Müasir Azərbaycan dilinin mənşəcə lüğət tərkibi



Yüklə 129,21 Kb.
Pdf görüntüsü
tarix10.05.2018
ölçüsü129,21 Kb.
#43374


Müasir Azərbaycan dilinin mənşəcə lüğət tərkibi 

Dil hər bir xalqın milli mənsubluğunun göstəricisidir. Hər bir dil 

mənsub olduğu xalqın tarixini, onun həyatını, adət - ənənələrini özündə 

yaşadır. Xalqın tarixi, mədəniyyəti onun dilində əks olunur. Bu daha çox dilin lüğət tərkibində 

özünü  göstərir.  Böyük  alman  alimi  V.  Humboldt  dili  xalq  dilinin  xarici  təzahürü  kimi 

qiymətləndirərək bunu: “Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir – bundan da güclü 

olan eynilik təsəvvür etmək çətindir” , - deyə  ifadə etmişdir. 

Azərbaycan  xalqı  mənşəyinə  görə  türk  dilləri  ailəsinə  daxildir.  Lakin  dilimizdə  çoxlu 

alınma  sözlər  də  vardır.  Bu  xalqımızın  tarixində  olmuş  hadisələrlə  bağlıdır.  Belə  ki,  “yerli 

əhalinin dilinin gəlmələrin dili ilə əvəz olunması Azərbaycanda da baş vermişdi..” (“Azərbaycan 

tarixi”,   I cild, Bakı, 1961, s. 189).  Azərbaycan xalqı qonşu xalqlar və bir sıra digər ölkələrlə 

həmişə  siyasi-iqtisadi  və  mədəni  əlaqədə  olmuş,  başqa  xalqların  dilindən  Azərbaycan  dilinə 

çoxlu  sözlər  keçmişdir.  Bu  sözlər  dilçilikdə  alınma  sözlər  adlanır.  Azərbaycan  dilinin  lüğət 

tərkibindəki  alınma  sözlər  muxtəlif  dillərdən  –  fars,  ərəb,  rus,  fransız,  ingilis,  ispan,  italyan, 

gürcü və s. dillərdən keçmişdir. 

Dilimizin lüğət tərkibində olan sözlər mənşəyinə görə iki qrupa bölünür:  

1.

 

Əsl Azərbaycan sözləri.   



2.

 

Alınma sözlər. 



 

Əsl Azərbaycan sözləri 

 

 

Dilimizin lüğət tərkibindəki sözlərin əsas hissəsini mənşəyinə görə əsl Azərbaycan sözləri 

təşkil  edir.  Əvəzliklər,  sadə  fellər,  saylar  (  sıfır,  həştad,  milyon,  milyard,  trilyon  sayları 

istisnadır),  bədən  üzvlərinin  adını  və  qohumluq  münasibətini  bildirən  isimlər  (“əmi”  sözü 

istisnadır), əsli sifətlər əsl Azərbaycan sözləridir. 

 

 

Azərbaycan  dilinə  məxsus  sözlərin  bir  sıra  xüsusiyyətləri  vardır.  Bunlar,  əsasən, 

aşağıdakılardan ibarətdir:

 

1.

 

Dilimizə məxsus söslərin kökləri əsas etibarilə təkhecalıdır: gəl, get, bax, sel, yol, baş, göz, 

at, ot, bir, beş və s.

 

2.

 

Ahəng qanununa tabedir: qapı, otaq, uşaq, ipək, düymə və s.



 

3.

 

Vurğunun yeri sabitdir və sözün son hecasına düşür: yaşı`l, sürmə`.



 

4.

 

Söz əvvəlində və söz sonunda iki samit yanaşı işlənmir.



 

5.

 

Sözdə iki sait yanaşı işlənmir.



 

6.

 

Fleksiyaya uğrayan sözlər alınmadır (“kiçil”, “alçal”, “saral” və s. sözlər istisnadır). 



 

7.

 

İltisaqiliyin pozulduğu aşağıdakı sözlər öz sözlərimizdir: ağzım, 



 

  alnım, burnum, qarnım, nadinc, natəmiz,nakişi,oğru, ayrı,sarğı və s. 



 

8.

 

Sonu –aq, -ək, -q ilə ilə bitən sözlər öz sözlərimizdir: daraq, ələk, ipək və s.



 

9.

 

Sonu –ar, -ər ilə ilə bitən sözlər öz sözlərimizdir: qatar, çəpər, çapar və s.



 

10.

 

Sonu –ır ilə ilə bitən sözlər öz sözlərimizdir: çadır, qatır və s.



 

11.

 

Sonu –ma, -mə ilə ilə bitən sözlər öz sözlərimizdir: düymə, qiymə və s.



 

12.

 

Sonu –nc ilə bitən təkhecalı sözlər Azərbaycan sözləridir: dinc, tunc, künc və s.



 

13.

 

Dilimizdə ı və ğ ilə başlanan sözlərə rast gəlinmir.



 

14.

 

Var, ver, vur sözləri və onlardan törəyənlərdən başqa dilimizdə v ilə başlayan milli söz 

yoxdur.

 

15.

 

Mən, min, mırıq, muncuq sözləri; fır, fıs, fış tipli təqlidi sözlər və onlardan törəyənlər; 

zoğ, zoğal, hörük, hay, haray, haça, hə, hör, hür sözləri öz sözlərimizdir. 

 

16.

 

Sonu  qoşa  samitlə  bitən  təkhecalı  Azərbaycan  sözü  yoxdur  (alt,  üst,  kənd,  dörd,  ilk 

sözləri istisnadır).

 

17.

 

o, ö, e saitləri şəkilçilərdə işlənməz ( -lov, -sov, -ey istisnadır). 

 

 

Alınma sözlər 

 



 

Dilimizin lüğət tərkibində olan sözlərin bir qismini alınma sözlər təşkil edir. Alınma sözlər 

də  mənşəyinə  görə  müxtəlifdir.  Sözlər  bir  dildən  başqa  dilə  həm  şifahi  şəkildə,  həm  də  yazı 

vasitəsilə keçə bilər. “Alınma sözlər müəyyən zərurət nəticəsində mədəni, ictimai, iqtisadi və s. 

tələbatla  əlaqədar  alınan  sözlərdir...  Tamamilə  Azərbaycan  dilinin  leksik  sisteminə  daxil  olub 

dilimizə xas olan laeksik mənanı, qrammatik əlaməti qəbul edən, müxtəlif üslublarda işlədilən və 

fonetik  sistemə  müvafiq  olaraq  səslənən  sözlər  alınma  sözlər  adlanır.”  (Həsənov  H.,”Müasir 

Azərbaycan dilinin leksikası”, Bakı, 1988, səh. 120). 

 

Azərbaycan dilinə müxtəlif dillərdən keçən sözlərin xüsusiyyətləri, əsasən, aşağıdakılardır:   



1.

 

Söz əvvəlində, söz sonunda iki samitin yanaşı işləndiyi sözlər alınma-



 

dır: stol, stul, plan, bank və s. 



 

2.

 

Tərkibində iki saitin yanaşı işləndiyi sözlər alınmadır: itaət, ailə, saat və s.



 

3.

 

Tərkibində uzun saitlərin işləndiyi sözlər alınmadır: [bə:zi], [mə:dən] və s.



 

4.

 

Tərkibində r, z, f, j samitləri olan sözlər və v, l, m, g, p, f, x, h ilə başlayan sözlər alınmadır: 

rəfiq, zeynal, firqə, jurnal, limon, vedrə, gil, pəri, fələk, xadim, həlim və s. 

 

5.

 

Fleksiyaya uğrayan sözlər alınmadır: nəzm – nizam – Nizami – Nazim – mənzum və .



 

6.

 

Sonu –at²  ilə ilə bitən sözlər ərəb mənşəlidir: təşkilat, rəqabət və s. (Gedişat, elat istisnadır).



 

7.

 

Ön  şəkilçili  sözlər  alınmadır:  la+qeyd,  ba+məzə,  na+məhrəm,  bi+vec,  anti+kommunist, 

a+normal.

 

8.

 

Tərkibində  eynicinsli  qoşa  samitli  sözlər  (əlli,  yeddi,  səkkiz,  doqquz  və  digər    saylar 

istisnadır) alınmadır: təəccüb, əlbəttə və s.

 

9.

 

Söz sonunda o, ö, e saitləri işlənən sözlər alınmadır: kino, büro və s. 



 

10.

 

Söz əvvəlində a saitindən sonra k və f samitlərinin işləndiyi sözlər alınmadır: Akif, Afaq və 

s.

 

11.

 

Söz əvvəlində ə saitindən sonra b, f, v, q, d, h samitlərinin işləndiyi sözlər alınmadır: əbəs, 

əfsun, əvəz, ədəd, əhsən,  və s.

 

12.

 

“i” və “ü” ilə başlayan əksər sözlər alınmadır:izah, inşa, üfüq, ünvan.

 

13.

 

Söz əvvəlində q samitindən sonra i və ü saitlərinin işləndiyi sözlər alınmadır: qismət, qüssə 

və s.

 

14.

 

Söz əvvəlində m saimtindən sonra ö və ü saitlərinin işləndiyi sözlər alınmadır: mömin, mülk 

və s.

 

15.

 

Sonu eynicinsli və müxtəlifcincli qoşa samitlə bitən təkhecalı sözlərin çoxu alınmadır: sirr, 

hiss, xətt, rəsm, zərb, tərk, zövq və s. 

 

16.

 

Poetik söz və ifadələrin əksəriyəti fars mənşəlidir: gül, bülbül, bahar və s. (Yay  qış sözləri 

milli mənşəlidir).

 

17.

 

–dar, -kar, -baz, -pərvaz, -keş, -saz, -xana, -şünas, -pərəst, -stan, -xor və s. şəkilçili sözlər 

alınmadır.



 

18.

 

Uzun tələffüz olunan a, e, i, u saitli sözlər alınmadır: a:rif, e:lan, qəni:mət, höku:mət və s.



 

 

Zaman  keçdikcə  alınma  sözlərin  əksəriyyəti  daxil  olduğu  dilin  qayda-qanunlarına 



uyğunlaşır və onları milli sözlərdən ayırmaq olmur. Dilimizdə də belə alınmalar çoxdur: qaidə - 

qayda, faidə - fayda, əql – ağıl, rahət – rahat və s.



 

 

Dilimizdə  elə  alınma  sözlər  vardır  ki,  ahəng  qanununa  tabe  olur,  vurğusu  son  hecaya 

düşür: ağı`ĺ,  nəsi`ĺ́́́, raha`t́́, dəftə`r, zehi`n və s.

 

 

Dilimizdən  də  başqa  dillərə  çoxlu  sözlər  keçmişdir.  Məsələn:  otaq,  sorağ,  ələk,  yedək, 

qoruq,  yazıçı,  buzlaq,  açar,  çəpər,  qızıl,  külək,  tüfəng,    sürmə,  tütün  və  s.  sözlər  fars  dilinə; 

çörək, çanta, qarpız, qazma və s. sözlər ərəb dilinə; buğa, keçi, xurma, xal, elçi, çoban, otq, şal, 

papaq, manat, pul və s. sözlər gürcü dilinə; çamadan, başmaq, aşıq, ağsaqqal, ordu, anbar, saray, 

ütü, almaz, karandaş, sandıq, üzüm, qarovul, torba, kişmiş, ayran, maral, kərpic, xan, xanım, bəy, 

alça, arşın, qarpız və s. sözlər rus dilinə dilimizdən keçmişdir. Bundan  başqa dilimizdən ləzgi, 

tat, erməni, udin, lak, aqul, talış və s. dillərə də sözlər ( dolma, tor, motal, bayatı, ox, ipək, sarı, 

turp, paltar, ipək, pambıq və s.) keçmişdir.  

 

Rus dili vasitəsilə dilimizə keçən alınma sözlər  



 

1.

 

Latın  sözləri:  vena,  professor,  konstitusiya,  respublika,  kurs,  motor,  akvarium,  qlobus, 

doktor, diktor, direktor, klinika, poliklinika, qonorar və s.  



 

2.

 

Yunan  sözləri:  fizika,  optika,  omonim,  sinonim,  antonim,  qrammatika,  dram,  mexanika, 

pedaqogika,  muzey,  metro,  teatr,  dram,  lirika,  proqram,  termos,  metod,  kosmos,  filosof, 

leksika, poema, telefon, atom və s.

 

3.

 

İngilis sözləri: futbol, basketbol, klub, mitinq, tort, dispetçer və s.

 

4.

 

Fransız  sözləri:  albom,  artist,  balans,  bloknot,  balet,  roman,  loja,  mebel,  salon,  palto, 

kostyum,  jilet,  jaket,  tül,  janr,  odekolon,  pomada,  pudra,  kotlet,  kompot,  salat,  plombir, 

marmelad, limonad, krem, mayonez, restoran və s.

 

5.

 

Alman sözləri: lift, orden, rota, şirma, stol, stul, qalstuk, şlyapa, vafli, şrift, sex, bint, kurort, 

plastır, marka və s.



 

6.

 

İtalyan sözləri: opera, valyuta, balkon, kvartet, konsert, novella vəs. 

 

 

Alınma  sözlər  nitqi  zənginləşdirir,  onun  daha  dəqiq  və  ifadəli  olmasına  imkan  yaradır. 



Lakin onlardan yerli – yersiz istifadə etmək dilə xələl gətirir. Dilimizə ötən əsrdə daxil olmuş bir 

qisim  sözlər vardır ki,  onların  dilimizdə  qarşılığı olsa da, çox zaman  gəldiyi  dildə  olduğu kimi 

işlənməkdədir:  olay  (hadisə),  durum  (vəziyyət),  uçaq  (təyyarə,  samalyot),  çağdaş  (müasir  - 

sovremennı),  açıqca  (otkrıtka),  sərinkeş  (ventilyator),  nəfəslik  (fortoçka),  dabankeş  (rajok), 

soyuducu  (xolodelnik),  tozsoran  (pılesos),  yelçəkər  (skvoznyak),  çimərlik  (plyaj),  zəncirbənd 

(zamok),  çəkmə  (sapoşki),  işıqfor  (svetofor),  soyqırım  (genosid),  millət  vəkili  (deputat),  səndəl 

(bosonojka),  göstəriş  (təlimat,  instruksiya),  səhər  yeməyi  (zavtrak),  axşam  yeməyi  (ujin)  və  s. 

Sözlərdən bu kimi istifadə halları dildə yolverilməzdir.  

 

Alınma sözlərin bir qismi bir çox dünya dillərində işlədilir. Belə sözlərə beynəlmiləl sözlər 



deyilir: demokratiya, parlament, kompyuter, 

monitor, morfologiya, operetta, peyzaj və s.  

 

Dilimizə  daxil  olan  yeni  alınma  sözlər  haqqında  “Neologizmlər”  mövzusunda  geniş 



məlumat verilib. 

 

 ÜMUMİŞLƏK VƏ ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR 



 

 

Dilimizin löğət tərkibində olan sözlər bir-birindən həm də istifadə dairəsinə görə fərqlənir. 



Sözlərin bir qismi ümumxalq səciyyəli olub hamı tərəfindən işlənir, bir qismi isə məhdud dairədə 

işlədilir. Bu, bir dildə danışanların fərqli biliyə, dünyagörüşünə, fərqli ixtisasa malik olmaları və 

s. ilə bağlıdır.   

Mənası hamıya məlum olan sözlər ümumişlək sözlər adlanır. Bu sözlər insan fəaliyyətinin 

bütün sahələrini əhatə edir, ən zəruri anlayışları, əşya, hadisə, hal, kəmiyyət, keyfiyyət, hərəkət 

və s. bildirir. Biz gündəlik nitqimizdə, əsaən, belə sözlərdən istifadə edirik. Bu szölər dilimizin 

fəal lüğət fonduna daxildir: su, çörək, hava, kənd, şəhər, oxu, yaz, üç, beş, qırmızı, dairəvi və s. 

Ümumişlək  sözləri,  demək  olar  ki,  hər  kəs  eyni  dərəcədə  istifadə  edir  və  eyni  mənada  başa 

düşür.  Bu  sözlər  dilimizin  lüğət  tərkibinin  əsas  hissəsini  təşkil  edir.    Ümumişlək  sözlər 

Azərbaycan dilində danışan hamı üçün gündəlik nitqdə lazım olan sözlərdir və həyatın müxtəlif 

sahələrini əhatə edir. 

Azərbaycan dilinin lüğət tərkibinin bir hissəsini də  məhdud dairədə  işlədilən sözlər təşkil 

edir. 

 

 

Köhnəlmiş sözlər 

 

Dil  ictimai  hadisə  olub  cəmiyyətə  xidmət  edir.  Cəmiyyətdə  baş  verən  dəyişikliklər  dilin 

lüğət tərkibinə də təsir edir: dil daima dəyişir, inkişaf edir,  dilə yeni sözlər daxil olur, bir qismi 

isə  dildən  çıxır.  Dildən  çıxan  sözlər  ya  başqa  sözlərlə  əvəzlənir,  ya  da  işləkliyini  itirib  dilin 

passiv fonduna keçir. 

Bu onunla bağlıdır ki, həyatımıza, məişətimizə yeni əşyalar daxil olduqca 




onları  ifadə  edən  sözlər  də  daxil  olur,  keçmiş  məişət  tərzi  ilə  bağlı,  köhnəlmiş  məfhumları 

bildirən sözlərin isə bəziləri istifadədən qalır.



 

Dilin  lüğət  fondunun  passiv  hissəsinə  keçmiş,  istifadədən  qalan  və  ya  az  istifadə  olunan 

sözlər  köhnəlmiş  sözlər  adlanır.  Sözlərin  köhnəlmə  səbəbləri  müxtəlifdir.  Bu,  eyni  əşya  və  ya 

hadisənin  bir  neçə  sözlə  adlandırılması,  əşya  və  hadisənin  bir  qisminin  aradan  çıxması  və  s. 

səbəblərlə bağlıdır. 

Köhnəlmiş sözlər iki yerə ayrılır: 

1.

 

Tarixizmlər 



2.

 

Arxaizmlər 



 

 

Keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları bildirən, müəyyən əşya, keyfiyyət və 



ya hadisənin həyatdan çıxması ilə əlaqədar istifadədən qalan sözlər  tarixizm adlanır. Məsələn: 

töyçü, girvənkə, naib, kətta və s. 



Bəzi tarixizmlərin izahı 

Konka- şəhərlərdə dəmir yol üzərində atla hərəkətə gətirilən vaqon 

Çuxa- beli büzməli kişi üst geyimi 

Dinar – bəzi Yaxın Şərq ölkələrində qızıl pul vahidi 

Qorodovoy – keçmişdə aşağı rütbəli polis işçisi 

Darğa – şəhər hakimi 

Abbası, şahı – pul vahidləri 

Batman, misqal, girvənkə  - çəki vahidləri 

Ağac – uzunluq ölçü vahidi 

Dəyə - komacıq, alaçıq, qazma 

Aynalı – patronu üstdən qoyulan təklülə tüfəng 

Bəndərgah- düşmənin keçə bilməyəcəyi yol, keçid 

Dəbilqə - döyüşçülərin başlarına qoyduqları metal papaq 

Çarıq – göndən hazırlanan yüngül ayaqqabı 

Güyüm – misdən hazırlanmış uzunboğazlı su qabı 

Təhnə - iri ağac kötüyündən hazırlanmış bütöv qab 

Qalxan – döyüşdə zərbədən qorunmaq üçün əldə tutulan sipər 

Xurcun, heybə -  palaz kimi toxunan, yaxud tikilən ikigözlü torba 

Əllaf – taxıl, un, ot satan 

Kəndxuda – kəndin başçısı 

Ağırlamaq - əzizləmək 

Ayıtmaq – demək, söyləmək 

İlətmək – göndərmək 

Yağmalamaq – talamaq 

 

sovxoz 


cöbbə 

pioner 


arxalıq 

cuxa 


qalxan 

kolxoz 


şura` 

dəbilqə 


nizə 

qorodovoy 

əmmamə 

koxa 


əmud 

komsomol 

menşevik 

arxalıq 


toppuz 

kommunist 

qubernator 

 

Köhnəlmiş  sözlərin  bir  qismi  arxaizm  adlanır.  Arxaizmlər  elə  sözlərdir  ki,  onların  ifadə 



etdiyi əşya və hadisələr indi də mövcuddur, lakin başqa adla ifadə olunur.  

Sözlərin arxaikləşməsi iki səbəbdən olur:  




 

Köhnəlmiş  sözlərin  bəzisi  öz  mə`nasını  tamam  dəyişir:  dəli  (igid),  kəpənək  (yapıncı),  aş 



(buğda). 

 

 



Bə`zisi  isə  başqa  sözlə  əvəz  olunur:  əsrük  (sərxoş),  yanşaq  (aşıq),  Tanrı  (Allah),  ağız 

(sərhəd), ud (həya), us (ağıl), suç (günah), tanıq (şahid), görklü (müqəddəs), alp (cəsur), yazı 

(çöl) və s.

 

 



Köhnəlmiş  sözləri  belə qruplaşdırmaq olar:  vəzifə adları,  silah adları,  ölçü adları,  müəssisə 

adları, geyim adları və s.  

altun 

qızıl 


əsən 

salamat 


ayaq 

qədəh 


arı 

təmiz 


ərən 

igid 


damu 

cəhənnəm 

ayaq 

qədəh 


iraq 

uzaq 


ucmaq 

cənnət 


yey 

yaxşı 


dəyə 

komacıq 


ayıtmaq 

demək 


sayru 

xəstə 


əllaf 

ot satan 

yaşınmaq  gizlənmək 

döş 


yuxu 

pitik 


yazı 

varmaq 


getmək 

göz 


payız 

kəsim 


qərar 

əsrük 


sərxoş 

çələb 


Allah 

mədəd 


kömək 

ün 


səs 

 

Köhnəlmiş  sözlərdən  daha  çox  elmi  və  bədii  əsərlərdə  istifadə  olunur.  Müəllif  tarixi  bir 



dövrü  təsvir  etmək,  qəhrəmanın  xarakterini  açmaq,  istehza,  satira,  yumor  yaratmaq  və  s.  üçün 

köhnəlmiş sözlərdən istifadə edir. Məsələn: 

Gündə bir gətirir zakoni – tazə,  

Fikri budu xəlqi verə güdazə; 

Bizdən də məhrəmdir biri knyazə

Naməhrəm, füzuli heyvərə,yanşaq. 

Gərək bu alımdən eyləmək həzər. 

Öz yerində deyil çünki xeyrü şər. 

Bihörmət olubdur pədərə pesər, 

Yüzdə biri yaxşı olur ittifaq.      (Q. Zakir) 



Yeni sözlər (neologizmlər) 

 

Neologizmlər  elmin,  texnikanın,  mədəniyyət,  incəsənət  və  s.  inkişafı  nəticəsində  yaranan 

məfhum  və  anlayışları  ifadə  edən  və  dilə  yeni  daxil  olan  sözlərdir.  Yeni  sözlər  həyatın  bütün 

sahələrini əhatə edir və ictimai tələbat əsasında əmələ gəlir. Dil bu tələbatı yerinə yetirmək üçün 

müxtəlif üsullarla: başqa dildən sözalma, yeni söz yaratma, köhnə sözlərə yeni məna vermə və s. 

üsullarla yeni sözlər yaradır. Dilin lüğət tərkibi də əmələ gələn yeni sözlər hesabına zənginləşir.  

 

Yeni sözlər dilin lüğət tərkibinə keçən kimi ümumişlək olmur. Onlar müəyyən müddət ya 



köhnə sözlərlə bərabər işlənir, ya da hamı  


tərəfindən  qəbul  edilmir  və  az  işlənir.  Yeni  sözlər  hamı  tərəfindən  işlənilənə  qədər  yeniliyini 

saxlayır və dilin passiv fondunu təşkil edir.  

 

Neologizmlərin  yeniliyi  dilin  son  5-10  ili  ilə  müəyyən  olunur.  Ötən  əsrin  əvvəllərində 



dilimizə  yeni  daxil  olmuş  sözlərin  bir  qismi  müəyyən  dövrdən  sonra  ümumişlək  sözə  keçmiş  ( 

tozsoran,  soyuducu,  televizor,  telefon,  avtomobil,  seçki  və  s.),  bir  qismi  ümumişlək  olmayan 

sözlər  sırasında  qalmış  (rotoprint,  okeanavt,  nitron  və  s.),  bir  qismi  isə  ümumişlək  olduqdan 

sonra istifadədən qalmış, köhnəlmiş sözlər cərgəsinə daxil olmuşdur (kolxoz, sovxoz, komsomol, 

pioner və s.).  

 

Dildə  neologizmlərin  yaranmasının  müxtəlif  yolları  vardır.  Neologizmlər  ana  dilinin  öz 



daxili  imkanları  hesabına,  alınma  sözlər  hesabına,  şair  və  yazıçıların  yaratdıqları  yeni  sözlər 

hesabına, sözlərin omonimlərə çevrilməsi və s. yolu ilə yaranır.  

 

Son  dövrlərdə  dilimizə  çoxlu  sayda  yeni  sözlər  daxil  olmuşdur:  bilgisayar,  manşet, 



elektron lövhə, marker, market, avro, sayt, bloq, bloqer, proqramçı və s.  

 

Neologizmlər söz yaradıcılığında da iştirak edərək ədəbi dildə müntəzəm törəyirlər. 



 

 

 



Son dövrlər dilimizə çoxlu sayda yeni sözlər daxil olmuşdur. Məsələn: 

Ayfo`n – Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu. 

Aypə`d – İnternetə fərdi qoşulma cihazı, klaviaturasız noutbuk. 

Cekpo`t – Lotereyada böyük məbləğli uduş. 

Çat – İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda 

dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır. 



Çip – 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan 

dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem. 



Çi`zburqer  –  İsti  qəlyanaltı;  ikiyə  bölünmüş  və  arasına  kotletlə  pendir  qoyulmuş  ədviyyatlı 

dairəvi kökə. 



Data ka`rt – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart. 

Dayce`st – Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə 

edilməmiş məlumatlar birgə ötürülür. 



Debe`t  –  Müəssisənin  (bankın)  borclarının  miqdarını  göstərən,  mühasibat  hesablarının  sol 

tərəfidir.  Aktiv  hesablarda  debet  sayılan  məbləğin  artmasını,  passiv  hesablarda  isə  azalmasını 

göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır. 

Debe`t  kartı`  –  Alıcının  cari  hesabından  onun  tərəfindən  alınmış  mal  və  xidmətlərə  görə  pul 

silinməsini həyata keçirən mikroprosessor kartoçka. 



Debi`tor – Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir. 

Devalva`siya – Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, 

gümüşə,  xarici  valyutaya  görə  məzənnəsinin  aşağı  düşməsi  deməkdir.  İnflyasiya,  tədiyyə 

balansının defisiti  (kəsiri) pul  dövriyyəsinin pozulması  nəticəsində digər  ölkələrin valyutası ilə 

müqayisədə  bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı  düşməsi,qiymətdən 

düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır. 

Dərəcə  pro`fili  –  Təhsil  proqramı  və  ya  ixtisaslaşma  xüsusiyyətlərinin  təsviridir.  Bu  tanıdıcı, 

təhsil  proqramının  məxsusi  məqsədlərinə  əsaslanan  proqramın  əsas  xüsusiyyətlərini,  tədris 

olunan  fənlərin  akademik  xəritəsinə  və  ya  tematik  təlimlərə  necə  uyğunlaşmasını  və  peşəkar 

ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir.  



Dice`y – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin 

və ya əsasən, musiqi üzərində qurulmuş radio 

proqramının aparıcısı (əlavə olaraq bax: 

seadetazerb.com 

 

Dialekt sözləri 



 

Xalq dili yaranana qədər tayfa dilləri xalq dilinin tərkibində 




dialektlər  şəklində  mövcud  olur.  Dialektlər  xalq  dilinin  müəyyən  mərhələsində  əmələ  gəlir. 

Tayfa  dillərinin  geniş  yayılmış,  hamı  tərəfindən  anlaşılan  xüsusiyyətləri  xalq  dili  elementlərinə 

çevrilir, məhdud dairədə işlənən elementləri isə dialekt əlaməti kimi yaşayır.  

 

Müəyyən  ərazidə  məhdud  dairədə  işlədilən  dialekt  sözlərinə  dialektizmlər  deyilir. 



Məsələn: deşdəkəbur-tısbağa, qut-tumurcuq və s. 

 

Xalq  dilinin  ünsiyyət  dairəsi  genişdir,  dialektlər  isə  dil  mövcudluğunun  ərazicə  məhdud 



formasıdır. Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir:  

1.

 



Şərq qrupu (Bakı, Quba, Şamaxı, 

Lənkəran, Muğan

2.

 



Qərb qrupu ( Gəncə, Qazax, Qarabağ) 

3.

 



Şimal qrupu (Şəki, zaqatala – Qax)  

4.

 



Cənub qrupu ( Naxçıvan, Ordubad, Cənubi Azərbaycan). 

       Dialektizmləri işlənmə arealına görə müxtəlif qruplara ayırmaq olar:  

1.

 

Yalnız bir dialektlə məhdudlaşan dialektizmlər. Məsələn,  savışmaq – bitmək, alana – qaysı 



qurusu, zir – nəlbəki, dəç – dolu avıtmaq – sakitləşdirmək və s. sözlər Naxçıvan bölgəsində; 

bəgə  -  məgər,  buğur  –  kök,  qallac  –  səxavətli,  dəlay  –  mübahisə  və  s.  Bakı  kəndlərində 

işlənən dialektizmlərdir. 

2.

 



Bir  neçə  dilektdə  eyni  manada  işlənən  dialektizmlər:  muzalan  –  ağcaqanad,  əfsəl  –  vacib, 

düryə - baş örtüyü, qənbər – daş və s. 

3.

 

Bir neçə dilektdə fərqli manalarda işlənən dialektizmlər: kora – mıx (Gürcüstan), kora – topa 



(Quba), kora – kin (Gəncə); aval – mahal 

 (Qax), aval – bəla (Qazax) və s.   

 

Dialektizmlərin müxtəlif növləri vardır: fonetik, leksik, morfoloji və s. Ədəbi dildən yalnız 



fonetik  xüsusiyyətlərinə  görə  fərqlənən  dialektizmlər  fonetik  dialektizmlərdir.  Məsələn,  ərəbə  - 

araba;  qərdeş  –  qardaş;  h`əyif  –  heyif;  bajı,  boci  –  bacı;  öv,  öy,  əv  –  ev;    udun  –  odun;  sürfə, 

sofra – süfrə; qeyçi – qayçı; sögüd – söyüd; popağ – papaq və s. 

 hancarı - necə 

nimdər- döşəkçə 

avlax–gilas növü 

doqqaz -küçə  

əlardan, təlis - dəsmal  düb – tərs 

becid-tez 

qəlbi-hündür 

zazan–çox 

danışan 


lapdan-qəfildən 

qəmbər-daş 

zaxma – daxma 

kəbə,məkə,peyğəmbəri, 

qarqundey- qarğıdalı 

zivə-ip 


ovsar–dəvə  

noxtası 


əppək-çörək 

qoz-cəviz 

zir-nəlbəki 

gülbəsər,yelpənəkxiyar 

tuşqullamaq- nişan 

almaq 


ciyə - kəndir, ip 

maş-lobya 

manşırlamaq-

nişanlanlamaq 

nəməkdan-

duzqabı 


qəməlti-bıçaq 

canduni-jilet 

lıqqa-palçıq 

masqura-kiçik kasa 

hayla-elə, belə 

babəstə-uyğun 

siyəzi – kisə  

teyxa – xalis , tam  

islahat – təmizlik 

 

 



Ədəbi  dildən  morfoloji  quruluşuna  görə  fərqlənən    dialektizmlər  morfoloji 

dialektizmlərdir.  Məsələn,  qaynaya  durur  –  qaymayır,  orya  -  oraya,  burya  -  buraya,  ode:ya  – 

odur,  süzünki  -  sizinki,  olarki  -  onlarınkı,  alqınan  -  al,  tutqınan  -  tut,  işdəmişuğ  –  işdəmişik, 

tutassan – tutacaqsan qurmoyuf – qurumayıb və s.  




Ədəbi  dildə  qarşılığı  olan  dialektizmlər  leksik  dialektizmlərdir.  Məsələn:  çələfsiz  –  arıq, 

yava – pis, xır – bostan, tuğ – bayraq, kora – mıx və s. 

Dialektlər  və  ədəbi  dil  bir-birilə  qarşılıqlı  əlaqədardir,  biri-digərinə  təsir  edir, 

zənginləşdirir. Ədəbi  dil dialektlərə təsir  edərək  onların  fonetik, qrammatik  qaydalarını dəyişir. 

Eyni zamanda, dialektlərdən də ədəbi dilə sözlər keçir. Dialektlərdən ədəbi dilə sözlər o zaman 

keçir ki,  ədəbilik, dilin inkişaf qanunu və ölçü gözlənilsin. Dialektlərdən ümumxalq dilinə xeyli 

sözlər  keçmişdir:  bardaş,  qaysaq,  sırsıra,  güzəm,  başdansovdu,  mahlıc,  çeşid,  ilğım,  sayrışmaq, 

faraş, qəlbi və s.  



Terminlər 

Terminlər elmin, texnikanın, ədəbiyyat və incəsənətin müxtəlif sahələrinə aid hər hansı bir 

əşya və ya mücərrəd anlayışları bildirən sözlərdir. Hər bir dilin lüğət sistemində bu və ya digər 

elm  sahələri  ilə,  peşə-sənətlə  bağlı  anlayışlar  da  vardır.  Bu  anlayışlar  elmi-texniki  tərəqqinin, 

mədəniyyətin, iqtisadiyyatın və s. inkişafı ilə əlaqədar  yaranır və müxtəlif elm sahələrini əhatə 

edir.


 

Terminlər, əsasən, elmi üslubda işlənir. Hər bir elmin özünəməxsus terminologiyası vardır. 

Məsələn;  atom,  elektron  fizika  elmi  üzrə,  sintez,  reaksiya  kimya  elmi  üzrə,  mübtəda,  xəbər 

dilçilik  elmi  üzrə,  şeir,  poema  ədəbiyyat  elmi  üzrə  terminlərdir.  Bəzən  bədii  ədəbiyyatda  da 

obrazları,  onların  məşğuliyyətini,  xarakterini  və  s.  daha  dəqiq  təsvir  etmək  üçün  terminlərdən 

idtifadə olunur. Məsələn; 

a.

 

Aqronom gedirəm, - deyib Əmirxan, 



Naziriəmrini göstərdi ona.   

b.

 



Gah kaverkot, gah da şevyot paltar geyindi, 

Sol qoluna hələ qızıl saat da taxdı. (S. Vurğun, “Aygün”)  

Lakin  terminlər  yalnız  elm  sahələrini  əhatə  etmir.  İstehsalın,  səna-ye  və  kənd 

təsərrüfatının,  iqtisadi  və  ictimai  həyatın  müxtəlif  sahələrinə  aid  terminlər  vardır:  iqlim, 

ləpədöyən, ilğım, xəzri, bıçqı və s. 

Sənaye və kənd 

təsərrüfatı ilə 

bağlı terminlər 

Mədəni-

maarif işləri 

ilə bağlı 

terminlər 

İdmanla 

bağlı 

terminlər 

Hərbi 

işlərlə 

bağlı 

terminlər 

Müxtəlif 

peşə-sənət 

terminləri 

iməcilik 

bakalavr 

boks 


desant 

vaksin 


əməkgünü 

magistrant 

qaçış 

general 


çeşni 

səmərələşdirmə 

dissertant 

stadion 


marşal 

xana 


optimallaşdırma 

muzey 


rinq 

bomba 


rəndə 

günəmuzd 

diplom 

beatlon 


avtomat 

xarratlıq 

örüş 

attestat 



səbət 

tüfəng 


dülgərlik 

çaylaq 


redaktor 

xizək 


zabit 

yəhər 


 

Terminlər mənşəyinə görə, əsasən, iki yerə bölünür: alınma və milli terminlər.    

XI  –  XIII  əsrlərdə  dilimizdəki  terminlərin  əksəriyyətini  ərəb  və  fars  mənşəli  terminlər 

təşkil etmişdir. XIX əsrdən Azərbaycan dilinə rus – Avropa mənşəli terminlər keçir. Azərbaycan 

terminologiyasının əsası da XIX əsrdən qoyulmuşdur.  



Alınma terminlər  daha çox elm, texnika, ictima-siyasi,  hüquqi  və fəlsəfi  anlayışları ifadə 

edir:  millət,  dövlət,  inqilab,  inqilab,  çevriliş  mübtəda,  morfologiya,  fond,  proses,  mülkiyyət, 

şəxsiyyət və s. 

Milli terminlərin içərisində də elmi - texniki, ictimai - siyasi, hüquqi və fəlsəfi anlayışları 

ifadə  edən  terminlər  vardır.  Lakin  bunlar  daha  çox  iqtisadiyyat,  mədəniyyət,  sənaye,  kənd 

təsərrüfatı və məişət anlayışları ilə bağlıdır: ödəniş, yarğan, dəvədabanı, ayıpəncəsi, örüş, tutum, 

güzəm, çaylaq, ərimə, bərkimə, buğum, qoşma, sıxac, düşüncə, duyğu və s.  

Dilimizdə  bir qisim sözlər vardır ki,  onlar  yalnız termin kimi  işlənir. Elə  sözlər də vardır 

ki, həm termin, həm də ümumişlək söz kimi işlənir. Bu baxımdan 

işlədilməsinə görə terminlər 

iki  yerə  bölünür:  xüsusi  terminlər,  ümumi  terminlər.  Xüsusi  terminlər  yalnız  elm  sahəsində 

işlədilən xüsusi funksiya daşıyan sözlərdir: defis, fenol, janr, poema, tangens, ellipsis, anafora və 

s.  Ümumi  terminlər  isə  həm  ümumişlək  söz  kimi,  həm  də  termin  kimi  işlənə  bilən  sözlərdir: 



sifət, say, zərf, qoşma, bağlayıcı, vurma, bölmə, 

toplama, çıxma, misal, məsələ, 

su, çay, dəniz, 

ada, ay, ulduz, ot, bitki, tarix, güc, enerji,

 sifət, say, neft, benzin

 və s. 

 

Ölkəmizin  siyasi,  iqtisadi,  elmi,  mədəni  həyatının  sürətli  inkişafı,  yeni  texnologiyaların 

kəşfi Azərbaycan dilinin terminoloji leksikanın yenilənməsinə və zənginləşməsinə təsir edir.    

Dəqiqilik,  konkretlik,  qısalıq,  təkmənalılıq,  təkvariantlılıq,  azkomponentlilik,  emosional-

lığın və sinoniminin olmaması, üslubi cəhətdən neytrallıq terminlərin əsas xüsusiyyətləridir.  

Dilimizdəki  terminlərin  əksəriyyəti  beynəlmiləl  səciyyəlidir.  Belə  ki,  müxtəlif  elm 

sahələrinə aid olan bu terminlər bir çox dünya dillərində eyni formada və eyni mənada işlədilir. 

Belə  terminlərə  beynəlmiləl  sözlər  də  deyilir:  realizm,  romantizm,  poetika,  morfologiya, 

qrammatika, semtimentalizm və s. 

  ARQO VƏ JARQON 

 

Dildə bir qrup sözlər vardır ki, onları şərti dil adlandırırlar. Süni dillər qrupuna daxil olan 

bu  sözlər  çox  zaman  cəmiyyətin  tüfeyli  ünsürləri  tərəfindən  yaradılır  və  işlədilir.  Bura  arqo  və 

jarqon daxildir.  

 

Arqo  fransız  sözü  olub  bu  və  ya  digər  ictimai  qrupa  xidmət  edən  dil  hadisəsidir.  Arqo 



ümumi  dildən  sözlərin  mənasına  və  işlədilməsinə  görə  fərqlənir.  Belə  ki,  çox  zaman  köhnə 

mətnlərdən  götürülmüş  və  ya  istifadədən  qalan  sözlər  mənalandırılaraq  və  ya  təhrif  olunaraq,  

sözlər  axırdan  əvvələ  oxunaraq,  sözlərə  heca  artırılaraq  işlədilir.  Buna  şərti  və  ya  gizli  dil  də 

deyirlər.  Məsələn,  oğrular  və  canilər  kənar  adamlar  tərəfindən  anlaşılmamaları  üçün  bir-birilə 

həmin dildə danışırlar (  frayer  – təcrübəsiz, hərif  –  soymaq,  yanmaq  –  tutulmaq, sağmaq  – pul 

qoparmaq, yağlı – pullu, suka – xəbərçi və s.) 

 

Arqolar müxtəlif ictimai qrupları əhatə edir. Məsələn, tələbə arqosu (kəsilmək, köçürmək, 



qaçmaq, sürüşmək, tapşırmaq ), sərxoşların arqosu ( vurmaq, isltmaq, atmaq ) və s.  

 

Arqolardan bədii əsərlərdə ictimai qrupların, ayrı – ayrı obrazların spesifik xüsusiyyətlərini 



açmaq üçün istifadə olunur. Məsələn, beşbarmaq, finka, fənərləmək, çırpışdırmaq (Y. Əzimzadə 

“Anacan”), zühəl, mərrix, müştəri,  ( M. F. Axundov), satmaq, vurmaq (S. Rəhimov “Mehman” ) 

və s.  

 

Jarqonlar  cəmiyyətin  yuxarı  təbəqələrinin  özlərini  ümumi  kütlədən  ayırmaq  üçün 



işlətdikləri süni söz və ifadələrdir.  

 

Jarqonlar  dili  ağırlaşdırır,  fikrin  dolaşıq,  dumanlı  ifadə  olunmasına  gətirib  çıxarır.  Buna 



görə də jarqonların ədəbi dildə işlədilməsinə yol vermək olmaz. 


 

Jarqonlardan  da  bədii  əsərlərdə  obrazların  dilində  istifadə  olunur.  Məsələn,  C. 

Məmmədquluzadənin  “Ölülər”  əsərində  Şeyx  Nəsrullahın  dilində  işlənən  lübbü  lübab  və 

məqbuli-ülül-əlbabəst, vəl-millət, diyarəti-nisab, in həqiqi-fəqir və s. jarqon nümunələridir. Belə 

nümunələrə M. F. Axundzadənin komediyalarında da rast gəlinir.  

   Danışıq – məişət leksikası 

 

Loru sözlər – danışıq nitqində işlədilən və ədəbi dildə olmayan sözlərdir. Məsələn, qoyun 

(anlamaz), dovşan (qorxaq), qoparmaq (almaq) və s.    



 

Vulqar sözlər – kobudluq və nazakətsizlik ifadə edən sözlərdir. Bu sözlər insanların mənfi 

xüsusiyyətlərini  təsvir  etmək,  hər  hansı  vəziyyətə  etiraz,  nifrət  bildirmək  üçün  istifadə  edilən 

söyüş,  qarğış,  təhqiredici  sözlərdir.  Məsələn,  kaftar,  bayquş,  başıboş,  kütbeyin,  donquldamaq, 

zəhlətökən və s.  



 

Tabu sözlər -  ədəbi dildə işlədilməsi qeyri – məqbul sayılan kobud, qaba, ədəbsiz söz və 

ifadələrdir.  Məsələn,  gəbərmək,  cəhənnəmə  vasil  olmaq,  hürmək,  anqırmaq  və  s.  Deyilməsi 

münasib  sayılmayan,  xoşagəlməz  söz  və  ifadələrin  əvəzində  yumşaldılmış  söz  və  ifadələr 

işlədilir  ki,  bunlar  da  evfemizmlərdir.  Evfemizmlərdə  mənalar  birbaşa  deyil,  dolayı  şəkildə 

ifadə  olunur.  Məsələn,  öldü  əvəzinə  ömrünü  tapşırdı,  söndü,  keçindi,  dünyasını  dəyişdi,  qəlbi 

dayandı, köçdü və s. istifadə olunur.  



 

Bədii  əsərlərdə  obrazların  xarakterini  açmaq  üçün  arqo  və  jarqonlardan  istifadə  edildiyi 

kimi, loru, vulqar və tabu sözlərdən, varvarizmlərdən  də istifadə olunur. Məsələn, M. Ə. Sabirin 

satiralarında  (  ərdo,  qaban,  qullabı,  heyvərə,  boşboğaz  və  s.),  C.  Cabbarlının  dram  əsərlərində 



Ocaqverdi, Dilbər və s. obrazların dilində belə söz və ifadələrə rast gəlinir.  

 

Yüklə 129,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə