Moskva və bütün Rusiyanın Patriarxı KİRİLİN
baş keşişlərə, keşişlərə, dyakonlara, rahiblərə və Rus Pravoslav kilsəsinin
bütün sadiq övladlarına ünvanladığı Milad bayramı münasibətilə müraciəti
Müqəddəs baş keşişlər, dürüst keşişlər və dyakonlar,
Allahısevən rahiblər və rahibələr, əziz qardaş və bacılar!
Bu gün Müqəddəs Kilsə sevinclə Pak Məryamdan Tahrı və Xilaskar İsa
Peyğəmbərin doğulmasını mədh edirik.
Yaradan Öz yaratdığını sevərək canlı surətdə bizə təşrif buyurub günahlardan
başqa bizə bənzəyən insan oldu (bax 1Tim. 3, 16; Evr. 4, 15). Körpə Vifleyem
mağarasında uzanmışdı. O dünyanı mənəvi və əxlaqi düşkünlükdən xilas etmək,
insanı isə ölüm qorxusundan azad etmək üçün bunu etdi. Yaradan bütün
sövqatlardan ən böyüyünü, yəni Öz Tanrı məhəbbətini, həyatın dolğunluğunu
qəbul etməyi bizə təklif edir. İsada qorxuya qalib gələn ümid əldə etməyə,
müqəddəsliyə və ölməzliyə nail olmağa qadir oluruq.
O, günahla parçalanmış dünyamıza gəlir ki, öz doğuluşu, həyatı, iztirabları, əzablı
ölümü və şərəfli dirilməsi ilə yeni qanun, yeni nəsihəti – sevgi nəsihətini bərqərar
etsin.”Sizə yeni nəsihət verirəm ki, bir-birinizi sevəsiniz; bir-birinizi Sizi sevdiyim
kimi sevin” (İn. 13, 34) – bu sözlərlə Tanrı öz şagirdlərinə, onların vasitəsilə isə
bütün dünyaya, o dövrdə, indi və bizdən sonra, dünya qurtaranadək yaşayanlara
müraciət etmişdi.
Hər kəsə bu nəsihətə öz əməlləri ilə cavab vermək təklif edilmişdir. İsa bizə həqiqi
mərhəmət göstərdiyi, nöqsanlarımıza hədsiz dərəcədə iltifatla yanaşdığı kimi biz
də insanlara qarşı mərhəmətli və yumşaq olmalıyıq. Biz təkcə öz doğma və
yaxınlarımızın qayğısına qalmalı deyilik, baxmayaraq ki, ilk növbədə onların
qayğısına qalmaq lazımdır (bax 1 Tim. 5, 8), biz nəinki dostlarımız və
məsləkdaşlarımızın, həmçinin Allahla hələ də vəhdətə nail olmayanların qeydinə
qalmalıyıq. Biz məhəbbətdə özümüzü Xilaskara bənzətməli, bizə zülm edənlərə və
bizi incidənlərə görə dua etməliyik (bax Mf. 5, 44), daim xalqın, Vətənin və
Kilsənin rifahından düşünməliyik. Hər kəs, xeyirxah işlər görərək az da olsa
ətrafdakı gerçəkliyi yaxşıya doğru dəyişməyə qadirdir. Çünki cəhalət həqiqi
həyatın işığını ala bilmədiyi kimi qanunsuzluq da məhəbbətə qalib gəlmək
iqtidarında deyil (bax İn. 1, 5).
Vətənimizin tarixində xalqımızın Tanrıya ümid bağlayaraq çətinliklərə sinə
gəlməsi, ən çətin sınaqlardan layigincə çıxması nümunəsi az deyil.
Belə hadisələrin bir çoxunu biz ötən ildə yada salırdıq. Biz Qiyamın 400-illiyini
qeyd etdik ki, bu da müdaxiləçilərin qovulması və milli birliyin bərpa edilməsi ilə
başa çatdı. Həmçinin, 1812-ci il Vətən müharibəsinin 200 illiyini qeyd etdik. Bu
müharibə zamanı əcdadlarımız “on iki dilli”, yəni Napoleonun istila etdiyi bütün
Avropadan topladığı çox böyük ordusunun yürüşünü dəf etmişdi.
2013-cü il Rusiyanın müqəddəs, apostola bərabər olan böyük knyaz Vladimir
tərəfindən xristianlığın qəbul edilməsinin 1025-ci ildönümü ilə qeyd ediləcəkdir.
Pravoslav dininin qəbul edilməsi xalqımızın həyatında yeni dövrün başlanğıcı
olmuşdur. Xeyir-dua verilmiş Kiyev təpələrində bir vaxtlar parlayan İsa
həqiqətinin işığı indi də tarixi Rusiya ölkələrinin sakinlərinin ürəklərini işıqlandırır
və bizi xeyixah işlərin görməyə sövq edir.
Ötən ili yekunlaşdıraraq Allaha həm Onun böyük və zəngin mərhəmətinə, həm də
ki Onun keçirtməyimizə yol verdiyi acılara görə minnətdarlığımızı bildirək. Tarixi
boyunca Kilsə belə uzunsürən salamatlıq dövləri görməmişdir: sülh və dinclikdən
sonra fəlakət və sınaqlar dövrü başlayardı. Lakin bütün hallarda Kilsə sözu və
əməli ilə Allahın həqiqəti barədə xəbər verərdi, indi də xəbər verir və sübut edir ki,
asan qazanc, qanunsuzluq, hədsiz azadlıq, əbədi həqiqətə etinasızlıq, nüfuzların
inkar edilməsi prinsipləri əsasında qurulmuş cəmiyyət əxlaqən sağlam deyil və
bunu çoxlu təhlükə gözləyir.
Mən hamınızı Allahın vəsihət etdiyi səbrə və Ana Kilsəyə, Allahın xalqına, doğma
torpağımıza dua etməyə çağırıram. Həmişə dil imamının sözlərini xatırlayın: “
Ayıq
olun, imanlı, cəsarətli və möhkəm olun. Hər şeyiniz sevgilə dolu olsun!” (1 Korş
16, 13-14).
Bu bayram münasibətilə Sizi ürəkdən təbrik edir, dualarımla Allahın övladı İsadan
hamımıza mənəvi və cismani qüvvət diləyirəm ona görə ki,
hər kəs dünyaya şəxsən
sübut etsin ki, Sevgidir bu gün doğulmuş Tanrımız və Allahımız (bax 1 İn. 4,8).
MOSKVA VƏ BÜTÜN RUSİYANIN PATRİARXI
Milad Bayramı, 2012-ci/2013-cü il
Moskva