Kompleks qazma işləri” tresti Manometrlərə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№26068-23) elan edir



Yüklə 137 Kb.
səhifə1/5
tarix28.09.2023
ölçüsü137 Kb.
#124692
  1   2   3   4   5
26068-23.Elan- Manometrlər



Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
Kompleks qazma işləri” tresti
Manometrlərə olan tələbatını təmin etmək məqsədi ilə açıq satınalma müsabiqəsi (№ 26068-23) elan edir.


Müsabiqədə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Müsabiqədə iştirak haqqında müraciət (forma əlavə olunur);

  • İştirak haqqının ödənilməsi barədə bank sənədi (ödənişin təyinatında iştirak ediləcək müsabiqənin nömrəsi və iddiaçının tam adı göstərilməlidir);

  • Müsabiqə təklifinin təminatı (forma əlavə olunur) ;

  • Müsabiqə təklifi.

Müsabiqədə iştirak haqqında müraciət (imzalanmış və möhürlənmiş) və iştirak haqqının ödənilməsi barədə bank sənədi ən geci 16.06.2023-cü il, Bakı vaxtı ilə saat 17:30-a qədər Azərbaycan, rus və ya ingilis dillərində Satınalan təşkilatın elanda göstərilmiş ünvanında təqdim olunmalıdır. Göstərilmiş tarixdən gec edilmiş ödəniş və müraciətə baxılmayacaqdır.
Tələb olunan sənədlərin elektron surətləri (müsabiqə təklifi istisna olmaqla) Satınalan təşkilatın əlaqələndirici şəxsinin elanda göstərilmiş elektron ünvanına göndərilə bilər. Belə halda sənədlərin əsli müsabiqə təkliflərinin təqdim edilməsinin son gününədək Satınalan təşkilata təqdim edilməlidir.


Müsabiqə təklifinin təqdim edilməsinin son tarixi və vaxtı:

  • Müsabiqə təklifi bir əsli və bir surəti olmaqla 23.06.2023-cü il, Bakı vaxtı ilə saat 10:30-a qədər Satınalan təşkilata təqdim olunmalıdır.

  • Müsabiqə “Bağlı Zərf” prinsipi ilə yanaşı “iki zərf prinsipi” ilə həyata keçiriləcək. Müsabiqə təklifi ayrı-ayrılıqda maliyyə və texniki təklifdən ibarət olmaqla iki ayrı zərfdə təqdim edilməli, zərflərin üzərində müvafiq olaraq, “MALİYYƏ TƏKLİFİ” və “TEXNİKİ TƏKLİF” sözləri qeyd edilməlidir. Təkliflər Azərbaycan və ya İngilis dilində 3 nüsxədə (bir nüsxədə əsli və iki nüsxədə surəti) ikiqat zərfdə bağlanmış, möhürlənmiş olmalıdır. İlkin olaraq, texniki təkliflərin açılması və qiymətləndirilməsi aparılacaqdır. Texniki təkliflər araşdırıldığı dövrdə maliyyə təklifləri Satınalan təşkilatda saxlanılacaqdır. Texniki qiymətləndirmə bitdikdən sonra əsas şərtlər toplusunun texniki tələblərinə cavab verməyən təklif təqdim etmiş İddiaçıların maliyyə təklifləri açılmadan geri qaytarılacaq. Yalnız texniki qiymətləndirmədən uğurla keçən İddiaçıların maliyyə təklifləri açılaraq bəyan ediləcək və qiymətləndiriləcəkdir.

  • Texniki və maliyyə təklifləri eyni zərfdə təqdim etmiş İddiaçıların təklifləri qəbul edilməyəcəkdir.

  • Təklifi təqdim edən və ya geri götürən İddiaçının nümayəndələri tərəfindən etibarnamə təqdim edilməlidir və şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır.

  • Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan təklif zərfləri açılmadan geri qaytarılacaqdır.



Yüklə 137 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə