125
UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1 Təbiət elmləri seriyası 2011
GEOLOGİYA
UOT 550.42
ƏTRAF MÜHİTİN VƏZİYYƏTİNİN GEOKİMYƏVİ
QİYMƏTLƏNDİRİLMƏSİNİN ƏSAS MƏSƏLƏLƏRİ
V.M.BABAZADƏ*, H.S.BAĞIROV**, S.A.İSAYEV*, F.M.BABAYEV*
*Bakı Dövlət Universiteti
**Ekologiya və Təbii Sərvətlər Nazirliyi
sokrat-paleo@rambler.ru
Texnogen təsir şəraitlərində ətraf mühitin və onun komponentlərinin kimyəvi tərkibinin
dəyişmə qanunauyğunluqlarının müəyyən edilməsi təbiətşünaslığın ən mühüm məsələlərindən
biridir. Biosferin geokimyəvi öyrənilmə istiqamətlərinin gələcək inkişafına gətirib çıxaran
uzlaşma geokimyəvi ekologiya, landşaftların geokimyası və ekoloji geokimya kimi elmi
fənnlərin ümumi səylərinə əsaslanmalıdır. Onlar müxtəlif mövqelərdən landşaftların kimyəvi
tərkibini, müxtəlif mühitlərdə kimyəvi elementlərin miqrasiya proseslərini, canlı orqanizmləri
və təbii amillərin təsirinə onların reaksiyasını öyrənir, ətraf mühitin vəziyyətinin geokimyəvi
qyimətləndirmə məsələlərini həll edir. Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndiril-
məsinin mühüm şərti kimyəvi elementlərin yerdəyişməsinə onların mövcudluq (tapılma)
formaları, həmçinin biosferin müxtəlif hissələrində elementlər arasında dəyişən qarşılıqlı
münasibətlər nəzərə alınmaqla, müasir atom-ion səviyyəsində baxılma zərurətidir.
Açar sözlər: geokimyəvi ekologiya, texnogenez, kimyəvi tərkib, biosfer.
Landşaftın geokimyası elminin başlıca konsepsiyaları V.İ.Vernadski və
B.B.Polınovun aşağıdakı ideyaları üzərində formalaşmışdır: canlı maddənin
təbii landşaftda və bütövlükdə biosferdə atomların miqrasiyasında aparıcı rolu,
elementlərin geokimyasının onların klarkları ilə əlaqəsi, tarixilik, dövranlar
ideyası, landşaft-geokimyəvi sistemlər və geokimyəvi baryerlər haqqında ba-
xışlar, elementlərin geokimyəvi təsnifatının yeni prinsipləri. M.A.Qlazovska-
yanın və A.İ.Perelmanın bu elmin metodologiyası və metodikasının ən əsas
problemləri üzrə əsərləri landşaft geokimyasının inkişafı üçün böyük əhə-
miyyətə malikdir (elementar və yerli landşaftların təsnifatı, landşaft-geokim-
yəvi proseslər haqqında baxışların inkişafı, landşaft-geokimyəvi rayonlaşdır-
manın əsaslarının, texnogen landşaftların geokimyası nəzəriyyəsinin işlənil-
məsi [5].
126
Atomlar haqqında olan bütün elmlər kimi, landşaft geokimyası da tez-
liklə inkişaf etmiş və yeni praktiki tətbiq sahələrini əldə etmişdir. Son üç
onilliklərdə ətraf mühitin problemləri aparıcı əhəmiyyət kəsb etmişdir. Hazırda
landşaftın geokimyası, bütövlükdə geokimya elmi kimi, üç metodoloji yanaş-
manı istifadə edir. Birinci – kimyəvi elementlərin müxtəlif landşaftlarda miq-
rasiya proseslərinin öyrənilməsi; ikinci – sistemli yanaşma olaraq, biosferin və
bütövlükdə noosfer landşaftlarının, elementar və geokimyəvi landşaftları
tiplərinin, elementlərin paragen assosiasiya xüsusiyyətlərinin tədqiqi; üçüncü –
ayrı-ayrı elementlərin geokimyası, – burada tədqiqat obyekti konkret kimyəvi
elementdir və əsas məsələ onun müxtəlif proseslərdə və sistemlərdə (təbii və
texnogen geokimyəvi landşaftlarda, biosferdə və noosferdə) özünü apar-
masıdır. Tətbiqi məsələlər içərisində başlıca diqqət ətraf mühitin çirklən-
məsinə yönəldilmişdir [1-3, 5].
Landşaft geokimyası, elmin, fiziki coğrafiyanı və geokimyanı əlaqə-
ləndirən sərhəd sahəsidir, eyni zamanda bu əlaqə ikitərəfli xarakterə malikdir:
landşaftın dərk edilməsi üçün təkcə geokimyəvi proseslərin təhlili mühüm
deyildir, geokimyəvi proseslərin özünün dərk edilməsi də landşafta bağlılığı,
landşaftın hərtərəfli öyrənilməsini tələb edir. Geokimyəvi qiymətləndirmə
ətraf mühitin komponentlər üzrə öyrənilməsi mövqeyindən yerinə yetirilir.
Kimyəvi elementlərin coğrafi örtükdə miqrasiyasının bilavasitə amilləri, onun
həmişə birlikdə fəaliyyət göstərən və geokimyəvi proseslərin fəal miqrant-
larının tərkibini, sürətini, istiqamətini və başqa xüsusiyyətlərini məcmu olaraq
təyin edən komponentləridir. İqlim enerjinin və rütubətin landşafta daxil ol-
masını müəyyən edir. Orqanizmlərlə transformasiya edilən Günəş radiasiyası
geokimyəvi proseslərin enerjisinin ən mühüm mənbəyidir. Temperatur
şəraitləri kimyəvi reaksiyaların sürətinə təsir edir.
Landşaft – ümumi anlayışdır, coğrafi örtüyün hissəsidir; həmin hissədə
fiziki-coğrafi şəraitlər (iqlim, relyef, ana süxurlar, aşınma məhsullarının xarak-
teri, boş süxurların tərkibi, qrunt və səth suları, torpaq, bitki) yekcins olaraq
qalır və qanunauyğun olaraq təkrarlanır, yaxud fiziki-coğrafi şəraitlərin dəyiş-
diyi halda, onların qanunauyğun təkrar olunan uyğunlaşması ərazinin bütün
davamiyyəti üzrə müşahidə olunur. Beləliklə, landşafta bir neçə on, yaxud yüz
kvadrat metrlərlə ölçülən və relyefin hər hansı bir elementindən ibarət (mə-
sələn, qalıq yüksəkliyin zirvəsi, çayın terrası, delyuvi şleyfi və s.), bir süxuru,
yaxud gətirmə çöküntüləri, yekcins torpaq və bitki örtüyü olan çox kiçik ərazi
aiddir. İrimiqyaslı tədqiqatçılar zamanı hər hansı ərazini belə elementar
landşaft vahidlərinə, yaxud B.B.Polınovun adlandırdığı kimi, elementar land-
şaftlara (İ.V.Larinə görə mikrolandşaft, L.S.Berq və N.A.Solnseva – «fasiya»,
V.N.Sukaçev – «biogeosenoz», M.A.Qlazovskaya – «elementar landşaft –
geokimyəvi sistem») ayırmaq olar ki, bunlar relyefin müxtəlif elementlərinə
mənsubdur və müxtəlif qalınlığa malikdir. Landşaftın qalınlığının dəyişməsi
drenlənmə zonasında olan qrunt sularının yatma dərinliyi ilə təyin olnur.
127
Elementar landşaft hüdudunda bütün davamiyyət üzrə onun bütün kompo-
nentləri arasında (süxurlar, aşınma məhsulları, su, torpaq, bitki) geokimyəvi
münasibətlər dəyişməz qalır, kimyəvi elementlərin müəyyən miqrasiya tipi
yaranır və elementlərin konsentrasiya və yayılma qanunauyğunluqları daimi
olur (landşaftın mövcudluğunun hər bir məlum anında).
Hər bir elementar landşaftı kimyəvi elementlərin müəyyən miqdar sə-
viyyələri ilə geokimyəvi vertikal profilin müəyyən tipi ilə səciyyələndirmək
olar. Elementar landşaftların bütün müxtəlifliklərinə baxmayaraq, onları miq-
rasiya şəraitlərinə görə üç başlıca tipə bölmək olar: elyuvial, yaxud avtonom –
relyefin yüksək elementlərinin landşaftları; superakval, yaxud hidromorf –
qrunt sularının yaxın səviyyədə olduğu yerli enişlərin tabeli landşaftları; yerli
hövzələrin subakval tabeli landşaftları. Yekcins geoloji quruluşlu və vahid
formalaşma tarixi olan yer hüdudunda saydığımız üç elementar landşaftın
məcmusunu elementar landşaftların geokimyəvi sırasını, yaxud B.B.Polınovun
(1956) adlandırdığı kimi, yerli geokimyəvi landşaftı əmələ gətirir. Hər bir
geokimyəvi landşaft hüdudunda elyuvial və tabeli superakval və akval ele-
mentar landşaftlar arasında geokimyəvi əlaqə mövcuddur. Sonuncu hal isə
geokimyəvi axtarışlar üçün böyük əhəmiyyət kəsb edir, çünki geokimyəvi
landşaftlar daxilində elementlərin miqrasiya qanunauyğunluqları törəmə oreol-
ların və yayılma axınlarının tipini müəyyən edir [1, 3].
Əlbəttə, morfoloji və tipoloji vahidləri müəyyən etmədən proseslərin ge-
dişini, landşaft komponentləri arasında qarşılıqlı əlaqəni aşkar etmək çətindir.
M.A.Müseyibov (1971, 2003), kompleks əlamətləri ilə (növdaxili, relyef,
qrunt suları, torpaq, bitki) ətraflardan fərqlənən xarakter sahələri mərz (uroçiş)
kimi xəritələmişdir. Mərz və fasiya fərdi taksonomik vahidlərini bütün land-
şaftşünaslar birmənalı olaraq qəbul edirlər. Fasiyanı elementar landşaft hesab
etsək, mərz pilləsini geokimyəvi landşafta uyğun tutmaq olar [4].
Litosferin geokimyəvi ekoloji funksiyalarının əsas fərqli xüsusiyyəti
onun tibbi-sanitar yönümlü olmasıdır. Bunun nəticəsində onun öyrənilmə
sferinə (sahəsinə) elə geokimyəvi müxtəlifliklər daxil olur ki, onlar biotanın, o
cümlədən, bir bioloji növ kimi – insanın vəziyyəti və həyat fəaliyyəti üçün
potensial təhlükədir, yaxud əksinə, canlılar üçün ən yüksək komfortabelliliyi
təmin edir. Ekoloji-geokimyəvi tədqiqatların funksional ərazi (daha dəqiq –
həcm) vahidləri geokimyəvi zonalar, geokimyəvi əyalətlər və geokimyəvi
anomaliyalardır; onlar «litosferin geokimyəvi müxtəlifliyi» kimi ümumi ad
altında birləşdirilə bilər. Onların belə ierarxiyası litosferin geokimyəvi xassə-
lərini planetar (zonalar), regional (əyalətlər) və lokal (anomaliyalar) səviyyə-
lərdə öyrənməyə və təsvir etməyə imkan verir. Deyilənlər tam olaraq biogeo-
kimyəvi zonalara, əyalətlərə və anomaliyalara da aiddir, onları litosferin geo-
kimyəvi ekoloji funksiyalarının tədqiq edilməsi zamanı öyrənmək lazım gəlir.
Litosferin geokimyəvi müxtəlifliyi elementlərin fonla müqayisədə həm
yüksək, həm də aşağı miqdarı ilə şərtlənə bilər. Depozitə edən mühitdən asılı
128
olaraq aşağıdakı geokimyəvi müxtəlifliklər ayrılır: litokimyəvi – süxurların,
torpaqların, dib çöküntülərinin, texnogen qruntların tərkibindən asılı olan;
hidrogeokimyəvi – yeraltı sulardan; atmokimyəvi – torpaqların, süxurların,
yeraltı suların qaz tərkbindən; biokimyəvi – biotadan asılı olan.
Mənşə etibarilə litosferin geokimyəvi müxtəliflikləri içərisində aşağı-
dakıları ayırmaq olar: təbii (təbii-tarixi) – planetin geoloji həyatı gedişində for-
malaşanlar; təbii-texniki (yeni yaranmışlar) – texnogenez zamanı təbiəti mü-
hafizə tədbirlərinin aşağı səviyyədə tətbiq edilməsi, yüksək tullantılı texnolo-
giyanın istifadə edilməsi nəticəsində formalaşanlar. Onları zaman aspektində
nəzərdən keçirdikdə, daha sabit olanlara təbii litokimyəvi anomaliyaları, əya-
lətləri və zonaları aid etmək olar. Geokimyəvi müxtəlifliklərin digər tipləri
zaman üzrə böyük tərkib dəyişmələrinə malikdir ki, bunlar fiziki-kimyəvi,
biogeokimyəvi, geodinamik, texnogen şəraitlərin kompleksindən asılıdır.
Litosferin geokimyəvi funksiyasına biogeokimyəvi məzmunun daxil edilməsi
onunla izah edilir ki, biogeokimyəvi funksional vahidlər litosferin geokimyəvi
xassələrindən asılıdır, element daşıyıcıları isə bitkilərdir. Ona görə də biogeo-
kimyəvi müxtəlifliklərin belə mövqelərdən ekoloji-geokimyəvi tədqiqatların
strukturuna salınması nəinki özünü doğruldur, həm də vacibdir. Geokimyəvi
müxtəlifliklərin ayrı-ayrı genetik tiplərində elementlərin qeyd olunan diferen-
siasiya xüsusiyyətlərini regionlarda ekoloji siyasətin düzgün işlənib hazırlan-
ması üçün nəzərə almaq lazımdır. Belə ki, texnogen mənşəli litokimyəvi
anomaliyalar təbiilərdən fərqli olaraq, elementlərin profil üzrə paylanmasında
səthə yaxın mövqeyə malikdir və geoloji mühitin çirklənmədən təmizlənmə-
sinin müxtəlif üsullarının istifadə edilməsi hesabına xeyli dərəcədə aradan
qaldırıla bilər [6-7, 9].
Qeyd edək ki, ekoloji-geokimyəvi tədqiqatlar zamanı litosferin kimyəvi
elementlərinin biotaya və insana – ilk növbədə onun sağlamlığına təsir yol-
larının aşkar olunması çox mühümdür. Belə təsirin üç əsas yolu ayrılır: hava-
toksikantların qaz, yaxud aerozol şəklində insan orqanizminə düşməsi; su –
içməli su təchizatı üçün istifadə olunan yeraltı sulardan; qida – trofik zəncir
üzrə bitkilərdən heyvanlara və insana. Onlar əksər hallarda birlikdə, yaxud cüt
kombinasiyalarda təzahür etməklə, geokimyəvi amillərin təsir zonasında
yaşayan əhaliyə neqativ təsiri gücləndirir.
Ətraf mühitin vəziyyətinin geokimyəvi qiymətləndirilməsi zamanı kim-
yəvi elementlərin miqrasiya proseslərinin öyrənilməsi mühüm əhəmiyyət kəsb
edir. Demək olar ki, bütün miqrasiya prosesləri su məhlullarında baş verir.
Kimyəvi aşınma rütubətsiz mümkün deyildir. Geokimyəvi proseslərin xarak-
teri daha çox, landşaftda təbii suların mövcudluq formalarından, onların fiziki-
kimyəvi xassələrindən və hərəkətindən asılıdır. Öz növbəsində saydıqlarımız
iqlimlə, üzvi aləmlə, relyeflə və landşaftın başqa komponentləri ilə müəyyən
olunur.
Süxurlar miqrasiyaya cəlb oluna bilən elementlərin başlıca mənbəyidir.
129
Bu zaman bu və ya digər kimyəvi elementin nə qədər ümumi ehtiyatları deyil,
o qədər onun süxurlarda tapılma formaları və həmin kimyəvi elementin
mütəhərrikliyinin (çevikliyinin) asılı olduğu süxur xassələri mühümdür. Hətta
çox çevik elementlər belə (məs., natrium kimi), əgər aşınmaya çətin uğrayan
süxurların tərkibindədirsə, onlar praktiki olaraq zəif miqrasiya qabiliyyətinə
malik olacaqlar. Süxurlarda asan həll olan duzların mövcudluğu, əksinə, uy-
ğun kimyəvi elementin miqrasiya qabiliyyətini kəskin surətdə yüksəldir.
Süxurların yatım şəraitləri dolayı yolla – səth və yeraltı suların hərəkətinin
sürətinə və istiqamətinə, həmçinin miqrasiya intensivliyinə təsir göstərir. Bir
çox kimyəvi elementlərin çevik, orqanizmlər üçün əlverişli (asan) formalarının
çatışmazlığı, yaxud izafiliyi canlı orqanizmlərin müxtəlif funksiyalarının
pozulmasında, onların normal inkişafının ləngimələrində ifadə olunan
biogeokimyəvi anomaliyaların yaranmasına səbəb olur.
Geokimyəvi amil kimi mühüm rol V.İ.Vernadskiyə görə, xüsusilə orqa-
nizmlərə – «canlı maddəyə» məxsusdur. Bu rol ondan ibarətdir ki, birincisi,
məhz orqanizmlər, fotosintez prosesində Günəş enerjisini istifadə edərək, onu
geokimyəvi proseslərin potensial və kinetik enerjisinə çevirirlər, ikincisi,
orqanizmlər, demək olar ki, bütün elementləri bioloji dövrana cəlb edir, onları
yenidən paylaşdırır, seçir və konsentrasiya edir, bununla da coğrafi örtüyün
bütün üç geosferinin tərkib və quruluşunu dəyişirlər.
Geokimyəvi proseslərin xarakteri və intensivliyi bilavasitə canlı mad-
dənin kütləsindən, onun illik məhsuldarlığından, orqanizmlərin ekoloji və
bioloji xüsusiyyətlərindən, onların müəyyən kimyəvi elementləri seçməklə
udma qabiliyyətindən və başqa xassələrindən asılıdır. Lakin üzvi aləmin bütün
bu xassələri landşaftlar üzrə dəyişir. Hər bir landşafta biosenozların müəyyən
toplusu xasdır, həm də ona kimyəvi elementlərin miqrasiyasının xüsusi tipi uy-
ğun gəlir. Məsələn, canlı maddənin daha böyük kütləsinin fəaliyyəti nəticə-
sində meşə landşaftlarında sular üzvi maddə ilə zəngindir, maddələr dövranı
yüksək intensivliklə fərqlənir, ona kimyəvi elementlərin ən böyük miqdarı
cəlb olunur. Bioloji məhsuldarlığın asılı olduğu səhra landşaftlarında biogen
dövran zəifdir, onda nisbətən az miqdar element iştirak edir.
Relyefin geokimyəvi əhəmiyyəti ondan ibarətdir ki, o, suların hərəkət
istiqamətini istiqamətləndirir və beləliklə də, landşaftdan kimyəvi elementlərin
çıxarılma intensivliyini (başlıca olaraq, asılı halda) və onların landşaft
daxilində yenidən paylanmasını yerinə yetirir. Landşaftda elyuvial, suüstü və
sualtı yerlərin (və uyğun fasiyaların) mövcudluğu relyeflə müəyyən olunur.
Drenajın intensivliyi, bununla da – oksidləşdirici-bərpaedici şəraitlər relyefdən
asılıdır. Alçaq düzən relyef rütubətin durğunluğuna səbəb olur, bu da izafi
rütubətli iqlimdə sularda sərbəst oksigenin çatışmazlığına gətirib çıxarır və
bərpaedici mühit yaradır. Parçalanmış relyefdə axın tez gedir, sular sərbəst
oksigenlə zəngindir, onlarda oksidləşdirici proseslər üstünlük təşkil edir. Be-
ləliklə, coğrafi örtüyün müxtəlif hissələrində kimyəvi elementlərin miqrasiya
130
xüsusiyyətləri landşaftın bütün komponentlərin məcmusu ilə, yəni bütövlükdə
landşaftla təyin olunur. Landşaftların geokimyəvi diferensiasiyası ümumi
zonal və azonal coğrafi qanunauyğunluqlara tabedir [8].
Ətraf mühitin geokimyəvi vəziyyətinin qiymətləndirilməsi keyfiyyət və
kəmiyyətcə ola bilər. Kəmiyyət etibarilə qiymətləndirmənin əsasını landşaft-
geokimyəvi xəritələmə təşkil edir. Geokimyəvi landşaft xəritələri ətraf mühitin
vəziyyətini, onların tərtib edilmə dövrü üçün, obyektiv və kompleks olaraq əks
etdirir. Belə qiymətləndirmənin kompleksliyi işlərin metodikası ilə təmin olun-
muşdur, onların yerinə yetirilməsində həm «texnogen yükün» xüsusiyyətləri,
həm də biosferin ayrı-ayrı bloklarının bioloji (botanik), torpaq, geomorfoloji,
atmosfer və geoloji xüsusiyyətləri nəzərə alınır. Qiymətləndirmənin obyekt-
liliyi də tədqiqatların metodikasında nəzərdə tutulur, yəni antropogen fəaliy-
yətlə əlaqədar törəyə bilən bütün dəyişikliklər keyfiyyətcə hər bir klassifi-
kasiya səviyyəsində qeyd olunur. Qeyd etmək lazımdır ki, geokimyəvi landşaft
xəritələrinin tərtib edilməsinin əsası üçün landşaftı təşkil edən və elementlərin
(onların birləşmələrinin) miqrasiya xüsusiyyətlərini müəyyən edən ayrı-ayrı
biokos sistemlər arasında olan mürəkkəb əlaqə qanunauyğunluqları nəzərə
alınır. Geokimyəvi landşaftların müxtəlif hissələrində (mərtəbələrində) antro-
pogen dəyişmələrin tədrici inkişafının, landşaftda antropogen dəyişmələrin
inkişaf qanunu ilə müəyyən olunan xüsusiyyətləri də nəzərə alınır.
Geokimyəvi landşaftların xəritəsini tərtib etdikdən sonra öyrənilən ra-
yonda konkret dəyişmələrin inkişaf meyllərinin təyin edilməsinə başlamalıdır.
Bu meylləri hər hansı konkret prosesin getməsi üzrə olan nəticələrin müəyyən
edilməsi zamanı aşkar etmək olar. Müəyyən keyfiyyət dəyişmələrinin inki-
şafında aşkar olunmuş meyllər sonrakı ekoloji-geokimyəvi işlərin aparılmasını
əsaslı surətdə planlaşdırmağa imkan verir. Sonra ətraf mühitin vəziyyətinin,
yaxud hər hansı texnogen və təbii proseslərin bilavasitə keyfiyyətcə qiymət-
ləndirilməsi aparılmalıdır. Bunun üçün geokimyəvi landşaftların xəritələri
üzərində mövcud təbii şəraitlər üçün qeyri-adi olan geokimyəvi landşaftları
ayırmaq zəruridir. Onları anomal adlandırırlar. Bəzən bir-biri ilə məkan, yaxud
mənşə etibarı ilə bağlı olan anomal landşaftları ayrı-ayrı anomal zonalarda
birləşdirirlər. Belə landşaftların və zonaların ayrılmasını ərazilərin ilkin təd-
qiqatlarının nəticələri üzrə keyfiyyətcə qiymətləndirilməsinin ən mühüm
sonluğu kimi hesab etmək olar [1, 8].
Ərazinin ekoloji-geokimyəvi vəziyyətinin təkrar qiymətləndirilməsi
aparıldıqdan sonra (faktiki olaraq, bu, monitorinq tədqiqatlarının başlanğıcıdır)
alınan məlumatları ilk tədqiqatların nəticələri ilə müqayisə etmək olar, yəni iki
ekoloji-geokimyəvi tədqiqatlar arasında olan vaxt ərzində baş vermiş təbii və
antropogen proseslərinin nəticələrinin keyfiyyətcə qiymətləndirilməsinə keç-
mək olar. Belə ki, əksəriyyət hallarda ayrı-ayrı müəssisələrin, yaxud öz təsirini
həmin vaxt müddətində başlamış hər hansı proseslərin ətraf mühitə uzun
müddətli (təsirin əvvəlindən mühitin vəziyyətinin sonuncu qiymətləndirmə
131
vaxtına kimi) təsirinin nəticələrini qiymətləndirmək olar. Qeyd olunan (iki)
tədqiqatlar arasında təsir göstərən bütün təbii və antropogen amillərin cəm
təsirinin nəticələrini də təyin etmək mümkündür.
Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsində element-
lərin müxtəlif miqrasiya növlərinin qarışıq, mürəkkəb mənzərəsini nəzərə
almaq lazımdır. Qeyd edildiyi kimi, biosfer üçün fiziki-kimyəvi proseslərin və
mineral (kos) materialın məxsusi mexaniki miqrasiyasının canlı orqanizmlərin
geokimyəvi işinin nəticəsi olan biogen miqrasiya ilə bir-birinə keçməsi
səciyyəvidir. Lakin hazırda biosfer sürətlə noosferə keçir – V.İ.Vernadskinin
müəyyən etdiyinə görə, bu, planetimizdə yeni geoloji hadisədir. Ona görə də
mənimsənilən və artıq mənimsənilmiş rayonlarda ətraf mühitin vəziyyətinin
qiymətləndirilməsi yalnız kompleks tədqiqatların aparılması nəticəsində müm-
kündür. Ətraf mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsinin mühüm
şərti kimyəvi elementlərin yerdəyişməsinə onların mövcudluq (tapılma) for-
maları, həmçinin biosferin müxtəlif hissələrində elementlər arasında dəyişən
qarşılıqlı münasibətlər nəzərə alınmaqla, müasir atom-ion səviyyəsində ba-
xılma zərurətidir.
Ətraf təbii mühitin vəziyyətinin kəmiyyətcə qiymətləndirilməsi və xü-
susilə də onun konkret polyutantlarla çirklənməsinə yol verməmək, yaxud
onun yaxşılaşdırılması üzrə müəyyən ölçülərin (o cümlədən, inzibati) qəbul
edilməsi üçün geokimyəvi landşaftların müxtəlif hissələrində çirkləndirici
maddələrin yoxlama (nəzarət) qiymətlərini bilmək vacibdir. Bu, onun müxtəlif
hissələri üçün, yol verilən konsentrasiya (qatılıq) (YVK, rus dilində ПДК)
adını almış yoxlama-nəzarət qiymətlərinin müəyyən edilməsini vacib say-
mışdır. Biosferi çirkləndirən maddələrin yol verilən konsentrasiyaları bir çox
ölkələrdə normallaşdırıcı göstəricilər kimi daxil (qəbul) edilmişdir. Vahid
YVK, o vaxtlar SSRİ kimi nəhəng ərazi üçün, sonradan Rusiya üçün də tətbiq
olunub. YVK-lə yanaşı başqa (həmçinin normalaşdırıcı) göstəricilər, məsələn,
ayrıca mənbə tərəfindən zaman vahidi ərzində çirkləndirici maddələrin yol ve-
rilən tullantısı (YVT) daxil edilmişdir. YVT, yüksəlməsi nəzəri cəhətcə qəbul
edilən çirklənmə mənbəyini əhatə edən mühitdə YVK yüksəlməsinə gətirib
çıxarmalıdır. Bundan başqa, YVT təyin olunması zamanı çirklənmə mənbələ-
rinin birlikdə yerləşməsinin mümkün uzlaşmalarının bütün müxtəlifliyi nəzərə
alınmır. Ekoloji geokimya və ümumiyyətlə, ekoloji baxımdan YVK praktiki
fəaliyyətdə yalnız ilkin göstəricilər – oriyentirlər kimi istifadə edilə bilər.
Hal-hazırda yol verilən konsentrasiyalara, insanı əhatə edən mühitdə
müxtəlif maddələrin miqdar normaları kimi baxılır. Belə miqdar normaları
şəraitində insan, biosferin YVK təyin edilmiş hissələrində öz mövcudluğunu
təhlükəsiz hesab edə bilər. Bu halda mövcudluq dedikdə, YVK təyin olunmuş
rayonlarda yaşamaq, yaxud orada yalnız iş vaxtı olmaq başa düşülür. YVK
müəyyən edilmiş məhsullardan və sudan istifadə də bura daxildir. Deyilənlər
YVK ətraf mühitin bir sıra çirkləndiricilərinin (çox da ən təhlükəli olmayan)
132
insan orqanizminə sürətli təsirinin yalnız bir və çox vaxt ən mühüm olmayan
göstəricisi kimi baxmağa imkan verir. YVK çox müxtəlif konsentrasiyalarda
olan müxtəlif kimyəvi elementlərin (onların zəhərli birləşmələrinin) insana
birlikdə təsir nəticələri tamamilə aydın deyildir və praktik olaraq nəzərə
alınmır. Beləliklə, geokimyəvi cəhətcə bir-birinə oxşar elementlər üçün
onların həm birinin nisbi (orta miqdarla müqayisədə) miqdarı həddindən artıq
mühüm rol oynayır, çünki bu elementlərdən birinin eyni konsentrasiyası bir
halda zəhərli olur, digər halda isə tamamilə zərərsiz. Yüksək, yaxud aşağı yerli
fon miqdarlı böyük ərazilər (ayrı-ayrı rayonları və hətta bütöv geokimyəvi
əyalətləri daxil edən) üçün, bir neçə kimyəvi elementin birlikdə zəhərli təsiri
mövqeyindən, YVK işlənilməsi mümkün hesab edilə bilməz.
Kimyəvi elementlərin və onların birləşmələrinin zəhərliliyi yalnız kon-
sentrasiyadan deyil, həm də onların biosferdəki mövcudluğunun formasından,
çox vaxt isə növündən asılıdır. Belə ki, torpaqlarda əksər kimyəvi elementlər
mineral formada olur. Mineral nə qədər çətin həll olunandırsa, onu təşkil edən
kimyəvi elementlər orqanizmlər üçün o qədər az ələ keçə – mənimsənilə
biləndir və deməli, hətta yüksək konsentrasiyalarda belə, onların zəhərli təsiri
azdır. Süxurların müxtəlif tiplərində kimyəvi elementlərin təbii paylanması
həddindən artıq qeyri-bərabərliklə fərqlənir. Orqanizmə düşən hər hansı kim-
yəvi element müəyyən konsentrasiyada və mövcudluq (tapılma) formasında
zəhərli ola bilər. Qeyd etmək lazımdır ki, insan da daxil olmaqla, bütün canlı
orqanizmlər üçün «faydalı» və «zərərli» kimyəvi element yoxdur. Orqanizmin
normal inkişafı üçün bütün elementlər – biosferin müxtəlif hissələrində onların
yalnız müəyyən konsentrasiyalarında və mövcudluq formalarında olduqda –
vacibdir. Həm də bəzi elementlər böyük, digərləri isə az konsentrasiyalarda
lazımdır.
Son onilliklərdə biosferdə, təbii analoqları olmayan texnogen birləşmələr
get-gedə daha böyük rol oynamağa başlamışdır [1]. Onların bir çoxu üçün
zəhərlilik və onun təzahür vaxtı hələ də məlum deyildir. Ozon təbəqəsinin
qalınlığına, son halda isə orqanizmlərin yaşamasına təsir edən freonun və onun
parçalanma məhsullarının öyrənilməsi klassik misaldır. Texnogen birləş-
mələrin əksəriyyəti üçün YVK yoxdur və yaxın vaxtlarda onları təyin etmək
mümkün deyildir. YVK elementlərin, yaxud onların müəyyən birləşmələrinin
zəhərli olmasını insana görə nəzərə alır. Belə ki, onların başqa orqanizmlərə, o
cümlədən mikroorqanizmlərə təsiri nəzərə alınmır, həmçinin mühüm bir
məsələni nəzərə alınmalıdır ki, biosfer, canlı orqanizmlərin və mineral (kos)
maddələrin sıx əlaqədə və qarşılıqlı asılılıqda olduğu xüsusi biokos sistemdir.
Ekoloji, geoekoloji və s. tədqiqatlarla məşğul olanların təcrübi fəaliyyətində
YVK istifadəsinin məhdudlaşdırılması barəsində danışmaqla yanaşı, onların
nəzərinə, yol verilən konsentrasiyaların, konkret təbii şəraitlərdə daha münasib
göstəricilərini təklif etmək lazımdır.
Ayrı-ayrı iri regionlar üçün belə normalaşdırıcı göstəricilər kimi, konkret
133
geokimyəvi landşaftlarda – torpaqlarda, səth və yeraltı sularda, yabanı bit-
kilərin əsas növlərində kimyəvi elementlərin yerli fon miqdarları istifadə oluna
bilər. Yerli fon miqdarlarını öyrənilənlərə analoji olan, lakin texnogen təsirə
uğramamış geokimyəvi landşaftlarda təyin etmək lazımdır. Bu, təbii fon
konsentrasiyaların qiymətlərinə texnogenezin təsirini istisna etməlidir. Fərz
edilən normalaşdırıcı göstəriciləri təyin edərkən ayrı-ayrı geokimyəvi land-
şaftları qruplarda birləşdirmək olar [3].
Abşeron yarımadasının təbii torpaqlarında və bitkilərində kimyəvi
elementlərin fon miqdarları (n
⋅10
-3
%) [3].
Abşeron
yarımadası
Təbii
komponent
V Cr Mn Co Ni Cu Zn Pb
Torpaq
2.0 1.0 50.0 1.9 2.6 2.4 1.6 1.0
Şimal-qərb
Bitki-ot
0.87 2.5 61.5 - 2.2 2.5 0.8 1.3
Torpaq
0.7 4.2 17.6 0.73 3.2 1.45 5.0 0.6
Bitki-ot 0.30
0.88
7.5
0.16 1.0 3.1 6.67 1.2
Şərq
Ağac
0.16 0.88 20.7 0.18 1.0 3.7 6.0 1.5
Torpaq 0.53
2.3
23.1
-
0.85
1.35
1.31
0.7
Bitki-ot 0.38
0.82
11.0
-
0.85
2.9
9.2
1.0
Mərkəzi
Ağac(zeytun) - 0.86
20.7 - 1.0 2.4 - 1.1
Torpaq
0.6 2.3 81.0 0.6 1.0 1.5 6.1 0.9
Qərb
Bitki-ot 0.28
0.33
10.3
-
0.78
2.0
3.4
1.4
Torpaq
0.9 3.1 13.0 0.4 1.1 1.4 3.5 0.6
Cənub-qərb
Bitki-ot 0.27
0.57
10.7
-
0.55
1.2
0.7
1.2
Yarımadanın landşaft – geokimyəvi və biogeokimyəvi qiymətləndiril-
məsi məqsədilə torpaqlarda mikroelementlərin miqdarı üzrə tədqiqatlar
aparılmışdır. Ərazi üçün torpaq – iqlim və litoloji – geokimyəvi şəraitlərin
spesifikliyi və müxtəlifliyi səciyyəvidir ki, bu da elementlərin miqdarı üzrə
torpaqların təbii diferensiasiyasını müəyyən edir.
Təbii – təkamül torpaqlarda elementlərin geokimyəvi fonunu müəyyən
edən amil torpaq əmələgətirən süxurların mənşəyi və mineraloji tərkibidir.
Qumlu və karbonat tərkibli dördüncü dövr və üst pliosen yaşlı torpaq əmələ-
gətirən çöküntülərdə və bu çöküntülər üzrə boz-qonur torpaqlarda kimyəvi
elementlərin ən aşağı miqdarları xarakterdir. Ümumi geokimyəvi xüsusiyyət –
elementlərin miqdarının Yer kürəsi torpaqlarının üst səth qatında olan orta
miqdardan aşağı olmasıdır. Yarımadanın qərb, cənub-qərb rayonlarının tor-
paqlarında elementlərin miqdarına palçıq vulkanı məhsulları təsir edir. Bu, Cu
(KK 1,4-2,8), Pb, Co, Mn, Zn (klark miqdarına qədər), Ni, V (klarka çatmır)
miqdarlarının yüksəlməsində, bor-molibden əyalətinin yaranmasında (B KK
3,5-4; molibdenin miqdarı YVK-dan 1,5-2 dəfə artıq) özünü göstərir. Tex-
nogen təsir amili geokimyəvi fonun dəyişməsini boz-qonur torpaqlarda misin
(KK 4, YVK-dan 2 dəfə artıq), qurğuşunun (KK 6-8, YVK-dan 6-8 dəfə çox)
miqdarını artırmaqla göstərir. Buralarda Ni, V (klark səviyyəsinə qədər) və Cr
(KK 1,6) miqdarları da yüksəlir.
134
Humusun və əksər elementlərin miqdarları arasında korrelyasiya
əlaqələri adətən əhəmiyyətli səviyyəyə çatmır, Ni və V arasında mənfi asılılıq
bəzən bu səviyyəyə çatır. Bu göstərir ki, torpaqların üzvi maddəsi həmin
elementlərin ümumi miqdarına təsir etmir. Torpaqların kənd təsərrüfatı məq-
sədilə istifadəsi nəticəsində elementlərin geokimyəvi fonu təbii-təkamül tor-
paqlara nisbətən 1,2-3 dəfə azalır.
Styudent əmsalı əsasında müəyyən edilib ki, torpaqlarda kimyəvi ele-
mentlərin normal yayılması zamanı onların orta miqdarları arasında olan
fərqlər X
′-X″=1,3 olduqda, etibarlıdır.
Yarımadada 10 növ ot bitkisinin, o cümlədən, ajı və adi yovşan, dəvə-
tikanı, efedra, çılpaq biyan və dəvəqulağı (süpürgə) kimi müalicə bitkilərinin
mikroelement tərkibi (küldə) öyrənilmişdir. Bitki növlərində rütubətlilik və
küllülük də müəyyən edilmişdir.
Öyrənilən bitkilər bəzən qurğuşunun klarkdan yüksək miqdarları ilə
səciyyələnir. Demək olar ki, qalan başqa öyrənilən elementlər (Cu, Ni, Ti, Zn,
V, Cr, Mn, Co) bitki külü üçün olan orta (klark) miqdardan aşağıdır. Bitkilər
üçün Mn-Ni, Ti, V; Ni-Mn, V; Zn-Pb; Ti-V; V-Mn, Ni, Ti arasında 5% əhə-
miyyətlilik səviyyəsində birbaşa mühüm korrelyasiya əlaqələri səciyyəvidir.
Bitkilərin quru maddəsində normal, çatışmaz və artıq miqdarda olan
elementlər müəyyən edilib. Belə ki, onlar əksər elementlərin çatışmaz miq-
darları ilə səciyyələnir. Eyni zamanda bu və ya digər elementi konsentrasiya
edən bitki növləri ayrılır: efedra üçün Pb və Ti artıq miqdarları, çılpaq biyan
üçün xromun artıq miqdarı xarakterdir. Dəvəqulağında kobaltın, adi və acı
yovşanda mis və xromun, acı yovşanda sinkin, efedrada nikelin normal
miqdarları aşkar olunub.
Hesab etmək olar ki, Abşeron yarımadası ot bitkilərinin Co, Cu, Zn, Mn,
Ni, Pb, Cr, Ti, V çatışmazlığı ilə səciyyələnən biogeokimyəvi əyalətdir. Həmin
elementlərin eyni zamanda torpaqlarda da çatışmaz səviyyələri şəraitində bit-
kilərin bəzi növləri bir sıra elementləri toplamaqda seçmə qabiliyyəti nümayiş
etdirir.
Təbii landşaftlarda torpaqların regional geokimyəvi xüsusiyyəti dör-
düncü dövr – üst pliosen yaşlı əsasən balıqqulağı – qumlu, biogen əhəngdaşlı-
qumdaşlı çöküntülərdən ibarət torpaqəmələgətirən süxurların mineraloji tər-
kibi ilə şərtlənən aşağı geokimyəvi fonun olmasıdır. Yarımadanın təbii land-
şaftları orqanizmlərin bioloji reaksiyalarının əksər kimyəvi elementlərin çatış-
mazlığı ilə müəyyən olunan biogeokimyəvi zonalardır. Torpaqlarda və bit-
kilərdə elementlərin miqdarı orqanizmlərin fizioloji funksiyalarının normal
nizamlanma dərəcəsindən aşağıdır (mövcud normalara görə). Aşağı dərəcəli
element təminatı çox uzun müddət təbii geokimyəvi fondur və öyrənilən
ərazidə endemik xəstəliklərin yaranmasına səbəb ola bilər. Mikroelementlərin
mənfi balansı kənd təsərrüfatı məhsullarında da mövcuddur.
Belə vəziyyət, yəni torpaqlarda və bitkilərdə əksər mikroelementlərin
135
çatışmazlığı, bizim məlumatlarımıza görə, yarımada bitkilərində və heyvan-
larında toksikozlar yaratmır. Öyrənilən bitki növləri elementlərin çox az
miqdarlarına dözmək üçün yəqin ki, uyğunlaşmışlar. Əlbəttə, adaptasiyalı for-
malar sırasına bu ərazilərdə uzun müddət yaşayanlar (bitənlər, yabanı flora)
aiddir, onlar təbii seçmə nəticəsində həyatın qeyri-əlverişli mühitinə, görünür,
davamlılıq əldə etmişlər. Bunların arasında həmin rayonda qədimdən becərilən
mədəni bitkilər də ola bilər.
Bununla yanaşı, güclü texnogen çirklənmiş torpaqlarda öyrənilən ot
bitkilərində çirkləndiricilərin təsiri nəticəsində (kimyəvi elementlərin, kompo-
nentlərin artıqlığı ilə) müxtəlif morfoloji (şübhəsiz ki, fizioloji də ola bilər) də-
yişmələrə uğramış növlərə də tez-tez rast gəlinir. Neftlə çirklənmiş ərazilərdə
mikroelementlərin miqdarı bütövlükdə klark səviyyələri ətrafında dəyişir.
Bakı şəhəri neft-qaz yataqları ərazisində yerləşərək təbii–anomal lito-
geokimyəvi şəraitlə səciyyələnir, burada zərərli kimyəvi elementlərin təbii
mənşəyli yüksək konsentrasiyaları şəhər landşaftının yüksək çirklənmə səviy-
yəsini yaradır. Neft və qaz hasilatı və emalı texnogen təzyiq yaradır, ekoloji
vəziyyəti ağırlaşdırır. Şəhərimizin xüsusiyyəti müxtəlif istehsalların və tə-
sərrüfat fəaliyyəti növlərinin çirklənmə sahələrinin üst-üstə düşməsi, torpaqda,
havada və bitki örtüyündə, səth və qrunt sularında, bəzi polielement texnogen
geokimyəvi anomaliyaların formalaşmasıdır.
Şəhərin bitki örtüyü havadan və çirklənmiş torpaqlardan daxil olan
çirkləndiricilərin texnogen təsiri altındadır. Regional fonda bir sıra bitkilər
bütövlükdə orta- və zəif kontrastlı anomaliyalardır. Bakı bir sənaye mərkəzi
kimi, ola bilər ki, özünün prioritet çirkləndiricilərinin tərkibindən asılı olan
biogeokimyəvi ixtisaslaşmaya malikdir.
Tədqiqatların komplekslilik tələbatlarının ödənilməsi və onların vahid
metodika üzrə aparılması üçün ətraf mühitin ekoloji-geokimyəvi vəziyyətinin
keyfiyyət və kəmiyyətcə qiymətləndirmələri landşaft-geokimyəvi əsasda ye-
rinə yetirilir. Hesab etmək olar ki, ekoloji-geokimya ümumi geologiyanın
tərkib və ayrılmaz hissəsidir. Onun istifadə etdiyi anlayışlar, terminlər, müd-
dəalar sistemi geologiya, coğrafiya, biologiya və tibbi-gigiyenik profilli elmi
və tətbiqi fənlərlə üzvi surətdə əlaqədardır.
ƏDƏBİYYAT
1.Алексеенко В.А. Экологическая геохимия. Учебник. М.: Логос, 2000, 627 с.
2.Иванов В.В. Экологическая геохимия элементов. М.: Недра, 1994, 6 кн., 304 с.
3.Исаев С.А., Бабаев Ф.М., Рагим-заде А.И., Султанов Р.Р. Эколого-геохимическая
оценка изменений в биосфере Абшеронского полуострова. Баку: МВМ, 2007, 470 с.
4.Мусеибов М.А. Ландшафты Азербайджанской Республики. Баку: БГУ, 2003, 137 с.
5.Перельман А.И., Касимов Н.С. Геохимия ландшафта. Учеб. пос. М.: Астрея-2000,
1999, 768 с.
6.Рябухин А.Г. Экологическая геохимия: из прошлого в будущее; от практики к теории.
М.: МГУ, 2001, 23 с.
7.Таусон Л.В. Современные проблемы геохимии техногенеза. Геохимия техногенных
процессов. М.: Наука, 1995, с.3-12.
136
8.Теория и методология экологической геологии. М.: МГУ, 1997, 368 с.
9.Экологические функции литосферы. М.: МГУ, 2000, 432 с.
ОСНОВНЫЕ ЗАДАЧИ ГЕОХИМИЧЕСКОЙ ОЦЕНКИ СОСТОЯНИЯ
ОКРУЖАЮЩЕЙ СРЕДЫ
В.М.БАБА-ЗАДЕ, Г.С.БАГИРОВ, С.А.ИСАЕВ, Ф.М.БАБАЕВ
РЕЗЮМЕ
Установление закономерностей изменения химического состава биосферы в свя-
зи с проявлением биогеохимической функции человечества, решение задач, связанных в
большей мере с прикладными исследованиями, направленными на оценку состояния
качества окружающей среды, выявление масштабов и последствий геохимиического
преобразования биосферы в связи с техногенезом представляют собой важнейшую за-
дачу естествознания. Предметом познания являются геохимические процессы и взаимо-
действия в окружающей среде, обусловленные сложным сочетанием природных, при-
родно-техногенных факторов, а также эколого-геохимические последствия таких про-
цессов и взаимодействий. Экологическая геохимия – составная и неотъемлемая часть
общей химии. Используемая ею система понятий, терминов, положений органически
связывается с научными и прикладными дисциплинами геологического, географическо-
го, биологического и медико-гигиенического профиля.
Ключевые слова: Экологическая геохимия, техногенез, химический состав, био-
сфера.
THE MAIN TASKS OF THE GEOCHEMICAL
ASSESSMENT OF THE ENVIRONMENT
V.M.BABAZADEH, G.S.BAGIROV, S.A.ISAYEV, F.M.BABAYEV
SUMMARY
Establishment of laws of changing the chemical composition of the biosphere in
relation to the manifestation of biogeochemical functions of humanity, the solution of
problems related, to a greater extent, with the applied research aimed at assessing the state of
the environment, identifying the extent and effects of the geochemical transformation of the
biosphere in relation to technogenesis is an important task of science. The subjects of
cognition are geochemical processes and interactions in the environment caused by a complex
combination of natural, natural-technogenous factors, and environmental-geochemical
consequences of these processes and interactions. Environmental Geochemistry is an integral
part of General Chemistry. Its system of concepts, terms, provisions are organically linked
with the scientific and applied disciplines of the geological, geographical, biological and
medical-hygienic profiles.
Key words: Environmental geochemistry, technogenesis, chemical composition, biosphere
Redaksiyaya daxil oldu: 10.03.2011-ci il.
Çapa imzalanıb: 27.05.2011-ci il.
Dostları ilə paylaş: |