Mövzu № NƏQLİyyat vasiTƏLƏRİNİn texniKİ İSTİsmar anlayişI. Plan



Yüklə 260,6 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix20.10.2023
ölçüsü260,6 Kb.
#128703
  1   2   3   4   5
M-1



MÖVZU № 1. NƏQLİYYAT VASİTƏLƏRİNİN TEXNİKİ İSTİSMAR 
ANLAYIŞI. 
Plan 
Nəqliyyat vasitələrinin (NV) texniki istismarının əsas vəzifəsi. 
NV-nin texniki istismarının qarşısında duran əsas problemlər. 
 
1.1 Nəqliyyat vasitələrinin (NV) texniki istismarının əsas vəzifəsi. 
Nəqliyyat vasitələri istismarda olarkən onun texniki cəhətdən saz vəziyyətdə 
olması üçün böyük miqdarda əmək və material xərcləri (texniki, iqtisadi və təşkilati 
tədbirlərin yerinə yetirilməsinə) tələb edir. Bunu, ümumi xarakter daşıyan yük 
avtomobilinin misalında nəzərdən keçirək. Yük avtomobilinin son həddinə 
(silinənə) qədər sərf olunan bütün xərcləri (layihələndirmə, hazırlanma və istismar) 
100% qəbul etsək, onun 2%-i konstruktiv-texnoloji, 7%-i əsaslı təmir, qalan 91%-i 
isə istismar xərclərinin payına düşür. Göründüyü kimi istismar prosesində istər əmək 
və istərsə də material xərcləri (xidmət, ehtiyat hissələri yə texniki materiallar) 
başlanğıc xərclərdən dəfələrlə çoxdur. Ümumi halda istismar xərclərini minimuma 
endirmək üçün müxtəlif xarakterli və təyinatlı tədbirləri (profilaktik və təmir 
xarakterli texniki təsirləri mütəmadi olaraq keyfiyyətlə təşkil etmək, hərəkət 
tərkibinin texniki vəziyyətini saxlanılma və təyin olunma üsullarmı tətbiq etməklə, 
yanacaq-enerji resurslarından düzgün istifadə etməklə və s.) yüksək səviyyədə təşkil 
edib həyata keçirmək lazımdır. Ancaq bu halda nəqliyyat vasitələrinin texniki 
vəziyyəti səmərəli idarə edilə bilər. Beləliklə, aydındır ki, nəqliyyat vasitələrinin 
istismar dövründəki keyfiyyət göstəriciləri istehsalçılardan çox istismarçılardan 
asılıdır. Başqa sözlə desək, nəqliyyat vasitələrinin texniki vəziyyətini 
qiymətləndirən bu göstəricilər nəqliyyat prosesinin bütün mərhələlərində texniki 
istismar tərəfindən idarə edilməlidir, yəni bir sistem kimi nəqliyyat vasitəsinin 
texniki vəziyyəti tələb edilən səviyyədə olmalıdır. 

Yüklə 260,6 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə