yanaşı,  bütün  türk 

dünyasında  istiqlalçı  şair  kimi  tanıtdırır.  Bolşevizmin 

Azərbaycanda  tüğyan  etdiyi,  xalqın,  millətin  irtica  qarşısında 

aciz qaldığı bir zamanda Gültəkin yazırdı: 

                    Bürüdü bir qorxunc yel kibi bizi,  

                    Bu dağlarda oldu duman bolşevik. 

                    Qanlara boyandı  Xəzər dənizi, 

                    Vermədi  kimsəyə aman bolşevik. 

                    Bolşevik  atını sürdü Araza,  

                    Oğulsuz analar batdılar yasa. 

                    Ey əziz qardaşlar, bu yıl olmazsa, 

                    Gələcək yıl olur viran bolşevik. 

                    Rəngini tökdüyü qandan aldı o, 

                    Dünyaya bir yeni vəhşət saldı o. 

                    Qafqaz onun  deyil, bizdən çaldı o, 

                    Oldu bu gün bizə düşman bolşevik. 



17 

 

     Şair, ədəbiyyatşünas və folklorşünas tədqiqatçı, Qorqudşünas 



və  Axundovşünas,  görkəmli  ədəbiyyat  tarixçisi  Ə.Abid        

zəngin  elmi  irs  qoyub  getmişdir.  Sistemli  araşdırmaların 

məhsulu olan bu elmi irs hələ tədqiqatçılar tərəfindən hərtərəfli 

araşdırılmamışdır.  Əmin  Abidin  elmi  əsərləri  problematika 

baxımından 

zəngin 


və 

çoxşaxəlidir. 

Folklorşünaslıq, 

Qorqudşünaslıq,  ədəbiyyat  tarixçiliyi,  Axundovşünaslıq, 

tərcümə  problemləri,  mətbuat  tarixi  və  s.  problemlər  onun 

tədqiqat əsərlərinin ümumi mənzərəsini təşkil edirdi.    

     Əmin Abid bir folklorşünaş kimi bayatıların vəzn və quruluş 

xüsusiyyətləri haqqında da orijinal mülahizələr irəli sürmüşdür. 

Bunlardan  biri  də  bayatı-maninin,  eləcə  də  türk  ədəbiyyatının  

ərəb-fars  poeziyasına  təsiri  məsələsidir.  İndiyədək  ancaq        

ərəb-fars  poeziyasının  Azərbaycan  ədəbiyyatına  təsirindən 

danışıldığı  halda, Əmin Abid qarşılıqlı təsirdən söhbət açır və 

buna nümunə olaraq bayatı-maniləri göstərir.  

     Əmin  Abidin  araşdırmalarının  böyük  bir  qismi  ədəbiyyat 

tarixçiliyi və klassik Azərbaycan ədəbiyyatı ilə bağlıdır. Əslində 

Əmin  Abidə  qədər  Azərbaycan  ədəbiyyat  tarixinin  tədqiqinə 

yönəlmiş  fundamental  elmi  araşdırmalar  çox  az  olmuşdur. 

F.Köçərlinin  “Azərbaycan  türklərinin  ədəbiyyatı  tarixini” 

(1903),  A.Surun  tapılmayan  “Türk  ədəbiyyatına  bir  nəzər”, 

İ.Hikmətin  “Azərbaycan  ədəbiyyatı  tarixi”(iki  cilddə), 

Y.Vəzirovun  “Azərbaycan  ədəbiyyatına

 

bir  nəzər”  əsərləri 



əslində  çoxəsirlik  milli  ədəbi-bədii  təfəkkürümüzün  bütün 

parametrləri ilə ortaya qoya bilmirdi.

 

Azərbaycan ədəbiyyatının  



mənşəyi,  ayrı-ayrı  və  mərhələləri,  klassiklərin  həyatı  və 

yaradıcılığı, mühiti, əsərlərinin elmi-nəzəri təhlili haqqında yeni 

araşdırmaların aparılması zərurəti yaranmışdı. Məhz buna görə 

də  Ə.Abidin  ədəbiyyat  tarixinin  yazılması  zərurətini  ilk  dərk 

edənlərdən  olmuş,  məqalə  və  tədqiqatlarında  ədəbiyyat 

tarixçiliyi prinsipini qoruyub saxlamışdır.  




18 

 

     Əmin  Abid  eyni  zamanda  ədəbiyyat  tarixinin  müxtəlif 



problemləri ilə konseptual şəkildə məşğul olmuşdur: o həm də 

yaddan  çıxmış,  unudulmuş  folklor  nümunələrini  toplayır,  hər 

hansı  bir  dövrdə  itib-batmış,  ədəbi-tarixi  faktları  üzə  çıxarır, 

həm  də  bu ədəbiyyatın ayrı-ayrı problemlərinə  aid  elmi-nəzəri 

araşdırmalar aparırdı.  

     Əmin  Abidin  milli  mətbuat  tarixinə  aid  araşdırmaları  da 

xüsusi  ilə  əhəmiyyətlidir,  ona  görə  ki,    burada  Azərbaycan

 

mətbuatının  bir  qolu  –  proletar  qəzetçiliyi  tədqid  edilirdi.  Bu 



tədqiqatlar indi bizə gəlib çatmayan bir çox qəzetləri, demək olar 

ki, pasportlaşdırır. “Azərbaycan proletar qəzetçiliyinin tarixinə 

bir  baxış”  məqaləsində  tədqiqatçı  “Hümmət”,  “Təkamül”, 

“Yoldaş”,  “Zəhmət  sədası”,  “Əkinçi”,  “Albayraq”  qəzetlərini 

tədqiq etmişdir. 

     Görkəmli alim, ədəbiyyatşünas, türkoloq, folklorşünas  Əmin 

Abid ədəbi, elmi-tənqidi, estetik irsi zəngindir. Bu irs içərisində 

onun tərcümə tarixinə aid araşdırması və bir tapıntısı daha böyük 

əhəmiyyət daşıyır. Belə ki, Əmin Abidə qədər şərqin böyük şairi 

Ə.Firdovsinin  məşhur  “Şahnamə”  əsərinin    türkcə  ən  qədim  

tərcüməsi  XX  əsr  əvvəllərinə  təsadüf  edilirdisə,  Ə.Abidin 

tədqiqatları  nəticəsində  məlum  olur  ki,  bu  tarix  daha  qədim 

dövrü  əks  etdirir.  Məhz  onun  əldə  etdiyi  tərcümənin  dili  və 

üslubu  üzərində  apardığı  araşdırmalardan  sonra  bu  tarix  XIV 

əsrdən  əvvələ  gedib  çıxır.  Tədqiqatçının  “Firdovsi  və 

Azərbaycan ədəbiyyatı” adlı məqaləsi 1934-cü ildə “Azərnəşr” 

tərəfindən  nəşr edilən “Şahnamə” kitabına  “Ön söz” kimi daxil 

edilmişdir.  

     Ə.Abidin  ədəbi,  elmi-estetik  irsini  tədqiq  etmək  müasir 

ədəbiyyatşünaslığımızın  əsas  vəzifələrindən  biridir.  Onu  da 

qeyd etmək lazımdır ki, uzunmüddətli  sükutdan sonra  Ə.Abidin 

məqalələri kitab şəklində ilk dəfə dərc edilmişdir. Kitabda onun 

ədəbi,  elmi  irsinin  əsas  hissəsi  mətbuat  səhifələrindən  və 



19 

 

arxivlərdən  toplanaraq  nəşrə  hazırlanmışdır.  Bu  məqalələrdə 



səslənən fikir və  mülahizələr ədəbi-tarixi cəhətdən öz qiymətini 

bu gün də saxlayır. Şübhəsiz, bu mülahizələr içərisində bu gün 

üçün mübahisəli məsələlərə də rast gəlmək mümkündür.  

  Tədbirin  sonunda  şagirdlər  Ə.Abidin  şeirlərindən  parçalar 



söyləyirlər.  

     Hər bir sənətkarın, hər bir insanın xoşbəxtliyi də, bədbəxtliyi 

də olur. Əmin Abid də  ona görə xoşbəxt idi ki, tale ona böyük 

bir istedad, coşqun bir ilham vermişdi. Ona görə bədbəxt idi ki, 

şairin  həyat  və  fəaliyyəti  çəkişmələr,  didişmələr  içində  məhv 

olub gedirdi... 

     Əmin Abid, sən elə bir şeirsən ki, sevməyənlər anlamaz. Sən 

qalibsən,  səni  qalib  edən  isə  şeirlərindir...  O,  sarsıntılardan 

keçmiş, qanı, canı, ruhu ilə itirəcəklərinin – sevgisinin, ailəsinin, 

həyatının  –  qorxusunu  dadmış,  ağrısını  duymuş,  hər  bir 

misrasında  belə  həqiqətdən  yan  keçə  bilməyən  bir  şairdir.                

Ə. Abid


 

həyatı  bitəcəksiz  bir  ömürdür.  Ə.Abid  unudulmazdır. 

Üç  rəngli  bayrağımız  kimi,  Azərbaycan  Demokratik 

Respublikamız  kimi,  Ay-ulduz  kimi,  şeirimiz,  nağıllarımız, 

dastanlarımız, havamız, suyumuz kimi, həyatımız kimi... 

Əziziyəm, salmasa da 

Yol gedər Salmasa da 

Xəlvət ağla gözlərim 

Aləmdə salma-sada. 

 

 



 

 

 

 


20 

 

Ədəbiyyat siyahısı 

 

Əsərləri 

 

Mütəllibzadə Ə. A. Seçilmiş əsərlər. - Bakı : Nurlan, 2007. - 262 

s.  

Seçilmiş əsərləri. - Bakı : Şərq-Qərb, 2007. - 288 s. - (Müasir 



Azərbaycan ədəbiyyatı).  

Kafkasya türklerinde fikri cereyanlar // Ədəbiyyat qəzeti. - 2017. 

- 20 yanvar. - № 2. - S. 11.  

Haqqında 

Azəri L. Mühacirət poeziyamızdan boylanan vətən nisgili : Sən 

bizimsən,  bizimsən,  durduqca  bədəndə  can,  Yaşa,  yaşa,  çox 

yaşa, ey şanlı Azərbaycan! // Mədəniyyət. - 2018. - 2 may. - № 

34. - S. 15.  



Babayeva M. Əmin Abidin əsərləri // Kaspi. - 2017. - 14 yanvar. 

- № 7. - S. 24.  



Dünyaminqızı Q. Vətən uğrunda fəda olmuş qardaşlar : Sovet 

hökuməti  Əliabbas  Müznib  və  Əmin  Abidin  taleyinə  də  acı 

sonluq yazmışdı // Kaspi. - 2015. - 19-21 dekabr. - № 214. - S. 

7.  


Fərəcov  S.  Vətənpərvər  ziyalı  -  cəfakeş  tədqiqatçı  :  şair, 

pedaqoq, ədəbiyyatşünas Əmin Abid haqqında // Mədəniyyət. - 

2013. - 20 dekabr. - № 92. - S. 13.  

Xəlilzadə  F.  Günahsız  müqəssirlər  :  şair,  publisist, 

ədəbiyyatşünas Əliabbas Müznibin anadan olmasının 130 illiyi 

// Azərbaycan. - 2012. - 17 iyun. - № 132. - S. 7.  

 

 



 


21 

 

Sən bizimsən, bizimsən durduqca bədəndə can, 



Yaşa-yaşa çox yaşa, ey şanlı Azərbaycan! 

(metodik vəsait) 

 

 

 

 

 

Ünvan:AZ-1022 Bakı şəh.,S.Vurğun küç.88; 

E-mail:info@clb.az 

URL:www.clb.az 

 

 



 

F.Köçərli adına Respublika 

Uşaq Kitabxanasında 

çap olunmuşdur. 

Sifariş: 39 

Çapa imzalanmışdır: 14.05.2018 

Tirajı:100 

Pulsuz 


 

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə