|
Mövzu ətraf müHİTƏ ÇİrkləNMƏDƏn dəYƏn sosial-iQTİsadi ZƏRƏRİn müƏYYƏn olunmasiAdətən ziyanın aşağıdakı strukturunu
|
səhifə | 2/10 | tarix | 19.12.2023 | ölçüsü | 48,48 Kb. | | #150693 |
| ƏMİ. mövzu 8Adətən ziyanın aşağıdakı strukturunu qeyd edirlər:
əhalinin sağlamlığına;
kommunal və məişət təsərrüfatına;
kənd və meşə təsərrüfatına;
nəqliyyata, sənayeyə;
digər sahələrə dəyən ziyanlar. Hər bir lokal ziyan ayrılıqda təyin edilir, sonra isə toplanır.
Ziyanın bu cür təyinatı lokal (yerli) ziyanların toplanması metodu adlanır, yaxud da birbaşa hesablanır. Bu halda hesabatların əsasını aşağıdakı ardıcıllıq təşkil edir:
maddələrin çirklənmə mənbəyindən atılmasının (axıdılmasının) təyini;
qarışıqların qatılığının atmosferdə (su hövzəsində) müəyyən edilməsi;
natural ziyanın təyini;
iqtisadi ziyanın təyini.
Təbiətin mühafizəsi iki hissədən ibarətdir – 1) kompleks və 2) yerli. Kompleks mühafizədə tədbirlərin mərkəzləşdirilməsi nəzərdə tutulur. Torpağın su və külək eroziyasından qorunması üçün kompleks tədbirlər görülməlidir. Yerli mühafizə isə hər hansı bir arzuedilməz, gözlənilməz və ya baş verə biləcək hadisənin qabaqcadan qarşısını almaq məqsədini güdür. Kənd təsər-rüfatında bitki ziyanvericilərinə və xəstəliklərinə qarşı bioloji mübarizənin gücləndirilməsi üçün tədqiqat işləri genişləndirilir. Havanın, torpağın, suyun, heyvan və bitki aləminin mühafizəsi məqsədilə, təsərrüfatlarda zəhərli kimyəvi maddələr və gübrələr tətbiq edilən zaman mövcud tövsiyələrə və qaydaların düzgün yerinə yeti-rilməsinə nəzarət olunur. Sənaye tullantıları qismən bioloji konservasiya üsulu ilə zərərsizləşdirilir. Bütün bu tədbirlərin həyata keçirilməsi dövlətin kapital qoyuluşu hesabına aparılır. Son illərdə yaradılmış Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu problemlərin həllində xüsusi rol oynayır. Bununla yanaşı təbiətin mühafizəsi məsələlərinə Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı S.C., Azərbaycan Respublikası Elmlər Akademiyası və s. nəzarət edir. Müxtəlif kanallarla kapital qoyuluşları hesabına yeni meşə zolaqları salınır, nadir bitki və heyvanların qorunması, artırılması işləri aparılır. Su hövzələri yaratmaqla balıqçılıq inkişaf etdirilir, torpaqların eroziyasının qarşısının alınması üçün müxtəlif tədbirlər sistemi işlənib həyata keçirilir. Həmçinin, dövlət şoran və şorakət torpaqların zərərli maddələrdən təmizlənməsi üçün böyük məbləğdə kapital qoyuluşu tədbirləri aparır, torpaq və bitki örtüyünün bərpasına şərait yaradır. Ətraf mühitin qorunması və onun sənaye tullantılarından mühafizə olunması üçün təkrar məhsulun (sənaye tullantısı) emalı müəssisələri yaradılır, yeni texnika və texnologiya alınıb istehsalata tətbiq olunur. Bütün bunlar ətraf mühitin çirklənməsinin qarşısının alınmasına, onun bərpa olunmasına şərait yaradır.
Dünya miqyasında təbiətin ən nadir elementlərinin (okeanların, dəniz və göllərin, çayların, meşələrin, başqa mənbələrin) qorunması və ondan səmərəli istifadə olun-ması üçün müqavilələr bağlanır. Hesablamalar göstərir ki, təkcə 1970-ci ildə hasil olan neftin (2200 mln. ton) 10 min tonu okean və dənizlərə tökülmüşdür. Hər il də-niz və xeyli həcmdə okean suları çirklənir. Təbiətin qorunmasının qlobal problemlərindən biri də atom və nüvə silahlarının sınaqdan keçirilməsinin qarşısının alınmasıdır, bu sahəyə yönəldilən kapital qoyuluşlarının azaldılmasıdır. Göstərmək lazımdır ki, strateji silahların 60-70% azaldılması və bu vəsaitin inkişafda olan ölkələrin iqtisadiyyatına yönəldilməsi onların dirçəlməsinə xidmət edə bilər. Həmin xərclərə sərf edilən vəsait, iqlimin sağlamlaşdırılmasına və təbiətin mühafizəsinə sərf edilsə, təbiət gözəlləşər, insanların rifahı yaxşılaşır, aclıq və bir çox xəstəliklərin qarşısını almaq problemi həll edilər.
Dostları ilə paylaş: |
|
|