Microsoft Word KÜLTÜr evreni doc



Yüklə 45,09 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü45,09 Kb.
#44137


KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

388 

 

 

 



 

 

RƏNG BİLDİRƏN SÖZLƏRİN ETNOQRAFİK 



SƏCİYYƏSİ

 

 

ETHNOGRAPHIC 

DESCRIPTION 

OF COLOR TERMS

 

 

ЭТНОГРАФИЧЕСКАЯ ХАРАКТЕРИСТИКА 

СЛОВ,ОБОЗНАЧАЮЩИХ ЦВЕТА 

  

 

Nailə Əliqızı MİRZƏYEVA

*

 

 

 

Özet  

Yazıda; Türk etnonimlerinden (etnik topluluk) değişik bir topluluk olan 

Karapapaklarla ilgili bilgi verilmektedir. Aynı zamanda muhtelif tarihi dönemlerde 

bu etnik topluluğun Karabörk olarak da adlanmasının nedenleri açıklanmaktadır. 

Karapapak halkının tarihte, şimdi yaşadığı ve yayıldığı arazilerin haritası 

gösterilerek, onların çeşitli dönemlerde hangi adı taşıdıkları ve hakikatten Türk 

tayfalarından biri olduğuna dikkat çekilir. 

Anahtar kelimeler: Türk , etnonim, Karapapak, Karabörk, halk. 

 

Summary  

This article is about the formation of ancient turkic etnonym Garapapaq and in 

some periods its replacement with the word Garaburk. Also, the researches of 

prominent scholars on this issue are discussed here. 

The article shows the territories of residence and that Garapapaq people were 

variously named at different times. It's proven in the article that this etnonym is 

indeed of turkic origins. 

 Key words: Turkic, etnonym, Garapapaq, Garaburk, people. 

 

 

                                                 



*

 Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adina Dilçilik İnstutunun dissertantı 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



389 

Müxtəlif dövrlərdə ayrı-ayrı geyim növlərinin adlarının  şifahi xalq 

ədəbiyyatının bu və ya digər janrlarında işlədilməsi onların tarixən qədimliyi ilə 

izah oluna bilər. «Börk» leksik vahidi də atalar sözü və  məsəllərdə tarixən 

işlədilmiş sözlərdəndir. Qarapapaq etnonimi ilə paralel olaraq Qarabörklü 

etnoniminin işlədilməsi həmin sözün tarixi ilə bağlı  bəzi fikirlər söyləməyə  şövq 

edir. 

Geyim növlərinin adları dilin ən qədim leksik qatlarının tərkib hissələrin-



dəndir. Onlarda qədim  ənənələrin gözlənilməsi, bu və ya digər etnik qrupa aid 

əlamətlərin qorunulması, təsərrüfat həyatı ilə bağlı və milli mədəniyyətə söykənən 

növlərin nəsildən-nəslə ötürülməklə günümüzə qədər yaşadılması xalqımızın soy-

kökünün, etnogenezinin öyrənilməsinə yardımçı olan bir sıra xüsusiyyətləri üzə 

çıxarmağa imkan verir. 

Bu bölgüdə özünü daha qabarıq nəzərə çarpdıran etnik geyim növlərinin 

rəngarəng və çoxçalarlı adlarıdır. Belə adlar geyim növlərini ifadə etdikləri kimi, 

həm də onu daşıyan milli qrupa məxsus olmaları ilə onların özlərinin də 

adlandırılmasında iştirak etmişlər. 

Maddi və  mənəvi mədəniyyətin tərkib hissəsi olan geyim növləri və onların 

müxtəlif adları  həm qədim, həm də  rəngarəngdir. Türk xalqları içərisində 

geyiminə, geyimlərin rənginə, əlamətlərinə və istifadə məqsədlərinə görə fərqlənən 

milli qruplar bu xüsusiyyətlər əsasında bir-birindən seçilmiş və tanınmışlar. Tarixi-

etnik proseslərin uzun dövrləri onları ayrı-ayrı xalq və ya tayfa kimi 

formalaşdırmışdır. Bu prosesin istiqaməti, formalaşma xüsusiyyətləri, inkişaf yolu 

Azərbaycan etnik tarixinin ayrılmaz bir sahəsidir və onun hərtərəfli öyrənilməsi 

etnogenez məsələlərində bir sıra yeniliklərin  əldə olunması ilə müşayiət oluna 

bilər. 


Azərbaycan folklor etnoqrafik terminləri qrupuna aid edilən  dolaq, papaq, 

köynək, don, börk, qurşaq, çuxa və s. kimi leksik vahidlər həm də xalq, tayfa adları 

bildirən leksik vahidlərin yaranmasında yaxından iştirak etmişlər. Bu geyim növləri 

onlarm məişətinə yaxından daxil olmuş  və digər qruplardan fərqlənmələri üçün 

mühüm vasitəyə çevrilmiş, etnonim kimi formalaşmalarında  əsas göstərici 

olmuşlar. 

Papaq folklor etnoqrafik termini Qarapapaq, Şişpapaq, Bozpapaq 

etnooykonimlərinin  əsasında durur. Bu leksik vahidin sinonimi kimi börk  leksik 

vahidi ilə yaranan Qarabörklu etnooykonimi də geyim növünün adı ilə bağlı 

yaranmış onomastik vahiddir. 

Rəng bildirən ümumişlək «qara» leksik vahidi ilə papaq sözünün 

birləşməsindən yaranan etnonim müəyyən konkret etnik qrupun adını bildirməyə 

xidmət edir. Azərbaycan folklorunun daha çox dastan janrında bu etnik ada təsadüf 

olunmuşdur. «Şəhri və Mehri» nağılında oxuyuruq: «Qarapapaqlardan olan Murtuz 

Mehrini həmişə gözü ilə ötürərdi». Mətnin mənasından məlum olur ki, Murtuzun 

etnik mənsubiyyəti onu xalq içərisində başqalarından fərqləndirməyə xidmət edən 

vasitə kimi seçilmişdir. Burada «qarapapaq» etnonimdir. İlk  əvvəl fərqləndirici 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

390 

əlamət kimi təsəvvür olunsa da, tarixi kateqoriya kimi mövcudluğu qədim dövrlərlə 

səsləşir. 

Etnik qrupun etnogenez məsələləri ilə bağlı fikirlər kəmiyyət etibarilə çox 

məhduddur, lakin inkaredilməzdir. 

Tayfanın nümayəndələrinin dünyanın bir çox ölkələrində məskunlaşdığı güman 

edilir. Daha çox Türkiyə, İraq, İran, Gürcüstan və Balkan ölkələrində yayılmışlar. 

Cənubi Azərbaycanın Sulduz vilayətində məskunlaşan Qarapapaqlar vaxtilə Şimali 

Azərbaycandan buraya köç etdiklərini təsdiq edirlər. 

Qarapapaqların Qafqazda yaşamaları barədə ilkin məlumatlardan biri Mirzə 

Adıgözəl bəyə məxsusdur. Onun hərbi qulluqda olduğu zaman İranın müharibəyə 

başlamaq barədə  məlumatları  məhz qarapapaqlardan aldığını bildirməsi maraq 

doğuran faktlardandır. Müəllif onların Zaqafqaziyanın müxtəlif yerlərində yaşayan 

azərbaycanlılaranlılar olduğunu qeyd etmişdir (Adıgözəl ,1989:78-79). 

Ön Asiyanın etnik tərkibini öyrənən S.İ.Bruk qarapapaqların böyük bir tayfa 

olduğunu qeyd etmişdir. Müəllif göstərir ki, onların 40 min Türkiyədə, 20 mini 

İranda yaşayır (Bruk ,1955:№ 2). 

Qacar ordusunun ən əsas zərbə qüvvəsi məhz qarapapaqlardan ibarət olmuşdur. 

Onlar mərd, qorxmaz, döyüşkən, əyilməz bir etnik qrup kimi böyük hörmət sahibi 

olmuşlar. 

Qarapapaqların Arpaçay, Sarıqamış,  İqdır, Qarakosa və Sivas ərazilərində 

yaşamaları haqqmda İslam Ensiklopediyasında da məlumatlar verilmişdir. 

İ.Məmmədov qarapapaqların Türkiyə və İrana köç etmələri tarixini 1825-1828-

ci illər Rus-İran müharibəsi ilə bağlayır (Məmmədov,2009:l62). 

Azərbaycanda,  əsasən Qafqazda, eləcə  də Borçalı  və Göyçə  ərazilərində son 

dövrlərə  qədər yaşamış qarapapaqların nəvə, nəticə  və digər törəmələri, onların 

etnik xüsusiyyətlərinin daşıyıcıları olmaqla bərabər, həm də  həmin  ərazilərin 

avtoxton  əhalisi olmuşdur. 1988-ci ildən ermənilərin etnik təmizləmə siyasətinin 

qurbanı olan Göyçə qarapapaqları Azərbaycana və eləcə  də dünyanın bir sıra 

ölkələrinə köç etmişlər. 

F.Faseev qaraqalpaq sözündəki  qalpaq  leksik vahidinin «kapla» əsasında 

inkişafını  ağlabatan hesab etmiş  və  kapla ~kaplaq ~kalpaq  istiqamətini 

müəyyənləşdirmişdir. Müəllif göstərilən formada leksik inkişafın «nakrıt» mənası 

üzərində dayanmışdır (Faseev ,1969:69). 

Onların milli baş geyimlərinin bu günə  qədər də qoyun yunundan olan qara 

şapka olduğu digər müəlliflər tərəfindən də qeyd edilmişdir (Oşanin ,1958:45). 

Daşıdıqları baş geyim növü ən qədim milli forma olub bu günə  qədər 

məişətlərində qorunmaqdadır. Lakin onun təkcə qoyun yunundan deyil, həm də 

keçi dərisindən düzəldilmiş konusvari şapka olması da və «kalpak» adlanması 

barədə fikirlər də elmi ədəbiyyatlarda özünü göstərməkdədir. 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



391 

Onların  şivə xüsusiyyətləri üzərində aparılan araşdırmalar göstərmişdir ki, 

Azərbaycan dilinin cənub qrupu dialekt və  şivələrinin aparıcı xüsusiyyətləri 

Qarapapaqların dili üçün daha xarakterikdir. 

Qeyd etmək lazımdır ki, məskunlaşdıqları  ərazilərdə  təkcə Qarapapaq adı 

altında deyil, digər adlarla da tanınırlar. Türkiyə ərazilərində «bezbaş», «qaqavan», 

«çinçavat» kimi adlarla tanınılan tayfa birliklərinin məhz Qarapapaq tayfasının 

qolları olduğu güman edilir. 

E.Əzizovun vaxtilə Türkiyə  ərazilərinə köçüb məskunlaşan tayfalardan olan 

«çinçavat»ların qarapapaqların bir qolu olması haqqında fikirləri bunun bariz 

nümunələrindəndir (Əzizov ,1990:l34 ). 

Ə.Əliyev və  İ.Məmmədov qarapapaq adının sonralar formalaşdığını qeyd 

etmişlər. Etnonimin ilk əvvəl qarabörk və qaraqalpaq adlanmasını güman edən 

müəlliflərin bu leksik vahidin sinonim leksik vahidlər olub mənaca eyniliyinə 

əsaslanmaqla mənşə yaxınlığı  təsəvvür etmələri inandırıcıdır. Onlar arasında 

qohumluq əlaqələri olmuşdur (Əliyev,1980:61-63). 

Etnoqrafik  ədəbiyyatların bəzilərində qarapapaqların bir hissəsi kimi 

qarabörklərin adı  çəkilir (Bakıxanov.1951: 412). Onların XI əsrdə  Şirvanda 

yaşamaları göstərilir (Bruk ,1955:108). 

Ümumtürk arenasında adı  çəkilən Qarapapaq etnonimi qədim rus 

salnamələrində «çёrnıe qlobuki» kimi rast gəlinir. Onların Orta Asiyada yaşamış, 

oradan da Azərbaycana köçüb məskunlaşmaları haqqında müxtəlif fikirlər 

mövcuddur. Onlara verilən adın məhz papağın rənginə görə  fərqləndirilməsi ilə 

bağlı bu və ya digər mülahizələr bütöv şəkildə problemin mahiyyətini ifadə etməyə 

də bilər. Belə ki, qarapapaqlardan kimlərinsə başqa bir rəngdə, formada papaq 

daşıması da istisna edilmir. Deməli, etnik qrupun daxili razılaşma  əsasında belə 

adlandırılmasını güman etmək olar. Ona görə ki, heç kəs onları  kənardan hansı 

rəngdə  və formada papaqlardan istifadə etmələrinə  əsaslanıb adlandırmamışdır. 

Çox güman ki, nəslin, elin seçilən, hörmətli nümayəndələri onların digər yaxın 

mənşəli nümayəndələrindən fərqləndirilməsi üçün belə adlandırılması ilə bağlı 

razılığa gəlmişlər. Belə  fərqləndirilmələrin nəticəsi kimi Qaradonlu, Kəmərli, 

Ağköynək, Alaqurşaq, Qaradolaq və s. onlarla etnonimi misal göstərə bilərik. 

Onu da qeyd edək ki, Azərbaycan etnonimiyasında nəinki geyim adlarından, 

həmçinin peşə və sənət bildirən etnoqrafik terminlərdən, onların ayrı-ayrı fərdi və 

eləcə  də ümumi xüsusiyyətlərindən istifadə edilməklə verilən yüzlərlə etnik ada 

rast gəlinməkdədir. 

Müxtəlif dövrlərdə ayrı-ayrı geyim növlərinin adlarının  şifahi xalq 

ədəbiyyatının bu və ya digər janrlarında işlədilməsi onların tarixən qədimliyi ilə 

izah oluna bilər. «Börk» leksik vahidi də atalar sözü və  məsəllərdə tarixən 

işlədilmiş sözlərdəndir. Qarapapaq etnonimi ilə paralel olaraq Qarabörklü 

etnoniminin işlədilməsi həmin sözün tarixi ilə bağlı  bəzi fikirlər söyləməyə  şövq 

edir. 



KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

392 

Ayrı-ayrı geyim növlərinin adları  həm də folklordan ədəbi dilə keçmişdir. 

Folklorda rast gəlinən «əmiri börk», «börkü yırtıq ovşar», «börkünü yan qoymaq», 

«börkünü günə vermək» və s. ifadələrin həm də papaq leksik vahidi ilə işlədilməsi 

heç də onların tarixən paralel işləkliyi haqqında fikir söyləməyə əsas vermir. Bizə 

belə gəlir ki, börk leksik vahidinin qazax dilində «börik», tuva dilində «bört» və s. 

formalarda işlədilməsi həm də onun ümumtürk xarakterindən xəbər verir. 

Ucar rayonu ərazisində Qarabörk, Türkmənistanda Alabörklü 

etnooykonimlərinin formalaşmasında  əsas rol oynayan börk  leksik vahidinin 

tarixən qədimliyi  şübhəsizdir. Sonralar meydana gələn papaq leksik vahidi börk 

leksik vahidini aradan çıxarmışdır. Sözün tarixən işlək forması börük ~ börik-börk 

kimi təsəvvür olunur. Leksik vahidin sinonimi kimi alınma «külah» sözünə XX 

əsrin  əvvəllərində yazılmış  bədii  əsərlərin dilində rast gəlinir. Sonralar «külah» 

işləklikdən qismən düşmüş  və bu leksik vahidi börk  sözü  əvəz etmiş, az bir 

müddətdən sonra isə onu tamamilə  sıxışdırıb aradan çıxartmışdır. «Əli börkünü 

Vəli başına, Vəli börkünü Əli başma» məsəlində işlədilən börk leksik vahidi papaq 

mənasındadır. 

Ümumiyyətlə, folklorda qeydə alının etnoqrafik terminlərin başqa sözlərlə 

ifadəsi istənilən nəticəni vermir. Lakin ilkin variantın  əvəzləyicisi olan leksik 

vahidlərin nitqə gətirilməsi effektlidir. 

Əlamət bildirən leksik vahidlərdən düzəldilmiş etnonimlər üzərində aparılan 

araşdırmalar göstərir ki, heç də belə leksik vahidlərin yaratdığı söz qrupları bütöv 

etnonimik xarakter kəsb etmir. Əgər xalqın etnik həyatında onun varlığı bütöv bir 

dövrü  əks etdirmirsə, onun mənşəyi ilə bağlı digər variantlar üzərində  tədqiqat 

aparmaq yerinə düşər. 

Yuxarıda göstərdik ki, Qarapapaqlar etnonimi tarixin müəyyən dövrlərində bu 

və ya digər şəkildə xalqın etnogenezində iştirak etmiş və öz izini qoymuşdur. Lakin 

bu fikri Bozpapaqlar, Şişpapaqlar, Qaraşalvarlı, Qaradonlu, Ağköynəkli və s. 

etnooykonimlər haqqında demək çətindir. Onların etnik qrup kimi müstəqil həyatı 

haqqında tarixi ədəbiyyatlarda heç bir məlumata rast gəlinmir. Tədqiqatçılar geyim 

növlərinə görə adlandırılan insan qruplarmı ancaq rənginə, formasına, keyfiyyətinə, 

hansısa xalq və ya etnik qrupa məxsus seçilən xüsusiyyətlərinə görə  fərqlən-

dirildiklərini əsas əlamət kimi qəbul edir. Onu da qeyd edək ki, birinci tərəf yerində 

çıxış edən belə leksik vahidlərin  əsas ada aid əlaməti ifadə etməsi ilə onun 

təyinedicisinə çevrildiyi və  hər hansı  cəhətdən onu təyin etməsi ilə özünün əsas 

qrammatik xüsusiyyətlərini büruzə verməsi həqiqətdir. 

Beləliklə, etnoqrafik və digər tarixi mənbələrdə ancaq Qarapapaqlar etnonimi 

haqqında müfəssəl məlumatlara rast gəlindiyindən onların  əlamət bildirən geyim 

növləri  əsasında adlandırılan  ən birinci və aparıcı etnik qrup olmaları  qənaətinə 

gəlmək mümkündür. Başqırdlarda akkalpak «ağ papaq» akdonlu «ağ geyimli», 

sarıkalpak «sarı papaq», uzunkalpak «uzun papaq», türkmənlərdə alabörklü 

«qarışıq rəngli papaq» və s. etnonimləri də papaq növlərinə  və  rənginə 

əsaslanmaqla verilən etnik qrup adları hesab etmək olar. 




KÜLTÜR EVRENİ - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ - UNIVERSE OF CULTURE 

 

 



393 

Araşdırmalar göstərir ki, mənşəcə eyni olan və Qarapapaq etnonimi ilə identik 

mənalı belə etnik qruplar məskunlaşdıqları ərazilərdə yerli xüsusiyyətlərə uyğun ad 

almışlar. 

Onların böyük bir qisminin tarixən yazılma və ictimai həyatı ilə bağlı konkret 

faktların yoxluğu isə  əsas ada uyğun daxili adlandırılma ilə bağlıdır.  Əlamət 

bildirən sözlər  əsasında formalaşan geyim növləri adları bir mənbədən inkişaf 

etmiş və zaman-zaman yerli şəraitə uyğunlaşmışdır. 

 

ƏDƏBİYYAT 

1.  Adıgözəl bəy M. Qarabağnamə, I kitab, Bakı, 1989. 

2.  Bruk S.İ. Etniçeskiy sostav stran Sredney Azii.-Sovetskaya etnoqraflıya, 

1955, № 22. 

3.  Məmmədov İ.O. Azərbaycan dilinin etnoqrafik leksikası. Bakı, 2009 

4.  Faseev F.S. Osnovı terminologii v tatarskom yazıke. Kazan, 1969. 

5.  Oşanin L.N. Antropoloqiçeskiy sostav naseleniya Sredney Azii i etnoqenez 

eqo narodov. Erevan, 1958. 

6.  Əzizov E. Azərbaycan dilinin tarixi dialektologiyası. DDA, Bakı, 1990. 

7.  Əliyev A.İ., Məmmədov  İ.O. Ob etnonime karapapax. – Onommastika 

Kavkaza. Orconikidze, 1980. 

8.  Bakıxanov A. Gülüstani - İrəm. Bakı, 1951. 



 

 

Yüklə 45,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə