Kompüter və elektron avadanlıq
sənayesi haqqında
Oktyabr 2014
Kompüter və elektron avadanlıq sənayesi
Kompüter sənayesinin tarixi 1946-cı ildə ABŞ-da “ENİAC” kompüterinin
yaradılması ilə başlamış və müasir cəmiyyətin mühüm, ayrılmaz tərkib hissəsinə
çevrilmişdir.
Kompüter və elektron avadanlıqları istehsalı sənayesi tərəfindən kompüterlər,
kompüterə aid hissələr, kommunikasiya avadanlıqları, ev elektronika avadanlıqları,
eləcə də kommersiya və hərbi məqsədlərlə istifadə olunan ləvazimatlar istehsal edilir.
Bu sənaye sahəsi aşağıdakı sənaye qruplarına bölünür:
1. Kompüterin və periferiya qurğularının istehsalı;
2. Kommunikasiya avadanlıqlarının istehsalı;
3. Audio və video ləvazimatlarının istehsalı;
4. Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı;
5. Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı;
6. Maqnetik və optik media istehsalı və təkrar istehsalı.
“IBISWorld” tədqiqat şirkətinin hesabatına uyğun olaraq, 2013-cü ildə dünya
kompüter və elektron avadanlıq sənayesi bazarının həcmi 587 milyard ABŞ dolları
təşkil etmişdir. Bu sahədə 28 minə yaxın şirkət göstərir və 3 milyona yaxın mütəxəssis
çalışır. Sənayenin 2009-2014-cü illərdə illik artım tempi 0,6 % olmuşdur.
Kompüter və periferiya qurğularının istehsalı
Bu sənaye sahəsi kompüterlərin, kompüter serverlərinin, periferiya qurğularının
və kompüter terminallarının istehsalını əhatə edir. Kompüterlər 2 növ texniki
dizaynda istehsal edilir: 1) ənənəvi stolüstü kompüter (“desktop PC” – “Personal
Computer”) və daşına bilən kompüter (noutbuk və planşetlər).
Qlobal kompüter və periferiya qurğularının istehsalı bazarının əsas iştirakçıları
arasında Acer, Asus, Apple, HTC, Lenovo, Motorola, Dell, HP, LG, Amazon,
Samsung, Sony, Sharp və Toshiba kimi şirkətləri göstərmək olar.
Asiya-Sakit okean regionunun qlobal stolüstü kompüter istehsalı bazarında payı
34,2% təşkil edir. Tədqiqatlar göstərir ki, stolüstü kompüter sənayesində 2006-2011-ci
illərdə istehlakçılara noutbuk kompüterlərinin istehsalında artım müşahidə
olunmuşdur. İnternetdən istifadənin genişlənməsi, gəlirlərin artması, kompüter
təhsilinin inkişafı, urbanizasiya səviyyəsindəki artım bu sənaye sahəsinə təsir göstərən
əsas faktorlardır.
Bununla yanaşı, son dövrlərdə e-mail, sosial şəbəkələr və internetə giriş daha çox
planşetlər və smartfonlar tipli kompüterlər vasitəsilə həyata keçirilir və 2009-cu ildə
bunların istehsalı kəskin şəkildə artmışdır (Diaqram 1). Belə ki, əgər 2009-cu ildə
dünya üzrə 1,4 milyon ədəd planşet istehsal olunmuşdursa, 2015-ci ildə bu göstəricinin
150 milyona çatması gözlənilir ki, bu da stolüstü kompüter istehsalına (160 milyon
ədəd) yaxın bir göstəricidir.
Diaqram 1. Əsas növ kompüterlərin 2005-2015-ci illərdə istehsal dinamikası.
Gələcək dövrlərdə planşet satışının noutbuk satışını üstələməsi, eləcə də 2017-ci
ildə isə dünya üzrə planşet satışının 352 milyon olması proqnozlaşdırılır. Qlobal
planşet bazarının böyük hissəsi hazırda “Apple” şirkətinin payına düşür, baxmayaraq
ki, onun qlobal bazarda payı 2010-cu ildə 95%-dən 2013-cü ildə 48%-ə enmişdir.
Kompüterin periferiya qurğularının istehsalı dedikdə printer, monitor, klaviatura,
skaner və digər istehsal nəzərdə tutulur. Bu sahədə əsas şirkətlər arasında HP, Canon,
NCR və digərləri daxildir. Qlobal kompüter hissələri istehsalı sənayesi Asiyada
cəmləşir.
Kommunikasiya avadanlıqlarının istehsalı
Bu sənaye sahəsində şirkətlər telefon, radio, simsiz kommunikasiya şəbəkəsində
istifadə üçün avadanlıqlar istehsal edir. Əsas şirkətlər Apple, Cisco, Motorola,
QUALCOMM, Ericson, Nokia, Samsung və digərlərdir. 2013-cü ildə kommunikasiya
avadanlıqlarına çəkilən qlobal xərclər 370 milyard ABŞ dolları təşkil etmişdir. Qeyd
edilən xərclərdəki artım əsasən Çin və Avropanın payına düşür ki, burada internet və
mobil xidmət provayderləri yüksək sürətli 4G mobil şəbəkələri qururlar.
Audio və video ləvazimatlarının istehsalı
7
7
7.5
8
7.6
10
14
148
138
145
145
126
145
160
60
83
108
140
169
205
350
1.4
18
150
0
100
200
300
400
500
600
700
800
2005
2006
2007
2008
2009
2010
2015
Kompüterlərin qlobal satış bazarı (mln ədəd)
tablet
notbuk
desktop
server
Bu istehsal sahəsindəki şirkətlər ev, avtomobil üçün audio, video avadanlıqlar,
musiqi alətləri üçün səs gücləndiriciləri, televiziya, reproduktor, video pleyer və video
kamera istehsal edirlər. Dünyada audio-video avadanlıqları istehsalı üzrə illik gəlir 250
milyard ABŞ dollardır. Bu sahədə əsas şirkətlər arasında LG Electronics, Samsung,
Panasonic, Sony, Royal Philips və digərləri vardır. Bu sahə üzrə istehsal əsasən Asiya
ölkələrində mərkəzləşib.
Yarımkeçirici və digər elektron tərkib hissələrinin istehsalı
Bu
sahədə
şirkətlər
kompüter
çipləri,
kondensatorlar,
rezistorlar,
mikroprosessorlar, elektron lampalar, kompüter modemləri, tranzistorlar, günəş
batareyaları, diodlar və digər elektron komponentlər istehsal edir. Dünya üzrə
yarımkeçirici illik satışı təxminən 300 milyard ABŞ dolları təşkil edir ki, bunun da
55%-i Asiya-Sakit okean regionunun, 18%-i Amerikanın, 15%-i Yaponiyanın, 12%-i
isə Avropanın payına düşür. ABŞ-da bu sənaye sahəsi üzrə 4300 şirkət fəaliyyət
göstərir ki, onların da illik gəliri 125 milyard ABŞ dolları təşkil edir.
Naviqasiya, ölçü, elektrotibbi, yoxlama alətlərinin istehsalı
Naviqasiya, ölçü, elektrotibbi və yoxlama alətlərinin istehsalı özündə naviqasiya
alətləri və sistemləri, radar sistemləri, sonar sistemləri; temperatur, rütubət, təzyiq,
sıxlıq, turşuluq, qatılıq ölçən cihazlar, qaz sayğacları, su sayğacları, dayanacaqlar üçün
hesablayıcı aparatlar, maqnetik-rezonans tomoqrafiya aparatı, tibbi ultrasəs aparatı,
eşitmə aparatı, elektrokardioqrafiya cihazları, elektrotibbi endoskopik cihazlar,
aeronaviqasiya alətləri, nəzarət və nizamlayıcı cihazlar, divar saatları, qol saatları,
analitik laboratoriya alətləri, naviqasiya və rəhbərlik sistemləri və fiziki
xüsusiyyətlərin sınaq ləvazimatlarının müxtəlif tiplərinin istehsalı sahələrini özündə
birləşdirir.
Maqnetik və optik media istehsalı və təkrar istehsalı
Bu sənaye sahəsi video, audio lentlərin, disketlərin, “hard drive” disklərin
istehsalını və audio, video, proqram təminatı və digər məlumatların istehsalını əhatə
edir. Proqram təminatının təkrar istehsalı zamanı müəssisələr hər hansı proqram
təminatı inkişaf etdirmirlər, onlar məlumat və proqramları maqnetik vasitələrdə
(disketlər, lentlər və s. kimi) kütləvi olaraq yenidən hasil edirlər.
Azərbaycan
Son dövrlərdə dünyada kompüter və elektron avadanlıqların istehsalının sürətli
inkişafı ölkəmizdə də bu sahənin canlanmasına səbəb olmuşdur.
Ölkədə bu işlə məşğul olan bir sıra müəssisə və təşkilatlar fəaliyyət göstərir.
Bunlara “KÜR” EAİ MMC, “AZEL”, “NEXUS”, “Bakı CD emalı zavodu” və
“BİLLUR Elektroniks-Holding” MMC-ni misal göstərmək olar.
Müəssisələrin adı
Fəaliyyət sahəsi
“Kür” EAİ MMC
DVB-T televiziya kanallarının rəqəmsal qəbuledicisi, internet terminal, ADSL 2/2+
modemləri, termal foto printerlər, stolüstü kompüterlər, telefon aparatları-2 növ istehsalı
“Azel” QSC
Distribütorluq, texnika və proqram təminatının təchizi, xidməti dəstək
“Bakı CD emalı Zavodu”
(Gilan holdinq)
Kompakt disk istehsalı, gündəlik təqribən 23000 disklik istehsal həcminə malikdir.
“Nexus” MMC (Ultra
Computers)
Notbuklar (Classmate, Air, Atom, AzBook, Sensus, Sensus G, Grand, UltraNote;
Planşetlər (AzPad, AzPad Mini i7S), LCD monitorlar, LCD televizorlar, Personal
komputerlər (Norma, Avior, Avior pro, Mira, Quadro, Fox, Extreme Lcd Pc) istehsalı
“Billur-Elektroniks-
Holding” MMC
Müasir LCD və CRT televizorların, nəzarət-kassa aparatlarının, personal kompüterlərin,
notbukların, kondisionerlərin və digər elektron məhsulların istehsalı
“Star LTD” MMC
Televizor, kondinsioner
Gəncə Aviatəmir zavodu
Avia hissələr
Gəncə Cihazqayırma
zavodu
Su və qaz sayğaclarının istehsalı
Elektron cihazları zavodu
(STP)
“Smart” tipli elektron elektrik sayğacları
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərən müəssisələr
“Azon” zavodu
İnteqral mikrosxemlərin istehsalı,
0%
10%
20%
30%
40%
50%
60%
70%
80%
Avropa
Şimali
Amerika
Yaponiya
Çin
Digər
Sakit
Okean
ölkələri
Digər
ölkələr
14%
15%
12%
38%
16%
5%
13%
15%
11%
36%
20%
6%
Regionlar üzrə elektron avadanlıqlar istehsalı
(%-lə)
2017
2012
“Avia-Aqreqat” zavodu Təyyarələrin ehtiyat hissələrinin istehsalı
“Dalğa” EİM
Gəmi naviqasiya sistemləri
“Peyk” zavodu
Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələri, əyilgən çap lövhələri, sərt-
əyilgən çap lövhələri istehsalı, rəqəmsal televiziya üçün DVB-T dekoderləri
Cədvəl 1. Azərbaycan Respublikasında kompüter və elektron avadanlıq istehsalı sahəsində
fəaliyyət göstərən müəssisələr
Ümumilikdə, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu sənayedə 25
müəssisə fəaliyyət göstərir ki, onlardan 8-i dövlət, 17-si isə qeyri-dövlət müəssisəsidir.
