Redartor: Fəxrəddin Ağazadə, fəlsəfə elmləri doktoru
Korrektor: Ceyran Abbasova
Bağırov Əlisalam Məmi oğlu
BAŞLANĞICDAN BAŞLANĞICA VƏ YA
RUHUN KEÇDİYİ YOL
Bakı, Qanun Nəşriyyatı, 2015, 240 səh.
Qanun Nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
www.instagram.com/ Qanunpublishing
İSBN 978-9952-36-091-2
©
Bağırov
Əlisalam
, 2015
© Qanun Nəşriyyatı, 2015
6
Ekstrasensləri xarakterizə edən müəllif qeyd edir ki, ekstra-
senslərdə zəhmətlə əldə edəcəklərindən başqa Allah vergisi də
olmalıdır. Ən əsası isə onlar sınanmış olmalı, Allahın etimadını
doğrultmalı, insanların sınağından pak, üzü ağ çıxmalı, ağılları his-
siyyatlarından üstün olmalı, ali varlığın qanunlarına riayət etməli,
müraciət edənlərdə inam hissi yaratmalı, insanların xoşbəxtliyi və
sağlamlığına çalışmalıdırlar.
Ən maraqlı məqamlardan biri də ondan ibarətdir ki, müəllif
əsərdə bəşər övladının xoşbəxtliyi və ruhunun təmizləməsi, ağılın
hissiyyat üzrə üstünlüyü, ruhun qaranlıq deyil, parlaq nura çevril-
məsi üçün insana müraciətlər edir ki, bunlar da hədsiz ibrətamiz və
filosofanədir. Məsələn:
–
ey insan,
bəşəriyyətə xidmət et;
– ey insan, xeyirxah əməllərinlə
öz xoşbəxt taleyini özün yaz;
– ey insan,
bütün kainat sənin vətənindir;
– ey insan,
ruhunun gücündən istifadə et;
– ey insan, ləkəli
qəlb sahibi olmaqdan qorun;
– ey insan, öz yaxşı əməllərinlə öz şəxsiyyətini, nüfuzunu qoru.
Əsl insan ol, qoy səni bir vaxt xatirələrdə yaxşı əməl sahibi kimi
yad etsinlər;
– ey insan, yalnız özün üçün yaşama və s.
«Başlanğıcdan başlanğıca və ya ruhun keçdiyi yol» adlandı-
rılan ikinci fəsildə müəllif yaşanan hər bir şeyin başlanğıcı və sonu
olduğunu, yalnız ali varlığın əbədi olduğunu, bütün mövcudluq-
ların 0 (sıfır) surəti ilə 300 000 km\san surəti arasında yaşadığını,
0-dan aşağı surətdə tam sükunət halı yaranmasını, 300 000 km\
san-dən yuxarı sürətdə isə məsafə və zaman anlayışının itdiyini,
deməli, obyekt – mövcudluğun yox olduğunu əsaslandırır, yəni əs-
lində bu yerdə ruhlar aləmi məskunlaşır. Müəllifin fikrincə, ruh –
varlığın potensial enerjisinin, həmin varlığın mühitə uyğunlaşması
nəticəsində formalaşan xarakterindən topladığı həyat təcrübəsinə
əsasən yeni inkişaf mərhələsidir, şəxsiləşmiş varlıqdır. Ruh, eləcə
də hər hansı bir varlığın müəyyən tamamlanmış quruluşdakı ak-
tivlik dərəcəsindən doğan və həmin varlığı onun imkanı daxilində