Microsoft Word KÜLTÜr evreni 5 son doc



Yüklə 49,78 Kb.
Pdf görüntüsü
tarix26.10.2017
ölçüsü49,78 Kb.
#6701


KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

262 



 

 

 

PİYANO TEXNİĞİ, ONUN MAHİYYETİ VE İNKİŞAF 

METODLARI 

 

PİANO TECHNQUE, NATURE OF THESE TECHNİQUES 

AND DEVELOPMENT METHODS  

 

О ПИАНИСТИЧЕСКОЙ ТЕХНИКЕ, ЕЁ СУЩНОСТИ И 

МЕТОДАХ РАЗВИТИЯ 

 

 

Aynur XƏLİLOVA

*

 

 

 

Özet 

Verilen makalede piyano tekniklerinin gelişmesi ve bu gelişmelerin önemi 

açıklanmaktadır. Yazar, mükemmel icracılığa nail olunmayı fortepiyano tekniğinin 

mahiyeti  ile rolünü ve onun formalaşma metotlarını kavramsal bir şekilde 

araştırmıştır. Yazar, anlatımında fortepiyano tekniği ve bedii komponentlerin 

karşılıklı alâkalarına dikkat ederek analiz yapmaktadır. 



Anahtar kelimeler: Bedii ve teknik komponentler, fortepiyano ifası, maksat 

ve vasıtalar. 



 

Summary 

The meaningfulness of technical development of a student is uncovered in the 

article. The author investigates the role and essence of piano skill in reaching 

performing perfection, more important aspects of its content and also the methods of 

its formation. The interconnection between piano skill and artistic purposes of the 

performer are attended. 



Key words: piano skill and artistic purposes, piano performing, means and 

purpose. 



 

Резюме 

В  статье  раскрывается  значимость  технического  развития  пианиста. 

Автор  исследует  роль  и  сущность  фортепианной  техники  в  достижении 

технического совершенства, наиболее важные составляющие её содержания, 

                                                 

*

 Ц. Щажыбяйли Адына Бакы Мусиги Академийасынын Диссертанты/AZERBAYCAN 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



263 

а  также  основные  методы  формирования.  Автор  акцентирует  внимание  на 

взаимозависимости  фортепианной  техники  и  художественных  задач 

исполнения.  



Ключевые  слова:  художественные  и  технические  компоненты, 

фортепианное исполнительство, средство и цель. 



 

 

Fortepiano texnikası üzərində  işin müasir metodikası uzun tarixi inkişaf 



nəticəsində  təşəkkül tapmışdır. Texnika anlayışı  və texniki inkişaf üsullarına ya-

naşma prosesi daim inkişaf edən fortepiano ədəbiyyatının qarşıya qoyduğu 

vəzifələrdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir. 

İstedadlı pianoçu olan görkəmli bəstəkarlar yaradıcılıqlarında pianizmin imkan 

dairəsini genişləndirmişlər. L.Bethoven və F.Şopen, F.List və İ.Brams, K.Debüssi 

və M.Ravel, A.Skryabin və S.Prokofyev hər biri ayrılıqda royalın gizli imkanlarını 

özünəməxsus  şəkildə meydana çıxarmışlar. Fortepiano musiqisinin inkişaf 

prosesində onun bütün ifadə vasitələri, həmçinin fakturası mürəkkəbləşərək 

dəyişirdi. Bununla əlaqədar pianoçular fortepiano texnikasının 

mükəmməlləşdirilməsi istiqamətində yeni- yeni problem və  vəzifələrlə 

qarşılaşırdılar.Onların dərk və həll edilməsi pedaqoji və fortepiano- ifaçılıq fikrinin 

inkişafı ilə bilavasitə əlaqədar olaraq, bəzi hallarda ləngiməsi nəticəsində köhnə ifa 

üsulları  və musiqinin yeni yaranan tələbləri arasında uyğunsuzluq, ziddiyət 

yaradırdı.Bu uyğunsuzluğun nəticəsi olaraq pianoçu nəsilləri çox zaman əllərin 

ağrımasına gətirib çıxaran səmərəsiz və yorucu əməklə  məşğul olurdular. 

Fortepiano pedaqogikası tarixinin müəyyən mərhələlərində pianoçu fəaliyyəti 

bütövlükdə parlaq və virtuoz ifaya tabe olunaraq pianizm texnikasına diqqət ifanın 

ifadəliliyi və obrazlılığı üzərində hakim mövqe tuturdu. 

 Dünya elmi metodik ədəbiyyatında texnika anlayışı bədii məqsədlərin həyata 

keçirilməsi üçün vasitə kimi nəzərdə tutulur.Fortepiano texnikası haqqında 

danışdıqda royalda ifa üsulları, vərdişlər və bacarıqlar toplusu nəzərdə tutulur ki, 

bunun sayəsində pianoçu lazımi bədii, səslənmə  nəticələri  əldə edir. Musiqinin 

qarşıya qoyduğu bədii məsələlərdən kənar texnika mövcud ola bilməz. “ Fikri 

məhdud mənada bu sözlərlə  səciyyələndirmək olar: məharətli, dəqiq, parlaq, 

gərginlikdən uzaq və s.; bu qəbildən olan bacarıqların sayını artırmaq çətin deyil. 

Musiqiçi - ifaçı texnikasının geniş, bu terminin ümumestetik mənada izahı 

fərqlidir. Bu sənətkarın izhar etmək istədiyinin ifadə etməsidir. Düşünülənlərin 

səslər vasitəsələ həyata keçirmək bacarığıdır…”(Tsıpin.113). 

 Məlumdur ki, ifaçıya alət arxasında çoxsaatlı  məşqlər vacibdir.Bu isə  şüuru 

zəiflədərək diqqət, fantaziya və təşəbbüs tələb edən musiqi əsəri üzərində yaradıcı 

işin mexaniki iş prosesinə çevrilərək məhdud mənada “texnikanın” 

mükəmməlləşdirilməsinə xidmət edir. Bütün texniki üsullar bu və ya digər səs 

obrazının axtarışından yaranır. Texnikanı musiqi əsərinin məzmunundan ayıranlar 

çox böyük səhvə yol vermiş olurlar. Texniki üsullar gərəkli səslənmənin axtarışı ilə 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

264 

bilavasitə bağlıdır.Texniki ustalığa nail olunmasında vacib məqam səs təsəvvürü

bədii obrazın səslənmədə təcəssümüdür. Məhz o, bu və ya digər texniki üsulların 

vacibliyinin təyin edərək şərtləndirir.Bütün görkəmli pedaqoq - pianoçular eşitmə 

təsəvvürlərindən zəruri ifa hərəkətlərinin hiss edilməsinə doğru ardıcıl keçidin 

mühümlüyünü vurğulayırdılar. Başqa sözlə desək, məhz eşitmə qabiliyyəti 

vasitəsilə barmaqların,  əllərin və biləklərin hərəkətlərinə  nəzarət etməyin 

zəruriliyini qeyd edirdilər.  

 Bədii və texniki potensialın qarşılıqlı  təsir aspektindən tarixi təcrübəsinin 

araşdırılması belə qənaətə gəlməyə imkan verir ki, musiqi ifaçılığının nəzəriyyə və 

təcrübəsi bu qarşılıqlı  əlaqənin bir-birindən asılılığını, bədii yanaşmanın aparıcı 

rolunun ön plana çəkilməsini təsdiq edir.Başqa sözlə ifadə etsək, bədii potensial 

məqsəd, texnika isə onun təcəssüm etdirilməsi üçün vasitədir. Bu fikir dəqiqliklə 

hər iki komponentin rol və funksiyasının ayrılması, yəni hər birinin əhəmiyyət 

dərəcəsini və  həddini müəyyənləşdirməklə eyni zamanda onların harmonik 

qarşılıqlı asılılığını vurğulayır.  