Azərbaycanda kompüter və elektron avadanlıqların istehsal həcmi 2012-ci ildə
66,5 milyon manata bərabər olmuşdur. 2005-ci illə müqayisədə bu göstərici 8 dəfədən
çox artmışdır (7,3 milyon manatdan 66.5 milyon manata kimi).
Bu sənaye sahəsinin inkişaf etdirilməsi məqsədilə Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi nəzdində Yüksək Texnologiyalar Parkı (Azərbaycan
Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli Fərmanı) və həmçinin
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu (Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 15 mart tarixli 2095 nömrəli Sərəncamı) təsis edilmişdir.
Yüksək Texnologiyalar Parkı innovasiya məhsulunun və yüksək texnologiyaların
hazırlanması, işlənməsi və ya təkmilləşdirilməsi məqsədilə elmi tədqiqatların və
təcrübə-konstruktor işlərinin aparılması, onların nəticələrinin sənaye, xidmət və digər
sahələrdə tətbiqi (kommersiyalaşdırılması) üçün zəruri infrastrukturu, maddi-texniki
bazası və idarəetmə qurumları olan ərazidir. Parkın fəaliyyətinin təşkili və idarə
olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud
Məsuliyyətli Cəmiyyəti yaradılmışdır.
Yüksək Texnologiyalar Parkının əsas məqsədi innovativ və biliklərə əsaslanan
iqtisadiyyatın qurulması, intellektual biznesin dəstəklənməsi, iqtisadiyyatın və xüsusilə
İKT sektorunun rəqabət qabiliyyətliliyinin yüksəldilməsi, xarici investisiyaların cəlb
edilməsi, insan resurslarının inkişafı və menecment bazasının yaradılması və
“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı və informasiya cəmiyyətinə
keçidinin təmin edilməsidir.
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu 2012-ci ildə yaradılmışdır.
Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin tabeliyində
fəaliyyət göstərir və informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyətin
stimullaşdırılmasını, bu sahədə innovasiyaların tətbiqini, habelə tətbiqi elmi tədqiqat
işlərinin genişləndirilməsini maliyyə dəstəyi ilə təmin edən dövlət orqanıdır. Fond öz
fəaliyyətini dövlət və yerli özünüidarəetmə orqanları, informasiya-kommunikasiya
texnologiyaları sahəsində fəaliyyət göstərən hüquqi şəxslər, kredit, maliyyə və sığorta
təşkilatları, sahibkarlığın inkişafına dəstək verən ictimai birliklər, qeyri-hökumət
təşkilatları və beynəlxalq qurumlar ilə əlaqəli şəkildə həyata keçirir.
Fondun vəsaitləri Azərbaycan Respublikasında informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsinin inkişafının prioritet istiqamətləri üzrə investisiya və
müsabiqə layihələrinin maliyyələşdirilməsinə, eləcə də İKT sahəsində fəaliyyət
göstərən hüquqi şəxslərin nizamnamə kapitalındakı iştirak payına, o cümlədən
səhmlərini almaqla müddətli investisiya qoyuluşuna yönəldilir.
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları və elektron istehsalı
üzrə xüsusi innovasiya zonaları yaradılacaqdır. Rabitə və Yüksək Texnologiyaları
Nazirliyi ilə ABŞ-ın aparıcı məsləhətçi şirkəti olan “Booz Allen Hamilton”un birgə
“Regional İnnovasiya Zonası” layihəsi innovasiyalı sahibkarlığa təkan verəcək,
texnoparkların, elektron avadanlıqların və proqram məhsullarının istehsalı və ixracı
üzrə regional bazarın, region ölkələrinə geniş elektron xidmətlərin göstərilməsini
təmin edəcək, Qərblə Şərq arasında tranzit informasiya məkanının, həmçinin insan
resurslarının inkişafına xidmət edəcək universitetin yaradılmasını nəzərdə tutur.
Dostları ilə paylaş: |