Dəniz balası
(Nağıl)
Biri vardı,biri yoxdu, Yer
üzərində ucu
-
bucağı görünməyən böyük bir
dəniz,onun sahilində isə ucu
-
bucağı bilinməyən Səhralar
məmləkəti var idi.
Bu böyük məmləkətin cavan bir şahı vardı.Elə adına da Səhra şah deyərdilər.
Səhra
şahın var
-
dövləti başından aşırdı,xəzinəsi ağzına qədər ləl
-cavahiratla
dolu idi. Ədalətli olduğuna görə rəiyyəti onu sevər,həm də itaətində
durardılar.Tanrıdan ona cansağlığı,uzun ömür dilərdilər.
Səhra şahın evlənmək vaxtı çoxdan ötmüşdü.Amma şah ürəyi istəyən ağıllı
və gözəl qız tapa bilmədiyinə görə evlənə bilmirdi.
Bir gün yaxınları ,saray əyanları şaha məsləhət gördülər ki,gələcəkdə taxt
-
tacının boş qalmamasına görə şah vaxtı hədər keçirməməli ,mütləq
evlənməlidir.
Şah saray əyanlarının
sözünə qulaq asıb fikivrli
-
fikirli dilləndi:
-
Şahın evlənməyi göründüyü qədər də asan məsələ deyil.Gərək həm nəsilli
-
köklü birisi ilə evlənəm,həm də evlənəcəyim qız ağıllı və gözəl olmalıdır
ki,ondan doğulan övlad da taxt
-
taca layiq şahzadə olsun.Göydə
Tanrım və
Yerdə siz mənə yardımçı olun ki,ləyaqətli birisi
ilə evlənə biləm.
Məmləkətin ağsaqqalı sayılan vəzir şaha baş
əyib dedi:
-Qibleyi-
aləm sağ olsun,əvvəlcədən yəqin
eləmişdim
ki,bunu
söyləyəcəksən.Odur
ki,qabaqcadan
adam
göndərdim
başqa
diyarlara ,onlar da mənə hər yandan soraq
gətirdilər.belə məlum olub ki,İran,Ərəbistan, bir
də Hindistan hökmdarlarının hərəsinin bir gözəl
qızı var.Fikrimcə, şah onların hansına elçi
göndərərsə,hökmdarlar qızlarını Səhra şaha
veməyə şad olarlar.
Bunu
eşidən şah taxtdan qalxdı.Əyanlar ona
baş əydilər.Şah fikrini bildirdi:
-
Gözəllik,şahın xanımı olmağa əsas
vermir.Mən onların ağlını,dərrakəsini yoxlamalıyam, vəzir!
Şahın mirzəsi izn alıb:
-
Şah sağ olsun,
-dedi.-
Qızlar çox
-
çox uzaqdadırlar,ağlına ,zəkasına bələd
olmaq üçün onlar vacibi şahın hüzuruna dəvət olunmalıdırlar.
Şah vəziri göstərdi:
-
Qızları mənim üçün vəzir necə seçibsə,bunun da tədbirini
görər.Vəzir,yubatmadan çaparla xəbər yolla,dediyin şahzadələri sarayıma
qonaq çagırtdır.Elə ki,qonaqlar məmləkətimə təşrif buyurdular,mən onları qırx
gün qonaq saxlayacağam.Otuz altıncı gün onlara suallar verəcəyəm.Qızların
hansı sualların çoxuna dürüst cavab taparsa,onunla da evlənəcəyəm.
Vəkil də öz fikrini söylədi:
-
Ya şahım!Qızların hansının ağıllı olduğunu ayırd etmək çox
çətindir.Düzgün seçim etmək üçün tədbirli olmağımız gərəkdir.
Şah dedi:
-
Bunu mən öz boynuma götürürəm.Onların ən ağıllısını,ən düşüncəlisini
seçəcəyəm.
Hamı şahın fikrini alqışladı.
V
əzir şahın adından namə yazıb hər üç məmləkətin hökmarına göndərdi.
Namədə yazılmışdı:″Böyük ehtirama layiq Hökmdar!Səhra şah böyük bir
ziyafət təşkil edir və şahzadənin həmin ziyafətə təşrif
buyurmasını özünə
şərəf
hesab edir″.
Bir müddətdən sonra ayrılıqda hökmdarlar
onlara göndərilən naməni alıb
oxudular və çox sevindilər.Onlar Səhra şahın cavan olsa da,müdrik və həm də
çox varlı olduğunu eşitmişdilər.Vaxtı yubatmadan tədarük görüb qızlarını uzaq
səfərə
-
Səhralar məmləkətinə yola saldıla
r.
Hər üç məmləkətin şahzadələri ayrı
-
ayrılıqda hərəsi öz bərli
-
bəzəkli,xalı
-
xalçalı,çıraqlı
-
işıqlı kəcavələrinə minib səfərə çıxdılar.Karvanlar yola düşdü.
Az,ya çox getdilər ,orası yadımda deyil,o yadımdadı ki,dağlar
aşdılar,dərələr keçdilər,bulaqlardan su içdilər ,çəmənlərdən gül seçdilər,
gündüzləri Gün işığında yol getdilər,gecələri Ay işığında dincəldilər, çox uzun
bir səfərdən sonra nəhayət ki, gəlib Səhralar məmləkətinə yetişdilər.
Səhra şah əziz qonaqlarını qarşıladı. Baxdı ki,qızlar,doğrudan da , bir
-
birindən gözəldirlər. Amma qızların gözəlliyi onun ağlını başından çıxartmadı,
onların ağıllısını seçmək üçün məqam gözlədi.
Qonaqlar neçə gün yedilər
-
içdilər, şənləndilər.Otuz altıncı gün Səhra şah
qonaqları yığıb məqsədini belə açıqladı:
-
Şahzadələr!Qonağım olduğunuza sevindim!Şərəf
duydum.Bu gün isə
elə bir gün yetişib ki, öz istəyimi sizə bildirməliyəm. Gizli deyil ki,
evlənməyimin
zamanı ötür. Sizi başıma toplamaqda məqsədim özümə ömür
-
gün yoldaşı seçmək
dir.
Qızlar şahın evlənmək istəyini eşidib şad
oldular.
Şah sözünə belə davam elədi:
Hər üçünüz gözəlsiniz.
Amma mən ata
-baba
nəsihətlərinə əməl edib, gözəlliyi ilə adamı
sevindirən və ağlı ilə adamı heyran edən bir qız
seçməliyəm.Sizi görən gündən gözəlliyinizə
sevindim.İndi isə istərəm ki, ağlınız da məni
heyran eləsin. Aranızdan ən ağıllısını seçmək
üçün şərtim var.
Bunun üçün sizə dörd sual
verəcəyəm!
Şah bunu deyəndə qızlar məyus oldular,
belə ağıllı şahın suallarına cavab tapa
bilm
əyəcəklərindən qorxdular. Şah isə yenə də
sözünə davam elədi:
-
Dinləyin və öncə bilin ki, kim suallara cavab taparsa , şahın xanımı
olacaq,bütün istəkləri yerinə yettiriləcək, şöhrəti
-
şöhrət, hörməti
-
hörmət