 Lakin təcrübədə bir çox ifaçı və pedaqoqlar tərəfindən bu formul tam mənası 

ilə, yaxud əksinə  səthi, primitiv başa düşülür. Başqa sözlə,  əgər məqsəd yalnız 

vasitələrin inkişafı və qazanılması sayəsində əldə edilirsə, təbii ki, əsas məsələ bu 

vasitələrin, həmçinin texnikanın fəal və  səylə mükəmməlləşdirilməsindən 

ibarətdir.Digər tərəfdən ifaçı  iş prosesində texniki məsələlərin həlli və bu sahədə 

nailiyyətlərin  əldə olunmasında mövcud olan obyektiv çətinlik və mürəkkəb 

məqamlarla qarşılaşanda diqqət və vaxtlarını bütövlükdə buna sərf edir, ifanın 

bədii səmti üzərində işi “sonraya” saxlayırlar. Nəticədə əsas məqsəd kölgədə qalır, 

yəni  əsassız olaraq texnika yalnız texnika xatirinə kamilləşdirilir. Bəzən isə yarış 

əhval-ruhiyyəsi yaranır: hər sonrakı ifaçı  əvvəlkindən daha cəld, iti tempdə ifa 

etməyə çalışır.Nəticədə pianizm texnikası və musiqi məzmunluğunun inteqrasiyası 

deyil,  əksinə differensiasiyası, daha dəqiq desək, texniki potensialın bədiiliyi 

üstələyərək arxada qoyması baş verir.Musiqiçi - ifaçı çox zaman unudur, yaxud 

dərk etmir ki, bu və ya digər texniki üsullar birbaşa və orqanik şəkildə konkret 

eşitmə  təsəvvürü ilə bağlı olmalı, hər bir ifa hərəkəti eşitmə analizatoru ilə 

şərtlənməlidir.Demək, musiqi-eşitmə  təsəvvürləri nə  qədər geniş  və  zəngin olsa, 

ifaçı bir o qədər çox texniki üsullara yiyələnmək zərurəti qarşısında qalır. 

 Özünə ciddi və  tələbkarlıqla yanaşan hər bir həqiqi musiqiçinin musiqi 

təfəkkürü daim qarşısına yeni-yeni vəzifələr qoyaraq onların daha dəqiq və 

mükəmməl realizasiyasına çalışır. Hərəki formaya isə konservatizm səciyyəvidir. O 

daim adət edilmiş, artıq mənimsəmilmiş qaydalara meyl edir. Ona görə bəzən artıq 

təşəkkül tapmış hərəki formaya şüurlu olaraq dəyişikliklər əlavə etmək, bəzən isə 

kökündən dəyişmək zərurəti yaranır. Məhz ona görə pianizm texnikasının müstəqil 

mükəmməlləşdirilməsini stimullaşdıran texniki görüş dairəsinin yaranması mühüm 

əhəmiyyət kəsb edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müxtəlif hərəki for-

malara yiyələnmək, hərəki-texniki bilik və bacarıqların tərbiyəsi nəinki 

motorikanın mükəmməlləşdirilməsində, həmçinin pianoçunun eşitmə 

qabiliyyətinin inkişafında, keyfiyyət, tembr və koloritin zənginləşməsinə müsbət 

təsir göstərir.Hərəki bacarıqların məhdudluğu isə öz növbəsində ifaçının musiqi 




KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



265 

təsəvvürlərini çərçivəyə salaraq eşitmə  təxəyyülü və yaradıcı fantaziyanı 

məzmunsuzlaşdırır. Hər bir müstəqil iş prosesində yeniliyə yönəlmiş musiqi 

təfəkkürü ilə texniki bacarıqların arasında mübarizə baş verir. Texniki bacarıqların 

inkişafında hər hansı nöqsan yaxud məhdudluq (birtərəflilik) səslənmədə və eşitmə 

fəhmində iz qoyur, bunun da nəticəsi olaraq səs çalarları sahəsində yaradıcı 

axtarışlar xeyli çətinləşir.Nəzərə almaq lazımdır ki, daxili eşitmə qabiliyyətinin 

xarakteri pianoçunun emosional və intellektual inkişafından, erudisiyasından, ifası 

və ətrafında hansı koloritlərin səslənməsindən asılıdlr. 

 Pianizm texnikasının formaları sonsuz dərəcədə müxtəlifdir. Lakin, onun əsas 

üsulları, yəni hərəkətin nisbətən asan dərk edilib yadda qalan əsas konturları 

mövcuddur.Bu bilgilərə yiyələnmək son dərəcədə vacibdir, belə ki, bu bədii 

ideyalar və fikirlərin daim dəyişməsi şəraitində yeni hərəkət konturlarının axtarışını 

asanlaşdırır. Onlar uğurla tapılmış  hərəkət konturlarının təsbit edilməsinə kömək 

edir. Lakin bu halda vacibdir ki, hər dəfə  təxəyyülün müəyyən qədər müxtəlif 

şəkildə canlandırdığı intonasiyanın dəqiq ifadəsi təmin edilsin. Çətin məqamlardan 

biri ondan ibarətdir ki, intonasiya (musiqi fikri) yalnız axırıncı ifa variantında son 

şəklini alır.Ona görə ifa hərəkətləri təfərrüatı ilə nəzərə alına bilməz, yəni musiqi 

fikrinin yetişməsi ilə eyni vaxtda yaranır; beləliklə hərəkət hər zaman bütövlükdə 

eşitmə qabiliyyəti və emosional sahəyə tabe olunmalıdır. Aydındır ki, “ifa ” və iş 

prosesi çalğının hərəki məqamlarında müəyyən qədər müxtəlif yanaşma tərzlərinə 

yol verir. Əgər məşq zamanı eyni hissə  və yaxud parçaları  təkrarlamaq zərurəti 

yaranırsa, onda diqqətin bəzən emosional –səs vəzifələrindən hərəki problemlərə 

doğru yönəlməsi o halda məqbuldur ki, sonrakı  təkrarlarda bu epizodun bədii 

siması daha da mükəmməlləşmiş hərəki forma ilə birgə tam bərpa edilsin. 

 Ona  görə artıq hazır  əsərin ifasından çox iş prosesində apparatın nəzarət 

edilməsinə daha çox vaxt və diqqət ayırmaq lazımdır;  əlavə planlaşdırılmamış 

fasilələrin daxil edilməsi; çox sayda rəvan, səlis, nəzarətdə asanlıqla saxlanılan 

hərəkətlərin  əldə edilməsi üçün şərti, müvəqqəti temp ləngimələrinin daxil 

edilməsi;  əzələ- toxunuşla duyum hissiyatını “təravətləndirmək” məqsədilə 

çalarların bütün mümkün rəngarəngliyindən istifadə çox faydalıdır; bir neçə  dəfə 

ardıcıl  şəkildə müəyyən (qısa) hissələri təkrarlayaraq  əlin bütöv vəziyyətinin 

təkmilləşdirilməsi, həmçinin diqqəti bir neçə  dəfə barmaqlara, daha sonra biləyin 

nəzarət edilməsinə yönəldilməsi və s. Bütöv apparatın və əlin hissiyatlığı, duyumu 

daimi, həmişəlik qazanılan,  əldə olunan bacarıq deyil. O texniki təcrübənin 

toplanması ilə inkişaf edərək yüksəlir: çiyin hərəkətlərinin müxtəlifliyindən istifadə 

etmək bacarığına yiyələnmiş  tələbə artıq onu yeni, fərqli tərzdə hiss etməyə 

başlayır.  

 Beləliklə, ifa hərəkətlərini lazımi məqamda emosional-eşitmə sahəsinə tabe 

etdirmək bacarığının aşılanması çox vacibdir. Pianoçu bilavasitə özünun 

barmaqları müəyyən notlara toxundurmaq, “qalaylanmaq”, yerdəyişmə etməsindən 

imtina edərək, eyni zamanda avtomatizmin ifa prosesini idarə etməsinə də heç bir 

şəkildə imkan verməməlidir. Hərəkətlərin eşitmə qabiliyyətinə tabe edilməsi çox 

mürəkkəb və incə (intuitiv) məqamdır; heç bir birtərəfli (yəni tamamilə “ hərəkətlər 




KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

266 

barədə fikirləşməmək” kimi tövsiyələr) müsbət nəticə  əldə etməyə inkam 

yaratmayacaq.  

 Məlumdur ki, hər bir fəaliyyət sahəsi və yaxud işdə qarşıya çıxan çətinliklərin 

vaxtında aşkarlanması  və düzgün təyin edilməsi çox vacibdir; bunsuz fortepiano 

ifaçılıq prosesini təsəvvür etmək çox çətindir.Bununla yanaşı bir sıra pedaqoq və 

tələbələr hesab edirlər ki, alət arxasında iş zamanı  kəmiyyət baxımından qeyri-

məhdud səhv və düzəlişlərə yol verilə bilər. Lakin bu yanlış fikirdir. Belə ki, 

pianoçunun işində saysız-hesabsız səhvlər hərəkət və  eşitmə yaddaşına mənfi 

təsirini göstərir . Hər səhv intonasiya sonrakı (təkrar) ifa zamanı  əlavə  çətinlik 

yaradaraq yeni səhvlər üçün səmin yaradır. Daim ifanın təkmilləşməsinə çalışaraq 

hər bir an yadda saxlamağı öyrənmək lazımdır ki, qarşıya qoyulan iki vəzifədən 

biri nəzərdən qaçır. Belı ki, diqqət tam səfərbər olmağa yetişmir. Ona görə royal 

arxasında iş zamanı bir neçə elementar qaydalara riayət etmək lazımdır: 

 -  qarşıda çoxsaylı  vəzifələr durduğu təqdirdə ifa tempi nəzərə çarpacaq 

dərəcədə ya ağırlaşdırılır, ya da şərti fasilələr yaradılır; 

 -  ən mürəkkəb məqamlar ilk olaraq seçilərək  əsaslı  şəkildə düşünülür, yəni 

öncə təxəyyüldə canlandırılır; 

 “Təxəyyüldə ifa etmək” bacarığı bir çox konsert ifaçıları üçün vacib keyfiyyət 

hesab olunur. Belə ki, onun sayəsində: 

 - ifa edilən  əsər asanlıqla qavranılaraq bütün əsas və  çətin həll olunan 

yaradıcılıq məsələlərinin ümumi mənzərəsi yaranır (pianoçu konkret məqamda 

vacib olan istənilən, yaxud əsaslı surətdə öyrənilməsinə ehtiyac duyulan hissə  və 

epizodu tez bir zamanda tapa bilir); 

 - ifa olunan əsərin bütünlükdə musiqi inkişaf prosesi əhatə edilir, bütöv 

dramaturji konsepsiya açılır və aydın müşahidə edilir, həmçinin onun ifaçılıq 

forması yaranır; 

 - çox zaman ifa hərəkətlərinin uyğunluğu, daha doğru və  əsaslanmış 

applikatura tapılır. 

 Beləliklə, fortepiano ifaçılıq incəsənətində texniki komponentlərin 

mahiyyətini ümumiləşdirərək onun ən mühüm tərkib hissələrini vuğulayaq: 

 - aydın eşitmə -hərəki məqsədin olması; 

 - ifa apparatının hiss və idarə edilməsi; 

 - əzələ tonusu və fiksasiyaların dərk edilməsi; 

 - ifa hərəkətlərinin “sərbəstliyi” və “qüvvəsinin” qarşılıqlı əlaqəsi; 

 -  gündəlik iş prosesində  səhvsizlik prinsipi və bundan irəli gələn vəzifələrin 

həyata keçırılməsi; 

 - fortepiano ifasında texniki dəqiqlik və ifa hərəkətlərinin mükəmməlliyə nail 

olunmasında analitik-şüuri metodun əhəmiyyəti, yəni pianoçuda fortepiano 

texnikası sahəsində rasional düşünmək qabiliyyətinin tərbiyə edilməsi; 



KÜLTÜR EVRENİ -  UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ 

 

 



267 

 - hərəki- səs sahəsinin xüsusi inkişaf etdirilməsinin vacibliyi, yəni “hərəkət - 

texniki görüş dairəsinin” yaradılmasının əhəmiyyəti, pianoçu düşüncə tərzinə malik 

olmaq bacarığının aşılanması; 

 - pianoçunun musiqi - bədii intuisiyasının zənginləşməsi və genişlənməsinə 

zəmin yaradan hərəki- texniki görüş dairəsinin, sənətkarlıq “sirrləri” sahəsində 

dərin biliklərin qazanılması; 

 -  hərəki formanın texniki baxımdan cilalanması, eşitmə qabiliyyətindən 

səslənməyə doğru yolun “təmizlənməsi”. 

 Beləliklə, texnikanın qazanılması üçün vacib ilkin şərtlər-aydın ifa fikrinin 

olması və onun təcəssüm etdirilməsinə səy göstərilməsidir. Lakin, düşünmək lazım 

deyil ki, texnikanın yaranması üçün musiqini hiss etmək kifayətdir. Formal 

texnisizmin inkarı pianoçunun öz texnikası üzərində  işini istisna etmir. Belə ki, 

onun bir sıra növləri o dərəcədə mürəkkəbdir ki, xüsusi çoxillik məşqlərsiz 

yiyələnilməsi qeyri-mümkündür. Bu iş prosesi klaviatura ilə ilk tanışlıq anından 

başlayaraq bütün həyat boyu davam edir. Pianizm inkişafının sonrakı 

mərhələlərində gah bu, gah da digər vəzifələr ön plana çəkilir.  Əgər onun 

bünövrəsi təhsilin erkən dövründə qoyulursa, sonralar (yuxarı yaşlarda) texnika 

üzərində iş daha səylə aparılır. Belə ki, bu ünsür yaş, fiziki və psixoloji amillərlə 

əlaqəlidir. 

 İfaçının texniki apparatının mükəmməlliyi inkişaf edərək onun bədii təxəyyül 

və düşüncəsini bir neçə  dəfə qabaqlayır.Müasir dövrdə ifaçılıq müsabiqələri, 

baxışlar, festivallar texniki hazırlığın misilsiz, qeyri - adi kamilliyini nümayiş 

etdirərək dinləyici auditoriyasını valeh edib heyrətləndirir.  İfaçılar ifadəlilik və 

məzmunluqda deyil, daha çox sürət, cəldlik və çeviklikdə yarışırlar. Qeyd olunan 

ifaçılıq prioritetlərinə uyğun olaraq müasir cəmiyyətin düşünmək, hiss etmək, 

həyəcanlanmaqdan çox dinləmək və baxmağı üstün tutan dinləyici mədəniyyəti və 

bədii zövqü formalaşır. Bu növ incəsənət öz həqiqi mənəvi təsirini itirərək 

dinləyicilərin qəlb və zəkalarına təsir etmək iqtidarında olmur və bu halda yalnız 

heyrət hissini doğurmağa müvəffəq olur. 

 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

1. F.Bədəlbəyli. Məqalələr, materiallar. Bakı, 1997. 

2. Музыкальное  исполнительство  и  современность.  Вып. 2.М.,1997.с.26-

40. 


 

Yüklə 49,78 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə