38
1
Onlar yaşamalıdır
Bioloji müxtəliflik
Giriş
Yer kürəsinin ən əhəmiyyətli və qiymətli təbii ehtiyatlarindan biri biomüxtəliflikdir. Bu ehtiyat
3 komponentdən ibarətdir:
•
Bu və ya digər növün fərdləri çərçivəsində dəyişkənliyin daxil olduğu genetik müxtəliflik;
•
Növlərin müxtəlifliyi. Bioloqların fikrinə görə, hal-hazırda Yer kürəsində 40-dan 80 milyona qədər
növ yaşayır. Lakin alimlər hələlik onlardan 1,5 milyona yaxın növünün təsvirini verə biliblər.
•
Ekolji müxtəliflik, o cümlədən meşələrin, səhraların, çayların, dənizlərin, okeanların, həmçinin bir-
biri və qeyri-üzvi təbiətlə qarşılıqlı münasibətdə olan, canlı orqanizmlərin başqa birliklərinin
müxtəlifliyi.
Onlar yaşamalıdır
Müəlliflər: Kliment Mindjov, Pənah Muradov, Namik Rzayev
Əsas fikir
Hər bir bioloji növ yaşamaq, həmçinin onun saxlanması və davam
etdirilməsi üçün mübarizə aparmaqı hüququna malikdir
Müddət
1-2 tədris məşğələsi
Êlin fəsli
Êstənilən
Yer
Məktəb (tədris otağı)
Tədris vasitələri
Yazı löhvəsi, kompüter, televizor, videomaqnitafon, videokaset
Tədris fənləri
Biologiya, ekologiya, coğrafiya, sinif saatı
Məqsəd
Bioloji müxtəlifliyin müstəsna əhəmiyyətini, həmçinin bioloji növlərin
itməsinin yüksəlməkdə olan təhlükəsini dərk etmək
Metodlar
Mühazirə, diskussiya, analitik fikir mübadiləsi, videofilmlərə baxış.
39
Onlar yaşamalıdır
Bioloji müxtəliflik
1
Məşğələlərin aparılması
1
Bizi əhatə edən bitki və heyvan müxtəlifliyinin müstəsna əhəmiyyətini şagirdlərə başa
salmaqla dərsə başlayın. Girişdəki, “
Ênsan və biomüxtəliflik” nümunəsindəki, habelə CD-
Rom-dakı materiallardan istifadə edin (“Biomüxtəliflik” bölməsi).
2
Ênsan həyatının Yer üzərindəki biomüxtəlifliklə qırılmaz əlaqələrə malik olmasını xüsusi qeyd
edin. Bitki və heyvanlar aləmi bizi qida, xammal, yanacaq, kimyəvi maddələr, dərmanlarla
təmin edir. “Təbiətin bu gün bizə verdikləri müasir iqtisadiyyatın və cəmiyyətin qurulması
üçün əsasdır” mövzusunda analitik fikir mübadiləsi təşkil edin. Lövhədə bu fikrin lehinə olan
misallar yazın. Çalışma başa çatandan sonra şagirdlərə “Təbiət ...” nümunələri paylayın.
3
”Biomüxtəliflik və növlərin məhv olması” videofilmini göstərin. Filmin sonunda verilən
aşağıdakı sualları ardıcıl olaraq müzakirə edin.
•
Biomüxtəliflik insanlar üçün nəyə görə bu qədər əhəmiyyətlidir?
•
Növlərin məhv olmasına səbəb nədir?
•
Vəhşi heyvan və bitki növlərinin qorunmasına biz necə kömək edə bilərik?
4
“Vaxt tükənir” videoklipini göstərin və onun məzmununu müzakirə edin. Şagirdlərə bu iki
film və onların məzmunlarının müzakirəsi haqqında inşa yazmağı təklif edin.
p
5
“ Miqrasiyadakı çətinliklər” adlı oyunu keçirin.
Sonrakı fəaliyyət
•
Bu bölmənin sonunda verilən canlı varlıqlar haqqındakı, eləcə də CD-Rom-da vəhşi təbiətin
azadlığı haqqında verilən Deklarasiyaları ucadan oxuyun.
•
Şagirdlərə Qafqazın və Azərbaycanın biomüxtəlifliyinə spesifik təhlükə törədən məlumatlar
toplamağı təklif edin. Bunun üçün CD-Rom-dan, eləcə də internetdən istifadə etmək olar.
Əlavə ədəbiyyat
Azərbaycanın Qırmızı Kitabı. Bakı, “ELM”, 1989.
Əmirov F. “Meşələrin ekoloji rolu”. Bakı, Azərbaycan, 2001.
Azərbaycanın Heyvanlar Aləmi. Bakı, “Elm”, 2004, II cild.
22 May Beynəlxalq Biomüxtəliflik günüdür. Bakı, 2004 Ekomed QHT.
Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu - Bakı, 1996.
Tuayev D.Q. Azərbaycan quşlarının kataloqu - Bakı, Elm 2000.
Əsgərov F., Zaytsev Y., Qasımov R., Quliyev Z. Xəzərin əsrarəngiz balıqları - Bakı, 2003.
Təbiət təmin edir:
•
Xammal — qida maddələri (o cümlədən başqaları), tikinti materialları, mədəni sortların
alınması üçün genetik materiallar, dərmanlar, kauçuk, rənglər və s.;
•
Ênsan və başqa canlılar üçün təbii mühiti;
•
Tozlanmanı;
•
Zərərvericilər və xəstəliklər üzərində bioloji nəzarəti;
•
Üzvi tullantıların parçalanmasının və çirklənməsinin səviyyəsinə görə bioloji nəzarəti;
•
Torpağın formalaşmasını və mövcudluğunu;
Təbiət tənzimləyir:
•
Qida və üzvi maddələrin dövranını;
•
Torpağın münbitliyini;
•
Atmosfer proseslərini;
•
Təbii fəlakətləri.
•
Su dövranını;
Təbiət — bu:
•
Êstirahət, sağlamlığın qorunması və bərpası üçün yerdir;
•
Mədəni sortların əmələ gəlməsi, formalaşması və yaşaması yeri, elmi axtarış sahəsidir.
Təbiət ...
40
1
Onlar yaşamalıdır
Bioloji müxtəliflik
Hal-hazırda təbii ekosistemlər və bioloji müxtəliflik heç vaxt olmadığı kimi ciddi
təhlükədədir. Bu fikrin təsdiqi üçün aşağıdakı misalları çəkmək olar:
•
Yer kürəsində hər il 50 000 bioloji növ yoxa çıxır. Planetin bütün tarixi boyu ilk dəfə
ayrıca bir bioloji növ insan (Homo sapiens) ekosistemləri dağıda bilən böyük bir gücə
çevrilmişdir.
•
Rütubətli tropik meşələr və başqa təbii ekosistemlər yeni-yeni ərazilərin kənd
təsərrüfatına cəlb edilməsi, nəqliyyatın və ona bağlı olan infrastrukturun inkişafı,
şəhərlərin böyüməsi, havanın, suyun və torpağın çirklənməsi səbəbindən öz tamlığını
getdikcə itirir.
•
Bu gün dünyada məlum olan quşların bir çoxlarının növünün sayı getdikcə azalır,
məməlilərin 4600 növünü isə bütövlükdə yoxa çıxmaq təhlükəsi gözləyir.
Təkamül prosesində bitki və heyvan növləri yaranmış və yoxa çıxmış, bəziləri dəyişməz
qalmış, bəziləri dəyişərək yeni növlərə, cinslərə və hətta fəsillərə belə başlanğıc vermişdir.
Təhlükəli təbiət hadisələri zamanı (vulkan püskürməsi, zəlzələ və s.) baş verənlər istisna
olmaqla, bir növün yoxa çıxması və onların yerinə yenilərinin əmələ gəlməsi nisbətən
uzun illər ərzində, adətən bir geoloji dövrdə baş verir. Lakin son 10 000 ildə ətraf mühitə,
insan fəaliyyətinin nəticəsi kimi təsirin ciddi və dramatik olması dəyişikliklərin sürətlə və iri
miqyasda baş verməsini şərtləndirir. Belə ki, hal-hazırda Avropanın düzən və aşağı dağlıq
rayonlarında insan fəaliyyətinin təsiri hiss olunmayan ərazi tapmaq çox müşkül məsələdir.
Ênsan fəaliyyəti nəticəsində təbii mühit çox güclü şəkildə dəyişə bilir. Bu zaman bir çox
dəyişikliklər elə sürətlə baş verir ki, bitki və heyvan növləri ona uyğunlaşmağa macal belə
tapmırlar. Bu da həmin orqanizmlərin sayının sürətlə azalmasına gətirib çıxarır.
Qlobal nöqteyi-nəzərdən təsdiq etmək olar ki, dünyanın başqa hissələrinə nisbətən
Avropada daha çox növ neqativ təsirlərə məruz qalmış və ya yoxa çıxmışdır. Məsələn, nə
vaxtsa buranın ərazisinin 80-90%-i meşə ilə örtülü olub, lakin bu gün həmin göstərici 30%-
dən çox deyil və onun da çoxu süni salınmış meşələrdir. Təbii çaylar təhlükə altındadır,
təbii su axarlarını da eyni aqibət gözləyir, dəyişilməmiş məcraya malik çaylara rast gəlinmir.
Tədricən kontinental bataqlıqlar və təbii yüksək rütubətə malik məskunlaşma yerləri yoxa
çıxır. Məsələn,
Êberiya yarımadası özünün su-bataqlıq hissəsinin artıq 60%-ni itiribdir.
Bu gün Avropanın ərazisinin cəmi 8%-i (600 min ha) xüsusi qorunan yer statusuna
malikdir, lakin heç də hər yerdə qəbul edilən tədbirlər həmişə ciddi və effektli olmur. Hal-
hazırda burada balıqların 53%-i, sürünənlərin 45%-i, quşların 40%-i, məməlilərin 40% və
bitkilərin 21% ya yoxa çıxıb, ya da belə bir təhlükə qarşısındadır.
Təbii mühitin itirilməsinə, məskunlaşma yerinin fraqmentləşməsinə, ekosistemə yad növlərin
daxil edilməsinə mütəxəssis-ekoloqlar planetin biomüxtəlifliyinə əsas təhlükə kimi baxırlar.
Əlavə məlumatları CD-Rom-da tapmaq olar.
Ênsan və biomüxtəliflik
41
1
Onlar yaşamalıdır
Bioloji müxtəliflik
“Miqrasiyadakı çətinliklər”
Şagirdlərdən heyvanların miqrasiyası haqqında
bildiklərini soruşun. Onlardan öz müxtəlif
misallarını çəkməyi xahiş edin. Aşağıda 1-ci
misalda verilən məlumatlardan istifadə etsinlər.
Şagirdlərə başa salın ki, təsadüfi müşahidəçiyə
görə, heyvanın miqrasiyası qışın öhdəsindən
gəlməyin ən asan və təhlükəsiz yoludur. Lakin
reallıqda bu onlara çox baha başa gələn və çox
zaman təhlükəli işdir. Miqrasiya vaxtı heyvana
çoxlu enerji, qida və istirahət yerləri tapmaq lazım
olur. Onlar yırtıcılardan uzaq durmalı, özünü xilas
etməli və təyin olunan yerə çatdıqdan sonra məskən salmağa rahat yerlər tapmalıdırlar.
“Miqrasiyadakı çətinliklər” adlı oyunla tanışlıq
Şagirdlərə izah edin ki, onlar öz şimal məskənindən cənub yerlərə miqrasiya edən (uçan)
və geriyə sağ qalmaq şərti ilə qayıdan vəhşi ördək dəstəsi rolunu oynayacaqlar. Bu
səbəbdən çəmənliyin iki tərəfini şimal və cənub kimi nişanlayıb yer ayırın. Ördəklərin
təhlükədən uzaq olacağı və uzun səyahətdən sonra dincələ biləcəyi şimal və cənub
hissələrinin hər birində 3 təhlükəsiz sahə nişanlayın. Təhlükəsiz zonalar müəllim
tərəfindən seçilir və onlar ördəklərin enə biləcəyi ağaclar, böyük daşlar və ya təbiətdəki
başqa yerlər ola bilər.
Êki könüllüdən başqa - biri yırtıcı heyvan (məsələn, tülkü), digəri isə insan (ovçu) — bütün
şagirdlər oyunu vəhşi ördək rolunda başlayır.
Oyun müəllimin işarəsi ilə başlayır və “vəhşi
ördəklər” şimal bölgəsindən cənub bölgəsinə üz
tuturlar. Yol ərzində və çəmənliyin o biri
tərəfində onları tutmaq istəyən düşmənlər (yırtıcı
heyvanlar və ovçular) var. Əgər “vəhşi ördəklər ”
tutulmadan təhlükəsiz zonaya çatarsa, orada
qidalanmağa və dincəlməyə haqq qazanır, əgər
tutularsa, oyundan kənarlaşdırılırlar. “Vəhşi
ördəklər”in cənubda qidalandığı vaxt, şimaldan
təhlükəsiz zonaların birinin mühafizə olunmayan
“açıq yola” çevrildiyini onlara deyin. Artıq bu
zona da ördəklər üçün təhlükəsiz deyil və
ördəklər orada ovlana bilərlər. Ördəklər
dincəldikdən sonra onlara, yazın gəldiyini və şimaldan təhlükəsiz zonalardan köçmək
vaxtının yetişdiyini deyin. Onların yadına salın ki, cənubda təhlükəsiz zonalardan biri azalıb.
Şimal zonalarda ördəklərin istirahəti zamanı, cənub təhlükəsiz zonalarından birinin
elektrik stansiyasına çevrildiyini və daha təhlükəsiz olmadığını elan edin. Oyunu şimal və
cənub məskənlərinin hər birində bir təhlükəsiz zona qalana kimi davam etdirin. Yırtıcılar
asanlıqla qalan zonaları tapacaq və orada xilas olmaq istəyən quşları gözləyəcəklər.
Əgər ördəklər oyunun haqsızlığından gileylənsələr, yırtıcıların asan qənimət əldə etmək
imkanı artacaqdır.
Miqrasiyadakı quşlara daha çətin əngəl törətmək üçün tutulmuş ördəklərdən birinə göl və
bataqlığın üzərindəki tökülmüş neftin rolunu oynamağı xahiş edin. Ona izah edin ki,
ördəklər neftin üzərinə enəndə, onların qanadları çirklənir və onlar uçmaq imkanını
itirirlər. Həmin şagirdə yırtıcılar kimi ördəkləri tutub kənarlaşdırmaq hüququnu verin.
Əgər ördəklərdən biri 2 və daha çox sayda uğurla şimaldan cənuba və geriyə qayıdarsa,
ona balasını əldə etməyə — oyunda tutulan ördəklərdən birini qaytarmağa və ona ördək
balası rolunu oynamağa icazə verilir.
“Miqrasiyadakı çətinliklər” adlı oyun
42
1
Onlar yaşamalıdır
Bioloji müxtəliflik
Bu Deklarasiya canlılara aid olan
bütün etik münasibətlərin, insanlar və
bütün bioloji növ və formalar
arasındakı münasibətlərin hüquqi
tənzimlənmə sisteminin
formalaşmasına şərait yaradılmasını
bəyan edir.
Canlı varlıqların hüququ — bu, insanın
və digər canlı varlıqların onlara ədalətlı
münasibət normasıdır. Bütün canlı
varlıqlar üçün müəyyən şərait və
ehtiyatlar tələb olunur ki, bunlarsız
onlar normal və müstəqil şəkildə
mövcud ola bilməzlər. Canlı varlıqların
hüququ onlara istədikləri kimi yaşamaq
imkanı verilməsidir.
Canlı varlıqların hüquqlarının insan
tərəfindən qəbul edilməsi əxlaqi bir
məsələ olub onların müdafiəsinin
hüquqi əsası və mənəvi tələbidir.
Deklarasiya bəyan edir:
I. Bütün canlı varlıqlar aşağıdakı hüquqlara malikdirlər:
•
Yaşamaq hüququ;
•
Təbii azadlıq və təbii məskunlaşma mühitində salamatlıq hüququ;
•
Torpağın, suyun, atmosfer havasının və günəşin varından həyat üçün zəruri olan pay
almaq hüququ;
•
Ênsanın təsirinə görə çəkdiyi əziyyətdən müdafiə hüququ;
•
Ênsan qarşısında məsuliyyətin olmaması hüququ.
II. Təbii təkamül və miqrasiya prosesləri nəticəsində əmələ gələn və yayılan bütün növ,
yarımnöv, populyasiya və canlı varlıqların başqa formaları aşağıda göstərilən
hüquqlara malikdirlər:
•
Mövcudolma hüququ;
•
Məskunlaşma mühitində təbii azadlıq hüququ (“vəhşilik” hüququ);
•
Qanunla müdafiə hüququ;
•
Ênsan qarşısında məsuliyyətin olmaması hüququ;
III. Canlı varlıqlar üçün aşağıdakı hüquqlar da qəbul edilə bilər:
A) növ, yarımnöv və populyasiya səviyyəsində:
•
Onlara dəyən zərərin əvəzinin ödənilməsi hüququ;
•
Qəyyumluq hüququ (məsələn, “Qırmızı Kitab”a düşən növlər).
B) ayrı-ayrı orqanizmlər səviyyəsində:
•
Qanunla müdafiə hüququna;
•
Ləyaqət hüququna;
•
Qəyyumluq hüququna (məsələn, ev və kənd təsərrüfatı heyvan və bitkiləri, öyrədilmiş
vəhşi heyvanlar).
IV. Müxtəlif hüquqların daşıyıcıları arasında münaqişəli hallarda ilk növbədə nadir və
qorunmağa ehtiyacı olan növ, yarımnöv və populyasiyalar müdafiə olunmalıdır.
(Deklarasiya “Təbiətin təbii hüquqları” mövzusunda 16-18 may 2003-cü ildə Kiyevdə
keçirilən Beynəlxalq seminar müşavirədə bəyənilib).
Canlı varlıqların hüquqlarının Deklarasiyası
Dostları ilə paylaş: |