Məhəmməd Əsgərov ✵ Xalqların özünü müəyyənetmə prinsipi



Yüklə 93,81 Kb.

tarix31.08.2018
ölçüsü93,81 Kb.


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

23 

 

Məhəmməd Əsgərov





 

Xalqların özünü müəyyənetmə prinsipi 

Annotasiya 

Məqalədə müasir beynəlxalq hüququn 10 əsas prinsipindən biri olan “xalqların 

özünü  müəyyənetmə”  prinsipi  araşdırılmışdır.  Məqalənin  məqsədi  prinsipin 

realizəsi  zamanı  meydana  çıxa  biləcək  qeyri-müəyyənlikləri  aradan 

qaldırmaqdan ibarətdir. Həmçinin müxtəlif beynəlxalq sənədlərin təhlil edilməsi 

yolu  ilə  beynəlxalq  hüququn  aktual  və  mübahisəli  problemlərindən  biri  kimi 

özünü  müəyyənetmə  hüququnun  daxili  və  xarici  aspektləri,  realizəsinin 

hüdudları  müəyyən  edilmiş,  məzmunu  açılaraq  xalq,  millət  və  milli  azlıq 

terminləri fərqləndirilmiş, bu hüququn yalnız xalqlara məxsus olması qənaətinə 

gəlinmişdir.  Eləcə  də,  xalqların  özünü  müəyyənetmə  hüququnun  yalnız 

müstəmləkə  əsarəti  altında  olan  xalqlara  şamil  edilməsi,  onun  realizəsinin 

separatizmə  yol  açmasının  mümkünsüzlüyü,  beynəlxalq  hüququn  digər 

prinsipləri  ilə  sıx  qarşılıqlı  əlaqədə  olması  və  uzlaşması  məqalənin  əsas 

məzmununu təşkil edir. 

Summary 

This article is dedicated to the research of one of the 10 core principles of the 

international law - the "self-determination" principle. The goal of this article is 

to  eliminate  all  uncertainties  emanating  from  implementation  of  the 

abovementioned  principle.  Being  one  of  the  topical  and  contentious  issues  of 

international law, the principle of self-determination, its internal and external 

aspects, limits and frameworks it can be used within, and its context have been 

revealed throughout the article, terms "nation, nationality and ethnic minority" 

have been differentiated in the end. It is noted that this principle is adhered to 

nations only. The following ideas contain the cornerstone of the article: principle 

of  self-determination  is  extended  to  nations  under  colonial  suppression; 

implementation of the principle should not lead to separatism; recognition of the 

correlation of the mentioned principle with other ones within international law

.

 

 

Giriş 

eynəlxalq  hüququn  ən  mühüm,  ən  yüksək  hüquqi  qüvvəyə  malik 

olan jus cogens normalarından biri “Xalqların özünü müəyyənetmə” 

prinsipidir.  Bu  prinsip  digər  əsas  prinsiplər  kimi  bütövlükdə 

beynəlxalq birlik tərəfindən tanınır, qəbul edilir və yalnız beynəlxalq birliyin özü 

tərəfindən ləğv edilə bilər. Xalqların özünü müəyyənetmə hüququ prinsip kimi 

imperativ  olmaqla  bütün  dövlətlərin  üzərinə  “erga  omnes”  öhdəliklər    qoyur.

Lakin  beynəlxalq  hüquqda  ən  çox  müzakirə  olunan  məsələlərdən  biri  də  bu 



prinsipdir.  Xalqların  özünü  müəyyənetmə  prinsipinə  müxtəlif  dövrlərdə  fərqli 

mənalar verilmişdir. Bu prinsipə tam bir anlayış vermək elə də asan olmamışdır. 

Səbəbi  isə  hər  bir  dövlətin  xalqların  özünü  müəyyənetməsinə  öz  maraqlarına 

uyğun  şəkildə  yanaşması  olmuşdur.  Bəzi  yanaşmalara  görə  xalqların  özünü 

müəyyənetməsi  dedikdə  dövlətin  vətəndaşlarının  öz  hökumətlərini  seçməsi, 

digər bir yanaşmaya görə xalqın öz idarəetmə formasını müəyyən etməsi başa 

                                                            

Bakı Dövlət Universiteti Hüquq fakültəsi, II kurs, SABAH qrupu tələbəsi 



1

 Lətif Hüseynov, Beynəlxalq hüquq, s. 27-28 (Bakı, 2012) 

 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

24 

 

düşülür.



2

 İki  əsrdən  artıq  bir  inkişaf  yolu  keçmiş  prinsipə  dəqiq  anlayışın 

verilməməsi  müxtəlif  zamanlarda  bu  termindən  etnik  və  dini  münaqişələr 

yaratmaq məqsədi ilə istifadə  edilməsinə yol açmışdır.   Bu məsələnin aktuallığı 

və mühüm əhəmiyyəti ondan ibarətdir ki, özünü müəyyənetmə prinsipindən bir 

çox  dövlətlərin  ərazi  bütövlüyünün  pozulması  məqsədi  ilə  istifadə  edilir.

3

 

Beynəlxalq hüququn əsas prinsipi kimi xalqların özünü müəyyənetmə hüququ 



dövlətlərarası  münasibətləri  gərginləşdirmək  üçün  deyil,  əksinə  onları 

tənzimləmək  funksiyası  daşıyır.  Məqalədə  müxtəlif  beynəlxalq  hüquqi 

sənədlərdə    xalqların  özünü  müəyyənetmə  prinsipinin  hansı  formalarda  ifadə 

olunmasını araşdırmaqla onun  əsas məğzini açmağa, eyni zamanda, mahiyyəti 

araşdırarkən  aşağıdakı  suallara  cavab  tapmağa  çalışacağıq.  Xalqların  özünü 

müəyyənetmə  hüququnun  məzmunu  nədən  ibarətdir?  Ümumiyyətlə  bu 

hüquqdurmu? Hüququn subyekti qismində kimlər çıxış edə bilər, milli azlıqlar 

özünü müəyyənetmə hüququndan istifadə edə bilərmi? Xalq və millət dedikdə 

nə  nəzərdə  tutulur?  Özünü  müəyyənetmə  nəyi  ifadə  edir?  Bu  prinsip  bütün 

xalqlara şamil olunurmu? Nəzərə alsaq ki, dünyada 4 minə yaxın xalq və millət, 

195-ə yaxın isə rəsmən tanınan dövlət var, o zaman bu prinsipin bütün xalqlar 

tərəfindən  realizəsi hansı mənfi  hallara gətirib çıxara bilər? Prinsipin daxili və 

xarici aspektləri nələrdən ibarətdir? Özünü müəyyənetmə hansı şərtlərlə şamil 

olunur,  realizəsi  necə  məhdudlaşır?  Beynəlxalq  hüququn  digər  prinsipləri  ilə 

qarşılıqlı  əlaqəsi  nədən  ibarətdir,  özünü  müəyyənetmə  prinsipi  dövlətin  ərazi 

bütövlüyü,  eləcə  də  dövlət  suverenliyi  prinsipinə  ziddirmi?  Xalqların  özünü 

müəyyənetmə və ayrılma hüququnun qarşılıqlı əlaqəsi nədən ibarətdir? Prinsipi 

separatizmdən  nə  fərqləndirir?  Dağlıq  Qarabağ  münaqişəsi  xalqın  özünü 

müəyyənetməsidir, yoxsa milli azlığın separatçılıq fəaliyyəti?

4

 



I. Prinsip beynəlxalq mənbələrdə 

XIX əsrdən sürətlə inkişaf etməyə başlayan milliyyətçiliklə bərabər özünü 

müəyyənetmə  termini  birləşmələrə  və  böyük  dövlətlərin  yaranmasına  səbəb 

olurdusa, XX əsrin başlanğıcından etibarən mikro-millətçiliyin artması səbəbi ilə 

bu  termindən  böyük  dövlətləri  parçalamaqda  vasitə  kimi  istifadə  olunmağa 

başlandı. Böyük dövlətlərin zəifləməsi ilə bir sıra xalqlar öz müstəqil dövlətlərini 

qurmaq məqsədi ilə mübarizəyə başlamışdır.

5

 Özünü müəyyənetmə termini ilk 



yarandığı vaxtdan ikinci dünya müharibəsinə kimi beynəlxalq hüquqda olmayan, 

siyasi  termin  kimi  mövcud  olmuşdur.  Xalqların  özünü  müəyyənetməsi  hüquq 

kimi ilk dəfə Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsində öz əksini 

tapmaqla beynəlxalq hüquqa daxil olmuşdur. Nizamnamənin 1-ci maddəsinin 2-

ci  bəndində  “Millətlər  arasında,  xalqların  hüquq  bərabərliyi  və  özünü 

müəyyənetmə  prinsipinə  hörmət  əsasında  dostluq  münasibətlərini  inkişaf 

etdirmək,  universal  sülhün  möhkəmləndirilməsi  üçün  digər  müvafiq  tədbirlər 

görmək  BMT-nin  əsas  məqsədlərindən  biri  kimi  verilir.  Xalqların  özünü 

müəyyənetmə  prinsipi  həmçinin  Nizamnamənin  beynəlxalq  iqtisadi  və  sosial 

                                                            

2

 Toğrul Aliyev. Dağlık Karabağ sorunu ve uluslararası örgütler, s. 63 (Ankara, 2006) 



3

 Qulu Novruzov. Müasir beynəlxalq hüquqda xalqların və millətlərin öz müqəddəratını  

təyinetmə, s. 6 (Bakı, 2014) 

4

 Rahim Məmmədov. Xalqların özünü müəyyənetmə prinsipinin normativ məzmunu haqqında 



(müasir interpretasiya). Beynəlxalq hüquq və inteqrasiya problemləri (elmi-analitik və praktiki 

jurnal) No.4 (20), s. 10 (2009) 

5

 Hüseyn Ali. Uluslararası hukukta kendi geleceğini belirleme (self-determination) hakkı, s. 1-2 



(Ankara 2013) 


Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

25 

 

əməkdaşlıq  adı  altında  IX  bölməsinin  55-ci  maddəsində  verilmişdir:  Millətlər 



arasında, xalqların hüquq bərabərliyi və özünü müəyyənetməsi prinsipinə hörmət 

əsasında sülh və dostluq münasibətləri üçün zəruri olan sabitlik və əmin-amanlıq 

şəraitini  yaratmaq  məqsədilə  Birləşmiş  Millətlər  Təşkilatı  həyat  şəraitinin 

yüksəldilməsinə,  iqtisadi,  sosial,  səhiyyə  və  buna  müvafiq  sahələrdə  beynəlxalq 

problemlərin  həllinə,  beynəlxalq  əməkdaşlığa,  insanların  əsas  hüquq  və 

azadlıqlarına hamılıqla hörmət və riayət edilməsinə dəstək verir

Özünü  müəyyənetmə  hüququ  ilk  dəfə  BMT  Nizamnaməsində  beynəlxalq 

hüququn yeddi əsas prinsipindən biri kimi müəyyən olunsa da, mahiyyəti tam 

açıqlanmamışdır.  BMT  Baş  Assambleyasının  “Müstəmləkə  ölkələrinə  və 

xalqlarına müstəqilliyin verilməsi haqqında” 14 dekabr 1960-cı il tarixli, 1514 

(XV) saylı qətnaməsinin qəbul olunmasından sonra prinsipin mahiyyəti nisbətən 

konkretləşdi.  Qətnamənin  2-ci  maddəsi  özünü  müəyyənetmə  prinsipinin 

məzmununun  açılması  baxımından  böyük  əhəmiyyət  daşıyır.  Belə  ki:  Bütün 



xalqların özünü müəyyənetmə hüququ vardır, o hüquqa istinadən xalqlar öz siyasi 

statuslarını azad şəkildə müəyyənləşdirir və öz iqtisadi, sosial, mədəni inkişaflarını 

həyata  keçirirlər.

6

 Həmçinin  bu  sənədlə  dövlətin  ərazi  bütövlüyünün 



pozulmasına  yönəlmiş hər  cür cəhdin BMT Nizamnaməsində öz əksini tapmış 

məqsəd və  prinsiplərlə bir araya sığmadığı da öz təsdiqini tapmışdır.

7

 

1966-cı il “Mülki və siyasi hüquqlar”, eyni zamanda, “İqtisadi, sosial, mədəni 



hüquqlar”  haqqında  beynəlxalq  Paktların  1-ci  maddəsində  vurğulanır:  Bütün 

xalqlar özünü müəyyənetmə hüququna malikdirlər. Bu hüquq sayəsində onlar 

öz  siyasi  statuslarını  sərbəst  müəyyən  edir  və  öz  iqtisadi,  sosial  və  mədəni 

inkişaflarını  sərbəst  təmin  edirlər.  Bu  Paktda  iştirak  edən  bütün  dövlətlər,  o 

cümlədən, özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət 

daşıyan dövlətlər BMT-nin Nizamnaməsinə uyğun olaraq özünü müəyyənetmə 

hüququna  hörmət  edərək  onun  həyata  keçirilməsini  təşviq  etməlidirlər.  İnsan 

hüquqları ilə bağlı əvvəllər vahid sənəd kimi baxılan 1966-cı il tarixli “Mülki və 

siyasi hüquqlar haqqında” Pakta özünü müəyyənetmə müddəasını aşağıdakılarla 

bağlı  daxil  etmək qərara alınmışdır: a) o, “...digər insan hüquqlarının mənbəyi 

və ya qaçılmaz şərtidir, çünki, özünü müəyyənetmə hüququ həyata keçirilmədən 

fərdi  hüquqların  həqiqi  gerçəkləşməsi  mümkün  deyildir”;  b)  Pakt  tərtib 

edilərkən  Nizamnamənin  məqsəd  və    prinsiplərinin,  o  cümlədən,  xalqların 

hüquq  bərabərliyi    və  özünü  müəyyənetmə  prinsipinin  həyata  keçirilməsi 

nəzərdə  tutulmalıdır;  c)  insan  hüquqları  haqqında  ümumi  Bəyannamənin  bir 

sıra müddəaları özünü müəyyənetmə  hüququ ilə bilavasitə  bağlıdır; ç) bu hüquq 

Pakta daxil edilməzsə, o natamam  və səmərəsiz olacaqdır.

8

  



BMT  Baş  Assambleyasının  24  oktyabr  1970-ci  il  tarixli,  2625  (XXV)  saylı 

qətnaməsi əsasında qəbul  etdiyi “Dövlətlər arasında dostluq münasibətlərinə və 

əməkdaşlığa  aid  beynəlxalq  hüquq  prinsipləri  haqqında”  Bəyannamədə 

beynəlxalq  hüququn  yeddi  əsas  prinsipi,  o  cümlədən  xalqların  özünü 

müəyyənetmə  prinsipi  təsbit  olunmuşdur.  Eyni  zamanda,  Bəyannamənin  giriş 

hissəsində xalqların özünü müəyyənetmə prinsipinin beynəlxalq hüququn digər 

prinsiplərinin    ayrılmaz  tərkib  hissəsi  olması  əks  olunmuşdur.

9

 Bu  Bəyanna-



                                                            

6

 Ali, s. 33  



7

 Əmir Əliyev. İnsan hüquqları, s. 41 (Bakı, 2013) 

8

 Novruzov, s. 17 



9

 Abdullah Uz. Teori ve uygulamada self-determinasyon hakkı. Uluslararası hukuk ve politika

cilt 3, No.9, s. 67 (2007) 



Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

26 

 

mənin vacib əhəmiyyəti  ondan ibarətdir ki, BMT Nizamnaməsində ilk dəfə əks 



olunmuş yeddi prinsipin mahiyyəti açıqlanmışdır. Beynəlxalq sənədin digər bir 

üstün  cəhəti  o  idi  ki,  xalqların  hüquq  bərabərliyi  və  özünü  müəyyənetmə 

prinsipinin xalqlar baxımından bir hüquq olması, bu hüquqa  əməl edilməsinin 

dövlətlər  üçün  məcburi  olması  əks  olunmuşdur.

10

 Sözügedən  aktda  özünü 



müəyyənetmənin    aşağıdakı  mümkün  formaları  dəqiqləşdirilir:  suveren  və 

müstəqil  dövlətin  yaradılması;  müstəqil  dövlətə  azad  birləşmə  və  ya  onunla 

vəhdət təşkil etmə; yaxud xalqın azad şəkildə müəyyənləşdirdiyi istənilən digər 

siyasi statusun həyata keçirilməsi.

11

  

1975-ci il Helsinki Yekun aktında bu prinsip BMT Nizamnaməsinin məqsəd 



və  prinsiplərinə,  eləcə  də  dövlətlərin  ərazi  bütövlüyünə  aid  olan  normalarına 

uyğun şəkildə həyata keçiriləcəyi öz ifadəsini tapmışdır. Avropa Şurasının “Milli 

azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının Preambulasında da milli 

azlıqların  hüquqlarının  dövlətin  ərazi  bütövlüyü  təmin  olunmaqla    həyata 

keçirilməsinin zəruriliyi  xüsusi qeyd olunur. 21-ci maddədə birbaşa göstərilir ki, 

həmin Çərçivə Konvensiyasının heç bir müddəası dövlətin suveren bərabərliyi, 

ərazi bütövlüyü və siyasi müstəqilliyinə zidd tövsif edilə bilməz.

12

 



1981-ci il tarixli  “İnsan  və xalqların  hüquqlarına dair  Afrika  Xartiyası“nın 

19-cu maddəsi xalqların hüquq bərabərliyinə, 20-ci maddəsi isə xalqların özünü 

müəyyənetməsinə  həsr  olunmuşdur.  Xartiyanın  20-ci  maddəsində  verilir: 

”Bütün  xalqların  “mövcud  olmaq”  -  yaşamaq  hüququ  var.  Eləcə  də,  xalqların 

özünü  müəyyənetməsi  onların  alınmaz  və  ayrılmaz  hüququ  kimi  təsbit 

olunmuşdur  və  onlar  siyasi  statuslarını  azad  şəkildə  təyin  etmək,  iqtisadi  və 

sosial inkişafın istiqamətlərini sərbəst şəkildə seçmək hüququna malikdirlər.

13

 



Bu  hüquq    hər  bir  xalqa  ayrılmaz  olaraq  verilsə  də,  Xartiyanın  özündə  də 

göstərilir  ki,  xalqların  bu  hüquqdan  istifadəsi  beynəlxalq  hüququn  digər 

prinsiplərinə  zidd  olmadan  beynəlxalq  əməkdaşlığa  xidmət  etməlidir.  Oxşar 

şəkildə də Xalqların özünü müəyyənetmə hüququ 1990-cı ildə imzalanan Yeni 

Avropa  üçün  Paris  Xartiyasında  da  dövlətin  ərazi  bütövlüyü  başda  olmaqla 

beynəlxalq  hüququn  digər  prinsiplərinə  zidd  olmadan  həyata  keçirilə  biləcəyi 

təsbit olunmuşdur.

14

 Prinsip həmçinin BMT Beynəlxalq Məhkəməsinin bir sıra 



qərarlarında və məsləhət xarakterli rəylərində də öz əksini tapmışdır.

15

 



II. Xalqların özünü müəyyənetmə hüququnun daxili və xarici 

aspektləri 

Mənbələrdə qeyd etdik ki, xalqların özünü müəyyənetmə hüququ vardır və 

dövlətlər  də  bu  hüquqa  hörmət  etməlidirlər.  Lakin  mənbələr  xalqların  bu 

hüququ  necə  həyata  keçirəcəkləri  məsələsini  cavabsız  qoymuşdur.  İlk  dəfə 

özünü  müəyyənetmə  anlayışı  daxili  anlamda  yaransa  da,  müasir  dövrdə 

əhəmiyyətinə  görə  onun  xarici  aspekti  daha  əsasdır.  Ümumilikdə  götürsək, 

özünü  müəyyənetmənin  xarici  tərəfi    müəyyən  ərazinin  beynəlxalq  hüquqi 

statusunun  müəyyənləşdirilməsi  deməkdir.  Özünü  müəyyənetmənin  daxili 

                                                            

10

Akif Kütükçü. Uluslararasi hukukda self-deterinasyon hakkı  ve Türk cumhuriyyetleri. Selçuk 



Üniversitesi Sosyal Bilimler Dergisi, sayı 12, s. 269 (2004) 

11

 Novruzov, s. 19 



12

 Əliyev, s. 42 

13

 Malcolm Shaw. International Law, s. 270 (4



th

 edn., 2003) 

14

 Jorri Duursma. Fragmentation and the international relations of micro-states (self-



determination and statehood), s. 76 (Cambridge, 1996) 

15

 Hüseynov, s. 39 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

27 

 

forması isə xalqların öz inkişaflarının bütün məsələlərdə həllini bildirir. Özünü 



müəyyənetmənin  xarici  tərəfindən  istifadə  hüququna  müstəmləkə  və  xarici 

asılılığın digər formaları şəraitində, həmçinin xarici işğal şəraitində olan xalqlar 

malikdirlər.

16

 BMT  Baş  Assambleyasının  qəbul  etdiyi  qərarlarda  da  xalqların 



özünü  müəyyənetmə  hüququnun  xarici  aspektinə  geniş  yer  verilmişdir.  Baş 

Assambleyanın 1514 saylı qərarından bir gün sonra qəbul etdiyi 1541 (XV) və 

2625 (XXV) saylı “Dostluq münasibətlərinin qurulması ” haqqında qərarlarında 

yer  alan  özünü  müəyyənetmənin  tətbiqi  istiqamətlərində  onun  xarici  aspekti 

tənzimlənmişdir.  BMT  aşağıdakı  halları  özünü  müəyyənetmənin  tətbiqi 

istiqamətləri  kimi  müəyyən  etmişdir:

17

 suveren  və  müstəqil  bir  dövlət  qurul-



ması; sərbəst şəkildə müstəqil bir dövlətlə birləşmə və ya ona inteqrasiya; xalqın 

sərbəst müəyyən etdiyi digər bir siyasi status. 

Xalqlara  öz  suveren  dövlətlərini  yaratmaq  hüququ  verən  özünü 

müəyyənetmənin xarici forması dövlət sərhədlərin toxunulmazlığına hər hansı 

bir  açıq  təhlükə  yaratmamalıdır.

18

 Suveren  dövlətçilik  özünü  müəyyənetmə 



hüququnun  xarici  formasının    nəticəsi  hesab  edilir.  Müstəqil  dövlətlərin 

daxilində  olan  ərazi  birlikləri  və  etnik  qruplar  özünü  müəyyənetmənin  xarici 

deyil, daxili tərəfini həyata keçirmək hüququna malikdirlər.

19

 



Özünü  müəyyənetmənin  daxili  aspekti  dedikdə,  heç  bir  təzyiq  olmadan 

xalqın  istədiyi  idarəetmə  formasını  seçmək  hüququ  başa  düşülür.  Başqa  sözlə 

desək, bu xalqın yaşadığı sistemin siyasi və sosial quruluşuna  təsir göstərməsi 

və idarəsi altında  yaşadığı hökuməti seçməsidir.

20

 Azərbaycan Respublikasının  



Konstitusiyasının  “Xalqın  suverenliyi”  adlı  2-ci  maddəsində  deyilir:  Sərbəst  və 

müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək 

Azərbaycan xalqının suveren hüququdur. Özünü müəyyənetmənin daxili forması 

dövlətdə  yaşayan,  sadəcə    müəyyən    etnik,  dini  və  irqi    qruplara  deyil,  burda 

yaşayan hər kəsə tanınmış bir hüquqdur və dolayısı ilə,  dövlətin bütün əhalisi 

bu  hüquqdan  istifadə  edə  bilər.

21

 Əsasən,  prinsipin  daxili  aspekti  beynəlxalq 



hüquqda  bir  problem  yaratmamışdır.  BMT  Nizamnaməsində  ilk  yeddi 

prinsipdən  biri  olan  dövlət  suverenliyi  onun  daxili  işlərinə  müdaxiləyə  yol 

verməmişdir.  Lakin  insan  hüquqları  haqqında  normaların  yaradılması  və 

getdikcə  əhəmiyyətinin  artması  klassik  mənada  dövlət  suverenliyi  prinsipini 

zəiflətmişdir.  Bu    səbəbdən  daxili  aspektin  əhəmiyyəti  getdikcə  artır.

22

 Özünü 



müəyyənetmənin  daxili  aspektinin  insan  hüquqları  ilə  əlaqəsi  onun 

əhəmiyyətini xeyli artırır. 

İrqi  ayrı-seçkiliyin  ləğvi  üzrə  Komitə  1996-ci  ildə  özünü  müəyyənetməni 

daxili  və  xarici  xüsusiyyətlərə  ayıran  və  daxili  xüsusiyyəti  “hər  bir  vətəndaşın 

ictimai həyatın  idarə olunmasının bütün mərhələlərində iştirak etmək hüququ” 

kimi verən 21 saylı Ümumi Tövsiyəni qəbul  etdi. Kanada Ali Məhkəməsi qeyd 

edir  ki,  özünü  müəyyənetmə  hüququnun  daxili  tərəfi    insanların  dövlətin 

mövcud  vəziyyəti  çərçivəsində  öz  siyasi,  iqtisadi,  sosial  və  mədəni  inkişaf 

                                                            

16

 Novruzov, s. 52 



17

 Ali, s. 68 

18

 Füsun Arsava. Self-determinasyon hakkı ve Kosova. Uluslararası hukuk ve politika dergisi.  



Cilt 5, No. 17, s. 7 (2009) 

19

 Novruzov, s. 53 



20

 Ali, s. 74 

21

 Doğan Kılınç. Self-determinasyon ilkesininn azınlıklar açısından değerlendirilmesi. Gazi 



Üniversitesi Hukuk Fakültesi dergisi. Cilt 12, sayı 1-2, s. 955 (2008) 

22

 Ali s.76 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

28 

 

sahəsində fəaliyyətidir.



23

 

III. Prinsipin məzmunu 

Xalqların özünü müəyyənetmə  prinsipinin məzmunundan danışmaq üçün 

müəyyən məsələləri  aydınlaşdırmaq lazımdır. Prinsipin adında yer alan “xalq”, 

”özünü müəyyənetmə” terminləri hansı məna yükü daşıyır? 

Özünü 


müəyyənetmə 

prinsipinin 

mahiyyətinin  birmənalı 

qəbul 


edilməməsinin    səbəblərinin  biri  kimi  hər  hansı    beynəlxalq  sənəddə  “xalq” 

anlayışının dəqiq tərifinin verilməməsidir. Beynəlxalq hüquqda xalq bir qayda 

olaraq, etnik anlamda başa düşülmür. Beynəlxalq-hüquqi anlayış kimi “xalq” hər 

hansı milli və ya etnik qrupu deyil, məhz dövlətin (və ya dövlətçilikdən qeyri-

qanuni məhrum edilmiş ərazinin) bütün əhalisini bildirir. Yəni, xalq etnos kimi 

deyil, demos kimi başa düşülür. Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. 

Xalqın  bir  hissəsinin,  o  cümlədən,  milli  azlıqların  belə  bir  hüququ  yoxdur.  Bu 

tezis  beynəlxalq  hüquqda  geniş  qəbul  edilmişdir.

24

 AR  Konstitusiyasının  5-ci 



maddəsində  də  qeyd  olunur  ki,  Azərbaycan  xalqı  vahiddir  və  onun  vahidliyi 

dövlətin  təməlini  təşkil  edir.  Azərbaycan  Respublikası  suveren  bir dövlət  kimi 

Azərbaycan  Respublikası  ərazisinin  bir  hissəsində  deyil,  bütün  ərazisində 

yaşayan  vahid  Azərbaycan  xalqının,  o  cümlədən,  etnik  azlıq  olan  ermənilərin 

iradə ifadəsinin və özünü müəyyənetməsinin nəticəsidir. Xalqın bir qismi bütün 

xalqın  ərazisi  üçün  taleyüklü  əhəmiyyət  kəsb  edən  qərar  qəbul  edə  bilməz.

25

 

BMT Baş Assambleyasının 47/135 saylı 18 dekabr 1992-ci il tarixli “Milli, etnik, 



dini  və  dil  azlıqlarına  məxsus  şəxslərin  hüquqları  haqqında”  qətnaməsinə 

müvafiq  olaraq,  demək  olar  ki,  xalqların  özünü  müəyyənetmə  prinsipi  milli 

azlıqların hüququ deyildir. Etnik, dini və dil azlıqları yalnız mədəni muxtariyyətə 

malikdirlər, onların maraqlarına demokratik dövlət çərçivəsində hörmət edilir.

26

 

Azərbaycan  Respublikası  milli  azlıqların  hüquqlarının  müdafiəsinin  təminatı 



üçün  “Milli  azlıqların  müdafiəsi  haqqında”  Çərçivə  Konvensiyası,  “Regionlar 

dillər  və  ya  azlıqların  dilləri  haqqında”  1992-ci  il  Avropa  Xartiyası,  1994-cü  il 

Minsk  Konvensiyası  və  digər  beynəlxalq  konvensiyalara  qoşulmuş  mühüm 

dövlətdaxili  tədbirlər  həyata  keçirmişdir.

27

 Yəni  milli  azlıqların  hüquqlarına 



demokratik dövlət çərçivəsində hörmət edilir. 

Bəs  xalq  millətdən  nə  ilə  fərqlənir?  Millət  dedikdə,  insanların  ümumi 

mədəniyyət,  ədəbi  dil,  din,  ərazi,  sabit  iqtisadi  əlaqələr  və  psixoloji  xarakter 

ümumiliyi  əsasında  formalaşan  tarixi  birliyi  başa  düşülür.  Lakin  BMT 

Nizamnaməsində əks olunmuş millət anlayışı ilə bu millət anlayışı fərqlənir. Belə 

ki,  BMT  -  millətlər  təşkilatı  adlansa  da,  Nizamnamə  əksəriyyət  münasibətləri 

dövlətlərarası  münasibətlər  kimi  qəbul  edir.  Beləliklə,  millət  termini  dövlət  

anlamında işlədilir. Hüquqşünas Q. B. Staruşenko qeyd edir ki, özünü müəyyən-

etmə  hüququ  “özünü  müəyyən  etmiş  ərazi”nin  bütün  əhalisinə  (xalqına) 

məxsusdur.  Millətlər  hüququ  haqqında  isə  o  halda  danışmaq  olar  ki,  əgər  o, 

“özünü müəyyən etmiş ərazi”də yalnız yaşasın.

28

 



Məsələnin  ikinci  tərəfinə  gəlsək,  “özünü  müəyyənetmə”  dedikdə  nəzərdə  

tutulur ki, hər bir xalq xaricdən müdaxilə olunmadan sərbəst olaraq özü öz siyasi 

                                                            

23

 Shaw, s. 273 



24

 Hüseynov, s. 39 

25

 Novruzov, s. 82 



26

 Məmmədov, s. 10  

27

 Əliyev, s. 207 



28

 Məmmədov, s. 7 




Bakı Dövlət Universiteti Tələbə Hüquq Jurnalı 

[buraxılış №1, 2015] 

29 

 

statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını həyata 



keçirə bilər. Müstəmləkə altında olan və ya işğal olunmuş  ərazinin bütün əhalisi 

üçün  bu  aşağıdakı  hallarda  ifadə  oluna  bilər:  müstəqillik  əldə  edilməsində  və 

suveren dövlət qurulmasında; hər hansı bir müstəqil dövlətə qoşulmaqda; hər 

hansı müstəqil dövlətlə  birləşməkdə 

29

 

Özünü müəyyənetmə hüququnun həyata keçirilməsi dövlətlərin suverenliyi 



və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyaya (dövlətdən müəyyən ərazinin 

ayrılmasına) yol verilə bilməz.

30

 

Nəticə 



Məqalə  mövzusunu  təşkil  edən  beynəlxalq  hüququn  əsas  prinsiplərindən 

biri olan xalqların özünü müəyyənetmə prinsipini  araşdırıb bu nəticələrə gəldik: 

Özünü müəyyənetmə xalqlara verilən hüquqdur, bu hüququn daşıyıcısı yalnız və 

yalnız xalq ola bilər, xalqın müəyyən hissəsinin, o cümlədən, milli azlıqların belə 

bir  hüququ  yoxdur.  Etnik,  dini  və  dil  azlıqları  yalnız  mədəni  muxtariyyətə 

malikdirlər. Onların maraqlarına demokratik dövlət çərçivəsində hörmət edilir. 

Beynəlxalq  hüquqda  və  Azərbaycan  Respublikasının  qanunlarında  azlıqların 

hüquqları hərtərəfli tanınır və onlara hörmət edilir. Dağlıq Qarabağda yaşayan 

ermənilər azlıq olduqları üçün, eləcə də, özünü müəyyənetmə hüququndan bir 

dəfə  istifadə  etdiklərindən,  bu  hüquqdan  onların  ikinci  dəfə  istifadə  etmələri 

beynəlxalq  hüquq  normalarına  ziddir,  yəni  onlara  bu  prinsip  şamil  edilə 

bilməz.


31

 Eyni zamanda BMT-nin “Müstəmləkə ölkələrinə və xalqlarına müstə-

qilliyin  verilməsi  haqqında”  14  dekabr  1960-cı    il    tarixli,  1514  (XV)  saylı 

Qətnaməsinin, eləcə də, bir sıra digər beynəlxalq sənədlərin təhlili göstərir ki, bu 

hüquq heç də bütün xalqlara deyil, müstəmləkə əsarətində olan xalqlara şamil 

olunmalıdır. Həmçinin, adı çəkilən  hüquq müvafiq xalqın azad iradəsi yolu ilə 

həyata keçirilir, yəni müstəmləkə əsarəti altında olan xalq özünü müəyyənetmə 

hüququnu həyata keçirərkən ona xaricdən hər hansı təzyiq, məcburiyyət və ya 

müdaxilə  olmamalıdır.  Özünü  müəyyənetmə  hüququ  iki  formadan  ibarətdir: 

daxili  aspekt  kimi  heç  bir  təzyiq  olmadan  xalqın  istədiyi  idarəetmə  formasını 

seçməsi;  xarici  aspekt  kimi  isə  onun  suveren  və  müstəqil  bir  dövlət  qurması, 

sərbəst şəkildə müstəqil bir dövlətlə birləşmə və ya ona inteqrasiyası, həmçinin 

xalqın  sərbəst  müəyyən  etdiyi  digər  bir  siyasi  status  nəzərdə  tutulur.  Özünü 

müəyyənetmə  prinsipi  beynəlxalq  hüququn  digər  prinsipləri  ilə  sıx  əlaqədə 

götürülməli,  məzmununun  qeyri-müəyyənliyi  digər  prinsiplərlə,  o  cümlədən, 

dövlətlərin ərazi bütövlüyü, dövlətin suverenliyi, eləcə də, əsas insan hüquq və 

azadlıqlarına  hörmət  edilməsi  prinsipləri  ilə    məhdudlaşmalıdır.  Başqa  sözlə 

desək,  xalqların  özünü  müəyyənetmə  hüququ  müasir  dövrdə  demokratik 

idarəçilik  rejimidir.  Beynəlxalq  hüquq  bu  prinsipdən  separatçılıq  məqsədilə 

istifadə  olunmasını  tanımır.  Ümumiyyətlə,  beynəlxalq  sülhü  və  əməkdaşlığı 

təmin  etmək,  dövlətlərarası  münasibətləri  tənzim  etmək  üçün  beynəlxalq 

hüquqda xalqın özünü müəyyənetmə hüququnu realizə etməsi müstəqil dövlətin 

parçalanmasına əsas ola bilməz. Çünki bu prinsip demokratik idarəçiliklə bağlı 

qəbul olunmuşdur.

32

                                                            



29

 Hüseynov, s.40 

30

 Yenə orada 



31

 Məmmədov, s. 10 



32

 Shaw, s. 270 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə