Çəkisizliyin yükü
Bakı - 2014
Kitab Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım
Assosiasiyasının prezidenti, Şamaxının millət vəkili
Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə çap olunub.
Şəkillər kitabın müəllifi nə məxsusdur
ISBN: 978-9952-488-53-1
2.6.1.2
036-4702060102
qrifl i nəşr
© Miroslav Hermaşevski 2014
Məqsəd o vaxt yüksəkdir ki, sən özünü ona həsr
edirsən,
Məqsəd o vaxt alçaq olur ki, sən onu yekəxanalıq
mövzüsuna çevirirsən.
Antuan De Sent Ekzüperi
Ailəmə,
xüsusən də həyat yoldaşıma, övladlarıma
və nəvələrimə həsr edirəm.
GİRİŞ SÖZÜ
B
u kitabı bir neçə səbəbdən yazmışam, ilk növbədə isə bütün Pol-
şanın haqqında danışdığı və bütün dünyanın müşahidə etdiyi 1978-
ci ilin iyun ayında baş vermiş hadisələri xatırlamaq üçün. Onu da qeyd et-
mək lazımdır ki, bu işdə çoxları məni qabaqlayıb. Bu müstəsna hadisəni vəsf
etmək istəyənlər bir-birləri ilə yarışıblar. Lakin bu nəşrlərin müəllifləri nə
mənim tərcümeyi-halım, nə də mənim yaşadığım hisslər, emosiyalarla ta-
nış olmağa cəhd belə etməyiblər. Amma bu addımlar da gərəksiz idi. Çəki-
sizliklə mübarizə apardığım zaman, yer üzündə bir-birinin ardınca kosmik
sürətlə kitabça və kitablar nəşr olunmuşdu. Qabaqcadan kosmonavt surə-
ti yaradılmışdı. Kosmonavt qüsursuz, heç bir zəif cəhəti olmayan, seçdiyi
məqsədə doğru yolda heç bir maneəyə baxmadan irəliləyən bir supermen
olmalı idi. Rastlaşa biləcəyi bütün çətinliklərsə dövlət qayğısı sayəsində ara-
dan qaldırılırdı. Əslində bu, qismən doğru idi, dövlət qabiliyyətləri inkişaf
etdirmək üçün şərait yaratmasaydı, bu istiqaməti maliyyələşdirməsəydı,
yəqin ki, doğulduğum kiçik şəhərdə köməkçi və yaxud maşinist kimi iş-
ləyərdim, çünki parovozlar məndə həmişə rəğbət hissi oyadırdı.
Çoxları belə hesab edirdilər ki, kosmonavt uğursuzluq və çətinliklərlə
qarşılaşmayan bəxtəvər bir qəhrəmandır. Bu, olduqca yanlış fikirdir. Həya-
tımız proqramlaşdırılmayıb. Öz taleyimizi necə istiqamətləndirməyimiz və
növbəti məqsədlərə çatmaq üçün kifayət qədər səy göstərməyimiz yalnız
bizdən asılıdır. Təcrübəmdən öyrənmişəm ki, hətta ən ağır anlar belə heç
vaxt şübhəyə səbəb olmamalıdır, bu kimi anlarda qalib gəlməyimizsə bizi
gücləndirir.
Niyyətim kitabımda müharibədən sonrakı nəslin keçdiyi gərgin ömür
yolunu göstərmək idi. Kiçik kənddən böyük dünyaya aparan yolu. Ar-
zusunda olduğum təyyarəçi peşəsinə doğru yolum təhlükəli virajlarla
dolu idi. İlk uğursuzluqlar tez bir zamanda çətinlikləri aradan qaldırmaq
və özümü təkmilləşdirmək həvəsinə çevrilmişdi. Aydın şəkildə müəyyən
etdiyim həyat məqsədim və inadkarlığım öz bəhrəsini vermişdi. Göyə uç-
manın ləzzətini duymuşam. Zaman keçdikcə isə uçuş həyatımın məqsə-
dinə, peşəmə, Vətənimə xidmətə çevrilib. Uşaqlıq xəyallarım gerçəkləşdi.
Arzu etdiyim bir çox şeyə nail olmuşam və öz xəyallarımın hüdudunu
keçmişəm.
8
Ümidvaram ki, yaşadığım qeyri-adi hisslərin təsvirində heç olmasa
bir qisim suala cavab taparsınız. Həyat üçün böyük riskə baxmayaraq,
insanlar niyə kosmosa uçmağa davam edirlər? Kosmosda olarkən insan
nə düşünür? Çəkisizlik şəraitində nə hisslər keçirir? Orada necə yaşayır
və işləyir?
Kitabımın köməyi ilə gənc oxucularımı öz gələcəklərinə cəsarətlə bax-
mağa ruhlandıra bilsəm, çox sevinərdim. Biz sülh şəraitində, nisbi rifah
içində və tarixdə misli görünməmiş inkişaf etmiş sivilizasiya dövründə
yaşayırıq. İslahatları dayandırmaq olmaz. İnkişaf prosesində iştirak et-
mək lazımdır, çünki burada hər kəsin öz yeri var. Məhz ona görə də əsas
odur ki, siz – gənc qız və oğlanlar şansınızı qaçırmayasınız.
Əlbəttə ki, həyatda əldə etdiklərim tək mənim məziyyətim, xidmətim
deyil. Burada Anamın xatirəsini yad etmək istərdim, çünki o, bütün mə-
nalarda müstəsna insan idi. İndiki dövrdə onun kimi insan tapmaq müm-
kün deyil. Həyatda bütün gördüklərim, hiss etdiklərim üçün, anamın
mənə göstərdiyi qayğı, bəslədiyi ana sevgisi, vətənpərvərlik hisslərinin
aşılanması, məni inam ruhunda tərbiyə etdiyi üçün ona çox minnətda-
ram. Onunla daim fəxr edəcəyik və buna görə də mən Anama minnət-
daram. Eləcə də ailə üzvlərimə – qardaş və bacılarıma, mənə göstərdik-
ləri qayğı və köməyə, gözəl uşaqlıq illərində və yeniyetməlik dövründə
dəstəklərinə görə öz təşəkkürümü bildirirəm.
Əlbəttə ki, mənə inam və etimadla yanaşan insanların köməyi olma-
dan, heç vaxt kosmonavt olmazdım. Belə insanlar arasında müəllimlə-
rimi, həkimlərimi, Vrotslavdakı Aeroklubda və “Şahin balaları” adlı
təyyarəçilik məktəbində çalışan təyyarəçiləri, hərbi xidmət keçdiyim
alaylardan olan aviasiya təlimatçılarımı və komandirlərimi, kosmik tex-
nika sahəsində mütəxəssisləri və bu günə kimi dostluq elədiyim bütöv bir
rus kosmonavt dəstəsini sadalaya bilərəm.
Həmçinin sabiq komandirlərimə və tabeliyimdə çalışmış əməkdaşla-
ra, təyyarəçi həmkarlarıma, bizim hava qoşunlarında xidmətimiz zamanı
mənə və daha sonra isə kosmik missiyama göstərdikləri dəstəyə görə öz
hörmət və ehtiramımı, təşəkkürümü bildirirəm. Onların sayəsində geniş
bir məkanla qeyri-adi qovuşma hissini keçirmişəm.
Həyat yoldaşım, Emiliyaya, ilk növbədə həyatda üzləşdiyimiz əzab-
əziyyətləri, qayğıları mənimlə bölüşməyə razı olduğuna, mənə
bəslədiyi sevgiyə, dostluğa, faydalı məsləhətlər verdiyinə və dəstək
olduğuna görə öz dərin minnətdarlığımı bildirirəm. Mənə ərə
gedərkən hələ dərk etmirdi, anlamırdı ki, özümü haradasa uzaqlarda,
ucalıqda, həyatımda mühüm yer tutan məşğuliyyətə – yəni təyyarəçiliyə
həsr etdiyim zaman onu nə qədər əzab-əziyyət, yuxusuz gecələr və göz
yaşları ilə dolu illərə düçar edirəm.
GİRİŞ SÖZÜ
Dostları ilə paylaş: |