Microsoft Word KÜLTÜr evreni 5 son doc



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
tarix03.08.2018
ölçüsü0,83 Mb.
#60637


KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



99 

 

 



 

 

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN SİYASİ 



SƏRHƏDLƏRİ 

(XVI-XVIII əsrlər) 

 

AZERBAIJAN QARABAG REGION’S POLITIS BOARDS 

(XVI-XVIII centuries) 

 

ПОЛИТИЧЕСКАЯ ГРАНИЦЫ КАРАБАКА ОБЛАСТИ 

АЗЕРБАЙДЖАНА 

(XVI-XVIII веках) 

 

 

Ellara İbrahimqızı ƏHMƏDOVA

*

 

 

 



Özet 

Karabağ’ın siyasî tarihinde Safevi-Osmanlı, Rusya-İran, Rusya-Türkiye 

ilişkilerinin Karabağ’ın tarihî coğrafyasına ciddi etkisi olmuştur. Bu nedenle 

Karabağ’ın arazisinin zaman-zaman azalıb-genişlenmesi sonucunda 

etnodemografik değişikliklerde sayının azalıp çoğalması sebebiyle inzibati-idare, 

inzibati- arazi bölümlenmesinde değişikliğe sebep olurdu. Savaşlar zamanı Türk 

kökenli halkın Karabağ’dan çıkarılması, boşaltılan arazilere yerleştirilen Grigorian 

inanışını kabul etmiş Türk menşeli Albanların, Ermenileştirilmesiyle Ermenilerin 

sayısını artırdılar. Lakin bütün bu oyunlar Karabağı Azerbaycan’dan ayrı 

tutabilmedi. 



Anahtar kelimeler: Karabağ, Safavi-Osmanlı, Rusya –İran, Rusya-Türkiye, 

tarih. 


 

Summary  

As a whole, Safavi-Ottoman, Russian-İranian, Russian-Turks relations in 

political history of Garabagh influencing seriously historical geography of 

Garabagh declined and increased the boundaries, expanded ethnodemographic-

migration process, and caused the changes in administrative-management division. 

In general the wars in Qarabag’s history and geographical politics did some 

                                                 

*

 Bakı İdarəetmə və Texnologiya Kolleci, Müəllimə/AZERBAYCAN 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

100 

changes but these changes couldn’t differ it from Azerbaijan’s structure and its 

unity. At different stages of historical development have been found irrefutable 

evidence that the Armenians who lived and are living in these areas, have no 

reason to consider themselves natives Garabagi.  



Key words: Garabagh, Rusian-İranian, Russian-Turks, Safavi-Ottoman, 

history. 

 

AZƏRBAYCANIN QARABAĞ BÖLGƏSİNİN SİYASİ SƏRHƏDLƏRİ  

(XVI-XVIII əsrlər)  

 Qarabağın siyasi sərhədlərinin şərhinə keçməzdən əvvəl siyasi sərhədləri mü-

əyyən edən tarixi coğrafiyanı nəzərdən kecirək.  

 

XVI-XVIII əsrlərdə Qarabağın tarixi coğrafiyaysına nəzər salaraq yalnız siyasi 



coğrafiyanın  ərazi sərhədlərini aydınlaşdıraq. Belə ki, siyasi sərhədləri müəyyən 

edən siyasi coğrafiya tarixi coğrafiyanın tərkib hissəsi kimi siyasi tarixlə  sıx 

bağlılığı var. Siyasi tarixdə baş verən hadisələr tarixi –siyasi coğrafiyaya təsir edir. 

Məhz XVI-XVIII əsrlərdə Azərbaycanın siyasi tarixində ki, Səfəvi-Osmanlı, Rusi-

ya-İran, Rusiya-Türkiyə müharibələri Qarabağın sərhədlərinin dəyişməsinə  gətirib 

cıxartdı.  

 Səfəvilərin mərkəzi vilayəti olan, dövlətin  şimal-qərb hissəsini, Fars (əcəm) 

İraqını, Gürcüstanı, indiki Ermənistanı, Kürdüstanı,  Şirvanı, Muğanı  təxmini 

hesablamalara görə 400.000 kv. km-dən artıq  ərazini  əhatə edən Azərbaycan 

inzibati cəhətdən Qarabağ daxil olmaqla bəylərbəyiliklərə bölündü. Mirzə  Rəhim 

Fəna Qarabağ vilayətinin sərhədlərini bir qədər  ətraflı  şəkildə  şərh edərək yazır: 

«Cənub tərəfdən mis mədənləri olan Qapan dağlarının imtidadilə bir yerdə sariyal ru 

be məşriq gedib Araz çayınadək. Oradan məcrayi-nəhri-Araz ilə bir yerdə şərqdən 

gedir ta haman suyun qərbdən şərqə dəryayi-Xəzərə tərəf cari Kür nəhrinin məcra-




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



101 

sınadək ki, oradan hər iki nəhrin suyu bir yerə qarışıb axar dəryayə. Bu nöqtə 

Qalaqayın adlı qəsəbədir ki, sabiqi Mustafaxanlı pristavlığına daxildir. Oradan Kür 

nəhrinin məcrasilə sərhəd şərqdən qərbə qayıdıb Kür nəhrilə üz yuxarı gedir. Sabiqi 

poçta stasiyonu Türyan çay adlı yerədək ki, Duzdağ burnunda vaqe‘dir. Sərhəd 

Göran mülkündən yuxarı Duzdağ burnu şimal tərəfdən ru becənuba gedir Murovda-

ğının  ətəyində vaqe‘ Molla Vəlidli mülkünədək. Oradan Qara Çinar mülkülərinin 

əmlakını əhatə edib üz yuxarı cənubən həman dağın qarlı və buzlu sarıyalınadək ki, 

hər yerdən ucaraq nöqtədir və ucalıqda böyük Qafqaz dağlarına özünü həmduş gös-

tərəndir. Bu nöqtədən şərqdən qərbə tərəf hər yerdə sarıyal sərhəd gedir. Ayrım kə-

ndinin başının üstünədək ki, o kənd vaqe‘dir. Tərtər çayının  əvvəlinci  şaxəsindən 

olan çeşmələrdən. Bu nöqtədə Murovdan gələn uca dağlar silsiləsi iki şaxə olub, biri 

Gəncə uyezdinə tərəf və biri Rumbasır və Kəlbəcər adlı uca dağlar ilə ki, İrəvan qu-

berniyası ilə  Gəncə quberniyasının sərhəddidir» [Fənə Mirzə  Rəhim. 1991; 250]. 

Əlbəttə, bu bölgü bir qədər sonrakı dövrə aid olsa da, Qarabağın tarixi coğrafiyasını 

şərh etmək üçün dəyərlidir.  

 Məhz «Səfəvi-Osmanlı müharibələri Azərbaycanın tarixi-siyasi coğrafiyasına 

ciddi təsir göstərmiş  və ölkə  ərazisinin azalıb-çoxalmasına, sərhədlərinin daralıb-

genişlənməsinə, inzibati-ərazi bölgüsündə  dəyişikliklərə  səbəb olmuşdur» [Piriyev 

V.Z. 2002; 81]. Qarabağın siyasi tarixinin siyasi- тарихи coğrafiyasına təsiri həm də 

seçilən  ərazilərin  мüəyyənləşdirilməsində,  şəhərlərin, yaşayış  məskənlərinin, 

qalaların və s. lокаlizasiyasında (yerləşdirilməsində) öz əksini tapır.  Əraziləri 

qorumaq üçün “yandırılmıç torpaq” taktikası tətbiq еtməklə şəhərlər ya dağıdılır, ya 

da hərbi strateji əhəmiyyətli möhkəm мüdafiyə istehkamları inşa еdilirdi. 

 Mirzə Camal yazır: «Keçmiş əsrlərdə burada: (Qarabağda – E.Ə.) iğtişaşlar və 

dəyişikliklər üz vermiş, bəzi İran, Rum (Türkiyə) və Türküstan padşahları bu vila-

yətləri fəth edib ayrı-ayrı  sərhədlər qoymuş, qalalar tikmiş  və onlara başqa adlar 

vermişlər» [Qarabaği Mirzə Camal Cavanşir. 1989; 108]. Aşağıda bilavasitə dövrə aid 

gətirəcəyimiz faktlar təqribən bununla üst-üstə düşür. Belə ki, 1725-ci il tarixli 

Gəncə-Qarabağ müfəssəl Osmanlı  dəftərinin qanunnaməsində  Gəncə  əyalətinin 

sərhədləri belə müəyyənləşdirilmişdi: «Əyalətin sərhəddi Tiflis vilayəti daxil olan 

Qazax sancağından (mahal) başlayaraq, Kür çayı axarı boyunca 35 saat at yerişli 

məsafədə Kürün Arazla birləşdiyi yerə kimi və oradan Araz çayı axarının əksinə, 30 

saat at yerişli məsafəsində Kiçik Qafqazın dağ silsilələri başlayan Bərgüşad 

mahalına kimi, oradan da şimal istiqamətindən 8-10 saat at yerişli məsafədə Qazax 

sancağına qədər uzanır» [Mustafayev T.T. 1990; 82]. 1727-ci ilə aid olan sultan 

fərmanında da eynilə  həmin  ərazi qeyd edilir. Osmanlı hökmranlığı dövründə 

(1723-1735) Qarabağ  bəylərbəyiliyinə daxil olan – Lori, Pəmbək, Borçalı, Qazax 

torpaqlarını inzibati cəhətdən mərkəzi Tiflis olan Gürcüstan əyalətinin tabeliyinə 

verməklə, bəylərbəyiliyin yerləşdiyi tarixi coğrafiyasında bəzi dəyişikliklər edildi. 

Bəzi dəyişiklikləri nəzərə almasaq, göstərilən sərhədlər bütünlüklə keçmiş Qarabağ 

bəylərbəyiliyi sərhədlərinə uyğun gəlirdi. Belə ki, XVI əsrin əvvəllərində Səfəvilə-

rin inzibati bölgüsü kimi formalaşan Qarabağ bəylərbəyiliyi mərkəzi Gəncə şəhəri 

olmaqla Kür-Araz çayları arasında yerləşən bütün Dağlıq və Aran Qarabağı, Araz 

çayının  şimal - qərb istiqamətindən başlayaraq, Beyləqandan tutmuş  Zəqəmçaya 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

102 

kimi geniş bir ərazini  əhatə edirdi. XVI əsrin sonu, XVIII əsrin  əvvələrində isə 

əyalət  şimaldan Kür çayına qədər, Kürün Araz cayı boyunca qərbə doğru uzanan 

Bərgüşad livasına qədər və burdan da şimal istiqamətində, Göyçə gölünün şərq 

hissəsindən keçərək yenə  də  şimala doğru, Tiflis əyalətinə daxil olmuş Borçalının 

cənub hissəsi və Taşır nahiyəsi ilə  həmsərhəd olan Lori qəzasına qədər uzanırdı. 

Qeyd etdiyimiz kimi, I Təhmasibin (1524-1576), I Şah Abbasın (1587-1629) 

dövründə  bəylərbəyiliyin  ərazisinə indiki Gürcüstan və Ermənistanın bir hissəsi, 

Qazax, Şəmşəddil, Tiflis, Kür və Debedi çayları arasında yerləşən Lori və Pəmbəki, 

həmçinin Aqstafa, Ordubad, Bərgüşad  ərazisi, Culfadan şərqə doğru Arazbar, 

Cavanşir daxil idi. Qarabağ vilayətinin - Qarabağ  bəylərbəyiliyinin sərhədi Qara-

bağnamələrdə  cənubdan Xudafərin körpüsündən Sınıq körpüyə  qədər Araz çayı, 

şərqdən Zərdab və  Əlvənd kəndlərinin müqabilindəki Cavad kəndi - Kür və Araz 

çaylarının qovşağı,  şimaldan Göran çayı, qərbdən Küşnək, Salvartı  və  Ərikli 

adlanan uca Qarabağ – dağları olduğunu göstərir [Qarabağnamələr II kitab / Tərtib edəni 

N.Axundov. 1991; 107-108].  

Mənbələrdə Aran məmləkətinin bir hissəsini təşkil edən Qarabağ Nuh peyğəm-

bərin övladı, bu torpaqların hökmdarı və sahibi olan Aranın adı ilə bağlılığına görə 

Aran Qarabağı adlanır. Qədim yunanların Arion, ərəblərin Arran, farsların Aran 

kimi adlandırdıqları  ərazi Həmdullah Qəzvinin (XIV əsr) fikrincə  qədim 

Albaniyanın, təqribən Kür və Araz çayları, M.Hafizzadın fikrincə isə İran və Kür 

çayı arasındaki  əraziyə  təsadüf edirdi [Onullahi S. 2003; 219]. S.Onullahi yazır: 

“Qərbdən Kiçik Asiya, şimaldan Muğan və Gürcüstan, cənubdan Ermənistanla 

(indiki-E.Ə) həmsərhəd olan Arran Şirvan ilə Azərbaycanın cənub hissəsi arasında 

olan ərazi idi” [Onullahi S. 1989; 5]. Türk mənbələrində “Aran”, “axur“ - havalı yer 

«mülayim» mənasında işlənir, qışlaq yeri kimi göstərilirdi [Kırzıoğlu M.F. 1998; 

368]. Monqolların dövründə isə (XIII əsr) Aran adı Qarabağ adıyla  əvəz olundu. 

Arrandakı Qarabağın «Arran Qarabağ» adlandırılması digər Qarabağlardan (mə-

lumdur ki, istər Azərbaycanda, istərsə də şərqin bir sıra ölkələrində «Qarabağ» adlı 

yerlər mövcuddur), xüsusən  Əfqanıstanın  şimali-qərb və Türkmənistanın cənubi-

şərq ərazilərində mövcud olmuş Baqdis Qarabağından fərqləndirmək məqsədi üçün 

istifadə edildiyi də güman edilir. Ərəb dövrünün Arranından fərqli olaraq, son orta 

əsrlər Arranı yalnız Kür-Araz çayları arasındakı  ərazini  əhatə edirdi. «Tərkibində 

Şəmkür, Gəncə, Bərdə, Ağdam, Bəyləqan kimi iri şəhərlər, Zəqəm, Xanagah-Şutur, 

Qarxun, Dih-İsfahan, Lasub, Cuzbuq, Xeyrək, Kanqlıkənd, Bozarçıq, Ləmbəran, 

Yanan, Xaçındarbatlı, Qandzasak, Bəkrəbad, Xar, Sərçabil, Dolanlar, Şuşa və s. 

Yaşayış məskənləri, Çərek, Əkna, Crabert, Matris, İzz, Xaçın, Zaris, Xayzan və s. 

qalalar var idi» [Piriyev V.Z. 2002; 100]. Qarabağ ərazisindən keçən təxmini 300 km 

ticarət yolu 10-dan artıq yaşayış məntəqələrini özündə birləşdirmişdi.  

Beləliklə, XVI-XVII əsrin birinci yarisinda 50 min ailə 225 min əhalinin 

yaşadığı Qarabağ  bəylərbəyiliyinin tarixi-siyasi coğrafiyasında ki, cüzi 

dəyişikliklərinin səbəbini Səfəvi-Osmanlı münasibətlərinin nəticələri olduğunu 

müəyyən etdik. Qarabağın inzibati-ərazisi, inzibati-idarə bölgüsü məhz Qarabağı 

işğal edən dövlətlərin inzibati-ərazisinə  və idarə sisteminə uyğunlaşdırılaraq 

dəyişdirildi. Qarabağın siyasi sərhədlərindəki dəyişiklikləri nəzərdən keçirək. 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



103 

 

 Qeyd etdiyimiz kimi, Osmanlı dövründə (1723-1735) Qarabğ bəylərbəyiliyinə 



daxil olan bəzi torpaqlar – Lori, Pəmbək, Borçalı, Qazax inzibati cəhətdən mərkəzi 

Tiflis olan Gürcüstan əyalətinin tabeliyinə verildi. Bu da Borçalı  və Qazağın 

könüllü olaraq Osmanlı Türkiyəsinə tabe olmaları ilə bağlı idi. Çünki Qazax və 

Borçalının osmanlıların tabeliyinə keçdiyi zaman bəylərbəyiliyin digər vilayətləri 

türklərə müqavimət göstərirdi. Ona görə  də osmanlıların tabeliyində olan həmin 

ərazilər də Gürcüstan əyalətinə qatıldı. Bəylərbəyilikdə Osmanlı idarə sistemi 

yaradıldı. Osmanlı-Səfəvi qarşıdurması  nəticəsində Qarabağın etnik strukturunda 

dəyişikliklərin yaradılmasına səbəb oldu, boşalan kəndlərdə ermənilərin rüşvət və 

miqrasiya yolu ilə yerləşdirilməsinə gətirib çıxartdı. 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

104 

 Mənbələrdən məlum olur ki, Qarabağ bəylərbəyiliyi tarixi-coğrafiyasında tək-

cə cüzi deyil, həm də  əsaslı  dəyişikliklərdə  məruz qalıb.  Əsaslı  dəyişikliklərin 

dövrü Nadir şahın hakimiyyəti (1736-1747) illərinə  təsadüf edir. Məhz Qarabağ 

bəylərbəyiliyini Osmanlı əsarətindən azad edən, bəylərbəyiliklərin tarixi-ərazilərini 

birləşdirib Azərbaycan adı altında vahid inzibati bölgü yaradan, ölkənin tarixi-

siyasi, coğrafi baxımından müsbət tədbirlər görən Nadir şah tədricən Qarabağ 

torpaqlarının parçalanma prosesinin başlanğıcını qoyur. Gəncə – Qarabağ 

bəylərbəyiliyinin tabeliyində olan Borçalı  və Qazax mahalını Kaxet çarı 

Teymuraza hədiyyə verdi. Səfəvilər dövründə  təxminən 400.000 kv. km ərazini 

əhatə edən Azərbaycan Borçalını itirməklə ərazisinin sahəsi təxmini hesablamalara 

görə 380.000 kv. km-ə endi Nadirin ölümündən sonra Azərbaycan 30 hissəyə 

ayrılır [Piriyev V.Z. 2002; 89]. 

 Məlumdur ki, XVIII əsrin II yarısında Qarabağ bəylərbəyiliyi ərazisində iqtisa-

di-siyasi cəhətdən bir-birindən asılı olmayan iki müstəqil - Gəncə  və Qarabağ 

xanlığı yarandı. Qarabağ xanlığı geniş bir ərazini – cənubdan Araz çayı, şimaldan 

Gürcüstan sərhədlərində  Sınıq körpü, şərqdən Kür çayı, qərbdən isə indiki 

Ermənistanla həmsərhəd olan torpaqları əhatə edirdi. Qarabağ xanlığının sərhəddinə 

indiki Laçın rayonundan Bərgüşad çayına qədər bütün Sisian mahalı, Zəngəzurdan 

Qapana qədər, Tərtər çayının yuxarısından Göyçə gölünə  qədər və Xudafərin 

körpüsündən Gəncə yaxınlığındakı Kürək çayına qədər uzanırdı.  

 Hazırda, Qarabağın müəyyən edilmiş  sərhəddi cənub tərəfdən Araz çayı  və 

şimal tərəfdən Gəncə sərhədində olan Kür çayıdır. Qarabağ vilayətinin eni bu iki 

çay arasındakı məsafədən ibarətdir. Xanlar dövründə ölçülüb hesablandığı üzrə 26 

mildir (1 mil – 7 verstdir). Şərq tərəfdən Cavad kəndi və  qərb tərəfdən Küşbək, 

Salvartı  və  Ərikli adlanan Qarabağ dağlarıdır. Qarabağ vilayətinin uzunluğunu 

təşkil edən bu dağların boyu 39 mildir. Dəniz səviyyəsindən 1800-3000 metr 

hündürlüyündə yerləşən Kiçik Qafqazın orta və son hissəsini  əhatə edir. Buraya 

Böyük və Kiçik dağ silsilələri, Qırxqız və Murovdağ silsilələri, Xonaşen və Ziyarət 

silsilələri, Ala qaya və başqa dağ silsilələri daxildir [Qarabağnamələr. II kitab, 1991; 

449]. Ən yüksək zirvə Kamışdağ zirvəsidir. Zirvənin hündürlüyü 3724 metrə çatır. 

Ümumi xanlığın ərazisi 15 926 kvadrat verst, əhalisi isə 84000-dir. 

 Z.Burnaşov yazır: “Şimaldan Gəncə  şəhərinin vilayətilə (Gəncə xanlığıyla – 

E.Ə.) həmsərhəd olan Şuşa xanlığını Nuxa xanlığından Kür çayı, Araz çayı cənub-

şərqindən Muğan və Qaradağdan, qərbdən isə Naxçıvandan ayırır” [Бурнашев 

С.Д. 1793; 6]. “Xanlıq şimali-qərb tərəfdən Kürək çayı və Qara çay sərhəd olmaqla 

Gəncə xanlığı ilə  həmsərhəd idi. Qarabağ xanlığı  cənub-qərb tərəfdən Naxçıvan 

xanlığı ilə, eyni zamanda, Gəncə  və Naxçıvan xanlığı arasında  İrəvan xanlığı ilə 

həmsərhəd olmuşdur. Kür çayı boyunca şimal-qərb tərəfdən Şəki xanlığı ilə, yenə 

də Kür sərhəd olmaqla Şirvan xanlığı ilə qonşu idi”. Qarabağ xanlığı o zaman 

bütün Azərbaycanın mədəni-siyasi mərkəzi olan Təbriz xanlığı və eləcə də, Ərdəbil 

xanlığı ilə  əsasən Araz boyu, cənub-şərq istiqamətində qonşu olmuşdur. Bu 

sərhədlər Pənah xanın dövründə müəyyənləşdirilmişdi. Qarabağ xanlığı  şərq 

tərəfdən – Kür - Araz çayının qovşağı olan Cavad; şimal tərəfdən Kür çayı, cənub 

tərəfdən Araz çayı;  şimal-qərbdən Gəncə xanlığından ayıran Tərtər çayı, cənub-




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



105 

qərbdən Naxçıvan xanlığı ilə həmsərhəd idi. İnzibati bölgü çərçivəsində sərhədini 

qismən dəyişən Qarabağ maddi və  mənəvi mədəniyyətinin xüsusiyyətlərini, 

özünəməxsus təsərrüfat ənənələrini qoruyub saxlayır.  

 



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

106 

 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



107 

Cədvəl 7. 

 

Beləliklə, Qarabağın strateji əhəmiyyəti onu Türkiyənin,  İranın və Rusiyanın 

diqqət mərkəzinə çevririr. XVI-XVIII əsrlərdə Qarabağın siyasi tarixində ki, Sə-

fəvi-Osmanlı, Rusiya-İran, Rusiya-Türkiyə münasibətləri, Qarabağın tarixi 

coğrafiyasına ciddi təsir göstərərək, sərhədlərini azaldıb-artırdı, etnodemoqrafik 

miqrasiya prosesini genişləndirdi, inzibati-ərazi, inzibati-idarə bölgüsündə dəyişik-

liklərin baş verməsinə səbəb oldu. Qarabağın siyasi tarixi tarixi-əhali coğrafiyasına 

da təsir etdi. Müharibələr nəticəsində Qarabağdan sıxışdırılan türklərin yaşayış 

məntəqələrinə köçən ermənilər, Qriqorian etiqadını  qəbul edən qeyri-müsəlman 

türk mənşəli albanları tədricən erməniləşdirərək erməni əhalisinin sayını artırdı. 

 Rus-İran münaqişələri nəticəsində  əyalətə  gəlmə olan ermənilərin Qarabağa 

axını başlayır. Rusiya “provoslavın kiçik qardaşı” saydığı ermənilərin harayına 

çatdı. Ermənilər 1729-cu ildə  də rus hökumətinə müraciət etdilər. Müraciətə 

münasibətini Rusiyanın Bakıdakı nümayəndəsi Rumyansev məktublarında 

açıqlayır: “Qarabağdakı sadə ermənilərə türklərdən heç bir ziyan dəyməz. Buna 

baxmayaraq ağıldankəm Qarabağ yüzbaşıları inadkarlıqla sığnaqdakıları Xəzəryanı 

yerlərə köçürməyi tələb edirlər. Bu yolverilməzdi. Çünki onlar Rusiyanın bu rayon-

dakı kəndlərini tələb etməklə kifayətlənməyəcək, müsəlman kəndlərinin də onlara 

verilməsi məsələsini qaldıracaqlar”.

 

Ermənilərin Qarabağa daha çox axınının XIX 



əsrin I rübünə təsadüf etdiyini göstərir [Əhmədova E.İ. 2009].  

 Ümumiyyətlə, Osmanlı-Səfəvi, Rusiya-İran, Rusiya-Türkiyə müharibələrinin 

nəticələri Qarabağın tarixi-siyasi coğrafiyasında bəzi dəyişiklikləri yaratsa da onu – 

Qarabağı Azərbaycanın tərkibindən, inzibati vahidliyindən ayıra bilmədi.  

  

 İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT  

1. 


Fənə Mirzə Rəhim. Bakı:Yazıçı,1991, Tarixi-cədidi-Qarabağ // Qarabağnamələr II 

kitab, s. 248-270 

2. 

Piriyev V.Z. Bakı: Araz, 2002, Azərbaycanın tarixi coğrafiyası. 152 s. 



3. 

Qarabaği Mirzə Camal Cavanşir. Bakı: Yazıçı,1989, Qarabağ tarixi // Qarabağna-

mələr I kitab, s.104- 148 

4. 


Mustafayev T.T. 1990, №4, 1723-1735-ci illərin osmanlı hakimiyyət dövründə A-

zərbaycanın vəziyyətinə dair // Azərb.SSR EA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, s. 

44-50  



KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

108 

5. 

Qarabağnamələr II kitab / Tərtib edəni və çapa hazırlayanı N.Axundov. Bakı: Ya-



zıçı, 1991, 450 s. 

6. 


Onullahi S. Bakı: QAT, 2003, Dövrün farsdilli qaynaqlarında «Azərbaycan Qara-

bağ», «Arran Qarabağı» / Qarabağ Azadlıq Təşkilatı. «Qarabağ dünən, bu gün və sabah»: 2-

ci Ümumrespublika elmi-əməli konfransının materialları, s.217-220 

7. 


Onullahi S. Qarabağ XV-XVII əsrlərdə. «Azərbaycan» qəz., Bakı, 1989, 9 dekabr, s. 

8. 



 Kırzıoğlu M.F. Ankara : Türk Tarih kurumu Basımevi, 1998, Osmanlılar’ın Kafkas 

elleri’ni fethi (1451-1590), 550s. 

9. 

Rzaqulu bəy Mirzə Camal oğlu. Bakı: Yazıçı, 1991, Pənah xan və İbrahim xanım 



Qarabağda hakimiyyətləri və zamanın hadisələri // Qarabağnamələr. I kitab, s. 204-248 

10. 


Бурнашев  С.Д.  Курск, 1793, Описание  областей  Адребижанских  в 

Персии и их политическое состояние. 36с.; НАИИ Азерб. Респ., ф. 1, д. №581  

11. 

Əhmədova E.İ. Bakı: «Elm və təhsil», 2009, Azərbaycanın Qarabağ bölgəsinin 



siyasi tarixi  və tarixi coğrafiyası (XVI–XVIII əsrlər) » 218 s.  

 

 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə