Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasi



Yüklə 48,48 Kb.
səhifə1/10
tarix19.12.2023
ölçüsü48,48 Kb.
#150693
  1   2   3   4   5   6   7   8   9   10
ƏMİ. mövzu 8


MÖVZU 8.
ƏTRAF MÜHİTƏ ÇİRKLƏNMƏDƏN DƏYƏN SOSİAL-İQTİSADİ ZƏRƏRİN MÜƏYYƏN OLUNMASI



  1. Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan an­layışı;

  2. Ətraf mühitin çirklənməsi ilə əlaqədar illik iqtisadi zi­ya­nın təyin olunması;

  3. Atmosfer havasının çirklənməsi ilə əlaqədar iqtisadi zi­ya­nının təyin olunması;

  4. Su hövzələrinin çirklənməsi ilə əlaqədar iqtisadi zi­ya­nı­nın təyin olunması;

  5. Torpaq ehtiyatlarının vəziyyətinin pozulması və çirklənməsi ilə bağlı iqtisadi ziyanının təyin olunması.



1. Təbiətdən qeyri-səmərəli istifadə vaxtı ziyan anlayışı

Bəşəriyyətin sosial-maddi mədəniyyətinin inki­şa­fın­da təbii ehtiyatların əhəmiyyəti böyükdür. Sənayenin, kənd təsərrüfatının və digər sahələrin əsası təbii ehtiyatlar hesabına ödə­nilir. Bu ehtiyatlar böyük bir varlıq olub, insanlar tə­r­ə­findən geniş istifadə edilir. Yenidən bərpa oluna bilən bə­zi ehtiyatları nəzərə almasaq (xörək duzu və s.) əksər mi­neral sərvətlər tükənən, yenidən bərpa olunmayan tə­bii ehtiyatlardır və onların bərpası insanlardan asılı de­yil­dir. Ona görə də belə təbii ehtiyatlardan xalq tə­sər­rü­fa­tında və sənayedə qənaətlə, məqsədəuyğun və itkisiz is­tifadə edilməli və onların istifadəsi ilə əlaqədar ətraf mü­hitə ediləcək mənfi təsir aradan qaldırılmalıdır.


Mineral xammal ehtiyatı kimi qiymətləndirilən tə­bii sərvətlər əsasən üç qrupa bölünür: metallar, qeyri-me­tallar və yanacaq-xammal qrupu, torpaq, su, me­şə­lər və bu qəbildən olan sair sərvətlər.
Metallarda öz növbəsində qara və əlvan metallara bö­lünür. Ağır, yüngül və nadir metallar bu bölməyə aid edi­lir. Qara metallar isə müasir sənayenin (metallurgiya və kimya sənayesi, nəqliyyat, dəmiryol, elektrik stan­si­ya­ları və s.) əsasını təşkil edir. Əlvan və rəngli metallara - mis, qurğuşun, kobalt, nikel, alüminium, volf­ram, mo­lib­den və s. daxildir. Qeyri-metallar isə inşaat sə­naye­sin­də, kimya sənayesində, məişət əşyalarının dü­zəl­dil­mə­sində, təbabətdə və s. tətbiq olunur. Məsələn, fos­fat­lar, kalium duzları və s. minerallar kağız və rezin sə­na­ye­sində, habelə mineral gübrə istehsalında başlıca xam­maldır. Yanacaq-xammal qrupuna aid olan neft, tə­bii qaz, torf, daş kömür, yanar şistlər məişətimizin bütün sa­hələrində istifadə olunur. Torpaq, su, meşə və bu qə­bil­dən olan sair sərvətlər canlıların, xüsusən insanların ya­şaması, inkişafı üçün əvəzolunmaz vasitədir. İn­san­la­rın və başqa canlıların ərzaq məhsullarına, gündəlik tə­lə­bat mallarına ehtiyacları bu ehtiyatlar hesabına ödə­ni­lir. Ona görə də bu sərvət - ehtiyatlarından səmərəli is­ti­fa­də olunmasına, onun zəhərli maddələrlə çirklənməsinin və təbiətdən səmərəsiz istifadə vaxtı ziyanın qarşısının alın­masına böyük əhəmiyyət verilməlidir.
Ziyan dedikdə çirklənmə nəticəsində ətraf mü­hit­də ehtiyatların kəmiyyət və keyfiyyətində baş ve­rən də­yi­şikliklər və bu dəyişikliklərin nəticələrinin pulla qiy­mət­ləndirilməsi başa düşülür. Ekoloji zərər hava və su­da, sənaye tullantılarında, kənd təsərrüfatında özünü gös­tərir. Təbiətə vurulan ziyan təbii göstəricilərin pis­ləş­məsi və onlara iqtisadi qiymət verilməsi ilə ifadə olu­nur. Çox vaxt təbiətdən qeyri səmərəli istifadə nə­ti­cə­sin­də itkilər çəkilən xərclər və ekoloji məsariflərlə müəy­yən edilir. Əgər istehsalçı öz torpaqlarını səmə­rəsiz is­ti­fa­də edərək korlayarsa ona xərc çəkməli olur. Bu vaxt o tor­pağın məhsuldarlığı azalır və zərər çəkir. Təbiətin mü­hafizəsi üçün iqtisadi tədbirlərdən biri ekoloji itkinin azal­dılmasıdır.

Yüklə 48,48 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə